76
İNCİMƏ
Niyə göylər kimi dolmusan yenə?
Məndən incimisən, gülüm, incimə!
Çən duman bürüyüb gülən çöhrəni
Nədən incimisən, bilim...incimə!
Cazibəndən kənar çətin ki, gəzəm,
Elə ovsunladın məni, acizəm.
Sən mənim ilahəm, pirim, möcüzəm, –
İstəsən səcdənə gəlim, incimə.
Yağdır gül dodaqdan təbəssüm mənə, –
İlğımdan sıyrılsın, tələssin mənə.
Behişt nəfəsindən meh əssin mənə,
Titrəsin telində əlim, incimə.
DÖNSÜN
Röyalı, nəğməli aləmdə sənsiz,
Əzabdı, dözmərəm, ay ilə dönsün.
Nur ümmana çıxan vüsal gəmisi
Azmasın, geriyə, sahilə dönsün.
Ruhumsan, sevgimin qədəri hanı? –
Əngin göylərdəki ulduzlar sanı.
Nəqşi – heyrət qoysun eşqin dunyanı,
Açılsın, əfsunlu tər gülə dönsün.
77
Razıyam, min dəfə alışım, sönüm...
Əsmər yanağında mən telə dönüm.
Bu eşqə rişələr atanda könlüm,
Avazı qumrovlu bülbülə dönsün!
Rayihən ömrümə bahar çiçəyim,
Əlvan gül üstündə titrək ləçəyim,
Nahaqdan könlünə dəysəm, göyçəyim,
Arzum gözlərimdə nisgilə dönsün.
DÖNDÜM
Tanrım, mənə ömür verdin.
Qüdrətinlə selə döndüm.
Gahdan sakit dəniz oldum,
Gah tufana, yelə döndüm...
Mən dönürəm son qalama,–
Ömür, yanma, gəl halıma.
Səni verdim üç balama,
Gün-gün, ay-ay, ilə döndüm.
Fələk, sənlə əyişmədim..
Əcəl, sənlə deyişmədim,
Mən dünyamı dəyişmədim, –
Allah, yandım külə döndüm!
78
Torpaq, boynuna sarılam..
Əhdinə düz ilqarınam
Səni sevən Sərdarınam,
Sinəndə bir gülə döndüm...
18 Noyabr 2002-ci il
(Moskva, SKB klinikası)
QƏŞƏNGİN NƏĞMƏSİ
(Qoşayarpaq qoşma)
Qovuşaq bir anı, gəzək dünyanı...
Gəzək bir gümanı deyə, qəşəngim.
Qoyma bu dumanı, bahar leysanı
Qumral saçlarını döyə, qəşəngim!
Qom hörüklər nizam, tel düzüm-düzüm,
Gəlmir üzüm sənə, deyim sirr-sözüm.
Yox gecəm-gündüzüm, həsrətdi gözüm,
Ola bir təbəssüm deyə, qəşəngim!
Məndən kənar gəzən, bircə biləsən,
Necə dözür görən bu dərdə dözən.
Qumrovlu qəh-qəhən qıylanmır nədən,
Niyə dönükmüsən, niyə, qəşəngim?
79
Çevir mənə sarı od yanaqları,
Lalə dodaqları gizlətmə barı.
İncitmə Sərdarı, qoyma yadları,
Düz əhdi-ilqarı əyə, qəşəngim!
BİR GECƏ
Taleyimə düşən paydı gecələr,
Günlərimi yaman saydı gecələr.
Görən bizə necə qıydı gecələr? –
Şirin gecə, nağıl gecə, sirr gecə.
Bir sevdaydı, dayanaraq üz-üzə,
Əl-ələydik, göz-gözəydik, diz-dizə.
Saçlarına, hər gələndə sən bizə,
Ulduzlardan səpilirdi zər gecə.
Yalvarardım, danış yenə, din yenə,
Sənin üçün darıxmışam mən yenə,
Deyərdim ki, qurban olum, sən yenə
Saçlarını sinəm üstə sər gecə.
Öyrənmişdim tellərinin ətrinə,
Nəfəsinin, əllərinin ətrinə.
Bilirsən ki, təkcə sənin xətrinə,
Sübhə qədər dayanardım hər gecə
80
Tez unutdun gecələri nədənsə,
Gəzdiyimiz küçələri nədənsə,
Çağırmadım, nə mən geri nədənsə,
Nə sən geri qayıtmadın bir gecə...
ÖTƏN GÜNLƏRİM
Gəncliyimdən qopan, ömrümdən qopan,-
Axan ulduz kimi itən günlərim.
Hicran sızıltılı, vüsal nəğməli,
Ay ötən günlərim, ötən günlərim!
Siz ki, yarandınız günəşdən, nurdan
Uçub ayrıldınız bir-bir ömürdən…
Çiçək-çiçək olan, ulduza dönən,
Çilənib göylərə bitən günlərim,
Ay ötən günlərim, ötən günlərim!
Hər anı mehr idi, ünsiyyət idi,
Bir dünya eşq idi, səadət idi.
Naxışı, zinəti məhəbbət idi,
İlğıma döndünüz nədən, günlərim?
Ay ötən günlərim, ötən günlərim…
Tanrı yaratdığı bir sehr olaydı,
Bütün ayrılıqlar kaş qəhr olaydı…
Yenidən çağlayan gur nəhr olaydı
Nağıl qanadında gedən günlərim.
Ay ötən günlərim, ötən günlərim…
81
RAMİZ DUYĞUN
(1938)
Ramiz Duyğun (Məlikov
Ramiz Məmməd oğlu, həkim,
şair, publisist, pedaqoq) 1938-
ci il fevralın 10-da Azərbayca-
nın Əli Bayramlı (indiki Şir-
van) rayonundakı Güdəcühur
kəndində anadan olmuşdur.
Orta təhsilini başa vurduqdan sonra N. Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini
davam etdirmişdir (1956-1962).
İlk mətbu şeiri “Yaşa, Azərbaycanım” “Gəncliyin
səsi” almanaxında dərc edilmişdir (1959). Məşhur
“Hünər” televiziya verilişinin müəllifi və aparıcısı,
Azərbaycan Ensiklopediyasında “Xatirə” kitabı re-
daksiyası rəhbərinin müavini olmuşdur (1989-1991).
Fəxri fərmanlarla, bir çox orden və medallarla
təltif edilmişdir.
On beşdən artıq kitabın, çox sayda publisistik
yazıların, “Ağ atlı oğlanın nağılı” sənədli fılminin sse-
nari, “Əbədiyyətdən gələn məktub” mənzum pyesin
müəllifi və “Vətənbeşiyim mənim” oçerklər məc-
muəsinin tərtibçilərindən biridir.
1988-ci ildən AYB-nin üzvüdür.
Dostları ilə paylaş: |