Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə17/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

96 
 
TAMİLLA ŞƏFƏQ
 
(1940) 
 
Tamilla  Şəfəq  (Ağayeva  Ta-
milla  Sultan  qızı  –  həkim,  yazar, 
alim)  26  dekabr  1940-cı  ildə  Bakı 
şəhərində anadan olub. Şuşa şəhə-
rində ibtidai təhsil aldıqdan sonra, 
Gəncə şəhərində orta məktəbi biti-
rib. Sonra Azərbaycan Dövlət Tibb 
institutunun  pediatriya  fakültə-
sində təhsil alıb (1957-1963). 1969-cu ildə Azərbaycan 
Elmi-Tədqiqat  göz  xəstəlikləri  institutunda  aspiran-
turanı bitirib. Hal-hazırda aparıcı elmi işçidir (1995-ci 
ildən). Tibb elmləri üzrə fəlsəfə doktorudur. 
  İlk şeiri 1956-cı ildə dərc edilmişdir. Şeirləri, he-
kayələri,  məqalələri  ilə  dövri  mətbuatda  çıxış  edir. 
“Nur payı” şeirlər toplusu (1998), “Günəşi verin mə-
nə” (2006) kitabı kütləvi tirajla çap olunub. 
1998-ci ildən AYB-nin üzvüdür. 
   
 
 


97 
 
NƏDİR ÖLÜM 
   
Nəcib insan, həmkarım Sura xanımın unudulmaz 
xatirəsinə 
Həyat əzəl gündən mübarizədir
Həyat üzərində zəfərdi ölüm! 
İnciyən, yıxılan, yanıb-yaxılan 
Ruhları qoruyan sipərdi ölüm! 
         
Ölümdən qorxaraq qaçırıq bəzən, 
Quştək qanad açıb uçuruq bəzən, 
O bizi haqlayır, saxlayır həmən, 
İki dünyamıza çəpərdi ölüm! 
         
Uçsa da göylərə, çıxsa da dağa, 
İstər ahıl olsun, istərsə çağa. 
Torpaqdan yaranan düşür torpağa, 
Torpağa qarışmış gövhərdi ölüm! 
         
Uymayır ad-sana, vara, dövlətə, 
Fərq qoymur, aldanmır, şana-şöhrətə, 
Bu fani dünyada ədəbiyyətə 
Aparan bir yoldu, səfərdi ölüm! 
       
Həyat əfsanədir, ölüm həqiqət, 
Ruhu bədənindən ayıran qüdrət, 
Bir gün içəcəyəm ən acı şərbət, 
Büllur qədəh dolu zəhərdi ölüm! 
Vaxtlı da, vaxtsız da kədərdi ölüm! 


98 
 
QARŞIDA ÇOX DALĞA VAR 
   
Oğlum Samirə və qızım Saidəyə 
 
Həyat möcüzədir, təəccüb etmə! 
Mənim taleyimdən pay düşüb sənə
Günəş göydə qalıb, Ay düşüb sənə, 
Nur yağıb, gül əsib mənim bəxtimə. 
   
Səni yıxsa dalğalar, 
Səni sıxsa dalğalar, 
Dalğalar dağa dönsə 
Səni məhv edər sular, 
Kəmənd at zirvəsinə, 
Qarşıda çox dalğa var
Qarşıda çox zirvə var. 
Durma, at kəməndini, 
Dalğa səndən aşağı, 
Qovğa səndən aşağı. 
   
   
 
 


99 
 
FƏXRƏDDİN DAVUD 
(1950) 
 
  Fəxrəddin  Davud  (Fəxrəd-
din  Firudin  oğlu  Davudov,  hə-
kim,  şair)  12  avqust  1950-ci  ildə 
Göyçay şəhərində dünyaya gəlib. 
Orta  məktəbi  bitirdikdən  sonra 
1968-ci  ildə  Azərbaycan  Dövlət 
Tibb  İnstitutunun  müalicə-profi-
laktika  fakültəsinə  daxil  olub.  1974-cu  ildə  təhsilini 
başa çatdıraraq həkim-psixiatr ixtisası almışdır.   
Tələbəlik  illərindən  Davud  Qərib  imzası  ilə 
tanınmış, yüzlərlə şeirin və məqalənin müəllifidir.   
2005-ci  ildə  ‘’Duyğu  yükü’’  şeirlər  toplusu  işıq 
üzü görmüşdür.   
Ailəlidir, üç övladı var. 
OLACAQ 
   
Bu yol sənin yolun deyil, – 
Əsli yanıb kül olacaq. 
Kərəm kimi bir bəy oğlu 
Yad evində qul olacaq. 
       
İnadından dön, ay bala, 
Çox yanırsan, sön, ay bala. 
Mən kiməm ki, sən, ay bala...   
Allah desə, ol, olacaq. 


100 
 
Gəl bəxtinə yaman demə, 
Olacağa güman demə. 
Bir qətrəyə ümman demə, 
Qətrə-qətrə göl olacaq. 
   
Dəli Məcnun bəy olmadı, 
Xəstə Leyli oy olmadı. 
Qərib kimə tay olmadı?! 
Axır bildi kal olacaq. 
   
 
ÇÖLÜM ÖZGƏNİ YANDIRIR... 
   
Çölüm özgəni yandırır,   
Mən yanıram öz içimdə. 
Burum-burum tüstü cıxır, 
Kül çırtlayır köz içimdə. 
   
Doyüşdədir mən ilə mən, 
Kim haqlıdı, bilim nədən. 
Canım qurban, a cangüdən, 
Qış içimdə, yaz içimdə. 
   
Haqqı nahaq əzən gündü, – 
Abdal kimi gəzən gündü. 
İtən ömür dözən gündü, – 
Bağırırsan... döz içimdə. 
   


101 
 
Sallanıban maral keçir, 
Hörükləri qumral keçir... 
Xəyalımdan bir xal keçir, – 
Qan ağlayır qız içimdə. 
   
Kəm baxışdan əriyən mən, 
Ağlayan mən, kiriyən mən. 
Ölənəcən diriyəm mən, 
Yaşayacam duz içimdə. 
   
*** 
Sənin məndə nəyin varsa, almısan... 
Dəvəsini itik bilən ərəbəm. 
Taleyimi tufanlara salmısan, 
Bu yollarda azıb gələn ərəbəm. 
   
Bir iynənin ucu boyda yuxuya 
Gözlərimi dikirəm ki, yatam mən. 
Sənin məndə nəyin vardı almısan, 
Bir yuxuma dəymə indi, dəymə sən. 
   
Nəyin qalıb... bu ocaqda küldü kül
Ocağı da, külünü də al apar! 
Sənin məndə nəyin vardi almısan... 
Ürək qalıb, gəl onu da al apar. 
   
   


102 
 
BƏS İDİ QƏLBİMƏ BİR ŞİRİN SÖZÜN... 
   
Bəs idi qəlbimə bir şirin sözün, 
Bəs idi saçıma əlinin nuru. 
Yatıb uşaq kimi xumarlanardım, 
Yuxular görərdim aydın dupduru. 
   
Nə sözün könlümü oxşadı mənim, 
Nə əlin saçımda alışıb yandı. 
Bir xəyal içimdə yaşadı mənim, 
Bütün xəyallara qovuşub yandı. 
   
Kim bildi nə imiş ürəyimdəki? – 
Bir qan laxtasıymış tac damarımda. 
Yüz dəfə, min dəfə şəklini çəkin, 
Daha nə görünür qırc damarımda? 
   
Daha istəmirəm validolu mən, 
Bir damcı qayğıya ehtiyacım var. 
Oturub düşündüm səni bayaqdan, 
Sənə də dərmanmış demə, qayğılar. 
   
Demə umursanmış sən də nə isə,- 
Keçirmis könlündən nəvaziş, qayğı. 
Neyləyək mən kükrək bir dənizəmsə, 
Sən də ümmanlara üzən qağayı. 
   
   


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə