42
mədin qolundan yapışıb qaldırdı və əli ilə onu hədə-
ləyərək: – Deyirəm ki, səni öldürərəm, yandıraram,
bu saat qayçının yerini söylə, de görüm! – deyə ba-
ğırdı.
– Vallah ki, əmi, xəbərim yoxdur.
Məşədi Salman axırıncı dəfə bu cavabı eşitdikdə,
Məhəmmədə bir şapalaq vurdu. Məhəmməd qışqırdı,
ağladı. Məşədi Salman Məhəmmədin ağlamasına
baxmayaraq, qolundan tutub təndirin yanına çəkdi.
Gülcahan Məşədi Salmanın nə edəcəyini düşün-
məyərək:
– Ay kişi, burax, incitmə, yetimdir, yazıqdır... –
deyə yalvarırdı. Təndirin yanında Məşədi Salman
Məhəmmədin belindən yapışıb qaldırdı və Məhəm-
mədi yanar təndirin içinə atdı. Məhəmmədin səsi ərşə
çıxdı:
– Vay yandım, aman yandım, öldüm!
Məhəmməd elə çığırdı ki, bütün qonşular eşidib
töküldülər. Məşədi Salman bir yana çəkilib durdu.
Gülcahan özünü itirib:
– Vaxsey, uşaq yandı, – deyə çığırmağa başladı.
Qonşular Şahpəri ilə Rəcəb kişi hamıdan əvvəl
təndirə doğru yüyürdülər və iki tərəfdən Məhəm-
mədi təndirdən çıxartdılar. Şahpəri mətbəxə yüyürüb
xəmir üzərindən yorğançanı alıb çocuğa sarıdı. Beləcə
Məhəmmədin odunu söndürdülər. Yenidən yorğanı
Məhəmmədə sarıyarkən, yorğanda bir şey cingildədi.
Baxdılar – qayçı idi.
43
– Ay Gülcahan, qayçı yorğanın içində, ala bax! –
deyə göstərdilər.
– Vay, yorğanı sırıyanda yaddan çıxıb içində
qalıbdır.
– Bunun üçün yazıq uşağı yandırdınız?
Gülcahan Məşədi Salmana baxdı. Məşədi başını
aşağı dikmişdi...
44
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR
(1906-1988)
Məhəmmədhüseyn Şəhriy-
ar (Seyid Məhəmməd-hüseyn
Behcəti Təbrizi) 1906-cı ildə
Təbriz şəhərinin Bağmeşə bölgə-
sində, o zamanın tanınmış hü-
quqşünaslarından Hacı Mirağa
Xoşginabinin ailəsində dünya-
ya gəlmişdir.
Şəhriyar klassik şeirin bütün şəkillərində yaz-
mış, Azərbaycan ədəbiyyatını yüksək məzmunlu
qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləş-
dirmişdir.
Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən son-
ra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Da-
rülfünununda, sonra isə Tibb fakültəsində ali təhsil al-
mağa başlamışdır. Lakin fakültənin sonuncu kur-
sunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna gir-
məyə məcbur olmuşdur.
Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç
böyük şair və alimin – Məliküş-şüəra Baharın, Səid
Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə
nəşr olunmuşdur.
M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nə-
həngləri sırasına ucaldan ilk növbədə onun ölməz
“Heydərbabaya salam” poeması olmuşdur. Şəhriyar
45
pоemanın birinci hissəsini Tehranda, ikinci hissəsini
isə Təbrizdə yazmışdır.
M. Şəhriyar 18 sentyabr 1988-ci ildə Təbrizdə
vəfat etmişdir. 18 sentyabr hər il İranda “milli şeir gü-
nü” kimi qeyd edilir.
Vəsiyyətinə görə Təbrizin Şairlər Məqbərəsində
dəfn olunmuşdur.
ULDUZ SAYARAQ GÖZLƏMİŞƏM
HƏR GECƏ YARI
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı.
Bir quş: “Ayığam” –söyləyərək gahdan inildər,
Gahdan onu day yel deyə laylay huş aparı.
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən,
Məndən aşağı kimsə yox, ondan da yuxarı.
Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,
Bağrım yarılar, sübhüm, açılma səni tarı!
Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma!
O çıxmasa da ulduzumun yoxdu çıxarı.
46
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş beylə ağardıqca, daha baş da ağardı.
Eşqin ki,qərarında vəfa olmayacaqmış,
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?
Sanki xoruzun son banı xəncərdi soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.
Rişxəndilə qırcandı səhər, söylədi: – Durma,
Can qorxusu var eşqin, ulduzun bu qumarı.
Oldum qaragün ayrılalı o sarı teldən,
Bunca qara günlərdir edən rəngimi sarı.
Gözyaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.
Əzbəs məni yarpaq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldü, qızardı.
Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.
Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,
Əfsus, qara yel əsdi, xəzan oldu baharı.
47
HEYDƏRBABAYA SALAM
(Poemadan parça)
Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.
Heydərbaba, kəkliklərin uçanda,
Göl dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.
Bayram yeli çardaqları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin dağ olsun.
Heydər Baba, gün dalını dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqlarun bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
Dostları ilə paylaş: |