Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə15/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

82 
 
... HAVASI VAR 
   
Şuşa həsrətiylə ürəyim sancdı, 
Şuşanın üstündə sar havası var. 
Şuşa havasıyçün ürəyim acdı, 
Ay aman...Vətənin dar havası var. 
   
Hərə bu halımı bir cürə yozdu, 
Yazmalar, yozmalar kefimi pozdu. 
Gördüm göylər tutqun, yerlər bombozdu
Sən demə bayırda qar havası var. 
   
Nə olmur bu ömrün olacağında?- 
Birdir verdiyin də, alacağın da. 
Görürsən eşqinin oğlan çağında 
Gülün də başında xar havası var. 
   
Saf hislər qoynunda süslənən ərsən, 
İlk bahar sübhütək təzəsən, tərsən. 
Qışda diqqət ilə baxsan görərsən
Donmuş budağın da bar havası var. 
   
Yüz yaşa, min yaşa... bəllidir sonun, 
Qayada mamırın, suda yosunun. 
Belədir yaşayış, belədir qanun, – 
Hər mərmər sinənin nar havası var. 
   
 


83 
 
Nədən qarışdırdın çölü, çəməni, 
Göldə süzən ilə göldə çiməni? 
Deyən nəsə, kimsə çağırır məni, – 
Duyğunun başında yar havası var. 
   
16.12.1997. 
   
OLMAYIB 
   
Elə yaşamışam, məndən 
İnciyib küsən olmayıb. 
Tutduğum işə, əmələ 
Bir dodaq büzən olmayıb. 
   
Əynimə alov geymişəm, 
Çörək deyil, od yemişəm. 
Elə yerində demişəm, – 
Sözümü kəsən olmayıb. 
   
Sözüm Vətənə and olub, 
Hecama qızıl qan dolub. 
Taleyim tərs-avand olub, 
Üstümdə əsən olmayıb. 
   
Neynim belə yaranmışam, 
Bahar gəzən...qaranquşam. 
Elə dürüst davranmışam,- 
Başımda gəzən olmayıb. 


84 
 
Dünya tamam satqı, alqı... 
Mən Tanrı bilmişəm xalqı. 
Duyğun olan yerdə haqqı, 
Tapdayıb əzən olmayıb. 
  17.10.1999. 
   
"PREZİDENTİN ÜRƏYİ" 
poemasından 
         
İnsan öz ürəyinə 
Hər bir dərdi salarmış. 
Yumruq boyda ürəkdə 
Nə qədər sirr olarmış... 
         
Həkimlər özlərini 
Yandırdılar, yaxdılar. 
Həkimlər bu ürəyə 
Düz beş saat baxdılar. 
   
Beş saat əl içində 
Ürək... asandı sanma. 
Düz beş saat baxdılar 
Al qanı dama-dama. 
   
Hiss etdilər özləri... 
Hər bir həkim öyünür. 
Gördülər bu ürəkdə   
Azərbaycan döyünür. 


85 
 
Vətən ilə öyünən 
Ürək heç vaxt qocalmaz! 
Vətənlə yaşamayan 
Bu zirvəyə ucalmaz!.. 
   
03.07.1999. 
   
YERİ, KARVANIM 
   
Bənd olma köpək hürür... 
Yeri, karvanım, yeri. 
Sürü deyil, tək hürür
Yeri, karvanım, yeri. 
   
Gül fikirlər beynində, 
Göy səmalar əynində. 
Dünya sənin çiynində, 
Yeri, karvanım, yeri. 
   
Keçmişsiz – indi yoxdur,   
Qalxmaq var, endi yoxdur. 
Öldü var, döndü yoxdur, 
Yeri, karvanım, yeri. 
   
Girdin ər döyüşünə, 
Səndən yer-göy üşünə. 
Geri baxma, töyşümə, 
Yeri, karvanım, yeri. 


86 
 
Bu yollar şaxta, bürkü, 
Başında mərdlik börkü. 
Yükün – kişilik yükü, 
Yeri, karvanım, yeri. 
   
Ətrafın qaratikan
Köksün didik-didik qan. 
Yolundan sapmadan, 
Yeri, karvanım, yeri. 
   
Haqq sözün qızıl xəncər, 
Daşdan, dəmirdən keçər. 
İt hürər, karvan keçər, 
Yeri, karvanım, yeri. 
   
1988. 
   
LƏNKƏRANDA AZMIŞAM 
   
Çoxmilyonlu şəhərləri 
gözüyumulu gəzmişəm. 
Bir bələdçi 
xəritə qatı açmamışam. 
Volqa boyu 
xiyabanlar axarında üzmüşəm, 
azmamışam. 
Günorta, 
başım üstdən asılı günəş, 


87 
 
Lənkəranda azmışam. 
Küçələr 
yaşıl asma xalılı, 
Yollar 
yaşıl gəbə salıqlı. 
Hər tinində qurulu, 
Neçə cür naxış vurulu 
hana çıxır qarşıma. 
Azmışam Lənkəranda, – 
Dolanmışam 
gözəlliyin başına. 
 
   
       
MƏNİ DÖYÜŞƏ BURAX   
(İxtisarla) 
         
Məni döyüşə burax, 
Döyüş düşüb könlümə. 
Məni döyüşə burax, 
Qalib gəlim ölümə. 
       
Məni döyüşə burax, 
Könlümə döyüş düşüb. 
Son qoymaqçün xalqımın 
Ələminə qəminə. 
Könlümə döyüş düşüb, 
Qarı düşmən üstündə   
İlk qələbə naminə, 
Son qələbə naminə. 


88 
 
Əsir düşmüş pələnglər 
Kirs dağında bağırır. 
Burax qarı düşmənlə 
Burax, döş-döşə məni. 
Məni Şuşa çağırır, 
Məni Ağdam çağırır, 
Burax döyüşə məni. 
   
Şimşəyəm, şimşək kimi 
yanıb çaxa bilərəm. 
Əsir düşmüş qayaya, 
daşa baxa bilərəm. 
   
Day dözə bilməyirəm 
Zəmanənin bu haqsız 
Ədalətsiz hökmünə, 
ədalətsiz səbrinə. 
Day dözə bilməyirəm 
Babamın tapdaq altda 
qalan əsir qəbrinə. 
   
Məni torpaq çağırır, 
Məni əsir torpaqda 
bitən çiçək çağırır. 
Məni yarpaq çağırır, 
Yad əlində titrəyən 
əsən ləçək çağırır. 
   


89 
 
Təhqir altda inləyir 
məğrur dağlar, dərələr. 
Mənə tənə eləyir, 
Ulu torpaqlar altda 
Gumuldayan haraylar, 
Gumuldayan nərələr. 
   
Burax döyüşə məni, 
Döyüş düşüb könlümə. 
Burax döyüşə məni, 
Qalib gəlim yağıya, – 
Qalib gəlim yağıya. 
  2002. 
 
 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə