Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə16/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

90 
 
RAMİZ MÖVSÜM 
(1940) 
 
  Ramiz  Mövsüm  (Əliyev 
Ramiz  Mövsüm  oğlu,  həkim, 
şair) 27 mart 1940-ci ildə Azər-
baycanın  Ağdam  şəhərində 
anadan  olmuşdur.  Doğma  şə-
hərdə orta məktəbi bitirdikdən 
sonra  əmək  fəaliyyətinə  başla-
mışdır.  Sonra  N.  Nərimanov 
adına  Azərbaycan  Dövlət  Tibb 
İnstitutunun  müalicə-profilaktika  fakültəsində  təhsil 
almışdır  (1961-1966).  Həkimlik  fəaliyyətinə  Ağdam 
Rayon  Mərkəzi  Xəstəxanasında  başlamışdır.  Ramiz 
Mövsüm 1957-ci ildə dövri mətbuatda vaxtaşırı çıxış 
edir. 
  1986-cı ildə AYB-nin üzvüdür. 
“Fidan”,  “Ömrümün  gündüzündə”,  “Anam, 
atam”, “Günay”, “Balaca Elşadın dostları” və s. kitab-
ların müəllifidir. 
   
* * * 
Sıxılıram fikirlərin məngənəsində, 
Yığılıb açılır ürək yay kimi. 
Bir ittiham hədəsi var vicdan səsində, 
Çəkir göz özünə əməllərimi! 
   


91 
 
Yaxşı işim mənim üçün baş ucalığı, 
Pis işim xəcalət, töhmət payımdır. 
Nəyə görə həqiqəti gizlədim axı, 
Haqqı car eyləyən hay-harayımdır! 
   
Kimlərinsə bostanına daş atmışamsa, 
Elə bil köksümə daş tıxanıbdır. 
Bir xəstənin imdadına tez çatmışamsa, 
Zülmət ürəyinin şamı yanıbdır!.. 
   
Çox uzağam iblislərin fitnə-felindən, 
Riya diz üstədir, haqq isə qalib! 
Sənə kimsə əl açarsa, yapış əlindən, 
Deyirlər: əl tutmaq Əlidən qalıb!.. 
   
Zəhmətimin bəhrəsidir puçurlanan tər, 
Kündə qabarlardır dövlətim, varım. 
Əyri işlər əyrilərin əlindən gələr, 
Düz kəsər əyrini, düzdür meyarım!.. 
   
  24 iyul 2008. 
  Quba, Təngəaltı. Afurca kəndi 
   
 
 


92 
 
BABAM 
   
Babam nəslimizin bel sütunudur, 
Ağac tək hər yana qol-budaq atıb. 
Öndə gedən odur, bayraqdar odur, 
Dünyanın içində dünya yaradıb!.. 
   
Pöhrənin suyunu bol eləyibdi
Onu gələcəyin ağacı bilib. 
Pisliyin gözünə kül ələyibdi, 
Babamın əlindən yaxşılıq gəlib. 
   
Həmişə sözünü üzə deyibdi, 
Xeyirxah işlərdən əl götürməyib. 
Vaxt olub ac qalıb, nimdaş geyibdi, 
Amma külfətinə korluq verməyib!.. 
   
Hay-küydən gen olub, deyib ayıbdı, 
Yersiz ucaltmayıb heç vaxt səsini. 
Varlanmaq eşqiylə yaşamayıbdı, 
Aclara veribdi son tikəsini. 
   
Doğmalar bir yana, özgələr, yadlar 
Dar gündə babama pənah gətirib. 
Onu görcək yatıb alovlar, odlar; 
Babam qan yatırdıb, araya girib!.. 
   
 
 


93 
 
Əzəldən mayası nurla yoğrulub; 
Sönən ocaqları o yandırıbdı. 
Məşədi babamız özü pir olub, 
Zülmət şüurları nurlandırıbdı!.. 
   
Məsləhət alanlar, söz eşidənlər
Onun sayəsində kamala yetib. 
Səfərə çıxanlar, Həccə gedənlər 
Varını babama etibar edib. 
   
Allah adamıydı, namaz qılırdı, 
Çox-çox uzaqdaydı bəd əməllərdən. 
Paklara, saflara heyran qalırdı, 
Qorxurdu böhtandan, məkrdən, şərdən. 
   
Haqqı tapdamayıb ömrü uzunu, 
Özgə kölgəsində yatmayıb babam. 
Həmişə Allaha tutub üzünü, 
Halalı harama qatmayıb babam. 
   
Həyatda hər zaman ucadı başı, 
Müqəddəs məzarı işıqla dolsun. 
Bu gün tamam olur yüz əlli yaşı, 
Qoy ulu babamın ruhu şad olsun!.. 
   
30 avqust 2007. Bakı. 
   
 


94 
 
BİR YAZ GÜNÜ... 
 
Bir yaz günü 
Bağımızda dostlarımla oturmuşduq sacayağı. 
Çardaq altda sac quruldu
Anam çəkdi saca yağı... 
Sacda lavaş bişirirdi o. 
Oxlov ilə lavaşları bircə-bircə 
Süfrə üstdə düşürürdü o. 
Təhnəmizdə qalaqlandı lavaş dəsti. 
Anam yenə demədi ki, “daha bəsdi!”, 
O, bolluğa öyrətmişdi əllərini, 
Kündələri qədərindən çox kəsərdi. 
Deyərdi ki, “evimizə gəlib-gedən çox olacaq, 
Yolçunun da qisməti var, ona da pay çıxılacaq...” 
Xeyirxahlıq etmək üçün o, həmişə tələsərdi!.. 
Nəyimiz də çatmasaydı, 
Təhnəmizdən çörək əskik olmazdı heç!.. 
İş görəndə, anam dincin almazdı heç... 
Lavaşın da arxasınca o bişirdi göy qutabı. 
Süfrəmizə 
Gəldi qutab, gəldi lavaş; 
Həm də pendir gəldi bizə. 
Ləkimizdən göy dərildi
Bir badya da ayran gəldi... 
Nuş elədik yavaş-yavaş. 
Qəlbə yatan sözlər qopdu 
Dostlarımın dodağından; 


95 
 
“Bu qutabdan yesə hər kəs, 
Dadı getməz damağından!..” 
“Təzə  motal  pendiriylə  isti  lavaş  dürməyinin  vallah 
yerin heç nə verməz!..” 
Qızılgülün ətri o gün bürümüşdü hər tərəfi, 
Məst olmuşduq... 
Qaqqıldaşa-qaqqıldaşa 
Başımızın üstdən keçdi durna səfi. 
Dostlarımla 
Xalça üstə bardaş qurub oturmuşduq sacayağı. 
Gözəlliyi qəlbimizə köçürmüşdük...gəzdik bağı. 
Gül-çiçəkli ehtişamdan, 
Xan çınardan, yaşıl bağdan 
İlham alıb şeir dedik. 
Günümüzü şeiriyyətə həsr elədik!.. 
İşlərini səhmanlayıb, 
Anam qalxdı öz yerindən
Gəldi bizim yanımıza. 
Öpdük unlu əllərindən... 
Anam dedi: Qəşəm, Şahlar, əzizlərim, 
Dostluğunuz öz yerində, 
Tək Ramiz yox, siz də mənim balamsınız, 
Üçünüz də basılmayan qalamsınız!..” 
...Qəlbimizə məlhəm oldu 
Onun şirin söz-söhbəti. 
Qanımıza, 
Canımıza 
Hopdu ana məhəbbəti. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə