Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə18/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

103 
 
*** 
Sənin əlin nə istidi, sonası?- 
Ürəyimin yarasına çək onu. 
Əllərində çiçək bitər, gül bitər, – 
Yaralarim arasına çək onu. 
   
Sənin əlin nə istidi, sonası? – 
Gözlərimin yuxusudu əllərin. 
Bir tale ki, məndən qaçaq düşübdü
Taleyimin yaxasıdı əllərin. 
   
Sənin əlin nə istidi, sonası? – 
Ağ saçımı qar yerinə əridər. 
Sənin əlin bir layladı sübhəcən, – 
Ağrıyanda ürəyimi kiridər. 
   
Bütün qışı əllərinin odunda   
Qızınmışam, qızınmışam, sonası. 
Ürəyini ürəyimdə tapmışam,   
Əllərini qazanmışam, sonası. 
   
   
 
 


104 
 
ANA, DARIXMIŞAM 
   
Ana, darıxıram əllərin üçün, 
Ana, darıxıram baxışlarına... 
Gör necə islanır yatdığın torpaq,- 
Nə deyim bu yayın yağışlarına? 
   
Nə deyim, az yağsın?..İslanır anam,   
Üşüyür, titrəyir o daş yerində. 
Ürəyimi qoyub yataydın, ana, 
Əllərin çatmayan balış yerində. 
   
Ana, darıxmışam təbəssümünə, 
Titrək əllərinə, nəvazişinə. 
Bilməzdim belə tez, yaşın bu vaxtı 
Gedib sığınasan o dağ döşünə. 
   
İndi yuxumdan da qaçaq düşmüsən
Necə adiləşir olüm də, ana. 
Əkib saxlayacam çinar tək səni, – 
Ürəyimdə ana, köksümdə ana. 
   
Ana, darıxmışam, darıxmağımda, 
Yüz ilin, min ilin dərdi-qəmi var. 
Bir layla yaşayır içimdə mənim, – 
İçimdə oxuyar, içimdə ağlar... 
   
   


105 
 
PAŞA QƏLBİNUR 
(1952) 
 
Paşa Qəlbinur (Paşa İsmayıl 
oğlu Musayev, həkim, şair, pub-
lisist,  alim,  pedaqoq)  1952-ci  il 
martın 30-da Şəmkir rayonunun 
Çinarlı  qəsəbəsində  qulluqçu 
ailəsində anadan olmuşdur. Bu-
rada  Müşfiq  adına  kənd  orta 
məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nə-
rimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 
müalicə-profilaktika  fakültəsində  təhsilini  davam 
etdirmişdir (1968-1975).   
  N.Nərimanov  adına  Azərbaycan  Dövlət  Tibb 
İnstitutunun göz xəstəlikləri kafedrasının professoru 
(1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci 
ildən).   
  “Gözlər”  adlı  ilk  şeirini  13  yaşında  yazmışdır. 
1978-ci  ildə  “Ulduz”  jurnalının  4-cü  sayında  çap 
olunan “Xal”, “Ay gecəyə hicran sıxır”, “Mən ilhamı 
gözlərimlə  görmüşəm”  şeirlərindən  üzü  bəri  dövri 
mətbuatda vaxtaşırı çıxış edir. 
“Ay  bir  əlçim  buluddur”,  “Gözün  yarımkeçirici 
baryerləri”,  “Payız  məktubu”,  “Rəngli  gözyaşları”, 
“Biologiya və təbabətdə RMT-nin poliadelləşdirməsi 
problemi”, “İtmiş həsrət kimi”, “Təbabət poeziyanın 
fəlsəfi əyarı kimi və ya maye işıq”, “Ağlıma gələnlər 


106 
 
başıma gəldi”, “Qara su (roman, rus dilində)”, “Qara 
su, Göz dağı (roman)”, “İdrak ətri (Esseler)” və başqa 
kitabların müəllifidir. 
  1992-ci ildən AYB-nin üzvüdür. 
   
   
GÖRƏ BİLMƏSƏM 
 
Məni imtahana çəkir taleyim – 
Suda balıq olub qarmağı görəm... 
Məni imtahana çəkir taleyim – 
Ov olub tətikdə barmağı görəm... 
 
Yük oldu qeyrətim illər uzunu – 
Boynuma minənlər yəhər bildilər. 
Gözlərimdə çaxan ildırımları – 
Yadlar yox, doğmalar səhər bildilər... 
 
Ürəyim – əlləri qabar fəhlədi 
Neylədim qiymətsiz-urvatsız oldu. 
Mənim hər hüceyrəm qarışqa yüklü – 
Bu yükün altında qəddim əyildi... 
   
...Qurşağacan yerə mismarlanmışam 
Dizimdə fil gücü, zəncir çeynərəm. 
Top atsan – elə bir qəzəbəm ki, mən 
Onu nəfəsimlə susdura billəm! 
   


107 
 
Məni imtahana çəkir taleyim – 
Suda balıq olub qarmağı görəm, 
Ov olub tətikdə barmağı görəm, 
Bəs görə bilməsəm, görə bilməsəm?.. 
   
  14 avqust, 1999 
   
AY NURU KİMİ 
   
Qurd kimi yalnızam, şir kimi güclü! 
Sən mənim yoluma çıxa bilməzsən. 
Sən deyən deyiləm; sən olammaram – 
Pul kimi hamının xoşuna gələm... 
   
Mənim bir az – gülnən yaxınlığım var, 
Mənim bir az – aynan yaxınlığım var. 
Ayın nurundan çox üzdə həyam var... 
Kürün suyundan çox ilham payım var... 
   
Düşmənim, dostlarım saysız-hesabslz!... 
Taleyim – Cənabi Haqqın nurunda! 
Sən mənim haqqımı tapdayammazsan! 
Aya, göyə, suya atılan, güllə – 
Gücün nə olsa da; zərrəsən, tozsan, 
Sən mənim haqqımı tapdayammazsan!... 
   
24 iyun, 2001 
   


108 
 
HƏLƏ NƏ YAŞAMIŞAM Kİ... 
 
Ciblərimin ağzı, 
parıldayan pencəyim, 
Əllərim yağlı da dəyib sənə, 
Xəcalətdən tərli də, 
Bağışla məni. 
Dizləri sürtülüb ağarmış, əynim. 
Üzümüz üzlər gördü. 
Mənim üzümün suyu, 
Sənin dizlərinin gözləri töküldü. 
Qələmim, bağışla məni. 
Vaxt olub istəmədiyini yazdırmışam, 
Vaxt olub özünə qəbir qazdırmışam, 
Bağışla məni. 
Ürəyim, bağışla məni. 
Səndən xəbərsiz adından 
danışdığım vaxt olub. 
Xaqanidən Cavidə qədər 
Bütün dahilərimin, 
Qolları kəsilmiş 
Babəkimin önündən 
Əsgəri intizamla, ehtiramla, 
Bir dəli sükutun 
fırtınalı qoynunda keçmişəm. 
   
 
 


109 
 
Gecələri min illik şərab kimi içmişəm, 
Ay işığında islanmışam 
İliyimə qədər. 
Və bir eşqin sazağında göynəmişəm 
Sümüyümə qədər. 
Hələ nə yaşamışam ki... 
   
Bax bu balaca bıçaqla 
zülməti doğramışam, 
Özünü öyməklik olmasın, 
Kimlərçünsə od oğurlamışam... 
   
 
ATAM İSMAYILIN ƏZİZ XATİRƏSİNƏ 
         
İnfarkt şöbələrində 
gecə səhərə kimi 
Monitora göz dikənlər – 
Allah bizə kömək olsun! 
Novxanıda, Bilgəhdə... 
Bu il əkilən tinglər, 
Bu yayın istisində 
Allah sizə kömək olsun! 
       
Döyüş meydanlarında 
Bir qarış torpağını 
Öz ürəyi bilənlərə
Bütün darda qalanlara 
Allah özü kömək olsun! 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə