Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə19/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

110 
 
Ulu Tanrım, bu səhər 
Gündüzü gecəyə dönənlərə də – 
Zülmətli gözlərə qoy İŞIQ dolsun. 
...Barmağı tətikdə, əli nişanda, 
Ovçuya da, ova da – 
Allah özü kömək olsun! 
 
Gəncə, 13 iyul, 1991 
     
AYANIM 
   
Sənə şeir yazmaq istədim 
Ürəyimin gücü çatmadı. 
Saçlarının ətrinə 
Çörəyimin gücü çatmadı. 
   
Nəfəsində 
İşığın ətri, Günəşin dadı 
  Səsin – 
Allahın adı... 
Elə bil bağrımnan çıxan ürəksən 
Elə bil bu dünya heç olmayıbdı, 
Ya mən olmamışam 
dünyada min il... 
Gəl ürək, gəl görək, gəl boynuma min! – 
Ürəyim boynumda 
dünyanı gəzək. 
  14 sentyabr, 1999 


111 
 
İŞIQ CƏRRAHI 
   
Əllərimin hakimiyyəti bərqərar olur 
Əməliyyat vaxtı. 
Qaranlqla işığın radar tutmayan 
sərhəddinə uçur əllərim. 
Ürəyim kimidi, 
Mən yatanda da 
Oyaq olur əllərim... 
   
7 yanvar, 1991 
   
ÇATDILAR SƏNƏ 
   
İstədim gizlədim məhəbbətimi – 
Məni şeirlərim satdılar sənə. 
İstədim on əlli qoruyam, gülüm, 
Gözümün içindən mil salıb, salıb, 
İşığın dalınca çatdılar sənə, 
İşığın ucunda tutdular səni... 
   
İşıq sürətinə ünüm çatmadı, 
Taleyin hökmünə əlim çatmadı, 
Yat, – dedim – bəxtimə, o da yatmadı, 
Allahım oldunuz az qala, gözlər. 
   
Bir şəhərdə zəhər udan, 
Bir dənizdə çimən bizik. 


112 
 
Gecəmizə, günümüzə həsrət şərik. 
Xoş günlərə dözəmmədik, dözəmmədik... 
   
...Qağayılar qanad çalır, 
Qanadları yosun iyli. 
Mən qanadı qırılmışın 
Qanadları dor ağacı – 
Küləklər yayır səsimi. 
Qanadlarım dar ağacı – 
Asılmışam 
Bir yaralı durna kimi... 
   
Ah dedim, oydun məni
Bu hala qoydun məni. 
Yelkənsiz gəmi kimi 
Dəryada qoydun məni... 
   
1989 
   
YALANDI 
   
Sizin qapınızdan öpən olmayıb, 
Olmayıb, olmayıb, olmayıb, dünyam! 
Yox! Mənim dərdimdən ölən olmayıb, 
Yalandı, yalandı, yalandı, yalan! 
   
 
 


113 
 
Yalandı o uzaq rahibə qızın 
Bizə dedikləri... 
o acı tüstü... 
Yalandı nağılı Avazanın da, 
Dom kilsəsi, Ani, Qəçrəşin üstü... 
   
Yağış islatmayıb Arbatda bizi, 
Qatar aparmayıb uzaqlara, yox!... 
Yox, yox saxlamayıb qar izimizi, 
Məni doğramayıb, o qəfil ağrı... 
   
O mən olmamışam, and içirəm mən! 
Gözündə yaş o şeiri 
yazmayıbsan bir axşam. 
Yox, yox dəli kimi təkrar, təzədən, 
Sən adlı mələyə vurulmamışam. 
   
Günün şüasından tutub dırmaşıb, 
Günəşdən sənə pay gətirməmişəm. 
Yuxuda görmüşəm o “dəhşət”ləri 
Səni tapıb, nə də itirməmişəm. 
   
Ağlım başımdadı, əynim sığallı, 
Biz su içməmişik o qara daşdan. 
Nə falçılar bizi yorub, nə də ki... 
Mən işə gedəcəm səhər o başdan... 
   
1990 


114 
 
* * * 
Yanmış ocaq yeri var 
Ürəyimdə 
sən gedəli... 
Bir xəncər sancı var 
Kürəyimdə sən gedəli... 
   
Qəhqəhələr, işvələr, nazlar 
Payız yarpaqları kimi 
Küləklərin ağzında 
veyil-veyil. 
Nə Günəş qızıl tellidi, 
Nə dəniz mirvari deyil... 
Dünyada 
Sən adlı mələk var, 
Mən adlı ürək. 
   
İnnən belə 
Qızıl-qızıl balıqlar 
Dənizlərdə 
Üşüyər də, ölər də,.. 
Bir bayatı çağırın: 
– Mey qaldı şüşələrdə... 
   
5 noyabr, 1991 
 
 
 


115 
 
SƏDAQƏT RƏŞADQIZI 
(1952) 
 
Sədaqət  Rəşad  qızı  (Məmmə-
dova  Səaqət  Rəşad  qızı,  həkim, 
publisist,  şair)  5  noyabr  1952-ci 
ildə Bakı şəhərində Ziyalı ailəsin-
də anadan olmuşdur. 1969-cu ildə 
orta məktəbi qızıl medal ilə bitirib, 
1975-ci  ildə  N.  Nərimanov  adına 
ADTİ-nin  müalicə-profilaktika  fakültəsini  “Fərqlən-
mə” diplomu ilə başa vurub.   
“Azərbaycan Müəllimi”, “Elm və həyat”, “Azər-
baycan  qadını”,  “Məhsəti”,  “Qoşa  ulduz”,  “Aydın-
lıq”,  “Zaman”,  “Hakimiyyət”,  “Bizim  şəxsiyyət”, 
“Şuşa”,  “Qarabağa  aparan  yollar”,  “Dövlət  və  qa-
nun”, “Exo”, “525-ci qəzet”, “Borçalı” və s. qəzet və 
jurnallarda tibbi, elmi və publisistik yazıları, şeirləri, 
dərc  olunub.  “Müqəddəs  qələm”,  “Cəsarətli  qələm” 
diplomları ilə mükafatlandırılıb. 
  
 
 
 


116 
 
ANA HAQQINDA BAYATILARDAN 
 
Dərdi söylə qanana, 
Sirri vermə nadana, 
Yüz dostun olsa simsar, 
İnsana yaxın-ANA! 
Günəş üfüqdən doğar, 
Səhər gecəni qovar, 
Ananın laylasından, 
Dünyada şirin nə var?! 
 
Ana bir qibləgahdır, 
Laylası – ney, segahdır... 
Sözündən əsla çıxma, – 
Bağışlanmaz günahdır!... 
 
Çıxıblar dağ belinə, 
Obasına, elinə... 
Canı qurban veriblər, 
Ananın bir telinə! 
 
 
 
 


117 
 
QARABAĞ BAYATILARI 
 
Torpaq qışdan oyandı, 
Hissim sizə ayandı, 
Qarabağ dərdli cismim, 
Göz görə-görə yandı! 
 
Ay paradır, yarım, bax, 
Mənə tərəf, yarım, bax! – 
Dərdi bilmək istəsən, 
Ürəyimi yarım, bax!.. 
 
Səmt haraya, ay quşlar?.. 
Sizə yoxdu, tay, quşlar, 
Qarabağdan bircə gül, 
Dərib verin pay, quşlar. 
 
Qarabağ talan oldu, 
Gülləri solan oldu, 
“Dost” kəsdiyi çörəkdə 
Əhdində yalan oldu. 
 
 
 
 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə