Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə27/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

168 
 
GECİKMİŞ MƏHƏBBƏT 
   
Ömrün payızında çıxdın qarşıma, 
Çətin bu sevdanın bəhrəsin görək. 
Yaramın qaysağın didib-qaşıma, 
Bu yaşda məhəbbət nəyimə gərək?! 
   
Nə qədər rəngləsək saçı, birçəyi, 
Soyuq gözlərimiz şavaq götürməz, 
Gecikmiş məhəbbət – payız çiçəyi, 
Ətirsiz gülləri meyvə gətirməz. 
   
Sən ümüd bəsləmə gecikmiş gülə, 
Bağımın çiçəyin don vuracaqdı, 
Ya dəli eyləyib salacaq çölə, 
Ya da ki başıma qan vuracaqdı. 
   
Nə qədər görməyib dünyanın qarın, 
Tələf edək eşqin tumurcuqların... 
   
   
 
 


169 
 
AĞLAYIRAM MƏN 
   
Körükdə bişmişəm, isti dəmirəm, 
Dağların özün də dağlayıram mən. 
Dostlarım, mən sizə şeir demirəm, 
Mərsiyə deyirəm, ağlayıram mən. 
   
Sınaqdan keçirdim mən illər boyu
Yanğını söndürməz hər gölün suyu, 
Şirin su verməz hər qazılan quyu, 
Sısqa bulaq kimi çağlayıram mən. 
   
Dedimmi tay tutub qatma xıltına, 
Birin dəyişmərəm neçə altuna, 
Götürüb gedəcəm yerin altına- 
Dərdimi içimdə saxlayıram mən. 
   
GÖZƏLLƏR 
   
Nəşə kimi könülləri məst edən, 
Su kimi qəlblərə axan gözəllər. 
Şikarını tora salıb, astadan 
Ürəyini şişə taxan gözəllər. 
   
Söz-söhbəti şirin-şəkər bal dadır, 
Görünməyən əsil üzü daldadı, 
“Nərbalanı bir dartuman aldadır”, 
İgidlərin evin yıxan gözəllər. 


170 
 
  Dərmanı tapılmaz qada verdiniz, 
Bəs dedim ruhuma qida verdiniz
Məmmədyarı nahaq bada verdiniz, 
Ömrümün sonuna çıxan gözəllər. 
   
 
ANADI 
   
Bizi xəlq eyləyən, bizi yaradan 
Göylərdə Tanrıdı, Yerdə anadı. 
Külli-kainatda müqəddəs varlıq 
Allahdı, atadı, bir də anadı. 
   
Canını südüylə veribdi bizə, 
Yeganə dərmandı hər bir mərəzə, 
Elə bir çiçəkdi – həmişə təzə, 
Güllər arasında tər də anadı. 
   
Ana – çox ucadı, dağlar boydadı, 
Onun hər kəlməsi şəkər, bal dadır, 
Ana-bayatıdı, ana-layladı, 
Dastan da, nağıl da, şeir də anadı. 
   
Səcdə eylə belə müqəddəs ada, 
Ananı dəyişmə özgəyə, yada, 
Ondan qiymətlisi varmı dünyada?! 
Qızıl da, almaz da, zər də anadı. 
   


171 
 
Anaya borcludu anadan olan! 
İstəsən səni də sevsin öz balan, 
Məmmədyar, ananın başına dolan, 
Müqəddəs ocaq da, pir də anadı. 
   
 
SEVGİLİM MƏNİM 
   
Bir ömür yol gəldim mən sənə kimi, 
Divanə yox məntək divanə kimi, 
Çırpıldım oduna pərvanə kimi, 
Çırağım, ağ şamım, nur selim mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
Dünya bir çəməndir, var, gəz nə qədər... 
Bənövşə nə qədər, nərgiz nə qədər, 
Qoxlamaq istəsən dər, üz nə qədər, 
Solmaz çiçəyimsən, ağ gülüm mənim
Sevdalım, nazənin sevgilim mənim. 
   
Xumar gözlərində sirr-duvalanıb, 
Göylər sərxoş olub, yer havalanıb, 
Könül tellərində yar, yuvalanıb – 
Sevgi məmləkətim, eşq elim mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
 
 


172 
 
Məni sehrlədin saldın ovsuna, 
Bu can şikar sənə, bu can ov sənə, 
Sənsiz dünya yalan, dünya əfsanə, 
Sənsən sonum mənim, əzəlim mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
Səndən yana mənnən gözəllər küsün, 
Sənlə nəfəs alır Məmmədyar miskin, 
Əllərin darağım, gözlərin güzgüm, 
Birdənəm, dürdanəm, yazgülüm mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
ƏLVİDA 
   
Mən səni seçmişdim güllər içində
Şəkər sözlü tuti dillər içində, 
Məni xar eylədin ellər içində, 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Kimiydi telindən qız, öpüb getdi, 
Çəkildi hüsnündən yaz, ötüb getdi, 
Bulaq gözlərimi buz örtüb getdi, 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Məni o qılıqlı əllər ovutmaz, 
Məsum gözlər ağlar, sellər ovutmaz, 
Ruhumun qibləsi tellər ovutmaz, 
Əlvida, əlvida, gözəl, əlvida! 


173 
 
  Sevgimizdən acı xatirə qaldı, 
Qalan xatirə də xətirə qaldı, 
Süzüldü misraya, sətirə, qaldı... 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Yığışdır yollardan, çək gözlərini
Hönkür, bulud-bulud tök gözlərini, 
Qara yaylıqlarla bük gözlərini, 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Məhəbbət deyən şey zəhrimar dadır, 
Ümidli bir cığır, çəhlim hardadı? 
Könlü zorlamağa təhrim hardadı? 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Tanrıya yalvardım mən dönə-dönə, 
Ürəyim gəlmədi imana, dinə, 
Könlüm sənə sarı inanma dönə, 
ƏLVİDA, ƏLVİDA, GÖZƏL, ƏLVİDA! 
   
   
 
 


174 
 
ÖMRÜMÜN FƏSİLLƏRİ 
   
Bir günahım yoxdu, pakam- 
Dağların qarı kimiyəm, 
Gül-çiçəkdən alıram kam, 
Bal yığan arı kimiyəm. 
   
Gözümdə yox dünya dərdi, 
Ürəyimi açıb sərdim, 
Kim becərdi, kimlər dərdi... 
“Ehsan bağ” barı kimiyəm. 
   
Yola saldım yayı, yazı, 
Gəldi ömrümün payızı, 
Bir az göy, bir az qırmızı, 
Bir az da sarı kimiyəm. 
   
Əqli-huşu başdan çıxan, 
Duz-çörəyi daşdan çıxan, 
Arzularla qışdan çıxan 
Ümidsiz qarı kimiyəm. 
   
Bitirməmiş dastanımı, 
Əzrayıl kəsib yanımı, 
Qoy sıxıb içsin qanımı, 
Gülövşə narı kimiyəm. 
   
   


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə