Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə29/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

182 
 
ETİRAF 
   
Sevmək var ömür sürər, 
…sevişmək var 
hər bir anı – bir ömür.... 
Qoxusu bahar yağmuru... 
çöhrəsi Ay şöləsi.... 
yanağı şeh düşmüş lalə – 
qadındı... 
bir cüt yaşıl gözləri var 
yosun-yosun. 
baxışları ovsun-ovsun – 
qadındı. 
vücudu çiçək yatağı, 
qızılı saçları yarpaq-yarpaq... 
istəyimin gerçək olduğu yerdə 
görüşdük onunla... 
üzünü gizlədi məndən. 
salam verdim ürəyimdə... 
gözləriylə alınca 
dedi: 
“sevgiyə inanmaq azdı. 
...ona heç sahib olmaq da yetməz”... 
bir başqa dünyaya kilidlənmişdim, 
açarını axtarırdım... 
bir damla su – mən 
“islanmaq istəyirəm“ – 
deyən o qadın.... 


183 
 
  EŞQ HEKAYƏTİ 
   
Sevmək ayrılıqla gəldi... 
doğulduğu gün, 
eyni bir qurşuna tuş oldu
eyni bir həyəcanı yaşamaq kimi- 
açmadan soldu... 
Sevmək- 
yalançı bahara aldanan çiçək- 
elə ufacıq ki, 
elə məsum ki... 
doğulmadan ölən bəxtsizlər kimi- 
boğuldu öz içində, 
Qovuşmağa uzalı əlləri 
havadan asılı... 
yaşanmamış günləri taleyə təslim... 
Sevmək- 
dayanmaq!, 
durmaq!, 
səbr etmək!, 
dözmək!!!... 
dözə-dözə üzülmək, 
dərd sapına düzülmək ... 
bu qədər riskli, 
bu qədər zorkən? 
nədən belə əzəl ki? 
Sevmək – 
niyə belə gözəl ki? 


184 
 
  KABARE TÜSTÜSÜNDƏ 
   
Bu söhbət qurtarmaz, 
bağlayaq-mən ölüm. 
bir şüşə də de gəlsin 
öldürək zülüm-zülüm 
         
gecə gündüzdən uzundu 
ömür arzudan qısa 
sən mənə sus, mən sənə 
keflənək susa-susa 
       
nə tərifə gərək var 
nə sağlığa ehtiyac 
dost qurşunu yeyənə- 
nə çarə var, nə əlac. 
   
   
“NƏ TƏHƏR MƏSLƏHƏTDİ” 
   
Ürək yenə sözə baxmır, 
–nə təhər, məsləhətdi. 
ya dayansın, ya da dözsün, 
–birtəhər, məsləhətdi. 
         
Sevgini o verdi, mənə, 
mən də bir qıza verdim. 
Dedi: “gözlə” gözləyirəm: 
–nə qədər, məsləhətdi . 


185 
 
  “Yaş artar, ömür çoxalmaz”, 
eşqin yarası sağalmaz. 
hər dərddən sinə dağ olmaz
–nə çəkər, məsləhətdi. 
   
Ömrümüzün dörd fəsli var. 
qaldırın badələri, dostlar: 
“gəlməsin qəlbin payızı, 
–nə gələr məsləhətdi! ” 
   
   
 
   
 
 


186 
 
AZADƏ TALEH ABBAS (HACI AZADƏ TALEH 
ABBASQIZI)
 
(1964) 
 
Azadə  Taleh  Abbas  (Hü-
seynova  Azadə  Abbas  qızı  – 
həkim,  şair,  publisist,  peda-
qoq)  1964-cü  il  fevralın  26-da 
Gəncə  şəhərində  anadan  ol-
muşdur.  Burada  1  saylı  şəhər 
orta  məktəbini  qızıl  medalla 
bitirdikdən  sonra  N.Nərimanov  adına  Azərbaycan 
Dövlət  Tibb  İnstitutunun  II  müalicə-profilaktika  fa-
kültəsində  təhsil  almışdır.  İctimai  İхtisaslar  fakül-
təsində  хüsusi  jurnalistika  kursu  keçərək  jurnalist 
iхtisasına yiyələnmişdir (1984-1988).   
  “Nə yaхşı ki, dəniz varmış”, “Borçalı lətifələri”, 
“Taleyim mənim, Talehim mənim”, “Dədə Qorqudda 
Borçalı izləri”, “Tənha ağac”, “Sənsiz”, “CO metal və 
canlı orqanizm” (dərslik), “Хalqları birləşdirən şəхsiy-
yətlərdir”,  “Hikmət  хəzinəsindən  incilər”,  “Yaz” 
(ingilis  dilində),  “Həqiqətin  təşnəsiyəm”,  Stokholm-
Helsinki  (ingilis  dilində),  “Unudarammı”,  “Sənsiz” 
(musiqi  bəstələnmiş  şeirləri),  ”90  let  v  stroyu”,  “Bu 
sevgi  qəlbimə  haqdan  gəlibdi”,  “Çiçəklərin  söhbəti” 
(gürcü dilində), “Borçalının ziyalı qadınları” (ensiklo-
pedik  toplu,  2008),  “Elə  bil  Məkkəyə  nur  ələnibdi” 
(2009), “Dunya, məni tanıdınmı”, “Haqqın quluyam”, 


187 
 
“Ətraf mühit və canlı orqanizm” (dərslik), “Qızılgül” 
(toplu), “Seçilmiş əsərləri” (3 cild), eləcə də 6 tərcümə 
kitablarının müəllifidir. 
Azərbaycan  Jurnalistlər  Birliyinin  idarə  heyə-
tinin (1995), 2003-cü ildən AYB-nin üzvüdür. 
   
   
XOCALIM 
   
Sənin dərdin dağdan ağır çəkilməz, 
Pərən-pərən səpələndin, Xocalım! 
Nə müsibət, bəla gəldi başına, 
Qan gölündə ləpələndin, Xocalım! 
   
Ağrıların xalqın qan yaddaşında, 
Düşmən gəzər torpağında, daşında. 
Üşüyürük həsrətinin qışında, 
Göylərindən qəm ələndi, Xocalım! 
   
Əsir düşdü əzizlərin elində, 
Sən cəsursan şəhidlərin dilində. 
Qız-gəlinlər yağı düşmən əlində, 
İşgəncəylə sillələndi, Xocalım! 
   
Bulağında insan qanı qaynadı, 
Yağı düşmən bizlə oyun oynadı. 
Qoca-cavan al qanına boyandı,- 
Körpələrin güllələndi, Xocalım! 


188 
 
Azadənin açılarmı sabahı? 
İntiqamdır ümid dolu pənahı. 
Yandıracam ölüm adlı günahı! 
Qeyrətinə qəm bələndi, Xocalım! 
   
 
YUVANA DÖNMÜRSƏN NİYƏ, 
QARANQUŞ 
   
Yazından xəbərsiz qalıbdır çinar, 
Nazından çox uzaq olubdu çinar, 
İyini keçmişdən alıbdı çinar, 
Yuvana dönmürsən niyə, qaranquş? 
   
İnsanlar müjdənə çəpərmi çəkib, 
Yuvanda qarğışmı, zəhərmi əkib? 
Sənin taleyinə qəriblik çöküb... 
Yuvana dönmürsən niyə, qaranquş? 
   
Yaz ağzı yolunu səməni gözlər, 
Həsrətlə çinara dikilib gözlər, 
Sənə ünvanlanıb yanıqlı sözlər, 
Yuvana dönmürsən niyə, qaranquş? 
   
Qoyma Azadəni çətində, darda, 
Qoruyar şərq səni boranda, qarda, 
Desənə, izini axtarım harda? 
... Yuvana dönmürsən niyə, qaranquş? 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə