Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə30/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

189 
 
  ULDUZLAR 
   
Qaranlıq gecədə bir nura dönüb
Göylərdə çiçək tək açan, ulduzlar! 
Mən sizə vurğunam, sizə heyranam, 
Yollarıma işıq saçan ulduzlar! 
   
Qərib gecələrin bəzəyisiniz, 
Duyan ürəyimin özəyisiniz. 
Könlümün, gözümün istəyisiniz, 
Mən sizi görərəm haçan, ulduzlar! 
   
Azadə Talehin ümidlərisiz, 
Ömrümün mənalı, xoş günlərisiz, 
Parlaq arzuların dəyərisiniz, 
Ay yanar ulduzlar, qaçan ulduzlar! 
   
   
SAZIM 
 
 
Sehrlənib, mehrlənib, 
Sinəm üstə dinən sazım. 
İlmə-ilmə, naxış-naxış, 
Pərdələrə enən sazım. 
   
Nələr duydum harayında, – 
Könül adlı sarayında. 
Məhəbbəti ürəyimdə, 
İçin-için yanan sazım. 


190 
 
  Eldən-elə gəzəcəksən, 
Sinən sipər, – dözəcəksən... 
Hələ nələr görəcəksən, 
Ürəklərə dolan sazım. 
   
Azadə sənə bağlandı, 
Nə yoruldu, nə usandı. 
Ömrün ömrümə həyandı, 
Mənə sadiq qalan sazım. 
2004 
   
BÜLBÜLÜN SƏSİNƏ OYANDIM GECƏ 
   
Bu quş niyə gecəyarı oxuyur, 
Dərdi nədi sarılıbdı nəğməyə, 
Nəğməsiylə kimə meydan oxuyur, – 
Vaxtımı tapdı öz dərdini deməyə? 
     
 
Qaranlığı niyə basıb bağrına, 
Gözlərindən niyə yuxu qaçıbdı? 
Dünya yatır, Günəş yatır, Ay yatır – 
Bu quş burda yeni dünya açıbdı... 
       
Qönçə gülün budağına qonubdu, 
Hansı həsrət onu belə yandırır? 
Cəh-cəhə bax!.. İçimdə qan donubdu, – 
Nisgil dolu bir keçmişi andırır..... 
   


191 
 
Necə gözəl, necə dadlı səsi var, 
Oxuduqca, ürəyimi qoparır. 
Asta oxu, a bülbülüm, sən Allah!- 
Nəğmən məni keçmişlərə aparır... 
1999 
   
 
ÜMİDİM QALMAYIB... 
   
Bu bahar canımı üşüdür yenə
Dərd-kədər qəlbimlə giribdi bəhsə,- 
Didib parçalayır içimi yenə, 
Ümidim qalmayıb artıq heç kəsə. 
   
Bir ülvi söhbətə-sözə möhtacam, 
Ağrıya qəniməm, sevincə tacam. 
Uzaqdan görünən tənha ağacam, 
Ümidim qalmayıb artıq heç kəsə. 
   
Yalana bələnib dostlar, tanışlar, 
Yorubdu qulağı saxta alqışlar. 
Gün yoxa çıxıbdı, yağır yağışlar, – 
Ümidim qalmayıb artıq heç kəsə. 
   
Şöhrət dumanında azıbdı çoxu, 
Ayırmaq olmayır aclardan toxu. 
Ünvanın bəllimi, həqiqət oxu? – 
Ümidim qalmayıb artıq heç kəsə. 


192 
 
  Azadə, haqqını kim anlayar, kim? – 
Gecələr şairsən, səhərlər həkim. 
Deyirəm, dünyadan bəlkə əl çəkim, – 
Ümidim qalmayıb artıq heç kəsə.... 
2003 
   
 
GEDƏNİN DALINCA AĞLAMA BELƏ 
   
Gedir bir arzunun vida səsi tək, 
Gedir ayrılığın təntənəsi tək
Gedir bir sevginin son nəfəsi tək, – 
Gedənin dalınca ağlama belə. 
 
Ömrün dünənində qalıb, gedir o, 
Eşqini qəlbindən salıb gedir o,   
Ömürlük ayrılıq alıb, gedir o, –   
Gedənin dalınca ağlama belə. 
 
Ömrün bu vədəsi, ömrün bu çağı, 
Gözyaşı əridər vüqarlı dağı. 
Dünyanın üzünü su alar axı, 
Gedənin dalınca ağlama belə. 
2012 
   
 
 


193 
 
ANA 
   
Müqəddəslik rəmzisən 
Hər an mənə dünyada. 
Harada olsam yenə, 
Anam, düşürsən yada. 
   
Sözünə, söhbətinə, 
Yer üzündə tay hanı? 
İllər ötüb keçsə də, 
Unutmaram laylanı. 
   
Dərdimin əlacısan, 
Sənsən yaşadan məni. 
Başımızın tacısan, 
Allah qorusun səni! 
   
1987 (Mahnı mətnindən) 
   
 
 
ATA 
   
Dərd-qəmi unutduran, 
Gözdə yaş qurutduran, 
Qəm-kədəri uçuran, 
Yalnız atadır, ata. 
   


194 
 
Balaların sipəri, 
Ailənin təpəri, 
Əsil düşmən çəpəri 
Yalnız atadır-ata. 
   
Evdə bərəkət ruzi, – 
Saf niyyət, təmiz arzu. 
Qəlbdə əridən buzu, 
Yalnız atadır, ata. 
2002   
(Mahnı mətnindən) 
   
DİVAR 
   
Divarların ən sərtidir, 
İçimdə hördüyüm divar. 
Hər nə desən, o şərtidir... 
Dərdimi böldüyüm divar! 
   
Bəlkə də bilmirəm dərdi, 
Mən də bir ayrı cür karam. 
O çatları mən vurmuşam, 
Əfv et, əfv et, günahkaram. 
2014 
   
 
 


195 
 
BULUD 
   
Mənim kimi kədərlisən, 
  qəmlisən, 
Gözləri nəmli bulud. 
Xəyallarla dünya qurdum
Dumanlı, qəmli bulud. 
Yoxsa, məni sən doğmusan, 
Anam kimi kövrək bulud. 
Səni doğma sayır hərdən, 
Sinəmdəki ürək, bulud! 
 
*** 
Yağış olub axan bulud, 
Səni gördüm payız günü, 
Könlüm yaman kövrəldi... 
Ötür zaman... zaman, bulud! 
Yaşamaq, ömür gözəldi... 
Payıza dönən bu ömür,- 
Dünyadan nigaran, bulud.   
2011 
(Mahnı mətni) 
 
 
 
 
 


196 
 
ELMAN RÜSTƏMOV
 
(1966) 
 
  Elman  Rüstəmov  (Rüs-
təmov Elman Süleyman oğlu, 
həkim,  yazar)  26  iyul  1966-cı 
ildə Qərbi Azərbaycanın Zən-
gəzur mahalının Qafan rayo-
nunun  Aşağı  Girətağ  kən-
dində  anadan  olub.  1991-ci 
ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə 
diplomu ilə bitirib, 
  “Xoşbəxt  günlərimin  acı  gözyaşları”  (Zaurun 
yuxuları),  “Başkəsənlər”,  “Anama  məktub”,  “Nov-
ruzda açılan atəş”, Dürmək restoranı” və “Tanrı ürək-
lərdədir” kitablarının müəllifidir.   
  Elman  Rüstəmov  2014-cü  ildə  “Qafqaz-Media” 
İctimai  Birliyinin  təsis  etdiyi  “Nurlu  qələm”  müka-
fatına layiq görülüb. 
 
 
 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə