Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə31/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   28   29   30   31   32   33   34   35   36

197 
 
HEYKƏLLƏR DƏ CANLIDIR 
(İxtisarla) 
   
 
Heykəllər də canlıdır 
Doğulur, 
Yaşayır, 
Ölür. 
Heykəli dərd-qəm deyil, 
Zaman özü öldürür. 
Boyları da müxtəlif
Ömürləri kimidir, 
Görən bu başıkəsik 
Cansız heykəl kimindir? 
Gör nə qədər heykəlin, 
Söndürülüb çırağı. 
Onların da bizim tək 
Vardır öz qəbiristanlığı. 
*** 
Qəlbimizin yarası, – 
Gözəl Şuşa qalası 
Görən nədən yenildi? 
Şux qamətli Natəvan, 
Şeirinə mahnı qoşan 
Erməninin önündə 
Alçaldıldı, əyildi. 
Şairlərin fəryadı 
Yaman incitdi onu
Bu imiş ay Xan qızı, 


198 
 
“Məclisi-üns”ün sonu?! 
Erməni güllələri, 
Deşik-deşik eylədi 
Bülbülün açıq alnın, 
Ancaq tökə bilmədi 
Onun bir damla qanın. 
Qan ürəyə axırdı, 
Bülbülün hikkəsindən. 
O, qisas gözləyirdi, 
Oğlundan, nəvəsindən… 
Eynəyini sındırıb, 
Üzeyiri vurdular, 
Ürəyindən, gözündən. 
“Xarı bülbül” dözməyib, 
Köçdü Cıdır düzündən. 
Heykəllər qərib düşdü, 
Şuşadan, öz elindən. 
Xarı bülbül büzüşdü, 
Xəzərin küləyindən. 
*** 
Nə yaxşı ki, 
Nizami, 
Füzulimiz yaşayır. 
Yenə dərisi soyulan, 
Cilalanan, yonulan, 
Nəsiminin heykəli, 
Avropalaşmış Şərqdə, 
Günəş kimi parlayır.          06.10.2009 


199 
 
 
QANA BOYANMIŞ RÖYA 
 
Hitler haqqında çəkilmiş “Bunker” filmində 
röyada zəhərlənərək dünyalarını dəyişmiş 
“Hitlerin məsum körpələri”nə həsr edirəm. 
 
Hitlerin uşaqları şirin yuxudaydılar, 
Hər tərəf gül çiçəkdi, ətir-qoxudaydılar. 
Qaçırdılar çəməndə sevinclə, gülə-gülə
Bülbül nəğmə qoşurdu hər budaqda bir gülə. 
Hər yan rəngarəng idi... təbiət nə gözəldi, 
Tərbiyəçı şövq ilə yanlarınca gəzirdi. 
Payladığı “konfet”i məsum, çiçək körpələr, 
Dodaqlarında tutub, dişlərilə əzirdi. 
Birdən necə oldusa, gəzdikləri çəmənlik 
Bircə anın içində qan selinə boyandı, 
Qandan dəniz yarandı, lap xirtdəyə dayandı. 
Anlaya bilmədilər bu qan nəyin qanıydı. 
Faşizmin qurbanı milyon-milyon günahsız, 
Əli yalın, silahsız insanların qanıydı. 
Bütün bəşər övladı bu qan selinə görə
Ataları Adolfu söyürdü, qınayırdı. 
Bircə anın içində boğuldu qan selində, 
Yaraşıqlı, gülərüz, incə, məsum körpələr, 
 
 


200 
 
Bülbüllər də məhv oldu, soldu açan çiçəklər. 
Həyat söndü yox oldu, təbəssüm üzdə dondu, 
Nurlu sifətlər üstə əzrail quşu qondu. 
Günahsız körpələrin başı yanına düşdü, 
Mələfələr ayaqdan üzlərinə sürüşdü… 
20.01.2010 
 
SƏNİN HÖRÜLMÜŞ ZÜLFÜN 
 
Milyon-milyon gözəlin, 
Gəlinin, nazəninin, 
Zülflərini darayıb 
Buruq-buruq bursalar, 
Milyon bəzək vursalar
Milyon rəng yaxsalar, 
Mılyon çiçək taxsalar, 
Gözəllikdə bənzəməz 
İncə əllərin ilə 
Daranılan, yuyulan, 
Sinən üstə burulan 
O hörülmüş zülfünə. 
Könlümü yaralamış 
Sənin hörülmüş zülfün, 
Qəlbimin seçımındə, 
Milyon zülflər içində
Ən alı mükafata 
Layiq görülmüş zülfün. 
2010-cu il mart. 


201 
 
AFAQ ŞIXLI
 
(1969) 
 
    Afaq Şıxlı (Afaq Şıxlinska-
ya,  həkim,  şair,  publisist,  tərcü-
məçi) 1969-cu il 25 iyunda Azər-
baycan  SSR-in  Bakı  şəhərində 
ziyalı  ailəsində  dünyaya  gəlib. 
1984-cü  ildə  Bakı  şəhəri  12  saylı 
orta  məktəbi  (on  beş  yaşında) 
qızıl  medalla  və  15  saylı  musiqi  məktəbini  (forte-
piano) əla qiymətlərlə bitirib. 1990-cı ildə N. Nərima-
nov  adına  Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  I 
müalicə-profilaktika  fakültəsini  bitirməklə  Azərbay-
can Respublikasında ikinci ən gənc həkim olmuşdur. 
Azərbaycan,  Rusiya  və  Avrasiya  Yazarlar  birlikləri-
nin,  Azərbaycan  Jurnalistlər  birliyinin,  Beynəlxalq 
Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusi-
ya  Poeziya  Akademiyasının  müxbir  üzvü,  “Nicat”–
Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və 
həmsədri,  AYB-nin  Moskva  bölməsinin  məsul  kati-
bidir. 
“Qəlbimin  dedikləri”  (2003),  “Sevərsənmi...” 
(2005), “Məndən uzaqda” (2008), “Səni düşünürəm” 
(2011), “Səni düşünürəm” Təkrar nəşr. (2012), “Öm-
rümün beşinci fəsli” (2013), “Ömrümün beşinci fəsli” 
Təkrar  nəşr.  (2013),  “Dostlarım,  bana  da  bahar  gön-
derin!”  Türkiyə  türkcəsində.  (2013.  Şiir  vakti. 


202 
 
Türkiye),  “Bədii  tərcümələr”  (2014.  Saratov),  “Bədii 
tərcümələr” Təkrar nəşr. (2014), “Sənə demədiklərim” 
(2015),  “V  poiskax  sebya”  Rus  dilində  (Moskva) 
kitablarının müəllifidir. 
Ailəlidir. İki övlad anasıdır. 
 
ŞEİR 
   
Sözlərdən düzülən bir inci sapı, 
Sənətin yenilməz qoludur şeir. 
Ürəkdən ürəyə açılan qapı, 
Hislərin idraka yoludur şeir. 
   
Göylərin səsidir, ucadan-uca, 
Gah sevdalı gəncdir, gah müdrik qoca. 
Kükrəyən vulkandı, alışan ocaq, 
Alovdur, şimşəkdir, doludur – şeir. 
   
Aləmin zərrəsi, zamanın anı, 
Bir canın həvəsi, bir ruhun canı, 
Bütün duyğuların könül sultanı 
Ülvi məhəbbətin quludur şeir. 
   
Nəfis sətirlərin incə naxışı, 
Dünyanın laylası, ahı, alqışı, 
İlahi nəfəsi, Tanrı baxışı... 
Sirr ilə, sehrlə doludur şeir. 
   


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə