Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

153 
 
Nələr görməyibdir, gözlərim nələr... 
Bunu bəndə deyil, bir Allah bilər
Uydurmaram köpükləmiş kəlmələr- 
Çalxanıb ümman tək durulmuşam mən. 
         
Sən babam Hümbətin adaşı oldun, 
Atam İsmayılın sirdaşı oldun, 
Əslimin, nəslimin yaddaşı oldun, 
Təməlindən möhkəm qurulmuşam mən. 
       
Amansız həyatda ciddi ol hər an, 
Təslim idrakına yer-göy, asiman, 
Tarix bizdən sərt götürür imtahan, 
Hər çətin sınaqda doğrulmuşam mən. 
       
Allahlıdır könlümün eşq-həvəsi, 
Allahlıdır dost-həmdəmi, hər kəsi... 
Ovulmazdır mənliyimin nüvəsi, 
Təpədən dırnağa nur olmuşam mən. 
   
Birdir toxuma da, nüvə də, gen də, 
Sənin tək çılğındım gənclikdə mən də. 
Mən ata, sən oğul, sən məndən öndə, 
Uğrundan şadlanıb var olmuşam mən. 
   
Atan haqdan yanır, alışır, oğlum! 
Onunla dağ-dəniz danışır, oğlum! 
Bəşər hümmət olub barışır, oğlum! 
Misri tək qınından sıyrılmışam mən. 


154 
 
Açıq söylə böyük qardaş sözünü, 
Toğrulumun aç həyata gözünü, 
Gülövşəmin qüssəsiz gör üzünü
Ayağın altında yer olmuşam mən. 
   
Atan könüllərə çoxdan köçübdü, 
Ölçən ölçüb, biçən gözəl biçibdi. 
Sizi mənə Allah övlad seçibdi, 
Adəmdən-Xatəmə sirr olmuşam mən. 
   
Söz sərrafı dönməz heç vaxt acizə, 
Bağlanmışam qeybdən gələn haqq səsə
Fəzail, son sözü, di söylə kəsə, 
İsrafil çaldığı Sur olmuşam mən! 
     
*** 
Adım rəhmətlə anılar, 
Axır-güman, övladlarım. 
Anım qərinə sanılar, 
Uçur zaman, övladlarım. 
   
Nə nisgil, nə hicran olun, 
Üç ürəkdə bir can olun
Vahid Azərbaycan olun! 
Könlü ümman övladlarım! 
   
 
 


155 
 
Bir haqqı uca sayın siz, 
Alnı açıq yaşayın siz, 
Atanıza oxşayın siz, 
Hər vaxt, hər an, övladlarım. 
   
Elm, helm zənginlikdir, 
Əbədi bir ənginlikdir, 
Bu dünyası beş günlükdür – 
Bilmir insan, övladlarım. 
   
Haqq önündə üzü ağam, 
Cövhəri sağ, sözü sağam, 
Ölümdən də çox uzağam
Mənəm Turan, övladlarım. 
   
Bəlli deyil köçmək vədəm, 
Əcəl camın içmək vədəm, 
Fəzailəm fəzilətəm, 
Fəzlim Quran, övladlarım. 
   
   
   
   
 
 


156 
 
MUSA URUD 
(1961) 
 
  Musa  Urud  (Musa  İsa 
oğlu Quliyev – şair, həkim, tibb 
elmləri  üzrə  fəlsəfə  doktoru, 
professor,  millət  vəkili)    1961-
ci  il  noyabrın  25-də  Qərbi 
Azərbaycanın Zəngəzur qəzası 
Sisyan  rayonunun  Urud  kən-
dində anadan olmuşdur. Bura-
da  orta  məktəbi  qızıl  medalla  bitirmişdir  (1978). 
N.Nərimanov  adına  Azərbaycan  Dövlət  Tibb  İnsti-
tutunun  müalicə-profilaktika  fakültəsini  (1984)  və 
Azərbaycan Respublikasının Prezidenti yanında Döv-
lət  İdarəçilik  Akademiyasının  dövlət  və  bələdiyyə 
idarəetməsi fakültəsini (2004) bitirmişdir.   
  Nuh gəminə götür bizi (şeirlər), Tanrı şam yan-
dırıb (şeirlər), Ömürdən 101 şeir (şeirlər), Üzü haqqa 
gedirəm (şeirlər və poema), Urud (bədii publisistika), 
Haqqın var yaşamağa (siyasi publisistika), Vətən and 
yerimiz (uşaq şeirləri, sinifdən xaric oxu vəsaiti), Zən-
gəzur  (elmi-publisistik  nəşr),  Uruda  iki  səfər  (bədii 
publisistika), Hər nə varsa (şeirlər və poemalar), Zən-
gəzur toponimləri (elmi-publisistik əsər) və başqa ki-
tabların müəllifidir.   
  1994-cü ildən AYB-nin üzvüdür. 
  Evlidir, 3 övladı var. 


157 
 
HAQQ BİLİR 
   
Bu yaşacan nə yaşadım, nə qalıb? 
Mən bilirəm, kim bilməsə, Haqq bilir! 
Saçlarımda fələyin tərs sığalı, 
Mən bilirəm, kim bilməsə, Haqq bilir! 
   
Nə qazandım, nə itirdim – yarıdı, 
Yaman dostlar yaxşı günün yarıdı. 
Yarımadım, çoxu məndən yarıdı, 
Mən bilirəm, kim bilməsə Haqq bilir! 
   
Yurd itirdim, el itirdim bu yaşda, 
Çəmən tapdım, Gül itirdim bu yaşda. 
Körpü saldım, yol itirdim bu yaşda, 
Mən bilirəm, kim bilməsə, Haqq bilir! 
   
Bu yaşacan dağ aşmışam, düz qalıb, 
Yanağımda yaş quruyub, duz qalıb. 
Neçə arzum qız qarıyıb-qız qalıb, 
Mən bilirəm, kim bilməsə. Haqq bilir! 
   
Dolu döyə, bağban yana, bar yana 
Gurşad düşə Ağrı dağda qar yana. 
Qarmaq nədir, balıq nədir, dərya nə
Mən bilirəm, kim bilməsə, Haqq bilir. 
   
 
 


158 
 
Nə Günəşəm, nə də günəbaxanam! 
mənə bəsdir bu ocağım, bu xanam! 
Daha Tanrı dərgahına yaxınam! 
Mən bilirəm! 
Kim bilməsə, 
HAQQ bilir! 
   
 
QALACAQ 
   
Musa Urud, hər nə varsa, 
Səndən sonra da qalacaq. 
Dərdin ağırı yaxına, 
Yüngülü yada qalacaq. 
   
Ömür arxdı dolub gedir, 
Quşdu, lələk salıb gedir.   
Hərə bir pay alıb gedir, 
Şairə qada qalacaq. 
   
Var-dövlət öləri şeydi, 
Şan-şöhrət sənə ögeydi. 
Söz haqdır, sözə baş əy ki
Sözün dünyada qalacaq. 
   
   
 
 


159 
 
HƏR ŞEY NİSBİDİ, QARDAŞIM... 
   
Hər şey nisbidi, qardaşım, 
Azadlıq da nisbidi. 
Burnu dünyasının divarına dirənib, 
Şüşənin o üzündə ölümə dayanıb. 
   
Nisbidi, bəzək balıqlarının 
Akvarium azadlığı da, 
Nisbidi, bəzək balıqlarının 
Azad olmaq həsrəti də! 
   
*** 
Adamsız adam yoxdu dünyada, 
Kimsəsizlər qəribləridi dünyanın. 
Buludlu gecənin ulduzu kimi 
Qəribdi hamı dünyada. 
Qəribliyini bilmir hamı 
Dünyanın ən duru adamıdı 
Ən qərib adamı. 
   
*** 
  Mənim sevgim köz kimidi, 
Saxlaya bilməyəcəksən ovuclarında, 
Gizləyə bilməyəcəksən 
Əlindəki yanıq yerini! 
   
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə