Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə24/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

146 
 
ÜRƏK, MƏNİ RAHAT BURAX 
   
Ağlayana yar-yoldaşsan. 
Üzümdə ələnən yaşsan. 
Dərd ilə doğma qardaşsan
Ürək, məni rahat burax! 
   
Gəmimizin yolu duman... 
Vəfa qılmadı bu liman. 
Yol ver gedim, uzaq dolan
Külək, məni rahat burax. 
   
Qaçmaram, sözdən qaçmaram, – 
Dedim daha əl açmaram. 
Şah oğlu şaham, acmaram, 
Çörək, məni rahat burax. 
   
Nə yağış var, nə çisək-çən
Quruyubdu yaşıl çəmən. 
Nə baxırsan bu çəməndən, 
Çiçək, məni rahat burax! 
   
Ağlayana yar-yoldaşsan, 
Üzümdə ələnən yaşsan. 
Dərd ilə doğma qardaşsan, 
Ürək, məni rahat burax.   
   
 


147 
 
ÖMRÜ HAMITƏK YAŞASAN 
   
Cavan bilir, qoca bilir, – 
Hamı taxtı uca bilir. 
Əyri qapı aça bilir, 
Doğru-düz elə-belədi. 
   
Ömür nağılsayaqdısa, – 
Bilən yox kim oyaqdısa, 
Ürəyimiz soyuqdusa, 
Şaxta-buz elə-belədi. 
   
Hər yükü çəkib daşısan, 
Deyəcəklər ki, naşısan. 
Ömrü hamıtək yaşasan, 
Səksən, yüz elə-belədi.   
   
 
BU ŞƏHƏR 
 
Varmadım işlərin əyri-düzünə, 
İnandım çoxunun şirin sözünə. 
Gecəsi bənzədi göyün üzünə; – 
Sandım kəhkəşanda təkdi bu şəhər. 
   
Dedim düzü düzdü, dedim ağı ağ, – 
Çörək kəsdiklərim dayaqdı, dayaq. 
Neçə sadəlövhü çəkdiyi sayaq 
Məni də qoynuna çəkdi bu şəhər. 


148 
 
Gecəli-gündüzlü umdu dostlarım... 
Çağırdım, gözünü yumdu dostlarım. 
Gözümdə sınmazdı, sındı dostlarım, – 
Dərdi küçə-küçə əkdi bu şəhər. 
       
Kimə inanasan, deyəsən, sirri? 
Doğrunun, əyrinin bilinmir yeri. 
Gələndə yüyürdün, ayağım, yeri! – 
Çiynimin üstündə yükdü bu şəhər. 
       
...Bu yerlər dumanmış, duman, gəlirəm, 
Çək gözünü yoldan, sonam, gəlirəm! 
Sözünə baxmadım, anam, gəlirəm, 
Daşı ətəyimdən tökdü bu şəhər.   
 
 
   
MƏNDƏN XƏBƏRİN 
OLDUMU 
     
Yadındamı 
O axşam?- 
Sənə zəng eləmişdim... 
-Unut məni, unut hər şeyi.- 
Deyib, 
Asmışdım dəstəyi. 
...Dönürdüm evə sarı, 
açılmaq istəmirdi 
metro stansiyasının 
qapıları... 


149 
 
Hər gün   
Endiyim pilləkənlər 
Tanımırdı ayaqlarımı. 
Qatarın səsi 
Deşırdi qulaqlarımı. 
Gedırdim üzü küləyə,- 
Çıxmaq istəyirdim 
Küçəyə. 
Ekskalator da işləmirdi... 
Elə bil   
Var imiş kini. 
Gözlərimin içinə baxırdı 
Tavandan 
asılan yazılar – sual kimi. 
...O gecə pəncərəmi 
səhərədək külək döydü. 
Çaşıb, qonşu Muradın 
Qapısını döydüyümsayaq   
Doğma qapı da 
Üzümə ağ idi, ağ. 
...Yadındamı o axşam? – 
Sənə zəng eləmişdim
–Unut məni, unut hər şeyi, – 
deyib 
asmışdım dəstəyi... 
Doğru de, 
Gözlərin doldumu?.. 
Eh... məndən xəbərin oldumu?   


150 
 
ATAM GƏLƏCƏK 
 
Hər axşam yatanda elə bilirəm 
Bu gecə yuxuma gələcək atam. 
Gözümün içində gizlətdiklərim 
Dərdimi-sərimi biləcək atam. 
 
   
Yenə dönəcəyəm bir az gec evə, 
Gəlib görəcəyəm hələ oyaqdı. 
Torpaq soyuqdusa...mənə deyəcək, – 
Bir az qalın geyin, oğul, soyuqdu. 
   
Görəcək, yolumu gözləyir anam
Payımsa qalıbdı hələ qazanda. 
Bağrıma basdığım paltarlarının 
Yeri boş qalıbdı “paltarasan”da. 
   
Yenə də bacımı döyüb qardaşım, 
Qaçıb gizlənməyə macal axtarır. 
Təzədən qaralıb bəyaz saçlarım   
Bu gecə özünə sığal axtarır. 
   
Ay qardaş, başını yenə uca tut, 
Dərdə biganə ol, dərd bilən gəlib! 
Açın qapıları, açın taybatay, – 
Qonağın səsinə səs verən gəlib! 
   
Hər axşam yatanda elə bilirəm 
Bu gecə yuxuma gələcək atam. 
Gözümün içində gizlətdiklərim 
Dərdimi-sərimi biləcək atam.   


151 
 
  MƏNSİZ YAŞAMAĞI ÖYRƏDİM SƏNƏ 
 
Bir az dinən daşın dilini öyrən, 
Bir az gözyaşının sirrini öyrən, 
Bir az da kədərin yerini öyrən, 
Dərdi daşımağı öyrədim sənə. 
   
Qaldı uzaqlarda, ünyetməzdə yaz, – 
Qalan ömür-günü qar-sazağa yaz! 
Yolların çovğunu, dumanında az, – 
Qaya-dağ aşmağı öyrədim sənə. 
   
Bir arzudan ötrü yollar seçimdə, 
Ulduzlar yox olsun bulud köçündə. 
Uzun gecələrdə güman içində 
Azıb dolaşmağı öyrədim sənə. 
   
Bu ömür yollara göz dikməkdisə
Axırı arzudan əl çəkməkdisə, – 
Beləcə yaşamaq bir küsməkdisə, 
Bəlkə barışmağı öyrədim sənə. 
   
Çox şeyi demədik, qaldı gizlicə, 
Yollar uzaq düşdü buz əriyincə. 
Gedim uzaqlara, gedim bir gecə, 
Mənsiz yaşamağı öyrədim sənə. 
   
   


152 
 
FƏZAİL İSMAYIL 
(1957) 
     
  Fəzail  İsmayıl  (Kazımov 
Fəzail  İsmayıl  oğlu  –  həkim, 
şair, publisist) 1 avqust 1957-ci 
ildə Gədəbəy rayonunun Nəri-
man  kəndində  anadan  olmuş-
dur.  Orta  məktəbi  bitirdikdən 
sonra Azərbaycan Dövlət Tibb 
İnstitutunda təhsil almışdır (1978-1984).     
1981-ci  ildə  dövri  mətbuatda  tez-tez  çıxış  etmiş-
dir. “Yadda saxlar ellər məni” (1993), “Gedək ata oca-
ğına” (1997), “Sökül, dan yerim” (2000), “Bəs itən qey-
rəti kim qaytaracaq” (2009) və başqa kitabların müəl-
lifidir. 
  2002-ci ildə AYB-nin üzvüdür. 
   
BÖYÜK OĞLUM HÜMBƏTLƏ SÖHBƏTİM 
       
Oğlum, imdadına daim haqq çatsın, 
Səndəki saflığa vurulmuşam mən. 
Atan daha coşqun təblə yaratsın, 
Sanma ahıllaşıb, yorulmuşam mən. 
       
 
Əyrini düz kəsmiş, kəsəcək ancaq, 
Bu ömrü sanmayaq oyun-oyuncaq
Gəl qatı zülmətdə qoşa nur saçaq, 
Şir bürcündənik biz, şir olmuşam mən. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə