Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə20/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

118 
 
TOFİQ NURƏLİ 
(1953) 
 
Tofiq  Nurəli  (Hacıyev 
Tofiq  Niyətulla  oğlu  –  hə-
kim,  şair,  publisist)  4  iyul 
1953-cü  ildə  Qonaqkənd 
rayonunun  Yerfi  kəndində 
anadan  olmuşdur.  Yerfi 
kənd məktəbində səkkizinci 
sinfi bitirdikdən sonra (1961-1968) Bakı şəhərində 19 
saylı orta məktəbdə təhsil almışdır (1968-1970). N. Nə-
rimanov adına Azərbaycan Dövlət Tibb İnsti-tutunun 
müalicə-profilaktika  fakültəsini  fərqlənmə  diplomu 
ilə bitirmişdir (1972-1978).   
Səksəninci  illərdə  ədəbiyyata  gələn  Tofiq  Nu-
rəlinin “Şehli kəpənəklər”, “Yağışdan sonra”, “Tənha 
bir qüssə”, “Tənha payız çiçəyi” və başqa kitabları çap 
olunub.  Şeirləri  Moskvada,  Təbrizdə,  Türkiyədə  çap 
olunub. “Qaçaq Mayıl” kinopovestinin də müəllifidir. 
  1988-ci ildən AYB-nin üzvüdür. 
   
 
 


119 
 
KƏNDƏ ENƏN ZAMAN... 
 
Kəndə enən zaman azan durnalar – 
İşıq tellərinə dəyib öləndə
Bir anlıq qəlbindən keçir sən məni – 
Bəlkə o durnanın biriyəm mən də... 
   
Duman bürüyəndə bom-boz çölləri, 
Solğun çəmənləri döyəndə yağış 
Qəhərdən doluxmuş bir cüt göz axtar – 
O mənim gözümdür; qəmgin, yaşarmış... 
   
Gecələr uzanıb həddin aşanda, 
Payız köynəyini geyəndə dağlar 
Anla ki, ömrümə payızlar çökür – 
Ağla, məni ağla, qəlbində ağla... 
   
Qoşulub payıza gedirəm mən də 
Yaxşı ki, dünyada hələ sən varsan... 
...Payızlar gələndə düşsəm yadına 
O kənddə bir daşı sığallayarsan... 
   
*** 
Taleyim kədərli zümzümələrlə 
Mənə bu dünyanı qandırmalıymış. 
Bir gün ürəyimdə alışan sevda 
Bir gün ürəyimi yandırmalıymış. 
   


120 
 
Sönüb gözlərimin ümid işığı 
Tənha ürəyimdə nə səda, nə səs. 
Mənim ürəyimin boşluqlarını 
Çaylar min il axsa doldura bilməz. 
             
Mən deyə bilmərəm, ürəyim desin 
Bu sevda yolunda kiməm, nəçiyəm. 
Sənli günlərimi sədəqə versin: 
Zaman qapısında kor dilənçiyəm. 
           
*** 
Yaşamaq çətindir daha mənimçün, 
Hər şeyi bazara dönən ölkədə. 
Ata yurdlarına ağılar deyən 
Son kəndli şairi mənəm bəlkə də. 
       
Daha gərək deyil yaz yağışları, 
Qurumuş bulağam, solmuş çəmənəm. 
Nakam sevdalardan ağılar deyən 
Son sevgi şairi bəlkə də mənəm. 
   
Hər yanda gözyaşı, qüssə, kədər, qəm 
Bu uzun yollarda mən də yoruldum. 
Bir də ayıldım ki, bəlkə də mənəm 
Ən qəmli şairi mənəm bu yurdun... 
   
Əməlli bir tale yaşamadım ki, 
Ömrümü taladım belədən-belə. 
Ey ana vətənim, ey Azərbaycan – 
Mənə bu dərdləri sən halal eylə... 


121 
 
SƏNİN AD GÜNÜNÜ KEÇİRƏCƏYƏM 
 
Tənha bir qüssəni çəkib başıma 
Yenə şəkilləri töküb qarşıma 
Sığınıb ömrümün sevda yaşına 
Sənin ad gününü keçirəcəyəm. 
       
Ürəyim dolacaq fevral qarıyla   
Dinəcək qırılmış arzu tarıyla. 
Boşalmış siqaret qutularıyla 
Sənin ad gününü keçirəcəyəm. 
       
Bu gecə döyməsin kimsə qapımı 
Qəlbim qırmayacaq öz inadını 
Sıxıb dodağıma sənin adını 
Sənin ad gününü keçirəcəyəm. 
   
 
HEYKƏLLƏR AĞLAYIR YAĞIŞ YAĞANDA 
 
Hərəsi tarixdə bir səs, bir səda   
Yaşayır ömrünün heykəl çağında. 
Hamının ürəyi kövrəlirsə də 
Heykəllər ağlayır yağış yağanda. 
   
Deməyin yağışdır yağır buluddan 
Göylərin ürəyi dolub ağlayır. 
Leylini Məcnuna qovuşdurmayan 
Füzuli peşiman olub ağlayır. 


122 
 
  Qəlbi kövrəlsə də öldürəcəkdir, 
Kişidir dayanıb sözünün üstə. 
Bəhram qılınc çəkib, gözləri yaşlı 
Əjdaha ağlayır dizinin üstə. 
   
Gözləsin nə qədər, dözsün nə qədər 
Bezikib səbrindən səbir ağlayır. 
Qısılıb tarixin divarlarına   
"Səbr eylə" söyləyən Sabir ağlayır. 
   
Daşlar ağlayırsa fəlakət olub 
Axı ürəyi var daşın, dağın da. 
Hamının ürəyi kövrəlirsə də 
Heykəllər ağlayır yağış yağanda. 
   
 
KİŞİ SÖZÜ 
   
Sözdür də... görünən izi qalmayır 
Hərdən şapasan da şillə yerinə.. 
...Kişinin dediyi söz də kişidi- 
Qoyub atmaq olar güllə yerinə... 
   
Sözdür də... başına hər cür ip salıb 
Yüz yana, yüz yerə qatlamaq olar.., 
İlahi gücü var, kişi sözüylə 
Min illik bütləri laxlatmaq olar... 
   


123 
 
Sahibsiz mülkləri ot-alaq basar, 
Çoxalar bayquşu viranələrin, 
Kəsərli söz deyən kəs olmayanda 
Qeyrəti olmayıb zəmanələrin... 
   
Bədbəxtdi qeyrətdən qısır zəmanə, 
İsitmir kişisiz alışan ocaq, 
İnanma böyüyüb söz deyən olsun 
Qısır zəmanədə böyüyən uşaq. 
   
Kişi sözü gərək hər zəmanənin – 
Burda min məna var ensən dərinə.. 
Kişinin dediyi söz də kişidi – 
Qoyub atmaq olar güllə yerinə... 
   
*** 
Ürəyimə dolar kədər, 
Ötənlərdən verər xəbər. 
Daha nələr, daha nələr... 
Axşamlarıq qürub çağı... 
   
Mən bir ömrü verdim bada,   
Nə qaldı ki, düşə yada?! 
Tək qalıram bu dünyada, 
Axşamların qürub çağı... 
   
 
 


124 
 
Tale verən oldu bəsim   
Çox şeyə söndü həvəsim... 
Ürəyimdən gələr səsin 
Axşamların qürub çağı... 
   
Saç ağardı-tez ağardı, 
Həyat mənə göz ağartdı... 
...Ünvansız bir səs çağırar 
Axşamların qürub çağı. 
   
 
SÖKÜL, DAN YERİ 
   
Arzudan, istəkdən uzaq qalmışam, 
Taleyin əlində yazıq qalmışam. 
Gecələr içində azıb qalmışam   
Sökül yavaş-yavaş, sökül, dan yeri. 
   
Üzüldüm ağrıdan,yandım göynəkdən, 
Ürəyim ilantək çıxdı köynəkdən. 
Keçdi “gözləmək”dən, keçdi “neynək”dən 
Sökül yavaş-yavaş, sökül, dan yeri. 
   
Yol ver qaçım gedim gedim allahlarımdan, 
Vallah keçəcəyəm günahlarından. 
Çəkil yollarından sabahlarımın, 
Sökül yavaş-yavaş, sökül, dan yeri. 
   


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə