Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə21/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

125 
 
*** 
Qəfil günəş kimi doğdu bu sevgi 
Kor olduq önündə bu gur işığın... 
Kor olmuş səadət yan keçdi bizdən   
Məni ahın tutdu, səni qarğışı! 
   
Aşırı məhəbbət səadət deyil – 
Xoşbəxtlik dar gəldi bəlkə bu eşqə, 
Bəlkə zəhləsini tökdük Allahın 
Ayrılıq göndərib etdi heç-heçə... 
   
Dünyada hər şeyi dəyişir sevgi 
O zəng, o telefon, o küçə olmur... 
Bu qədər inadkar olma ilahi, 
Sevgidə heç zaman heç-heçə olmur. 
 
 
 
 
 


126 
 
FƏXRƏDDİN ZİYA 
(1953) 
 
Fəxrəddin  Ziya  (Əliyev  Fəx-
rəddin Mansur oğlu – həkim, şair, 
publisist)  18  noyabr  1953-cü  ildə 
Masallı  rayonunda  anadan  olmuş-
dur.  Orta  məktəbi  Sumqayıt  şəhə-
rində  bitirmişdir.  Sonra  təhsilini 
Azərbaycan  Dövlət  Tibb  İnstitu-
tunda davam etdirmişdir (1971-1977). 
70-ci  illərin  əvvəllərində  “Ədəbiyyat”  qəzetində 
çap olunan şeiri ilə ədəbiyyata gələn şair 
  “Bir damla qan” televiziya filminin ssenarisinin, 
neçə-neçə  populyar  mahnıların  sözlərinin,  “Qayıt 
məni qınamağa”, “İl ayrıcında”, “Zaman, səndən hara 
qaçım”,  “Mənim  şair  anam”,  “Yazıçılar”,  “Bu  da  bir 
istəkdi”,  “Şeiriyyətim,  şeirim”  və  başqa  ondan  artıq 
kitabın müəllifidir. 
  1998-ci ildən AYB-nin üzvüdür. 
   
YA QİSMƏT 
   
Qəlbimizdə sonsuz arzu, həvəs var
başımızda yüz qəzavət, ya qismət. 
Bəxt bu yolda gah oyanar, gah yatar, 
kimə qoyar qədir-qiymət, ya qismət? 
   


127 
 
Zaman-zaman təbiətin hikməti 
bizə növ-növ şirin, acı öyrətdi. 
Nə qədərdi yaxşı-pisin qiyməti, 
harda hörmət, harda töhmət, ya qismət?   
         
Ey acların loxmasına göz dikən, 
bostançının çiynində tağ əkən, 
sənə qalmaz, kimin olar görəsən, 
topladığın bu qənimət, ya qismət? 
   
Hansı həris həvəsindən usanmış, 
hansı xəbis əməlindən utanmış? 
İnsanlığa qənim elə insanmış, 
kimi tutar bu bəd xislət, ya qismət? 
   
Azaltdıqca istisini od-ocaq, 
Vətən gülü güllüyündə solacaq. 
Haçanacan dərd olaraq qalacaq 
tapdaq torpaq, namus, qeyrət, ya qismət? 
   
Boş buraxdıq neçə ciddi söhbəti, 
əvəzində gördük zülmü, zilləti. 
Kim aldatdı, kim sındırdı milləti, 
açılarmı bu həqiqət, ya qismət? 
   
Sözün də öz hikməti, öz gücü var
əsrlərin min sirrini daşıyar. 
Neçə dildə, neçə eldə yaşayar, 
yazdığım dörd-beş hekayət, ya qismət? 
  Mart, 2005 


128 
 
SOYUQ TƏNDİRLƏRƏ ÇÖRƏK YAPILMAZ 
 
Çılğınlıq cahillik əlamətidir, 
ağlı yetkin olan hissə qapılmaz. 
Fərhadın dastanı bir əfsanədir, 
külüng zərbəsiylə qaya çapılmaz. 
   
Qəribə bir xislət var canımızda, 
gücü axtarırıq ad-sanımızda. 
Düşmən baş kəssə də dörd yanımızda, 
bizə toxunmasa, rəqib sayılmaz. 
   
Yaman öyrəşmişik alqı-satqıya, 
əhsən bu hərraca, bu soyhasoya. 
Ola, bu ağalar dayana, doya, 
anlaya, ləyaqət, Vətən satılmaz! 
   
Torpağı verdik ya satdıq, nə fərqi
yadlara qoyduq ya atdıq, nə fərqi, 
biganə qaldıq ya yatdıq, nə fərqi, 
qəflət yuxusuna gedən ayılmaz. 
   
Bu xalqın nəyi var, dağıdın, sökün, 
Bakı özünüzün, yenidən tikin. 
Yola, dənizə də bir çəpər çəkin, 
hələ ki, sizə yox deyən tapılmaz. 
   
 


129 
 
Ayrılın, ayrılsın bazarınız da,   
eviniz, işiniz, məzarınız da. 
Ayrıdır ağrınız, azarınız da, 
onsuz qanınıza bir qan qatılmaz. 
   
Dərd ki, ovunmadı əhli-hal ilə, 
keçər gün-güzəran qeylü-qal ilə. 
Qayıtmaz Qarabağ bu minval ilə, 
soyuq təndirlərə çörək yapılmaz. 
  18.03.02 
 
 
BAĞIŞLA, CAN ANA 
 
(Dünyasını dəyişən anda övladlarından 
biri də yanında olmayan anam   
Züleyxanın əziz xatirəsinə) 
  
Köçüb bir dünyam, yoxdur, 
gölüm var, sonam yoxdur. 
Virandır atam evi, 
içində anam yoxdur. 
  
Son dəfə üzünü görə bilmədim, 
son dəfə əlindən öpə bilmədim, 
ağladım, sızladım, ölə bilmədim, 
bağışla, can ana, bağışla məni. 
  


130 
 
Bu qədər yaxınmış ölüm, bilmədim, 
sonam, anlamadım, gülüm, bilmədim, 
ayağın altında ölüm, bilmədim, 
bağışla, can ana, bağışla məni. 
  
Görüb ətrafında yurdlaşlarını, 
gözün gəzib məni, qardaşlarımı... 
Saxlaya bilmirəm gözyaşlarımı, 
bağışla, can ana, bağışla məni. 
  
Bir ara yanına gələ bilmədim
məşğuldum, vaxtımı bölə bilmədim. 
Dönsün od-ocağım külə, bilmədim, 
bağışla, can ana, bağışla məni. 
  
Nə səsim çatmayır, nə ünüm sənə, 
o dünya vardısa, qoy dönüm sənə. 
Nə dua, qurbandır hər günüm sənə, 
bağışla, can ana, bağışla məni. 
  
Yuxuma girirsən – görünüm, gəlim, 
hardasan, can ana, sürünüm, gəlim?! 
Hay ver, kəfənimə bürünüm, gəlim, 
bağışla, can ana, bağışla məni. 
Gəlib o yerləri gəzirəm sənsiz, 
boğur qəhər məni, dözürəm sənsiz. 
O ata yurdundan bezirəm sənsiz, 
bağışla, can ana, bağışla məni. 


131 
 
Ruhunmu bağlayan məni o kəndə
xəyalən bu yolu gedirəm gündə? 
Bir ana sevgisi uyuyur məndə, 
bağışla, can ana, bağışla məni. 
  
Hərdən elə bil ki, lap yanımdasan, 
burda, yaşadığım ünvanımdasan. 
Sənin varlığınla barışmaq asan, 
bağışla, can ana, bağışla məni. 
  
Daşlaşmış şəklinin soyuq baxışı 
axıdır gözümdən bir yaz yağışı. 
Sən ey geri dönməz səadət quşum, 
bağışla, can ana, bağışla məni. 
  
İndi məzarındır müqəddəs yerim, 
o soyuq daşları qucar əllərim. 
Allahmı Kərimdir, ya sənmi Kərim, 
bağışla, can ana, bağışla məni, 
bağışla, bağışla, bağışla məni. 
 08.09.97 
 
 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə