Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

139 
 
Yuxuydu dünyada dərdi-sərimiz
Dağ idi arandan qaçan yerimiz. 
Odur, orda qalıb ocaq yerimiz, 
Gözümdə oynayan ocaqlar hanı? 
Dağlar o dağlardır, o çağlar hanı? 
   
Sallanıb gələrdi bulağın üstə, 
O yanağı lalə, dodağı püstə. 
Biz də boylanardıq qulağı səsdə, 
Hanı, o əvvəlki “qoçaq”lar hanı? 
Dağlar o dağlardır, o çağlar hanı? 
   
 
HƏYAT NƏĞMƏSİ 
   
Sən doğulan şəhər birdi,- 
Şəhərlər o qədərdi ki... 
Mən boğulan qəhər birdi,- 
Qəhərlər o qədərdi ki... 
   
Biz yaşında nəsil birdi
Nəsildə kök, əsil birdi. 
Biz yaşayan əsr birdi,- 
Əsrlər o qədərdi ki... 
   
Səni mən tək duyan birdi
Mənə sən tək həyan birdi. 
İkimizə dünya birdi,- 
Dünyalar o qədərdi ki... 


140 
 
OLAN OLDU, KEÇƏN KEÇDİ 
Aşıq Alıya 
   
Nə qalmısan tənha, könlüm, 
Gələn gəldi, köçən köçdü. 
Bal süzülən çiçəklərə 
Qonan qondu, uçan uçdu. 
   
Gəzirəm məni duyanı,- 
Dar günümdə dostlar hanı? 
Qəlbim bir sınaq meydanı, 
Qalan qaldı, qaçan qaçdı. 
   
Görməyələr bu günümü, 
Seçəmmirəm zili, bəmi. 
Mən yazığa dərdi, qəmi 
Əkən əkdi, biçən biçdi. 
   
Niyə belə yatdı baxdım, 
Yatıb məni atdı baxdım. 
Hanı qız bəyənən vaxtım? 
Alan aldı, seçən seçdi. 
   
Rafiq, dərd-qəm yesən də sən, – 
Düz qəddini əysən də sən, 
Yüz başına döysən də sən
Olan oldu, keçən keçdi. 
  1984. 


141 
 
GÜNAHLARIM... CƏZALARIM... 
   
Gah acılı, gah şirinli, 
Bu dünyada ömr edirəm. 
Tale elə gətirir ki
Heç özüm də istəmədən, 
Bəzən günah işlədirəm. 
   
Bir ömürün yollarında, 
Yamanların ucbatından 
Günahsız cəza almışam. 
Yaxşıların əllərində, 
Bağışlanıb günahlarım, 
Dönüb cəzasız qalmışam. 
   
Həm yaxşılı, həm yamanlı 
İnsan gözəl, həyat gözəl. 
Həm işıqlı, həm dumanlı 
Ömür gözəl, qismət gözəl. 
   
Qismətimdəm küsməyirəm, 
Küsməyim hədərdi mənim. 
Günahım nə qədərdisə, 
Cəzam o qədərdi mənim. 
   
   
 
 
 


142 
 
ƏFRAHİM 
(1954) 
 
  Əfrahim (Əfrahim İsma-
yıl  oğlu  Hüseynov)  23  fevral 
1954-cü  ildə  Cəlilabad  rayo-
nunun Alar kəndində anadan 
olmuşdur. Orta məktəbi doğ-
ma  rayonunda  bitirdikdən 
sonra,  1972-ci  ildə  Azərbay-
can  Dövlət  Tibb  İnstitutunun 
müalicə-profilaktika fakültəsinə daxil olub və 1978-ci 
ildə  yüksək  qiymətlərlə  təhsilini  başa  vuraraq  tera-
pevt ixtisası almışdır.   
  Ədəbiyyata orta məktəb oxuyarkən – 1970-ci ildə 
“Bakının gecə lövhəsi” şeiri ilə gəlib.   
  “Səni gözləyə-gözləyə”, “Yollar qayadan asılır”, 
“Ömrü hamıtək yaşasan”,”Məni axtaran varsa”, “Nə 
yaman çətinmiş məni  tanımaq”, “Yağan yağış yolla-
rını  döydümü”  və  “Ürəyi  aldatmaq  olmur”  kitab-
larının  müəllifidir.  Şeirləri  Türkiyədə  çap  olunan 
“Altun kalemler” kitabında da yer almışdır.   
  1999-cu ildən AYB-nin üzvüdür. 
  Ailəlidir. Bir övladı var. 
   
 
 


143 
 
ÜRƏYİ ALDATMAQ OLMUR 
 
Axtarırıqsa gümanı, 
Çəkilmir qəmin dumanı. 
Həkim, yığışdır dərmanı, – 
Ürəyi aldatmaq olmur. 
 
Göy biçənəklər yuxudu, 
Salxım söyüdlər qurudu... 
Bu payızın işi budu, – 
Küləyi aldatmaq olmur. 
 
Çəmən dönüb ah yerinə
Darayan yox meh yerinə... 
Yaş ələnir şeh yerinə, 
Çiçəyi aldatmaq olmur. 
 
Ömür tilsim, arzu düyün; – 
Açsan, nə din, nə də öyün! 
Bircə gün qazanmaq üçün 
Fələyi aldatmaq olmur. 
 
Axtarırıqsa gümanı, 
Çəkilmir qəmin dumanı. 
Həkim, yığışdır dərmanı, 
Ürəyi aldatmaq olmur. 
   
 


144 
 
TORPAQ BİZNƏN HESAB ÇƏKİR 
 
Yalanmış, bu sevgi yalan! 
Ölmədi gözləri dolan. 
Yadların əlində qalan 
Torpaq biznən hesab çəkir. 
   
Biri qəmli, beşi gülən... 
Hara getdi dərdi bilən? 
Vaxtsız saralıb tökülən 
Yarpaq biznən hesab çəkir. 
   
Bilmədik ulduz neçədi, – 
Ölüb dirilmək necədi. 
Göz-gözü görməz gecədi, 
Çıraq biznən hesab çəkir. 
   
Eniş, yoxuş, qaya, gədik 
Baxır yolumuza dik-dik. 
Gəzdirə bildik... bilmədik?! – 
Papaq biznən hesab çəkir. 
   
 
 
 


145 
 
ÖMÜR BURA QƏDƏR İMİŞ 
 
Dayan, əzmə bu çəməni, 
Yollar bura qədər imiş. 
Unut məni, bilim ki, qoy, 
Ömür hara qədər imiş. 
 
Qucaqlayır duman yeri, 
Bacarırsan, güman, yeri! 
Bilsə, açılar dan yeri 
Axtardığım səhər imiş. 
 
Bil ki, yazılıb günaha, 
Dərd gedir üzü sabaha. 
Ürəyimdən çıx get daha, 
Qalmağın bir qəhər imiş. 
 
Bir çay səsli gecə üçün 
Ağlamışıq için-için. 
Bu ürəkdən gəlib keçən 
O ürəkçün hədər imiş. 
 
Dayan, əzmə bu çəməni, 
Yollar bura qədər imiş. 
Unut məni, bilim ki, qoy, 
Ömür hara qədər imiş. 
 
 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə