Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə12/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

62 
 
yazım orda? 
Necə yazım? – 
Oxunsun hər naxışında 
ilk sevgimin hərarəti
şıltaqlığı, nazı orda! 
İllər keçir, 
Yandıracaq, 
Donduracaq 
ürəyimi 
Neçə-neçə yayın odu, 
Neçə-neçə qışın qarı. 
Fəqət heç vaxt sönən deyil 
O sevginin ürəyimdə böyütdüyü 
Dəniz boyda məhəbbəti – yadigarı! 
Xəyalım da, ümidim də – 
dəniz... dəniz... 
"Mən dənizsiz yaşamazdım, 
Görən, necə yaşayacaq dəniz mənsiz?" 
   
1982. 
   
“ƏLVİDA” DEMİRƏM 
   
“Əlvida” demirəm mən, “hələlik” demirəm ki... 
Son ayrılıq çağıdır, görüşmərik bir daha. 
Əlvida, doğma ellər, təsəlli dolu illər
Həyatım sönüb artıq, ümid yoxdur sabaha. 
   


63 
 
Bir alın yazısıdır, bu gediş, bu ayrılıq, 
Bu əbədi dünyada, mən bir qum dənəsiyəm. 
Ey bu vaxtın sahibi, aman ver nəfəs dərim, 
Bəlkə bir də bu əziz yerlərə dönəsiyəm. 
   
Əlimdən tut, ayrılıq, yolu tanımıram mən, 
Həmişə tək olmuşam, yenə də tək-tənhayam. 
Bu son vida çağımda mən “əlvida” demirəm, 
Ürəyim döyünsə də, sönür gözümdə dünyam. 
   
1990. 
 
 


64 
 
RAFİQ TAĞI 
(1950-2011) 
 
Rafiq Tağı (Tağıyev Ra-
fiq  Nəzir  oğlu,  həkim,  şair, 
nasir,  publisist,  1989-cu  il-
dən AYB-nin üzvü) 5 avqust 
1950-ci  ildə  Azərbaycanın 
Masallı  rayonunun  Xoçço-
banlı kəndində anadan olub. 1966-cı ildə orta məktəbi, 
1972-ci  ildə  N.Nərimanov  adına  Azərbaycan  Dövlət 
Tibb  İnstitutunun  müalicə-profilaktika  fakültəsini 
bitirib.   
1968-ci  ildə  ilk  şeiri  Masallının  “Çağırış”  rayon 
qəzetində, “Fərqanə” adlı ilk hekayəsi isə 1977-ci ildə 
“Ulduz” jurnalında çap olunub. Azad Yazarlar Oca-
ğının üzvü və sədri olub. 
“Yanaşı  ulduzlar”(1987),  “Düşmənimin  xatiri-
nə”(1991), “Pozitiv. Neqativ”(1996), “Təpəgöz, qarış-
qa  və  uşaq”(şərikli,  1996),  “Ekstremal  şeirlərim  və 
hekayələrim”(2004) və başqa kitabların müəllifidir 
  2011-ci il noyabrın 23-də vəfat edib.   
  Üç övladı var.   
 
(Mənbə: ”Azərbaycan yazıçıları”, Bakı, “Nurlar”, 
2011) 
   
 
 


65 
 
KEÇMİŞDƏ VAĞZALINDAN GÖRÜNƏN 
LƏNKƏRAN MAYAKI 
 
Keçmişdə 
vağzalından görünən 
Lənkəran mayakı 
ən azından ilk poetik 
mənzərəsidir həyatımın. 
Atam   
mayaka baxmadan, 
muğam zümzüməsində, 
gecə qatarınacan 
en-uzununu ölçərdi, 
tutalım, 
mənə aldığı maykanın. 
Yaddaşımda 
yanan mayak 
özü çoxdan 
sönübsə də, 
dünən yolda evə kimi 
atamı andırıb mənə 
əsas xatirələrimə 
əlavə kimi. 
   
 
 
 


66 
 
KEÇDİM KLASSİKLƏR TƏRƏFİNƏ 
   
Skripka aldım özümə – 
onu çala 
bilməsəm, 
bu cür ucala 
bilməsəm də. 
Keçdim klassiklər tərəfinə. 
Keçdim –   
hətta 
qoca kimidilərsə də, 
çeşməklərindən 
sanki həkimdilərsə də. 
Min cür adamdan 
mən   
onları seçdim, 
aldanmadan. 
Oxşadım keçmişin 
və həm gələcəyin 
klassiksevərlərinə. 
Skripka aldım özümə –   
keçdim klassiklər tərəfinə. 
   
 
 
 


67 
 
SƏRDAR KƏRİMLİ 
(1954-2003) 
 
    Sərdar  Kərimli  (Sərdar  İsa 
oğlu  Kərimli  –  həkim,  şair,  pub-
lisist, alim, dövlət xadimi) 1954-cü 
il Azərbaycanın Göyçə mahalında 
anadan  olub.  1971-ci  ildə  Bakı 
şəhərində  30  saylı  orta  məktəbdə 
təhsil almışdır. 1972-ci ildə institu-
tun 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 
1978-ci ildə həmin ali məktəbi bitirmişdir.   
      O,  1980-1983-cü  illərdə  Bakı  şəhər  təcili  və 
təxirəsalınmaz  tibbi  yardım  stansiyasında  əvvəlcə 
çağırışçı  həkim,  sonra  böyük  həkim  vəzifələrində 
çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk 
Partiya  Təşkilatının  katibi  olmuşdur.  Sonra  təhsilini 
(1985-ci  ildə)  Bakı  Ali    Partiya  məktəbində  davam 
etdirmişdir.  Təhsili  müddətində  Bakı  Ali  Partiya 
Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsi də  ona 
həvalə  edilmişdir.  Daha  sonra  (1985-1989)  Nəsimi 
Rayon  Partiya  komitəsinə  təlimatçı,  rayon  səhiy-
yəsinin kuratoru olmuşdur.   
    1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər 
idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və 
tədris  müəssisələri  idarəsinin  1-ci  dərəcəli  həkim-
inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm 
və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün 


68 
 
sonunadək Azərbaycan Respublikası Səhiyyə naziri-
nin 1-ci müavini olmuşdur. 
Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci 
ilin 2 Noyabr tarixli sərəncamı ilə “Əməkdar həkim”   
fəxri adına layiq görülmüşdür.   
2003-cü il Dekabr ayının 23-də vaxtsız (49 yaşın-
da) dünyasını dəyişmişdir.   
    Üç övladı var. 
   
     
GÖYLƏR ÇAĞIRIR 
   
Torpaqla asiman arasındayam, 
Yer məni səsləyir, göylər çağırır. 
Cismimi yer çəkir, ruhumu göylər, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
Yetişib mənzilim, başadır mənim, 
Torpaq, səma – qibləm, qoşadır mənim, 
Ömrümü üç balam yaşadır mənim, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
Şaqraq gülüşlərim, şən nəğmələrim, 
Nakam sevda dolu qəm nəğmələrim
Bir qu nəğməsiydi son nəğmələrim, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə