Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

55 
 
KİMİ 
   
Hey çalış, hey vuruş mənası yoxdur, 
Öz bəxtin üzünə gülənə kimi. 
Qismətin nədirsə, qazancın odur, 
Ondan artıq olmaz ölənə kimi. 
   
Tənəzzüldə hər kəs yüyürər, yortar, 
Görməz bəhrəsini cəhd – çarıq yırtar. 
Baxarsan yüz azar artar, hey artar 
Bir dərdi qəlbindən silənə kimi. 
   
Kasıbın hər günü günündən betər, 
Ölüncə ümidlə inləyər, ötər. 
Bəylə dən əkənin çiynində bitər... 
Haqq divan yerinə gələnə kimi. 
   
Əgər olsa, Nadir, dərya kamalın, 
Nadansan, yoxdursa bir xoş iqbalın. 
Göylərə uçsa da tərlan xəyalın, 
Şikarın qərq olar alana kimi. 
   
DEYƏRLƏR 
   
Olsa cəsarətin Koroğlu qədər
Bəxtin gətirməsə, yasar deyərlər. 
Elm dəryasının qəvvası olsan, 
Cibi boş olanda susar, deyərlər. 


56 
 
   
Bədöy köhlən gərək gələ cövlana, 
Yoxsa yabı deyər görənlər ona. 
Şikarı olmayan qoca qartala 
Ya qarğa deyərlər, ya sar deyərlər. 
   
Adam var sözünü söyləyər qəti, 
Soyulsa dərisi, kəsilsə əti. 
Nadir, boşboğazın gopdu sənəti
Xəlvətdə özündən “basar” deyərlər. 
   
OLASAN 
   
Ağası olunca dilqanmaz kəsin, 
Gedib bir qananın qulu olasan. 
Namərdin başında papaq olunca, 
Bir mərdin atının çulu olasan. 
   
Ağac var kölgəsi, ağac var barı, 
Ağac var gülündə oturmaz arı. 
Nəyə gərək barsız ağac kolları, 
Bir barlı ağacın kolu olasan. 
   
Nadir, bir mənbədən gəlməsə suyu,- 
Müdam su tökəsən, su verməz quyu. 
Gur yağışın olar ani səs küyü, 
Tükənməz çayların gölü olasan. 
   


57 
 
OLANDA 
   
Könül yaxşı tanı dostu, tanışı 
Əldə şeş gətirən zərin olanda. 
Nə təkəbbür olub alma qarğışı, 
Nə də yanma, iki birin olanda. 
   
Eşidib yaltağın min cür gopunu, 
Bir gün alar zaman onun köpünü. 
Axıtma selində saman çöpünü
Arazın olanda, Kürün olanda. 
   
Fitnə olub demə qəlbin sezilməz, 
Hamı bilir mardan şərbət süzülməz. 
Haqqı tutsan, Nadir, qəti üzülməz, 
Böhtanın olanda, şərin olanda. 
   
 
   
 
 


58 
 
YUSİF ƏHMƏDOV
 
(1939-2012) 
 
Yusif  Əhmədov  (Əhmədov 
Yusif Yaqub oğlu, həkim, yazıçı, 
publisist)  1939-cu  il  fevralın  22-
də  Füzuli  rayonunda  anadan 
olub.  1963-cü  ildə  Azərbaycan 
Dövlət  Tibb  Universitetini  biti-
rib.   
    İlk kitabı 1965-ci ildə “Əfqan hеkayələri” adı ilə 
Düşənbə şəhərində fars dilində çap оlunub.      “Qara 
yеlkənli qırmızı gəmilər”, “Səninlə sənsiz”, “Ruhların 
qayıtması”,  “Ürək  bağışlamır”,  “Əzablı  yollarla”, 
“Ölümlə həyat arasında”, “Bəxtiyar”, “Zülmətdən işı-
ğa dоğru”, “Tоrpağa tökülən qan”, “Odlu illərin xati-
rələri”, “Tоpxana mеşəsində görüş”, ”Məxmər yuxu-
ların mahnısı” və başqa kitabların müəllifidir.   
      Ümumittifaq həkimlər qurultayının iştirakçısı 
olmuş (1989), “Əsrin həkimi" fəxri adına (2003), “Qızıl 
qələm”,  “Ustad  sənətkar”,  “Araz”,  ”Müşfiq”  ədəbi 
mükafatları  və  diplоmlarına  layiq  görülmüşdür. 
“Tоrpağa  tökülən  qan”  rоmanına  görə  AYB-nin 
“Yaddaş”  Milli  Mükafatı  almışdır.  “Yеni  Carçı” 
qəzеtinin baş rеdaktоru olmuşdur. 
  27 mart 2012-ci ildə vəfat etmişdir. 
   
   


59 
 
HARAYA TƏLƏSİRİK 
   
Ay xəzəl olmuş yarpaq, 
Dön bir bəri, mənə bax! 
Lap bağrıbadaşıq biz, 
Lap əkiz qardaşıq biz. 
   
Burulğana düşmüşük, – 
Həyat burulğanına, 
Əsən küləklər bizi 
Çırpır o yan-bu yana. 
   
Doğma budağımızdan 
Qopub torpağa düşdük. 
Hər gün qürbətə düşdük, – 
Hər gün uzağa düşdük. 
Sapsarı xəzəl olduq... 
Bununçünmü doğulduq 
Doğulduğumuz gündən? 
Küləklərin əlində 
Qolu bağlı əsirik. 
Özümüz də bilmirik   
Haraya tələsirik?! 
   
1998. 
   
 
 


60 
 
BELƏ TƏNHA OLMAMIŞAM 
 
Kədər qəlbimə çəkilir, 
İçim içimdən sökülür. 
Gözümdən qan-yaş tökülür, 
Belə tənha olmamışam. 
   
Ümidim bir qədər miskin, 
Həqiqət bir qədər kəskin, 
Taledən bir qədər küskün,- 
Belə tənha olmamışam. 
   
Kim dərdimi bilə bilər, 
Bilibən də bölə bilər? 
Gözyaşımı silə bilər, – 
Belə tənha olmamışam. 
   
Ürəyimdə arzu sönük,- 
Kimə səmtik, kimə yönük? 
Bu taleymiş üzü dönük... 
Belə tənha olmamışam. 
   
1990. 
   
 
 


61 
 
TƏNHA ULDUZ 
   
Soyuq səmalarda bir yorğun ulduz 
Gör necə titrəyir ay işığında. 
Bu qış gecəsində o yorğun ulduz 
Görəsən, nə gəzir ay işığında? 
   
Dənizdə yol azan bir gəmi kimi 
Fikrim yer axtarır gecələməyə. 
Niyə yandırırsan mənim qəlbimi 
Odlara çırpınan pərvanə kimi? 
   
Soyuq səmalarda o tənha ulduz 
Görəsən, nə gəzir ay işığında? 
Mənim ürəyimdi o tənha ulduz, 
Ruhuna qovuşur ay işığında. 
   
   
GÖY ÜZÜ BİR DƏNİZDİR 
(Mən dənizsiz yaşamadım...N. Xəzri) 
   
Göyün üzü bir dənizdir, 
Arzularım – ləpələri. 
O ləpələr sevən qəlbin döyüntüsü, – 
ömürboyu canlı, diri! 
O dənizin sahilində 
qızıl qumlar... 
Mən adımı axı necə 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə