Ekologiya imtahan Suallar


Azərbaycanda ekolojiya elminin inkişaf tarixi



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə3/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   2   3   4   5   6   7   8   9   ...   60
Ekologiya

Azərbaycanda ekolojiya elminin inkişaf tarixi
Azərbaycanda ekologiya elminin ayrı-ayrı sahələrinin tarixi müxtəlifdir. Aşağıda ekologiya ilə bağlı 
olan əsas elm sahələrinin tarixi verilir. Coğrafiya sahəsi Məlum olduğu kimi ekologiya elmi coğrafiya 
elmi ilə sıx bağlıdır. Belə ki, ekologiya canlı orqanizmlər arasında və onların olduğu coğrafi mühitlə 
qarşılıqlı əlaqə haqqında elmdir. Azərbaycan ərazisində coğrafiyaya aid ilkin məlumatlara qədim yunan 
coğrafiyaçısı və tarixçisi Strabonun «Coğrafiya» adlı əsərində təsadüf olunur. Strabondan sonrakı 


dövrlərdə məşhur coğrafiyaçılar və tarixçilər, o cümlədən Əbdür Rəşid Bakuvi (XV əsr), Hacı 
Zeynalabdin Şirvani (XVIII-XIX əsrlər), Abbasqulu Ağa Bakıxanov (XIX əsr), Həsənbəy Zərdabi 
(XIX-XX əsrlər) və başqalarının əsərlərində Azərbaycanın coğrafi şəraiti haqqında məlumatlara rast 
gəlmək olar. Azərbaycanda coğrafiya elminin inkişafında Ə.M.Şıxlinski, Q.K.Gül, Ə.Mədətzadə, 
S.H.Rüstəmov, B.A. Antonov, V.Q.Zavriyev, H.B.Əliyev, H.Ə.Əliyev, Ş.C.Əliyev, B.Ə. Budaqov, 
Ə.C.Əyyubov, N.Ş.Şirinov, Ə.M.Hacızadə, B.T. Nəzirova, N.Kərəmov, R.X.Piriyev, M.A.Müseyibov, 
A.A.Nadirov, Ə.V. Məmmədov, Ş.Y.Göyçaylı, Q.G.Həsənov, R.M. Məmmədov, Ş.B.Xəlilov və b. rolu 
böyük olmuşdur. Coğrafiya İnstitutunda sinoptik meterologiya şöbəsi yarandıqdan sonra 
Ə.A.Mədətzadənin rəhbərliyi altında kollektiv hava proseslərinin oroqrafik şəraitlə əlaqədar tətqiqi, 
iqlimi yaradan makroatmosfer proseslərinin növləşdirilməsi, təbii sinoptik iqlim fəsillərinin, güclü 
küləklər, tufan, dolu, leysan yağışları, şiddətli şaxtalar, quraqlıq kimi hadisələrin əmələgəlmə 
mexanizminin təkrarlanmasının öyrənilməsi, eyni zamanda Xəzər dənizi üzərində baş verən proseslərin 
tədqiqi ilə məşğul olmuşdur. Respublikamızda aqroiqlimşünaslıq sahəsində geniş tədqiqatlar 
Ə.A.Mədətzadədən sonra Ə.C.Əyyubov tərəfindən aparılmışdır. 1981-ci ildən başlayaraq X.Ş.Rəhimov, 
N.D.Ulxanlı, M.S.Həsənov, V.Babayeva və b. tədqiqatçılar taxıl bitkiləri, pambıq, üzüm, nar, əncir, çay, 
yay və qış otlaqları, dənizkənarı və dağ kurortlarında aqroiqlim və mikroiqlim şəraitini və ehtiyatlarını 
öyrənmiş və aqroiqlim rayonlaşdırılmasını tərtib etmişlər. İlk dəfə olaraq landşaftın formalaşmasında 
neotektonik hərəkətlərin roluna dair bir sıra problem məsələlər kompleks şəkildə həll edilmişdir. 
(Budaqov, 1973). Coğrayia İnstitutunun əməkdaşları tərəfindən Azərbaycan Respublikasının ayrı-ayrı 
regionları üzrə müxtəlif miqyaslarda landşaft xəritələri tərtib edilmişdir. Azərbaycanda çay sularının 
istifadəsinə dair məlumatlara Hacı Zeynalabdin Şirvani (1780-1838), Afanasi Nikitin (XV əsr), Nadir 
Mirzə (1323-cü il) və digər səyyah və alimlərin əlyazmalarında rast gəlinir. Azərbaycanda hidrologiya 
elminin inkişafı S.H. Rüstəmovun adı ilə bağlıdır. Onun rəhbərliyi altında respublikanın müxtəlif 
regionlarının çayları hərtərəfli öyrənilmiş, ayrı-ayrı çaylarda axımın il ərzində paylanması, maksimal su 
sərfləri, qar örtüyü və onun çay axımında rolu, sel hadisələri, çayların sülb axımı, məcra prosesləri və s. 
öyrənilmişdir. Çayların öyrənilməsində iştirak edən hidroloqlardan Məmmədov M.Ə. (1976), Cəfərov 
B.S. (1963), Vəliyev N.A. (1962), F.Ə. İmanov (1995), Qaşqay R.M. (1996), Mahmudov R. (2000), 
Axundov S.A. (1978) və b. göstərmək olar. Respublikada göllərin və su anbarlarının hidroqrafiyası və 
ekoloji vəziyyəti M.M.Həsənov (1964), X.D.Zamanov, P.B. Tarverdiyev (1965), Ş.B.Xəlilov (2003), 
V.A.Məmmədov (1998) tərəfindən öyrənilmişdir. Azərbaycan Respublikası çaylarının çirklənməsi 
F.Ş.Əliyev, M.A.Məmmədova (2003), M.Ə.Salmanov, A.İ. Ənsərova (2002), Ş.B.Xəlilov (2000) və b. 
tərəfindən öyrənilmişdir. Xəzər üzrə elmi tədqiqatların əsası Q.K.Gül tərəfindən qoyulmuşdur. O, 
tədqiqatlarında Xəzər dənizinin qərb sahillərinin hidrometeorologiyası, Xəzərin səviyyə tərəddüdü ilə 
əlaqədar olaraq xalq təsərrüfatında baş verən dəyişikliklər, ayrı-ayrı hidrometeoroloji amillərin 
xarakteristikasına üstünlük vermişdir. Xəzər dənizi üzrə elmi tədqiqatlar Q.M.Məmmədov və 
A.N.Kosaryev (1967), T.İ.Furman (1966-1968), İ.Q.Məmmədov (1964), M.M.Həsənov və X.E.Vəliyev 
(1969), M.S.Çobanzadə (1964) və b. tərəfindən yerinə yetirilmişdir. Xəzər dənizində kiçik miqyaslı 
pulsasiyaların ölçülməsi ilk dəfə R.M.Məmmədov tərəfindən aparılmışdır. Müəllif statistik orta, 
dispersiya, apizotropiya, turbulent intensivlik, dissipasitral funksiyaları hesablamış, Xəzərdə əsas enerji 
daşıyıcı dövrlərini tapmışdır. Ekologiya elminin təbliği, ətraf mühitin mühafizəsi sahəsində 
B.Ə.Budaqovun apardığı elmi tədqiqatların nəticələri onun «Təbiəti qoruyaq» (1977), «Dözümlü, 
dözümsüz təbiət» (1990) və bir çox əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə respublikamızda 
atmosfer havasının, suyun, bitki örtüyünün, o cümlədən meşələrin, torpağın, nadir landşaft 
obyektlərinin, təbiət abidələrinin mühafizəsindən, təbiətin ayrı-ayrı fəlakətli proseslərindən (sellər, 
daşqınlar, sürüşmələr, eroziya) və onlara qarşı mübarizə tədbirlərindən, səhralaşmadan, ayrı-ayrı 
bölgələrin ekoloji problemlərindən, təbiətə antropogen təsirdən, başqa ölkələrdə ətraf mühitin 
mühafizəsi təcrübəsindən bəhs edilir. Torpaqşünaslıq və meliorasiya sahəsi Ekologiyanın əsas qanadı 
olan torpaqşünaslıq elminin Azərbaycanda əsasını qoyan H.M.Zərdabi olmuşdur desək yanılmarıq. Hələ 
o, V.V.Dokuçayevdən 8 il əvvəl 1875-1876-cı illərdə torpağın əmələ gəlməsini izah etmiş və bu 
prosesdə dörd amilin – ana süxurun, bitki və canlı orqanizmlərin, iqlimin və insanın təsərrüfat 
fəaliyyətinin rolunu göstərmişdir. H.M.Zərdabi həmin rolu V.V.Dokuçayev qədər ətraflı göstərməsə də 


ilkin qiymətli fikirlər söyləmişdir. O, 1873-1877-ci illərdə rəhbərlik etdiyi «Əkinçi» qəzetində və 1899-
1903-cü illərdə yazdığı «Torpaq, su və hava» əsərində torpaqşünaslıq, Azərbaycan torpaqları, onların 
münbitliyinin artırılması və su təminatı haqqında qiymətli fikirlər irəli sürmüşdür. O, ensiklopedik alim 
olub biologiya, aqrokimya, baytarlıq, anatomiya, meyvəçilik, coğrafiya, astronomiya, iqtisadiyyat, tibb 
və başqa sahələrdə nəinki respublikamızda, hətta dünya miqyasında tanınmışdır. Azərbaycanda 
torpaqların sonrakı elmi araşdırmaları haqqında 1869-1870-ci illərdə İ.Y.Kovalevskinin, 1890-cı ildə 
P.S.Kossoviçin, 1898-ci ildə Dokuçayevin, 1911-1914-cü illərdə Kamenskinin müəyyən fikirləri 
olmuşdur. V.V.Dokuçayev Cənubi Qafqazda olarkən Azərbaycanın bir sıra yerlərindən keçmiş və 
Qafqazın, o cümlədən Azərbaycanın torpaqları haqqında bəzi ümumi məlumat vermiş, şaquli torpaq 
qurşaqlarının olmasını göstərmişdir. 1911-1914-cü illərdə S.A.Zaxarov, V.A.Romanov və 
V.A.Kamenski Mil və Şirvan düzlərində relyef, şorlaşma və hidrogeoloji şəraitlə bağlı torpaqların 
müxtəlifliyini müəyyənləşdirmişlər. Torpaqların şorlaşmasını öyrənmək və onların meliorasiyası 
məqsədilə 1915-ci ildə Muğanda Cəfərxan təcrübə stansiyası təşkil olunmuşdur. 1920-ci ildən sonra 
Azərbaycanda geniş torpaq tədqiqatlarına başlanmışdır. Bu dövrdə S.A.Zaxarovun rəhbərliyi ilə 
V.V.Akimtsev, S.İ.Tyuremnov, Z.İ.İmşenetski, N.A.Dimo, L.N.Nojin və başqaları tərəfindən aparılmış 
torpaq tədqiqatlarının nəticələri əsasında respublika ərazisi torpaq təşkili cəhətdən rayonlaşdırılmış, 
torpaq xəritələri tərtib edilmiş və ayrı-ayrı ərazilərin torpaqları haqqında oçerklər tərtib edilmişdir. 1944-
cü ildə Azərbaycan ET Hidrotexnika və Meliorasiya İnstitutu yaradıldığı gündən A.A.Poladzadə, 
Ə.Q.Behbudov, V.R.Volobuyev, E.İ.Zdobnovun rəhbərliyi ilə respublikada şoran torpaqların 
meliorasiyası, hidrotexniki qurğuların tikilməsi və digər problemlərlə əlaqədar geniş tədqiqat işlərinə 
başlanmışdır. Hidromeliorasiyanın inkişafında Y.Ə.İbadzadə, B.İ. Filosofov, M.V.Baranovski, 
M.Y.Vahabov, S.X.Hüseynzadə, Q.Ş.Peşikov, F.S.Salahov, H.M.Hüseynov, A.Q.Axundov, 
K.H.Teymurov, Q.İ.Şpanin, S.M. Əmircanov, H.M.Cəfərov, A.Ə.Mustafayev, X.F. Cəfərov, 
M.K.Rəhimov, Ə.K.Əlimov, T.A.Əbdülrəhimov, N.P. Bəşirov, Q.H.Rüstəmov, E.M.Eyvazov, 
P.S.Əlişzadə, O.A. Zeynalova, N.H.Nadirov, M.M.Seyidov, A.X.Babayev və başqalarının rolu böyük 
olmuşdur. Torpaqşünasılıq və meliorasiya elminin inkişafında respublikamızın digər təşkilatlarında 
çalışan alimlərindən B.H.Əliyev, N.A.Ağayev, H.Q.Aslanov, N.K.Mikayılovun xidmətləri az 
olmamışdır. Məlum olğudu kimi aqroekologiya tətbiqi ekologiyanın mühüm sahəsidir. 
Aqroekologiyanın ümumi məqsədi mədəni bitkilərin və təbii bitki örtüyünün məhsuldarlığını və 
keyfiyyətini yüksəltməkdir. Bu baxımdan, torpağın bonitirovkasının öyrənilməsi aqroekoloji 
tədqiqatlarının əsası hesab olunur. Belə ki, torpağın bonitirovkası ən mühüm aqronomik xassələrinə görə 
torpaqların müqayisəli qiymətləndirilməsidir. Torpağın bonitirovkası onun münbitliyini, yəni 
keyfiyyətini ballarla ifadə edən kəmiyyət göstəricisidir. Torpaqdakı proseslər və keyfiyyət dəyişilməsi 
yalnız onun xassələrini dəqiq öyrənməklə müəyyən edilir. Torpağın bonitirovkası torpaqların iqtisadi və 
ekoloji qiymətləndirilməsi, torpaq kadastrının tərtibi, meliorasiya və s. üçün zəruridir. Azərbaycanda 
torpaqların bonitirovkasının inkişafını üç mərhələyə bölmək mümkündür: I mərhələ 1965-ci ilə qədərki 
dövr olub, akademik V.R.Volobuyevin (1961, 1963) tək-tək işləri nəzərə alınmasa, torpaqların 
bonitirovkasına dair iri həcmli tədqiqat işləri demək olar ki, aparılmamışdır (R.Q.Məmmədov, 1962; 
V.R.Volobuyev, M.E.Salayev, Y.İ.Kostyuçenko, 1967 və s.). II mərhələ (1966-1975) – bu dövrdə bir 
sıra tədqiqat işləri (Y.İ.Kostyuçenko, 1966; M.P.Babayev, 1967; R.Ə.Əliyeva, 1971; Ş.G.Həsənov, 
1972; Q.F.Əliyev, 1973; Q.Ş.Yaqubov, 1975) aparılmış və ilk nəticələr əldə edilmişdir. Bu dövrdə 
torpaqların bonitirovkası sahəsində ilk dissertasiya işi Y.İ.Kostyuçenkoya (1966) məxsus olmuşdur. 
Müəllif tərəfindən ilk dəfə olaraq Arazboyu ərazinin dağ-şabalıdı və boz-qəhvəyi torpaqlarında 
münbitlik amillərinin taxıl bitiklərinin məhsuldarlığına təsiri və onların korrelyativ əlaqəsi tədqiq 
edilmişdir. Özünün dissertasiya işində MPBabayev (1967) Qarabağ düzü torpaqlarının genetik 
xüsusiyyətləri ilə yanaşı, onların keyfiyyət səciyyəsini vermişdir. Tədqiqatçı Ağdam rayonu 
torpaqlarının aqroistehsal qruplaşmasını aparmış, onların bonitet şkalasını və torpaqlarının bonitet 
kartoqramını tərtib etmişdir. İlk dəfə R.H.Məmmədov (1969, 1981) t ərəfindən torpaqların aqrofiziki 
xassələrinə görə qiymətləndirilməsinin vahid metodikası təklif olunmuşdur. O, çoxsaylı riyazi 
hesablamalar nəticəsində torpağın kimyəvi, fiziki xassələri ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 
arasında qarşılıqlı əlaqənin olduğunu müəyyən etmişdir. Azərbaycanın cənub-qərb bölgəsi torpaqlarının 


bonitirovkasının əsas prinsipləri Ş.G.Həsənov (1972) tərəfindən işlənmişdir. Q.F.Əliyev (1973) 
eroziyaya məruz qalmış torpaqları qiymətləndirmək məqsədilə Şahbuz rayonunda, dağlıq şəraitdə 
müxtəlif torpaq növmüxtəliflikləri arasında keyfiyyət fərqlərini müəyyən etmişdir. Yem sahələrinin 
qiymətləndirilməsi ilk dəfə Q.Ş.Yaqubov (1975) tərəfindən şimal-qərbi Qobustanın qış otlaqlarında 
aparılmışdır; nəticədə rayonun bütövlükdə və Şamaxı rayonunun kolxozlarının otlaq sahələrinin 
torpaqları qiymətləndirilmişdir. III mərhələ torpaqların bonitirovkasında müasir mərhələ olub, 
tədqiqatlarda yeni istiqamətləri özündə birləşdirir. Bu mərhələdə dissertasiya işləri (Q.Ş.Məmmədov, 
1978, A.H.Vəliyev, 1981; F.L.Piriyeva, 1984; S.M.Hüseynov, 1985; Ə.Ə.Mikayılov, 1986; 
F.D.Ayvazov, 1989; H.M.Hacıyev, 1990; M.M.Əsgərova, 1990; K.Ş.Allahverdiyev, 1990; 
S.R.Tağıyev, 1991) yazılmış, bir sıra tədqiqatlar aparılmış və elmi əsərlər nəşr etdirilmişdir 
(Q.Ş.Məmmədov, 1976-1984; Ş.G.Həsənov, Q.Ş.Məmmədov, 1978; Q.Ş.Məmmədov, S.D.Yaqubova, 
1979; N.K.Mikayılov, Q.Ş.Məmmədov, 1978; A.H.Vəliyev, 1979, 1981; N.K.Mikaylov, 
Q.Ş.Məmmədov, A.H.Vəliyev, 1979; S.M.Hüseynov, 1984 və b.). Respublikamızda torpaqların 
bonitirovkasının indiki mərhələsində səciyyəvi xüsusiyyət faktik materialların təhlili zamanı riyazi 
metodların geniş cəlb olunması, TÖS (torpaq örtüyü strukturu) nəzərə alınmaqla ayrı-ayrı landşaft 
komplekslərinin qiymətləndirilməsidir. İlk dəfə Q.Ş.Məmmədov (1976) tərəfindən torpaqların 
bonitirovkası zamanı bioiqlim potensialının (BİP) zəruriliyi və əhəmiyyəti göstərilmişdir. Bu onunla 
əsaslandırılmışdır ki, otlaq sahələrinin yemlilik dəyəri (yemin keyfiyyəti) iqlim amillərindən asılıdır 
(Şaşko, 1969, Əyyubov, 1975). Torpaq bonitetinin bioloji məhsuldarlığı və otlaq sahələrinin müqayisəli 
dəyərlilik əmsalı müəyyən olunmuşdur. Torpağın yuyulma, şorlaşma, mədəniləşmə, hidromorfizm və 
qranulometrik tərkibinə görə təshih əmsalları sistemi təklif olunmuşdur. Bu təshih əmsallarının tətbiqi 
ilə otlaq sahələrinin torpaqlarının qapalı bonitet şkalası tərtib olunmuşdur. İlk dəfə hər fitosenozun 
potensial imkanını müəyyən edən yem vahidi xəritəsi tərtib edilmişdir. Təbii otlaq sahələrinin balla 
qiymətləndirilmiş torpaq istifadəçilərinin xəritəsi tərtib edilmişdir. Flora və bitki örtüyü sahəsi
Azərbaycanda flora və bitki örtüyünün öyrənilməsi o qədər də qədim tarixə malik deyildir. İlk vaxtlar 
Qafqazın bu maraqlı regionuna tək-tək tədqiqatçılar gəlmişlər. Ayrı-ayrı təbiətşünaslar Qafqazın çətin 
relyef şəraitində yerləşən və hələ öyrənilməyən zəngin təbiətinə səyahət etmişlər. XVIII əsrdə və XIX 
əsrin əvvəllərində təbiətşünaslar bitki örtüyü ilə yanaşı, təbiət elminin digər sahələrini-geologiyanı, 
mineralogiyanı, xüsusilə zoologiyanı öyrənməyə başlamışlar. XVIII əsrin sonunda Küldenştatd və 
Pallas Qafqaz regionu üzrə zəngin floristik material toplamışlar. X.X.Steven Qafqazın, o cümlədən 
Azərbaycanın bir sıra meşəli rayonlarında olmuşdur. XIX əsrin sonlarında toplanmış materiallar 
əsasında tədqiqatçılar Qafqazın ayrı-ayrı vilayətlərinin florasını müqayisə etmiş, floristik və coğrafi-
botaniki rayonlaşdırma üzrə təşəbbüslər göstərmişlər. Bu dövrdə floristik tədqiqatlar və bitki növlərinin 
sistematikası və coğrafiyasının öyrənilməsilə yanaşı, Qafqaz rayonlarının bitki örtüyünü 
səciyyələndirən dəqiq bitki təsvirləri yerinə yetirilmişdir. Bu baxımdan olan işlərdən görkəmli 
alimlərdən Q.İ.Radde, Y.S.Medvedyev, M.N.Smirnov, Y.A.Voronov, F.P. Keppen, V.N.Lipski, N.İ. 
Kuznetsov, A.Voronin, D.İ.Sosnovski və A.A.Qrossheymin işlərini qeyd etmək olar. 1932-ci ildə SSRİ 
Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi açılır, onun nəzdində isə 
A.A.Qrossheymin başçılıq etdiyi botanika bölməsi təşkil olunur. 1936-cı ildə bölmənin əsasında, 
tərkibində Nəbatat bağı olan Botanika İnstitutu yaradılır. Bitki örtüyünün, floranın, bitki sərvətlərinin, 
həmçinin bitki fiziologiyasının öyrənilməsi sahəsində Botanika İnstitutu botanika elminin mərkəzinə 
çevrilir və elmi-tədqiqat işlərini əsasən üç istiqamətdə (bitki örtüyünün öyrənilməsi, floranın 
öyrənilməsi və bitki sərvətlərinin öyrənilməsi) aparır. Zoologiya sahəsi Azərbaycanda zoologiya 
elminin tarixi və inkişafı M.Ə.Musayevin (1987) məlumatına əsaslanaraq şərh olunur. Azərbaycanın 
çoxcəhətli faunası bir çox təbiətşünasların və səyyahların diqqətini cəlb etmişdir. Hələ eramızdan əvvəl 
IV-III əsrlərdə Qobustanda yaşayan ibtidai insanlar qayalar üzərində Azərbaycanın heyvanlar aləminin 
müxtəlif nümunələrini – öküz, maral, at və s. təsvir edirdilər. Azərbaycanın heyvanlar aləmi haqqında 
ilk məlumatlara qədim yunan və Roma səyyahlarının (Herodot, Klavdi Elian), coğrafiyaşünasların (Əl-
İstəhri, Rubruk, Tavernye, Oleari, X-XII əsrlər) əsərlərində, böyük Azərbaycan şairlərinin poemalarında 
(Nizami, XII əsr; Füzuli, XVI əsr) və s.-də rast gəlmək olar. S.Q.Qmelinin 1770 və 1773-cü illərdə 
gəlişi Azərbaycan faunasının tədqiqinin başlanğıcı sayılmalıdır. Görkəmli təbiətşünaslardan Menetrie, 


Qoqenaker, Radde, Ber, Qrimm, Kessler və başqaları müxtəlif vaxtlarda Azərbaycanda olmuş və 
tədqiqatlar aparmışlar. Onlar bir çox yeni heyvan növləri təsvir etmişlər. 1867-ci ildə Tiflisdə Qafqaz 
muzeyi təşkil olunmuşdur. XIX əsrin ikinci yarısından etibarən bu muzeyin işçiləri Azərbaycanın 
müxtəlif quberniyalarının faunasını tədqiq etmiş və bir sıra zərərli gəmirici növlərin, çəyirtkəkimilərin 
və s.-nin kənd təsərrüfatında rolunu müəyyənləşdirmişlər. Burada həm də zərərvericilərə qarşı mübarizə 
tədbirləri hazırlanır və aparılırdı. Bu muzeyin (indi Gürcüstan Dövlət Muzeyi) mövcud olduğu dövr 
ərzində burada Azərbaycan faunası üzrə ayrı-ayrı şəxslərin müxtəlif vaxtlarda yığdığı zəngin material 
toplanmışdır. Beləliklə, XX əsrin əvvəllərinə qədər Azərbaycanın heyvanlar aləmini yalnız gəlmə 
alimlər öyrənirdi. Beləliklə, Azərbaycanda 1920-ci ilə kimi zəif stasionar zooloji müəssisə – Bakı 
ixtioloji stansiyası var idi. 1912-ci ildə təşkil olunmuş bu stansiya ölkənin balıq təsərrüfatının 
öyrənilməsini lazımi səviyyədə təşkil edə bilməmişdi. 1909-cu ildə Bakı, 1916-cı ildə Yelizavetpol-
Zaqatala müvəqqəti entomoloji kabinetləri fəaliyyətə başladı. Bakı-Dağıstan bitki mühafizəsi bürosu 
(1916-cı il) çəyirtkə və gəmiricilərə qarşı mübarizənin təşkili üzrə iş aparırdı. Gəncə şəhərinin 
yaxınlığındakı Zurnabad taunla mübarizə stansiyasında (1902-ci il) mal-qaranın parazitar xəstəlikləri 
qismən öyrənilirdi. Azərbaycanın heyvanat aləminin planauyğun, sistemli tədqiqi yalnız sovet 
hakimiyyəti illərində elmi idarələrin və ali məktəblərin geniş şəbəkəsi yarandıqdan sonra mümkün oldü. 
Zoologiya İnstitutunun nəzdində zooloji muzey 1971-ci ildən fəaliyyət göstərir və 1987-ci ilə qədər ona 
A.İ. Xanməmmədov rəhbərlik etmişdir. Həmin ildən sonra İ.R.Babayev muzeyin müdiri vəzifəsində 
işləyir. Hazırda muzeydə onurğasızlar və onurğalılar faunasını səciyyələndirən 800-dən çox eksponat 
vardır. Eksponatlar arasında sürünənlər, suda-quruda yaşayanlar, balıqlar, quşlar və məməlilər sinfinin 
nümayəndələrinin müqəvvaları, müxtəlif heyvanların embrionları, molyuskların, xərçəngkimilərin, 
dərisitikanlıların, su həşəratlarının, eyni zamanda müxtəlif heyvanların helmintləri, Azərbaycan torpaq 
və bitkilərinin nematodları, eləcə də kənd təsərrüfatı bitkiləri zərərvericilərinin qrupları üzrə 
kolleksiyaları vardır. Muzeydə xarici ölkələrin faunasını əks etdirən nümunələrin müqəvvaları da vardır. 
Onlardan Hindistan fili, şir, zürafə seyrçilərdə böyük maraq doğurur. Hər il muzeyə 10 mindən artıq 
ekskursant gəlir. Bura kollektiv halında Bakı şəhəri rayonlarının orta məktəblərinin şagirdləri, 
texnikumlarının, litseylərin və ali məktəblərin tələbələri gəlirlər. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə