Ekologiya imtahan Suallar


Limitləşdirici faktorlar optimium qanunlar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə4/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   2   3   4   5   6   7   8   9   ...   60
Ekologiya

Limitləşdirici faktorlar optimium qanunlar
Hər bir faktorun orqanizmə müsbət təsiri yalnız müəyyən həddə (dozada) olur. Dəyişkən faktorun 
təsirinin nəticəsi hər şeydən əvvəl onun təzahür gücündən asılıdır. Faktorun həm çatışmayan (az), həm 
də artıq miqdarda təsiri fərdlərin həyat fəaliyyətinə mənfi təsir göstərir. Faktorun əlverişli təsir gücü 
(dozası) müəyyən növün orqanizmi üçün ekoloji faktorun optimum zonası və ya sadəcə olaraq 
optimumu adlanır. Optimumdan kənara çıxma (sapma) güclü olduqca həmin faktorun orqainizmə 
məhvedici gücü yüksək olur (pessimum zonası). Ekoloji faktorun maksimum və minimum dözümlülük 
rolu kritik nöqtə sayılır və bu nöqtədən kənarda artıq yaşayış (həyat) mümkün olmayıb ölüm başlayır. 
Kritik nöqtələr arasındakı dözümlülük həddi hər hansı bir konkret faktora görə canlı orqanizmin ekoloji 
valentliyi adlanır. Müxtəlif növlərin nümayəndələri həm optimum vəziyyətinə, həm də ekoloji 
valentliyinə görə bir-birindən kəskin fərqlənir. Mühitin abiotik faktorlara münasibəti baxımından geniş 
ekoloji valentliyi göstərmək üçün faktorun adına «evri» önşəkilçisi əlavə edilir. Evriterm növlər – 
temperaturun böyük tərəddüdünə davam gətirən, evriqal orqanizmlər – mühitin duzluluğunun və 
kimyəvi tərkibinin çox dəyişməsinə dözən, evrioksibiontlar – suda oksigenin çox dəyişməsinə davam 
gətirən, evrion növlər – PH mühitinin çox dəyişməsinə davam gətirən növlər, əksinə, faktorun böyük 
dəyişməsinə davam gətirə bilməyən və ya dar ekoloji valentlik «steno» önşəkilçisi ilə qeyd edilir. Məs., 
stenoterm, stenoqal, stenotop, stenooksibiont orqanizmlər. Ekoloji faktorlar arasında həmçinin 
limitləşdirici faktorlar ayrılır. Bu faktorlar müəyyən növ üçün ekstremal hesab olunan şəraitdə yaşamaq 
imkanını məhdudlaşdırır. Limitləşdirici faktorların əhəmiyyəti haqqında fikri ilk dəfə XIX əsrin 
ortalarında alman aqrokimyaçısı Y.Libix irəli sürmüşdür. O, göstərmişdir ki, limitləşdirilmiş faktorlar 
(məsələn, istilik, işıq, su) yalnız faktorun azlığı (çatışmazlığı) deyil, həm də onun bolluğu (izafiliyi) ola 
bilər. Y.Libix «minimum» qanununu müəyyənetmişdir: məhsul minimum vəziyyətdə olan faktordan 
asılıdır. Məsələn, əgər torpaqda faydalı komponentlər bütövlükdə tarazlaşdırılmış sistem təşkil edirsə 


və yalnız fosfor minimum miqdardadırsa, bu faktor məhsulu azalda bilər. Lakin torpaqda mineral 
maddələr optimal miqdarda olduqca faydalı olduğu halda, onların hədsiz çox olması da məhsulun 
azalmasına səbəb olur. Deməli, faktorlar maksimum miqdarda olduğu halda da limitləşdirilmiş faktor 
ola bilər. Beləliklə, tələbatla (optimum miqdarla) müqayisədə özünün azlığı (çatışmazlığı) və hədsiz 
çoxluğu (izafiliyi) ilə orqanizmin inkişafını məhdudlaşdıran faktorlar limitləşdirici faktorlar adlanır. 
Bəzən bu faktorlara məhdudlaşdırıcı faktorlar da deyilir. Deməli, orqanizmlər ekoloji minimum və 
ekoloji maksimumla xarakterizə olunur: bu iki miqdar (ölçü) arasındakı diapazonu tolerantlıq hüdudu 
(tolerantlıq qanunu) adlandırmaq qəbul edilmişdir (V.Şelford, 1913). Y.Odum (1975) tolerantlıq 
qanununu tamamlayan aşağıdakı məqamları göstərir. 1. Orqanizm bir faktora görə geniş, digərinə isə 
dar diapazonda tolerantlığa malik ola bilər. 2. Bütün faktorlara qarşı geniş diapazonluğa malik olan 
orqanizmlər adətən geniş yayılmışdır. 3. Hər hansı növ üçün ekoloji faktorun biri üzrə şərait optimal 
deyilsə, digər ekoloji faktora qarşı da tolerantlıq diapazonu məhdudlaşa (darala) bilər. Məs., azotun 
limitləşdirilmiş miqdarı zamanı taxıl bitkisinin quraqlığa davamlığı aşağı düşür; azotun miqdarı az 
olduqda solmanın qarşısının alınmasına çox, azotun miqdarı çox oldduqda isə nisbətən az su tələb 
olunur. 4. Çoxalma dövrü adətən kritik olur; bu dövrdə bir sıra mühit faktorları çox vaxt limitləşdirilmiş 
olur. Tolerant orqanizmlər ətraf mühitin əlverişsiz dəyişkənliyinə olduqca dözümlü növlər hesab 
olunur. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə