Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə32/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

Elbəyi CƏLALOĞLU 
100 
dən, bu müxtəliflikdən, bir sözlə kisrətdən çıxmaq üçün hər 
bir kəslə ruhun dilində danışmağa hazırıq. Ruhun dili məh-
rəmlik dilidir. Məhrəmlik dili tamam başqa bir dildir. Onu 
duyan  kəslərin  könlündən  sözsüz,  işarətsiz,  yazısız  yüz 
minlərlə tərcüman zühur edər, buna görə də, məhrəmlik di-
lini anlayanların milli mənsubiyyətinin heç bir fərqi yoxdur. 
O,  sadəcə  duyduğunu  özünün  mənsub olduğu  dildə  ifadə 
etməkdə pərgar olmalıdır. 
Kisrəti yox etmək bəşəriyyəti cəhalətdən xilas etməkdir! 
Kisrəti yox etmək nəfsimizi yıxıb, “mən”imizi öldürməkdir! 
Bu nailiyyəti əldə etmək Allahla vəhdətə yetişməkdir! 
Nəfs  nədir?  Bu  sualın  sadə  cavabı  odur  ki,  birisindən 
bərk inciyəndə ona uzun ömür və çoxlu var-dövlət arzula-
yın, bu onun bəlasıdır, bədbəxtçiliyidir, cünki qazanc ehti-
yacları  ödəyənə  qədər lazımdır,  ondan  sonrası  ehtiyacı 
olanlara verilmirsə, bu, hərislikdir. Hərislik Allahı unutmaq 
deməkdir,  qarşıda  qıldan  nazik,  qılıncdan  iti,  oddan  isti 
olan sirat körpüsünü yada salmamaqdır, – Şəms Təbrizi bu 
sözləri deyib acı-acı gülümsədi və sözünə davam elədi: 
– Böyük Vəhdətə nail olmağın da çox sadə bir izahı var. 
Belə ki, Allah da “mən” deyir, sən də “mən” deyirsən. Vəh-
dət aləmində  iki  “mən”  ola  bilməz. Vəhdətə  nail  olmaq 
üçün “mən”lərdən biri ölməlidir. Ya O ölməlidir, ya da sən. 
Allahın ölməsi mümkün olsa belə, bu, ən sadə halda kaina-
tın və bütövlükdə yaranışın məhvi demək olduğu üçün, in-
sanın  öz  “mən”ini  öldürməsi gərəkdir.  Bu,  cismən  ölmək 
deyil, idrakını Allaha bağlamaqdır, Allahdan başqa nə var-
sa hamısına mənən göz yummaqdır. Necə ki, Allah səni to-
xum kimi yerə səpir, sən torpaqdan bitirsən, böyüdükcə Al-
laha  doğru qalxırsan,  hətta səndə  yuxarıya  doğru tullan-
maq,  zirvələrə  doğru uçmaq,  sirli kəhkəşana  nüfuz etmək 
meyli də var. Deməli, bu, sənin daxilindən gələn və hələ də 
özünün dərk edə bilmədiyin gizli bir səsdir. Sən onu ağlın 
gücü ilə həyata keçirməlisən, yəni batində də Allaha doğru 
yüksəlməlisən,  Onunla vəhdətdə  olmalısan.  Cismani  ölü-
mündən sonra isə sənin bədənin yenidən toxum kimi torpa-


Eşq dənizləri qovuşanda 
 
101 
ğa gömülüb təkrar dirçələcək, yenidən bitəcəkdir. Həyatda 
birdəfəlik ölümə  təhkim  olunmuş  heç  nə  yoxdur.  Hər bir 
ölümdən sonra doğuş var. Həyat biri digərinin içindən çıx-
maqla  davam  edən  oyuncaqlar kimidir.  Yeni  doğulan 
“oyuncaq” yeni  dünyaya qovuşur.  Belə  ki,  toxum  torpağa 
düşür,  onun  içindən  bitki  baş  qaldırır,  üz  qabığı  isə  çürü-
yür. Bitkidən  çiçək və  bar  əmələ  gəlir,  bu  zaman,  həmin 
çiçəklərdən  çəkdiyi  şirəni  həşəratlar həzmi-rabedən  keçir-
dir,  barla isə  insanlar qidalanır.  İnsanın  gövdəsi ölərkən 
onun  içindən  baş  qaldıran  ruh  isə  daha ali olan  yeni  bir 
dünyaya qədəm qoyur. Bu dediyimiz ruhun yatablarla yük-
səlişidir,  lakin  bədən  də  birdəfəlik ölmür,  o  da  bu  sınaq 
dünyasında  yenidən  doğulur,  sənin  bədəninin  gələcək  do-
ğuşda kim olacağı və ya nəyə çevriləcəyi isə sənin bu günki 
kimliyindən, ən doğru və müqəddəs yolu tuta bilməyindən 
asılıdır. Bu da axirətin bir əlamətidir. Gərək heç bir bər-bə-
zəyə, şəhvani hisslərə, şeytani əlamətlərə, dəbdəbəyə, dün-
ya malına uymayasan, nəfsin afətlərinə uymaq iblisə könül 
vermək deməkdir. 
Bundan başqa, insanı çaşdıran, ruhu həqiqətdən sapdı-
ran daha iki şey vardır, bunlar şəhvət və hiddətdir. Şəhvət 
heyvani  hisslərlə  yaşamağın,  insanlıqdan  uzaq olmağın, 
ədəbsizliyin  göstəricisidir.  Hiddət isə  inamsızlıqdan,  naşü-
kürlükdən və yenə də nəfsin afətlərinə qul olmaqdan doğan 
bir şeydir. Dənizin dibindən tutmuş Aya qədər elə məxlu-
qat yoxdur ki, qidanı çəkəcək, yeyəcək ağzı olmasın. Lakin 
nəfsin  boğazı  vəsvəsədən  azad  olanda  ululuq vəhyinə  qo-
naq  olar.  Allahla vəhdətdə  olmağın  üçün  etdiyin  çabalar, 
eləcə də təsəvvüfü anlamağın sənin  təkamülündür. Bunun 
üçün  sənin  aldığın  biliklər,  topladığın  təcrübələr,  ədəbin, 
vicdanın,  doğuşdan  gələn  istedadın  ətlə  sümük kimi fitrə-
tində birləşməlidir. Bir sözlə, vəhdətə qovuşmaq üçün şüu-
run içindəki şüuru oyatmağın  gərəkdir. Bütün bunları edə 
bilmək Mərifətə yetişmək deməkdir, – söhbətin bu yerində 
Şəms Təbrizi  qısa ara verib  ətrafına  göz  gəzdirdi.  Bu  vaxt 
müridlərdən biri “mərifət” sözünə aydınlıq gətirməsini on-


Elbəyi CƏLALOĞLU 
102 
dan xahiş etdi. Mürşidi-kamil ona razılıq bildirərək söhbə-
tinə davam etdi: 
– Mərifət elə bir məqamdır ki, oradan Həqiqətin qapısı 
görsənər. Mərifət könülün  Tanrı  ilə  diriliyidir.  Yəni,  diri 
olanı öldür, bu diri olan sənin vücudundur. Ölü olanı isə di-
rilt, bu da sənin qəlbindir. Var  olanı yox et, o da arzudur. 
Yox olanı var et, bu da sənin niyyətindir. Mərifət qəlbdə, şə-
hadət dildədir. Cəhənnəmdən qurtulmaq istəsən, Haqq yo-
luna xidmət et, cənnət istəsən, bunu niyyət et. Əgər Tanrını 
istərsənsə,  üzünü  Ona  çevir  ki,  o  anda,  Onu  tapasan. 
Üzüüstə yatanlar, yaxud Allaha arxa çevirənlər günah etmiş 
olarlar.  Tanrı,  –  məni  tanıyan  mənə  yönələr,  məni  istəyən 
məni arayar, məni arayan məni tapar və o, məndən başqası-
nın üzünə baxmaz, – buyurdu. Dünyanın, insanın, eləcə də 
bütün  yaranmışların  mənasını  və  mahiyyətinı  anlamağa 
yalnız Allahı dərk etməklə nail olarsan. Tanrıya qul olanlar 
bu aləmdən ölmüş, Tanrıyla yenidən dirilmiş və Onun köl-
gəsinə  çevrilmişlərdir,  –  Şəms Təbrizi bu sözlərdən  sonra 
adəti üzrə  dayandı  və  əlini  çay  stəkanına  uzatdı.  Bu  dəm 
fürsətdən  istifadə  edən  alimlərdən  biri sual vermək  üçün 
izin  istədi.  Mürşidi-kamil  “buyur”  dedikdən  sonra həmin 
alim ayağa duraraq, sualını ona ünvanladı: 
–  Mən  sizin  söhbətlərinizdə  bir  neçə  dəfə  iştirak etmi-
şəm, sizin təlqin etdiklərinizi anlamağa çalışmışam. Siz de-
yirsiniz ki, Allah var! Amma o, görünmür, siz onu göstərin 
ki, biz də inanaq, – Şəms Təbrizi sualı adi qarşıladı və heç 
düşünmədən onun sualına qarşı əks sual verdi: 
–  Oturduğunuz  yerdə  biri sizi çomaqla vurarsa  nə  baş 
verər? Alim, – yəqin ki, başım yarılar, mən də qaziyə şika-
yət edərəm, – dedi. Şəms Təbrizi isə, – əgər yarılmazsa, on-
da necə? – deyə soruşanda alim sualı belə cavablandırdı: 
– Başım ağrıyar. 
Bu zaman  Şəms Təbrizi  onun  dilindən  tutaraq cavab 
verdi: 
–  Başınızın  ağrısını  bizə  göstərə  bilərsinizmi  ki,  biz  də 
ona inanaq, – alim bu sualdan çaşıb qaldı, Şəms Təbrizi isə, 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə