Eşq dənizləri qovuşanda
109
atəşin dibinə çəkər. Tamah qulağa bir şey eşitdirməz. Qərəz
gözü bağlayar, adama bir şey izah etməz. Sən də bu aləmin
gözəlliyinə tamah etməkdəsənsə, bu, sənin gözündə əbədi
aləmin gözəlliyinə pərdə olar. Qürurla dopdolu olan bu hə-
yatın zövqü səni düzgünlük həyatından uzaqlaşdırmaqda-
dır. Şübhə yoxdur ki, tamah səni kor edər, sənə yaxın olanın
belə üzərini örtər, onu səndən gizlədər. Tamah üzündən
haqq sənə batil görünər, tamah üzündən səndə yüzlərlə
korluqlar əmələ gələr. Doğrular kimi tamahdan çəkin və
ayağını onun eşiyinin başlanğıcına bas! Tamah evindən çı-
xıb, o qapıdan girdinsə, demək qəmdən çölə ayaq atdın, se-
vincdən xilas oldun. Bununla da can gözün işıqlanaraq
Haqqı görər, küfr qaranlığından xilas olar, din nurunda
qərq olar. Ərlərin öyüdünü canla-başla dinlə və qorxudan
xilas olub təhlükəsizliyə çat! Ümidsizlik diyarına getmə,
çünki ümidlər var, qaranlığa varma, çünki günəşlər var! Kö-
nül səni könül əhlinin diyarına, bədən isə lilliyə, çamıra çə-
kər. Beləliklə, təmiz kişilərin daşını, torpağını öpüb yala-
maq alçaq adamlara xidmətdən, onların bağına, baxçasına
nail olmaqdan üstündür. Könlü işıqlı bir ərə qul olmaq pad-
şahların başına tac olmaqdan daha yaxşıdır! – Şəms Təbrizi
bununla da günün söhbətinə son qoydu. Həmin gün axşa-
müstünə isə Mövlana Cəlaləddin Ruminin təklifi ilə Səma
rəqslərinin təşkili nəzərdə tutulmuşdu. Bu məlumatı mürid-
lərin diqqətinə çatdırdıqdan sonra Şəms Təbrizi onların zalı
tərk etmələrinə icazə verdi...
Şəms Təbrizi Şəkərfuruşan məhəlləsi ilə irəliləyərək ki-
rayə tutduğu evə yaxınlaşırdı. Birdən o, küçənin o biri ba-
şından üzbəüz gələn Əlaəddin Çələbini gördü. Aralarındakı
məsafə xeyli olsa da, Əlaəddin də onu gördü və dərhal sağ
küçəyə buruldu. Şəms bir qədər heyrətləndi, bu, artıq ikinci
təsadüf idi, özü də Əlaəddin bu dəfə ona görünmək də istə-
mədi. Şəms Təbrizi bilmirdi ki, qısqanclıq eləsin, ya eləmə-
sin, axı Əlaəddin Kimya xatun ilə bir yerdə böyüyüb, doğ-
ma olmasalar da, qardaş-bacı kimi bir evdə yaşayıblar. Bəs
o, Şəms Təbriziylə niyə üz-üzə gəlməkdən çəkinirdi? Şəms
Elbəyi CƏLALOĞLU
110
Təbrizi addımlarını yeyinlədib, bunları da beynində hərlə-
dərək evə tələsdi. O, hövlnak qapını açıb içəriyə daxil oldu
və diqqətlə Kimya xatunu nəzərdən keçirdi. Kimya xatun
onun baxışlarından almadı, o, təxminən işi anlamışdı və ona
görə də “qardaşım” deyə müraciət etdiyi Əlaəddinin bir az
əvvəl burada olduğunu ona söylədi. Şəms Təbrizi qısqanclı-
ğını gizlədə bilmirdi. Kimya xatun isə Əlaəddinin uşaq vax-
tından ona mehr saldığını ərinə anlatmağa çalışanda o, – bu
şeyləri başa düşürəm, amma qaçıb gizlənmək, mən evdə
olanda burada qalmamaq nə deməkdir? – deyərək otaqda
var-gəl etməyə başladı. Kimya xatun bir təhər onun könlü-
nü ala bildi, lakin o, Əlaəddinin Şəms Təbrizidən xoşlanma-
dığını ona deməyə cürət etmədi...
Əlaəddin Çələbi Şəms Təbrizi ilə Kimyanın bir-birinə
baxdığını hiss etdiyi vaxtdan Şəms Təbrizidən zəndeyi-zəh-
ləsi gedirdi. Bu da səbəbsiz deyildi. İndi bədrlənmiş on
dörd günlük Ay kimi şölə saçan Kimya Əlaəddindən cəmisi
iki yaş kiçik idi. Onlar bir yerdə qardaş-bacı kimi böyümüş-
dülər, bir yerdə oynamış, bir yerdə çörək yemiş, dərslərə də
bir yerdə getmişdilər. Bir sözlə, onlar üçün ən ağır şey var-
dısa, o da bir-birindən ayrı qalmaq idi. Həddi-buluğa çatan-
da bu doğmalıq hissi Əlaəddinin qəlbində yavaş-yavaş sev-
gi hisslərilə əvəz olunmağa başladı, lakin doğmalıq münasi-
bətləri onun sevgisinin qabağına Çin səddi çəkmişdi. Sonra-
lar Şəmslə Kimya evlənsələr də, Əlaəddin özünün də anla-
madığı qısqanclığını ürəyindən çıxara bilməmişdi. Onun
qəlbindəki bu qısqanclıq hissi yavaş-yavaş Şəms Təbriziyə
olan kinlə əvəz olunmuşdu.
Əlaəddin Çələbi qardaşı Bahaəddindən fərqli olaraq ata-
sının yolunu tam mənası ilə davam etdirmirdi. O, elə uşaq-
lıqdan vaxtını daha çox dostları ilə keçirməyə alışmışdı, ey-
ni zamanda xüsusiyyətcə kinli idi. Onun bu əlamətlərini
Şəms Təbrizi bilirdi, lakin ona kin bəsləməyini heç ağlına da
gətirməmişdi...
Şəms Təbrizi Səma rəqslərinə getmək üçün əvvəlcə
Kimya xatunu götürüb Cəlaləddingilə getməyi qərarlaşdır-
Eşq dənizləri qovuşanda
111
dı. O, nədənsə daha Kimyanı evdə tək buraxmaq istəmirdi.
Fikirləşdi ki, onun evdə olmadığı vaxtlarda arvadı gününü
Kərra xatun və onun qızı Məleykə ilə bir yerdə keçirsə daha
yaxşı olar. Şəms Təbrizi düşündüklərini olduğu kimi də hə-
yata keçirdi...
Mövlana ilə Şəms Təbrizi ikindi namazından sonra ha-
zırlaşıb ritualın təşkili üçün təkkəyə yollandılar. Onlar şərt-
ləşdikləri yerə çatanda orada böyük bir izdiham var idi. İn-
sanlar dəstə-dəstə olub söhbətləşir, rəqslərin başlayacağını
gözləyirdilər. Burada müxtəlif dillərin və dinlərin təmsilçi-
ləri var idi.
Onlar mədrəsəyə daxil oldular, insanlar xalçaların üzə-
rində yerbəyer olduqdan sonra dizdən qatladıqları baldırla-
rının üstünə çökdülər. Lakin gələnlər çox olduğundan ayaq
üstə dayananlar da az deyildi. Yeni gələnlərdən biri burada
qeyri millətlərdən olan insanları görüb heyrətini gizlədə bil-
mədi və təəccüblə Mövlana Cəlaləddinə belə bir sual verdi:
– Ustad, bunlar sizin danışdığınız dili bilmədikləri hal-
da dediklərinizi necə anlayırlar? – Mövlana Cəlaləddin bu
suala düşünmədən, üzünü iştirakçılara tutaraq uca səslə ca-
vab verdi:
– Ey möminlər, özümü insanların arasında itirmişəm.
Mən nə xaçpərəstəm, nə müsəlmanam, nə yəhudiyəm, nə
də bütpərəst! Biz bu insanlarla ruhun dilində danışır, bir-bi-
rimizi çox gözəl anlayırıq. İnsanlar Allahın tədbiri ilə bir
anadan doğularaq cismanı qardaş olurlar, lakin könül qar-
daşlığını Allah insanların öz öhdəsinə buraxdı. Dilindən, di-
nindən, mənsubiyyətindən asılı olmayaraq biz hər kəsi kö-
nül qardaşlığına dəvət etdik. Allahı hər hansı dili bilməklə
yox, eşqlə sevmək olar!
Mövlana Cəlaləddin Ruminin bu sözlərindən sonra Sə-
ma rəqsləri başlandı. Möminlər ayrı-ayrı dəstələrə bölünüb
rəqs edir, yeni gələnlər isə Səma rəqslərini öyrənməyə cəhd
edirdilər. Onlarla məşğul olmağı Mövlana Cəlaləddin xüsu-
si olaraq müridləri Səlahəddin Zərkuba, Hüsaməddin Çələ-
biyə və oğlu Sultan Bahaəddin Vələdə tapşırmışdı...
Dostları ilə paylaş: |