Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə35/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

Eşq dənizləri qovuşanda 
 
109 
atəşin dibinə çəkər. Tamah qulağa bir şey eşitdirməz. Qərəz 
gözü bağlayar, adama bir şey izah etməz. Sən də bu aləmin 
gözəlliyinə  tamah etməkdəsənsə,  bu,  sənin  gözündə  əbədi 
aləmin gözəlliyinə pərdə olar. Qürurla dopdolu olan bu hə-
yatın zövqü səni düzgünlük həyatından uzaqlaşdırmaqda-
dır. Şübhə yoxdur ki, tamah səni kor edər, sənə yaxın olanın 
belə  üzərini  örtər,  onu  səndən  gizlədər. Tamah  üzündən 
haqq sənə  batil görünər,  tamah  üzündən  səndə  yüzlərlə 
korluqlar  əmələ  gələr.  Doğrular kimi tamahdan  çəkin  və 
ayağını onun eşiyinin başlanğıcına bas! Tamah evindən çı-
xıb, o qapıdan girdinsə, demək qəmdən çölə ayaq atdın, se-
vincdən  xilas oldun.  Bununla  da  can  gözün  işıqlanaraq 
Haqqı  görər,  küfr qaranlığından  xilas  olar,  din  nurunda 
qərq  olar.  Ərlərin  öyüdünü  canla-başla  dinlə  və  qorxudan 
xilas olub təhlükəsizliyə  çat!  Ümidsizlik  diyarına  getmə, 
çünki ümidlər var, qaranlığa varma, çünki günəşlər var! Kö-
nül səni könül əhlinin diyarına, bədən isə lilliyə, çamıra çə-
kər. Beləliklə,  təmiz kişilərin  daşını,  torpağını  öpüb  yala-
maq alçaq  adamlara  xidmətdən,  onların  bağına,  baxçasına 
nail olmaqdan üstündür. Könlü işıqlı bir ərə qul olmaq pad-
şahların başına tac olmaqdan daha yaxşıdır! – Şəms Təbrizi 
bununla da günün söhbətinə son qoydu. Həmin gün axşa-
müstünə  isə  Mövlana  Cəlaləddin  Ruminin  təklifi ilə  Səma 
rəqslərinin təşkili nəzərdə tutulmuşdu. Bu məlumatı mürid-
lərin diqqətinə çatdırdıqdan sonra Şəms Təbrizi onların zalı 
tərk etmələrinə icazə verdi... 
Şəms Təbrizi Şəkərfuruşan məhəlləsi ilə irəliləyərək ki-
rayə tutduğu evə yaxınlaşırdı. Birdən o, küçənin o biri ba-
şından üzbəüz gələn Əlaəddin Çələbini gördü. Aralarındakı 
məsafə xeyli olsa da, Əlaəddin də onu gördü və dərhal sağ 
küçəyə buruldu. Şəms bir qədər heyrətləndi, bu, artıq ikinci 
təsadüf idi, özü də Əlaəddin bu dəfə ona görünmək də istə-
mədi. Şəms Təbrizi bilmirdi ki, qısqanclıq eləsin, ya eləmə-
sin, axı Əlaəddin Kimya xatun ilə bir yerdə böyüyüb, doğ-
ma olmasalar da, qardaş-bacı kimi bir evdə yaşayıblar. Bəs 
o, Şəms Təbriziylə niyə üz-üzə gəlməkdən çəkinirdi? Şəms 


Elbəyi CƏLALOĞLU 
110 
Təbrizi  addımlarını  yeyinlədib,  bunları  da  beynində  hərlə-
dərək evə tələsdi. O, hövlnak qapını açıb içəriyə daxil oldu 
və  diqqətlə  Kimya  xatunu  nəzərdən  keçirdi.  Kimya  xatun 
onun baxışlarından almadı, o, təxminən işi anlamışdı və ona 
görə də “qardaşım” deyə müraciət etdiyi Əlaəddinin bir az 
əvvəl burada olduğunu ona söylədi. Şəms Təbrizi qısqanclı-
ğını gizlədə bilmirdi. Kimya xatun isə Əlaəddinin uşaq vax-
tından ona mehr saldığını ərinə anlatmağa çalışanda o, – bu 
şeyləri başa  düşürəm,  amma qaçıb  gizlənmək,  mən  evdə 
olanda  burada  qalmamaq  nə  deməkdir?  –  deyərək otaqda 
var-gəl etməyə başladı. Kimya xatun bir təhər onun könlü-
nü ala bildi, lakin o, Əlaəddinin Şəms Təbrizidən xoşlanma-
dığını ona deməyə cürət etmədi... 
Əlaəddin  Çələbi  Şəms Təbrizi ilə  Kimyanın  bir-birinə 
baxdığını hiss etdiyi vaxtdan Şəms Təbrizidən zəndeyi-zəh-
ləsi gedirdi.  Bu  da  səbəbsiz  deyildi.  İndi  bədrlənmiş  on 
dörd günlük Ay kimi şölə saçan Kimya Əlaəddindən cəmisi 
iki yaş kiçik idi. Onlar bir yerdə qardaş-bacı kimi böyümüş-
dülər, bir yerdə oynamış, bir yerdə çörək yemiş, dərslərə də 
bir yerdə getmişdilər. Bir sözlə, onlar üçün ən ağır şey var-
dısa, o da bir-birindən ayrı qalmaq idi. Həddi-buluğa çatan-
da bu doğmalıq hissi Əlaəddinin qəlbində yavaş-yavaş sev-
gi hisslərilə əvəz olunmağa başladı, lakin doğmalıq münasi-
bətləri onun sevgisinin qabağına Çin səddi çəkmişdi. Sonra-
lar Şəmslə Kimya evlənsələr də, Əlaəddin özünün də anla-
madığı  qısqanclığını  ürəyindən  çıxara bilməmişdi.  Onun 
qəlbindəki  bu  qısqanclıq  hissi yavaş-yavaş  Şəms Təbriziyə 
olan kinlə əvəz olunmuşdu. 
Əlaəddin Çələbi qardaşı Bahaəddindən fərqli olaraq ata-
sının yolunu tam mənası ilə davam etdirmirdi. O, elə uşaq-
lıqdan vaxtını daha çox dostları ilə keçirməyə alışmışdı, ey-
ni  zamanda  xüsusiyyətcə  kinli  idi.  Onun  bu  əlamətlərini 
Şəms Təbrizi bilirdi, lakin ona kin bəsləməyini heç ağlına da 
gətirməmişdi... 
Şəms Təbrizi Səma rəqslərinə  getmək  üçün  əvvəlcə 
Kimya xatunu götürüb Cəlaləddingilə getməyi qərarlaşdır-


Eşq dənizləri qovuşanda 
 
111 
dı. O, nədənsə daha Kimyanı evdə tək buraxmaq istəmirdi. 
Fikirləşdi ki, onun evdə olmadığı vaxtlarda arvadı gününü 
Kərra xatun və onun qızı Məleykə ilə bir yerdə keçirsə daha 
yaxşı olar. Şəms Təbrizi düşündüklərini olduğu kimi də hə-
yata keçirdi... 
Mövlana ilə Şəms Təbrizi ikindi namazından sonra ha-
zırlaşıb ritualın təşkili üçün təkkəyə yollandılar. Onlar şərt-
ləşdikləri yerə çatanda orada böyük bir izdiham var idi. İn-
sanlar  dəstə-dəstə  olub söhbətləşir,  rəqslərin  başlayacağını 
gözləyirdilər. Burada müxtəlif dillərin və dinlərin təmsilçi-
ləri var idi. 
Onlar mədrəsəyə daxil oldular, insanlar xalçaların üzə-
rində yerbəyer olduqdan sonra dizdən qatladıqları baldırla-
rının üstünə çökdülər. Lakin gələnlər çox olduğundan ayaq 
üstə dayananlar da az deyildi. Yeni gələnlərdən biri burada 
qeyri millətlərdən olan insanları görüb heyrətini gizlədə bil-
mədi və təəccüblə Mövlana Cəlaləddinə belə bir sual verdi: 
– Ustad, bunlar sizin danışdığınız dili bilmədikləri hal-
da  dediklərinizi  necə  anlayırlar?  –  Mövlana  Cəlaləddin  bu 
suala düşünmədən, üzünü iştirakçılara tutaraq uca səslə ca-
vab verdi: 
–  Ey  möminlər,  özümü  insanların  arasında  itirmişəm. 
Mən  nə  xaçpərəstəm,  nə  müsəlmanam,  nə  yəhudiyəm,  nə 
də bütpərəst! Biz bu insanlarla ruhun dilində danışır, bir-bi-
rimizi  çox  gözəl  anlayırıq.  İnsanlar Allahın  tədbiri ilə  bir 
anadan doğularaq cismanı qardaş olurlar, lakin könül qar-
daşlığını Allah insanların öz öhdəsinə buraxdı. Dilindən, di-
nindən, mənsubiyyətindən asılı olmayaraq biz hər kəsi kö-
nül qardaşlığına dəvət etdik. Allahı hər hansı dili bilməklə 
yox, eşqlə sevmək olar! 
Mövlana Cəlaləddin Ruminin bu sözlərindən sonra Sə-
ma rəqsləri başlandı. Möminlər ayrı-ayrı dəstələrə bölünüb 
rəqs edir, yeni gələnlər isə Səma rəqslərini öyrənməyə cəhd 
edirdilər. Onlarla məşğul olmağı Mövlana Cəlaləddin xüsu-
si olaraq müridləri Səlahəddin Zərkuba, Hüsaməddin Çələ-
biyə və oğlu Sultan Bahaəddin Vələdə tapşırmışdı... 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə