Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə36/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   32   33   34   35   36   37   38   39   ...   69

Elbəyi CƏLALOĞLU 
112 
Səma rəqsləri başa  çatdıqdan  sonra  Şəms Təbrizi ilə 
Mövlana Cəlaləddin birbaşa evə gəldilər. Bir tərəfdən yor-
ğunluq,  bir  tərəfdən  də  qısqanclıq  hissləri  Şəms Təbriziyə 
əməlli-başlı təsir etmişdi. Onun bu halı Mövlana Cəlaləddi-
nin gözündən qaçmadı. Lakin Mövlanaya Əlaəddinlə bağlı 
bir şey deməyi Şəms Təbrizi özünə sığışdırmadı... 
Şəms Təbrizi ayrıca bir otağa  çəkilib fikirli halda  otur-
muşdu. Kimya xatun isə qadınlarla bağı seyr etməyə çıxdı-
ğından ərinin gəldiyindən xəbərsiz idi. Mürşidindən hali ol-
maq istəyən  Mövlana  Cəlaləddin  onun  yanına  gəldi  və 
mürşidinin  həddən  ziyadə  fikirli,  eyni  zamanda  gərgin  ol-
duğunu gördü. Bu zaman o, çıxıb qadınlardan təcili Kimya 
xatunu tapmalarını xahiş etdi və – Şəms qanıqaradır, Kimya 
xatun gələrsə, mürşidi ovundurar, – deyə əlavə etdi. Mövla-
na sözü deyib mürşidini tək qoymamaq üçün onun yanına 
qayıtdı. Lakin o, içəri daxil olanda gördüklərinə mat qaldı, 
təəccübdən gözləri böyüdü. Mövlananın Kimya xatunun ar-
dınca göndərdiyi qadınlar heç bu tapşırığı yerinə yetirməyə 
macal tapmamış Kimya xatun hardansa peyda olub otaqda 
Şəmslə  yanaşı  oturmuşdu.  Şəmsin  də  eyni  açılmışdı,  xanı-
mıyla  deyib-gülürdü.  Mane  olmamaq  üçün  Mövlana  otaq-
dan çıxdı və ətrafda fikirli-fikirli var-gəl etməyə başladı. Bu 
zaman Mövlana Cəlaləddin, Şəms Təbrizinin onu çağırdığı-
nı  eşidib  yenidən  otağa  daxil  oldu.  O,  Şəms Təbrizini  tək 
görüncə heyrətini gizlədə bilmədi və ondan “Bəs Kimya xa-
tun hara getdi?” deyə soruşdu. Şəms Təbrizi gülümsünürək 
“Tanrı məni o qədər sevir ki, istədiyim qiyafədə yanıma gə-
lir. Sən görən anda O, Kimya xatunun surətində gəlmişdi”, 
–  dedi. O vaxtdan Şəms Təbrizinin bu möcüzəsini Mövlana 
Cəlaləddin tez-tez xatırlayacaq və onu yeri gəldikcə mürid-
lərinə nağıl edəcəkdi... 


Eşq dənizləri qovuşanda 
 
113 
X I V   F Ə S İ L  
Seyfullahın qüdrəti 
1246-cı ilin dekabr ayı idi. Qış fəsli yenicə girmiş olsa da, 
dümağ  qanadlarını  təbiətin  üstünə  elə  gərmişdi  ki,  sanki 
onu  yırtıcılardan  qoruyurdu.  Evlərdə  qalanmış  qızdırıcı 
odun  sobasının  borusundan  tüstü qarışıq  çıxan  qurumlar 
yaxın ətraflarda qarın üstünə qapqara ləkələr salırdı. Dəstə-
dəstə qarın üstünə qonan sərçələr dimdikləriylə axtardıqla-
rını tapa bilmədiklərindən cikkildəşərək sanki bir-birinə şi-
kayət edirdilər. Mədrəsədə isə dərs vaxtı idi. Mürşidi-kamil 
Şəms Təbrizi möminlərin,  müridlərin  qarşısında  yenə  də 
dürlər saçırdı: 
–  “Sultan  –  Tanrı  kölgəsidir”  deyirlər. Amma  Tanrının 
aləmi nur içində nur, ləzzət içində ləzzətdir. O aləm qüdrət 
içində qüdrət, kərəm içində kərəmdir. Sultan və ya padşah 
qismində görünən kölgə aləmi isə pislik, çirkinlik, fanilik və 
zövqsüzlük aləmidir.  O,  necə  olur  ki,  Tanrı  kölgəsi olur? 
Əgər ortada bir şah varsa və onda şahlığın mənası parlayır-
sa, bu, çox yaxşı bir şeydir. Lakin şah öz mövqeyindən yal-
nız  şəxsi mənafeyi  üçün  istifadə  edirsə,  həmin  mövqedə 
nəfsinin  qurbanına  çevrilirsə,  bu,  artıq  şahlıq  deyil,  iblisin 
qulu,  ifritin  köləsi olmaqdır.  Sultanlıq,  şahlıq  möhtərəmli-
yin və məhrəmliyin aynası olmalıdır. Ağaca olan maraq və 
sevgi onun meyvəsi üçündür. Meyvəsiz ağac yandırılmaq-
dan başqa heç nəyə yaramaz! 
Tanrı möhnət və iztirabla peyğəmbərləri yaratdı ki, hə-
səd  meydana  gəlsin,  çünki kimsə  Tanrıya həsəd  aparmaz. 
Xalq isə peyğəmbəri özü kimi insan bildiyindən əvvəlcə ona 
həsəd apardı, lakin peyğəmbərin böyüklüyünə əmin olduq-


Elbəyi CƏLALOĞLU 
114 
dan sonra heç kəs ona həsəd aparmadı, əksinə inam gətirdi-
lər. Bir sözlə, həsəddən inam doğdu. Beləliklə, Allah həsədi 
inamla sonuclanması üçün yaratdı. Allahın yaratdığı bütün 
hisslər saflığa  istiqamətlənmək,  paklığa  yönlənmək üçün-
dür,  lakin  bu  ünsürləri çirkin  məqsədlərə  yönləndirməyin 
axirət cəzası da özü dəyərindədir. 
Peyğəmbərə olan həsədin inamla əvəz olunmasından və 
ya  insanların  peyğəmbərləri özlərinin  fövqündə  görmə-
sindən, Allahın elçisi olduğunu qəbul etməsindən sonra ye-
ni bir həsəd yarandı. Bu həsəd nəticəsində hər dövrdə pey-
ğəmbər yerinə bir vəli yarandı və bu hal qiyamətə qədər da-
vam edəcəkdir. Vəli –  diri və fəal imamdır. O, nura bənzə-
yər, ağıl isə onun cəbrailidir. 
Biz həqiqi meynəyik, ulu Tanrı isə bağbandır. O, bizdə 
olub meyvə verməyən budaqları qoparır, meyvə verən hər 
bir budağı  isə  daha  çox  versin  deyə  budayır.  Bu  mənada 
peyğəmbərlər daha artıq əziyyətlərə, zəhmətlərə uğradılar. 
Onların çəkdiyi məşəqqət dünyada yaşayan bütün xalqların 
çəkdiyi məşəqqətdən  dəfələrlə  böyükdür,  çünki peyğəm-
bərlərin canı bütün canlardan daha böyük, daha üstündür. 
Ona görə də, onların uğradığı bəlalarla başqa bir tayfa üz-
ləşmədi.  Bütün  böyük  nailiyyətlər  əziyyətdən,  zəhmətdən 
keçir,  necə  ki,  körpənin  doğuşu  doqquz aylıq  zəhmətdən 
sonra şiddətli sancılarla baş verir. 
İnsanlar sayılıdır, çoxdur, amma iman birdir, yəni cisim-
ləri çox, canları təkdir. Can dedikdə isə bütün diri bədənlər-
də olan ruhların bağlı olduğu, bu ruhların fövqündə duran 
daha böyük Ruh nəzərdə tutulur. “Allah” dediyimiz o bö-
yük  Ruh  da  maddi  dünyamızdakı  Günəş  kimidir.  Günəş 
birdir,  lakin  onun  sayı  bilinməyən  şəfəqləri bütün  kainata 
yetərlidir. Günəşi Allahla, onun şəfəqlərini isə diri bədəndə-
ki ruhlarla müqayisə etmək olar. Şəfəqlər varsa, onları saçan 
günəş də var; İlahi nurlar varsa, baqi Günəş də var; ruhlar 
varsa, Allah da var! 
Göydəki tək günəşin nurları evlərə dolunca yüzlərlə nur 
olur, lakin divarları qaldırdınmı, yenə də nur bir və bütöv 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə