Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə33/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

Eşq dənizləri qovuşanda 
 
103 
– Allah da belədir, O, mövcuddur, amma adi gözlə görün-
məz. Helmi,  elmi,  ədəbi və  vicdanı  olanlar isə  onu  yalnız 
könlünün gözüylə seyr edə bilərlər, – belə dedikdən sonra 
əlavə olaraq soruşdu: – yenə sualınız varmı?  
Alim bu dəfə başqa bir sual verdi: 
– Şeytanın atəşdən yaradıldığını söyləyirsiniz, sonra da 
ona cəhənnəmdə odla əzab veriləcək, deyirsiniz. Atəş atəşə 
necə əzab verə bilər? – alim bu sözləri deyib cavab gözlədi. 
Şəms Təbrizi bu sualın da cavabını bayaqkı ilə uzlaşdırdı: 
– Başına dəyən çomaq sənin başını ağrıtdı, halbuki, ço-
maq da torpaqdan yaranıb sən də. Bax, torpaq torpağı necə 
ağrıda bilərsə o da elə, başqa sualın varsa, buyur!  
Mürşidi-kamilin cavabından sonra alim ətrafa boylandı, 
əyləşənlərin  üzlərində  istehzalı  gülüş  sezilsə  də,  onlar  çox 
fikirli görsənirdilər. O, bir az düşünüb axrıncı sualını verdi: 
– Deyirsiniz ki, axirətdə hər kəs öz haqqını qazanacaq, 
yəni, etdiklərinin mükafatını alacaq və ya cəzasını çəkəcək. 
Onda  insanları  niyə  buraxmırsınız  ki,  canları  nə  istəyirsə 
onu  da  etsinlər,  onların  işlərinə  niyə  qarışırsınız?  –  Şəms 
Təbrizinin çöhrəsinə yenidən rişxəndli təbəssüm qondu. Bu 
sualın da cavabını bayaqkılarla zəncirvari uzlaşdıran Mürşi-
di-kamil dedi: 
– Çomaqla səni vuranın ürəyi belə istədi və səni vurdu, 
bəs onda, nə üçün sən haqqını axtarıb qaziyə şikayət edir-
sən? Bu dünyada hər kiçik bir məsələ üçün haqq axtarılırsa, 
o sonsuz olan axirət həyatında haqq nə üçün axtarılmasın?! 
İnsanların  axirət cəzasından  qurtulması  üçün  onları  təlim 
etmək isə mənim və mənim kimilərin mənəvi borcudur. 
Bu sual-cavabdan sonra otağa bir qədər sükut hakim kə-
sildi. Mürşidi-kamil özü bilərəkdən dillənmirdi ki, əyləşən-
lər danışılanları yaxşı dərk etsinlər. O, az sonra bir neçə yer-
dən gözünü ona zilləyənləri görüb yenidən sözə başladı: 
– Üzdən adam olan min-min iblis var, amma onlar yal-
nız üzdən adamdır. İblissifətlər nəfsinə hakim olmağı bacar-
mayanları tez ram edər. Onlar insanı Allah yolundan dön-
dərməyə çalışar, dünya malına aludə olmağa sövq edərlər. 


Elbəyi CƏLALOĞLU 
104 
İnsan  öz  ətrafından  onun  əqidəsinə  zərərli  olan  ünsürləri 
yox etməyi bacarmalıdır. O, iblisə “dəf ol!” demək üçün cə-
sarətli, ifritə qalib gəlmək üçün daxilən güclü olmalıdır. Sə-
ni  dostundan  ayıran  sözü  dinləməkdən  vaz  keç,  çünki o 
sözdə ziyan vardır! Bundan başqa, siz dayaz düşüncəlilərlə 
də rastlaşırsınız. Onlar sizin saflığınıza şübhə ilə, duruluğu-
nuza paxıllıqla yanaşırlar. Paxıllar özükimiləri üstünüzə 
kısqırdırlar,  sizi təhqir etdirirlər,  bundan  üzülməyə  dəy-
məz, çünki onlar bu pisliyi özlərinə edərlər, axirətdə bədəli-
ni qat-qat artıq ödəyərlər. Əgər yolda həsəd sənin boğazına 
sarılsa, iblisi yadına sal və bil ki, iblisin tüğyanı həsəddədir, 
çünki  o,  həsəd  üzündən  Adəmdən  aralanıb  və  hər zaman 
müqəddəsliyə qarşı döyüşür. 
Günəşin  qidası  ərş  nurundandır,  həsədçinin,  şeytanın 
qidası isə fərş dumanından. Yolda bundan daha çətin olan 
keçid yoxdur. Nə məsuddur o kişi ki, yoldaşı həsəd deyil-
dir. Lakin paxıllığın, qibtənin bir növü də var ki, insanı cən-
nətə  aparar.  Bu,  xeyirli  işlərdə  –  mərhəmətdə,  səxavətdə, 
ədəbdə, cəmiyyətin gəlişməsində başqalarından geri qalma-
maq  üçün  çalışanların,  “mən  niyə  fəzilətdə  ondan  geridə 
olum?” deyərək alın təri tökənlərin, bu zəhmətə cani-könül-
dən qatlaşanların həsədidir. 
Bədən  həsəd  evidir,  amma  Tanrı  o  bədəni  tərtəmiz et-
miş, arıtmışdır. Əgər sən, bilmərrə həqiqətdə olmayanlara, 
bədəni fərş dumanında qərq olmuşlara hiylə və həsəd etsən
o həsəddən  könlün  qaralar.  Ona  görə  də,  iblisə  ram olma, 
əksinə Tanrı ərlərinin ayaqları altına torpaq olmaq üçün fə-
dakarlıq göstər! Bizim kimi sən də həsədin başına torpaq at! 
Qurtuluş  ümidi  içdəki  imandan  gəlir!  İmanı  zəif  olanlar 
ümidsizliyə  və  daxili  sıxıntıya  uğrayarlar!  –  Şəms Təbrizi 
müdrik fikirlərini  və  Allahla vəhdətdə  olmağın  yollarını 
müridlərinə  izah etdikdən  sonra söhbətinin  sona  çatdığını 
bildirdi və onlar tədricən dağılışdılar...    
Şəms Təbrizi mədrəsədən çıxıb birbaşa evə yollandı. O, 
mənzilinə yaxınlaşanda axşam düşmüşdü. Şəms Təbrizi kü-
çənin tinində Əlaəddin Çələbi ilə qarşılaşdı. Onlar salamlaş-


Eşq dənizləri qovuşanda 
 
105 
dılar və Əlaəddin Kimyaya baş çəkmək üçün gəldiyini bil-
dirdi. Şəms Təbrizi yenidən evə qayıtmasını təklif etsə də, o, 
razılıq  bildirib uzaqlaşdı.  Mürşidi-kamil evə  daxil  olanda 
onu səliqləli və yaraşıqlı geyimdə Kimya xatun qarşıladı. O, 
gülümsəyərək  Əlaəddinin  ona  baş  çəkməyə  gəldiyindən 
ərini xəbərdar etdi. Şəms Təbrizi, bunun Əlaəddinin ilk gəli-
şinin olub-olmadığını soruşduqda isə Kimya xatun uşaqlıq-
dan bir ailədə böyüdüyü Əlaəddin Çələbinin hərdənbir ona 
yoluxduğunu söylədi. Bu zaman Şəms Təbrizi nəyə görə o, 
evdə olan vaxtlarda bu gəncin onların evinə gəlməməsi ba-
rədə  düşündü,  lakin  ağlına  gələn  bu  sualla  bağlı  arvadın-
dan heç bir şey soruşmadı... 
Kimya xatunun şüşəsini təmizləyib, piltəsini düzəldərək 
bir neçə yerdə yandırdığı çıraqlar otağı elə işıqlandırmışdı 
ki, burada iynə də saplamaq olardı. O, öz zövqünə və ərinin 
xüsusiyyətinə  uyğun  olaraq,  döşəmədə  salınmış  xalçanın 
üzərində  açdığı  süfrəyə  təzə  təndir  çörəyi,  motal  pendiri, 
çeşidli xörəklər, salat, şüşə qablarda bulaq suyu, qımız, bir 
də  xurma  şərabı  qoymuşdu.  Onlar süfrə  başında  üzbəüz 
oturdular... 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə