Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə31/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

Elbəyi CƏLALOĞLU 
96 
etmənin əvəzsiz üsulundan məmnun idi. Şəms Təbrizi səma 
rəqslərinin bütün mahiyyətini öyrənmişdi və hətta bu rəqs 
haqqında Mövlana Cəlaləddinin yazdığı təlimi əzbər bilirdi. 
Bu dəfə o, ritualda səmazənbaşı qismində iştirak edirdi. 
Zikr mərasimi sona  çatdıqdan  sonra  onlar  dağılışdılar. 
Lakin  bu  dəfə  Şəms Təbrizi bir bəhanə  ilə  Cəlaləddingilə 
yox, birbaşa öz hücrəsinə getdi. Onu orada Səlahəddin Zər-
kub gözləyirdi... 
Səlahəddin  Kimyaya elçi  göndərdiyini  və  Kərra  xatu-
nun bu işə müsbət davranışını Şəms Təbriziyə danışdı. Bun-
dan  sonra  onlar həmin  məsələnin  müzakirəsinə  yenidən 
başladılar. Bu, çox da uzun çəkmədi və onlar axşam nama-
zını qıldıqdan sonra şam yeməyinə oturdular. Aradan bir az 
keçmiş  qapı  döyüldü.  Səlahəddin  yerindən  durub qapıya 
doğru getdi... 
Həmin gün zikr mərasimindən çıxdıqdan sonra Mövla-
na Cəlaləddin evə oğlu Bahaəddinlə birlikdə gəldi. O, xanı-
mı ilə üz-üzə gələndə nədənsə onun üzündə təbəssüm qarı-
şıq qeyri-adi cizgilər hiss etdi. Bu zaman o, dönərək oğluna 
baxdı  və  Bahaəddin  atasının  eyhamını  hiss  etdiyindən 
oradan uzaqlaşdı. Bundan sonra Mövlana Cəlaləddin xanı-
mına  yaxınlaşıb  səmimiyyətlə,  –  əzizim,  nəsə  sözlü  adama 
oxşayırsan, – dedi. Kərra xatun gülümsəyərək, – xeyirdir in-
şallah, – deyərək onu əmin etdi. 
–  Təki  xeyir olsun,  buyur,  söylə,  –  Cəlaləddin  bunları 
deyərkən xanımı onun sözünü kəsib, – Kimyaya elçi gəldi-
lər, – deyib, diqqətlə ona baxdı. Mövlana onun kim olduğu-
nu soruşduqda isə Kərra xatun, – dostun Şəms Kimyaya ev-
lənmək istəyir, – dedi. Mövlana bu olacağı əvvəlcədən hiss 
etdiyindən  bu  haqda  çox  az  düşündü  və  –  əgər mənimlə 
məsləhətləşirsənsə, Allah mübarək eləsin, əzizim, Şəms də-
yərli insandır, Kimya da ona layiqdir, – deyib sözünə bir az 
ara verdi, sonra da, – yəqin ki, uşaqları da xəbərdar eləmi-
sən, amma əsas şərt sənin razılığındır, – deyə əlavə edərək, 
təvazökarlıqla xanımına baxıb gülümsündü və gözünü ona 
zillədi. Kərra xatun gülərək, – qızın özü də razıdır, qoy, xoş-


Eşq dənizləri qovuşanda 
 
97 
bəxt olsunlar, Allahın xeyir-duası üzərlərində olsun! – deyə 
ərini  əmin  etdi.  Bundan  sonra Mövlana  Cəlaləddin  oğlu 
Əlaəddini  göndərdi  ki,  Səlahəddin  Zərkubu  onun  yanına 
çağırsın. Əlaəddin də atasının tapşırığına əsasən Səlahəddi-
nin sorağı ilə gəlib Şəms Təbrizinin qapısını döydü. 
Qapını Səlahəddin Zərkubun özü açdı və Əlaəddini gö-
rüb,  onu  içəriyə  dəvət etdi.  Əlaəddin  isə,  –  əmi,  atam  sizi 
görmək istəyir,  –  deyib cavab gözlədi.  Səlahəddin  Zərkub 
Şəms Təbriziyə  yaxınlaşaraq yavaş  səslə,  –  Ustad,  güman 
edirəm ki, bu dəvət sənin işinlə bağlıdır, – deyib, Əlaəddin-
lə birlikdə qapıdan çıxdı... 
Onlar içəri daxil olanda Mövlana Cəlaləddin, Kərra xa-
tun və uşaqları yığışıb söhbət edirdilər. Otaqda təkcə Kimya 
yox idi, o da yəqin ki, öz otağındaydı, onun burada olma-
masının  səbəbi isə  abır-həya məsələsiydi.  Səlahəddin  Zər-
kub hamının  üzündə  xoş  bir  əlamət göründüyünü  duydu. 
Bu  günkü məsələ  barədə  qısa söhbətləşmədən  sonra Səla-
həddin Zərkub elə Şəms Təbrizinin yanından durub gəldi-
yini  qeyd  etdi,  bu  zaman  Mövlana  Cəlaləddin  zarafatla,  – 
bəyi niyə gətirmədiniz? – deyə soruşdu. Sonra da o, Əlaəd-
dinə tərəf dönərək, – indi zəhmət çək, bir də get, Ustadı ça-
ğır, gəlsin, – dedi. Nədənsə bu məsələni duyduqdan sonra 
ovqatı təlx olan Əlaəddin Çələbi dərhal durub otaqdan çıx-
dı və çox keçmədən Şəms Təbrizi ilə birlikdə yenidən içəri-
yə daxil oldu. 
Şəms Təbrizi həmişə  olduğu  kimi  bu  evdə  sərbəst və 
təmkinli deyildi, indi son dərəcə sakit və ehtiyatlı davranır-
dı. Lakin bir qədər sonra əyləşənlərin otaqda yaratdığı mən-
zərə onu öz Şəmsliyinə qaytardı. Aradan bir az keçmiş Hü-
saməddin Çələbi də məclisə dəvət olundu və hamı yeni iz-
divaca xeyir-dua verdi... 
Razılıq  əldə  olunandan  üç  gün  sonra erkəklər kəsildi, 
süfrə açıldı, məclisə yaxınlar dəvət olundu, şadyanalıq edil-
di  və  dostların  şahidliyi ilə  Şəmslə  Kimyaya kəbin  kəsildi. 
Bundan sonra Kimya xatunu Şəms Təbrizinin Şəkərfuruşan 
məhəlləsində kirayələdiyi evinə köçürdülər. Bununla da, o 


Elbəyi CƏLALOĞLU 
98 
günə qədər yaxın sirdaş, əvəzsiz əqidə və ruh dostları olan 
Mövlana  Cəlaləddin  Rumi ilə  Şəms Təbrizi həm  də  yaxın 
qohum oldular... 
Şəms Təbrizi ilə Kimya xatun yeni evlərində şən və ra-
hat yaşamağa başladılar. Şəms Təbrizi onu Haqq aşiqi, sufi 
şeyxi yox, əksinə zəngin tacir hesab etsinlər deyə, kirayələ-
diyi evdən çıxdıqları zaman onun qapısına üç dinara aldığı 
iri bir qıfıl asardı. Həmin qıfılın qiymətinə o zaman ailənin 
bir aylıq azuqəsini almaq olardı... 
 
 
 
 
 
 
 
 


Eşq dənizləri qovuşanda 
 
99 
X I I   F Ə S İ L  
Şəms Təbrizinin qısqanclığı 
Kimya gəlin gələndən sonra Şəms Təbrizi üç gün məd-
rəsəyə getmədi, bu vaxtlarda onu Mövlana Cəlaləddin Ru-
mi əvəz edirdi. O, gah özünün, gah da Şəms Təbrizinin mü-
ridləriylə məşğul olur, mütəmadi dərslərini keçir, söhbətlə-
rini edirdi. Bu hal Şəms Təbrizinin müridləri üçün o qədər 
də fərq etmirdi, çünki hər iki dahi eyni əqidəyə, eyni ruha 
köklənmişdi... 
Beləcə, günlər bir-birini əvəz edirdi. Şəms Təbrizi artıq 
mədrəsəyə gəlməkdə davam edir, vaxtı-vaxtında müridləri-
ni,  pərəstişkarlarını  başına  toplayır,  dərslərini  keçirdi.  O, 
son zamanlar daha fəal görünürdü ki, bu da ətrafdakıların 
gözündən  qaçmırdı.  Mövlana  Cəlaləddin  Rumi müridlərlə 
söhbətlərini başa vurduqdan sonra yenə də Şəms Təbrizi ilə 
bir hücrəyə çəkilməkdə davam edir, saatlarla onu dinləyir, 
onun  hikmətli kəlmələrini,  adamın  iliyinə  işləyən  dərin 
söhbətlərini özünə əxz edirdi. O, bütün bunlarla kifayətlən-
məyərək, Şəms Təbrizinin mədrəsə dinləmələrinə də gedir-
di. İndi belə dərslərdən biri idi. Bu söhbətlərə müridlərlə ya-
naşı  müxtəlif millətlərdən  və  cəmiyyətlərdən  olan  bir  çox 
alimlər də üz tutmuşdu. Şəms Təbrizi yenə  həmişəki kimi 
salqarlı, gözəl tələffüzlə və dolğun danışırdı: 
– Hər bir dil və hər bir millət Allahın hikmətidir, lakin 
bunların fövqündə duran daha bir dil mövcuddur, bu, ru-
hun dilidir. 
İndi bəşəriyyət kisrət
1
 halındadır. Biz bu pərakəndəlik-
                                                 
1
 Kisrət – pərakəndəlik, müxtəliflik 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə