Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə29/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

Elbəyi CƏLALOĞLU 
90 
böyürdən  öz  adlarıyla  çağıran  olsaydı  da  eşitməzdilər.  O, 
davam edirdi: 
– Ağıl başqa bir ağılla birləşsə nur artar, doğru yol mey-
dana  çıxar.  Fəqət  nəfs  bir  başqa  nəfslə  sevinər və  gülərsə, 
onda  qaranlıq  artar,  yol  gizlənər.  Bir  ağıl  başqa  bir  ağılla 
birləşsə  pis  işə,  pis  sözə  mane  olar.  Fəqət  nəfs  başqa bir 
nəfslə dost olsa, cüzi ağıl məəttəl qalar, o, heç bir işə yara-
maz. Biz islam ənənələrinə, müsəlman qaydalarına bağlıyıq, 
lakin  dindən  fərqli olaraq,  təsəvvüf görüşləri bəşəriyyətə 
aiddir! Millətindən, dinindən asılı olmayaraq hər kəs bu gö-
rüşə  qatıla bilər.  İsti istini,  soyuq  da  soyuğu  çəkdiyi kimi, 
əsli olmayanlar əsli olmayanları özünə çəkməkdə, əbədilər 
də  əbədilərdən  sərxoş  olmaqdadır.  Biz  könül  qapılarımızı, 
ümid darvazalarımızı taybatay hər kəsin üzünə açdıq, bəşə-
riyyəti əxlaqi və insani dəyərlərlə birləşməyə, dilindən, di-
nindən,  etiqadından,  milliyətindən  asılı  olmayaraq bütün 
insanları birliyə, bərabərliyə, vəhdətə dəvət etdik, onları İla-
hi eşqə səslədik. 
Mən pərgar kimiyəm, bir ayağımla şəriətin üzərində çox 
möhkəm dayanmışam, o biri ayağımla 72 millətin arasında 
gəzirəm,  –  Mövlana  Cəlaləddin  Rumi bu alovlu söhbətin-
dən sonra dayandı, lakin içindəki atəş elə bil ki, onu silkələ-
yir, dayanmağa qoymurdu. Birdən gözləri onu heyranlıqla 
dinləyən  Mürşidi-kamilə  sataşdı  və  dərhal  özünü  ələ  al-
maqla,  –  bəlkə  deyiləsi sözü  var,  –  deyə  düşünərək 
nəzərlərini ondan çəkmədi. Lakin Şəms Təbrizi Mövlananın 
qaynar  bulağa  döndüyünü  hiss etdiyindən,  ona  davam et-
məsini işarə etdi. Mövlana Cəlaləddin bur qurtum su aldıq-
dan sonra söhbətinə davam etdi: 
– Siz ey Allahı mavi göylərdə arayıb-axtaranlar, əl çəkin 
bu axtarışdan, siz Ondasınız, O da, sizdədir! Xeyiri də, şəri 
də Allah özü yaradıb, fəqət O, yalnız xeyirə razı olur. Xeyir 
üçün şərdən gərəkli, iman üçün küfrdən gərəkli heç nə yox-
dur, – Mövlana bu şüarı səsləndirəndə bir çox alimlərin qaş-
ları çatıldı, müridlər diksinən kimi oldu. Bu zaman Mövla-
nanın üzünə təbəssüm qondu, lakin o, bir az da ciddiləşərək 


Eşq dənizləri qovuşanda 
 
91 
dediyinə açıqlama gətirdi: 
– Şəri şər olduğu üçün diləmək çirkindir, amma şəri xe-
yir üçün diləmək çirkinlik deyil. Tanrının yaratdığını məhv 
etmək şərdir, lakin bu addım bir xalqı, bir eli ölümdən qur-
tarmağa xidmət edirsə şər deyil, əksinə böyük xeyirdir. Ona 
görə də, yalnız xeyirə yol açmaq və şəri yasaq etmək üçün 
şər törətmək istəyən bir kimsənin olması da şərtdir. Bu cür 
varlığın, yəni nisbi şərin olmasını arzulamaq, əslində şərin 
xeyirlə sonuclanması üçün yaradıldığının dərk edilməsi de-
məkdir. Bütün bunlara baxmayaraq söyləyə bilərik ki, Allah 
dünyanı xəlq edəndə şərin də olmasını məsləhət bilib, fəqət 
yalnız ona görə belə istəyib ki, xeyirin şər üzərində qələbə-
sini bütün aləmlərin gözü qarşısında nümayiş etdirsin. Bu-
nu  sonacan  düşünülmədən  edilən  dualara bənzətməyin! 
Çünki elə dualar var ki, onlar ziyana, həlak olmaya səbəb-
dir, insan bunun sonunu görmədiyindən belə edir. Ona gö-
rə də, əbədi və pak Tanrı kərəmindən bu cür duaları qəbul 
etməz! Hədislərin  birində  Tanrının  dilindən  belə  deyilir: 
“Mən gizli bir xəzinəydim, özümü tanıtmaq üçün aləmləri 
yaratdım”. Ustad biliksiz adamların olmağını arzulayar, an-
caq onların savadsız qalmasını istəməz, əks halda öyrətmə-
yə də can atmazdı; təbib xəstənin olmasını arzulayar, ancaq 
xəstəliyin xəstəyə güc gəlməsini istəməz, əks halda xəstəni 
sağaltmağa  cəhd  eləməzdi;  sərkərdələr  də  beləcə,  düşmən 
ordusunun gəlməsini arzulayarlar, ancaq düşmənə basılma-
ğı  istəməzlər,  əks halda  qələbə  çalmağa  can  atmazlar,  – 
Mövlana Cəlaləddin bu sözlərdən sonra bir anlıq dayandı, 
sonra  da  aramla,  –  bu sözlər göy üzünə  aparan  bir  nərdi-
vandır. Kim bu nərdivana ayaq qoysa, ucaları görəcək, – de-
yərək söhbətini tamamladı. Bundan sonra Mövlananın söz-
lərindən təsirlənən Şəms Təbrizi ayağa duraraq iştirakçılara 
müraciətlə dedi: 
– Allaha and olsun ki, mən Mövlana Cəlaləddini tanıya 
bilmirəm. Mənim bu sözümdə heç bir riya və təkəllüf
1
 yox-
                                                 
1
 Təkəllüf – sünilik, saxtalıq, rəsmiyyətçilik. 


Elbəyi CƏLALOĞLU 
92 
dur,  amma  onun  dərkindən  aciz  olmağımın  səbəbi budur 
ki, mən onun əməllərindən hər gün dünəni mənə məlum ol-
mayan bir şey anlayıram. Lakin Mövlana Cəlaləddinin Alla-
hın vəlisi olduğu haqda mənim Konyaya gəlməmişdən öncə 
də gerçək bilgim vardı. İndi isə o, idrakın göylərində qartal 
kimi qıy vurur. Mən indi Mövlananın dostuyam – Tanrının 
dostunun dostu, həm də özümü onun müridi hesab edirəm. 
Çünki onda həm helm, həm elm, həm ədəb, həm də vicdan, 
yəni  ruhun  vəcd  anı  mükəmməldir.  Bu  dörd  əlamətin  in-
sanda birləşməsi onun Tanrıyla vəhdətdə olmasına işarədir. 
Bu anlardan sonra Mövlananı bundan yaxşı tanıyana təəc-
cüb etməyəsiniz.  Sizə  tövsiyəm budur  ki,  onun  belə  gözəl 
surət yaratması  və  yaxşı  danışdığı  sözlərlə  qane  olmayın, 
bunların arxasında olan hikmətləri ondan tələb edin! 
Şəms Təbrizi bu sözləri deyərkən dinləyənlərin arasında 
ona ağızbüzənləri görmək elə də çətin deyildi. Buna baxma-
yaraq, Şəms Təbrizi onları Mövlana Cəlaləddinin biliklərinə 
yiyələnmək  üçün  daha  ayıq-sayıq  olmağa  çağırırdı.  Bütün 
bunlar öz yerində,  sufi  dinləməsinin  vaxtı  sona  çatmışdı. 
Ona görə də, alimlər və müridlər tədricən zaldan çıxıb dağı-
lışdılar. Mövlana  Cəlaləddin,  Şəms Təbrizi,  Hüsaməddin 
Çələbi, Səlahəddin Zərkub və Bahaəddin Vələd isə birlikdə 
evə döndülər... 
 
 
 
 
 
 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə