Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə26/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

Eşq dənizləri qovuşanda 
 
81 
sa, sonunda zənginliyə çatar. Burada da belədir, əgər vicda-
nın,  istedadın  varsa,  elmin  yoxsa və  ya bunun  əksi olarsa, 
vaxtını  boşa  sərf etmiş  olarsan,  –  Şəms Təbrizi  bunları  de-
dikdən sonra söhbətini müvəqqəti olaraq dayandırdı, ətrafı-
na baxdı, bir qurtum çay aldı. Sonra isə bir azca alnını ovuş-
duraraq yenidən sözünə davam etdi: 
– Sirri gizli saxlamaq vacib şərtlərdəndir. Hər bir insan 
özlüyündə  bir kainatdır,  əgər kainat  öz  sirrini  bizlərə  ver-
səydi, artıq o, kainat olmazdı, çünki nə çoxdu naqislər, özü-
nü Allah kimi görmək istəyən quldurlar, ona görə də, bütün 
bəşəriyyət sirrimi bilmək üçün saqqalımdan asılsa belə, ağ-
zımı açmaram, – o, bu sözləri deyib Mövlanaya baxdı və bu 
barədə  onun  da  fikir söyləməsini  istədi.  Mövlana  ayağa 
durdu,  boğazını  arıtladı,  bu  zaman  Şəms Təbrizi  ona  dedi 
ki, oturub da danışa bilər. Mövlana ustadına təşəkkür etdik-
dən sonra fikir söyləməyə başladi: 
– Toxumun torpaq içində gizlənməsi baxçanın yaşıllaş-
masıyla nəticələnir. Sirr də belədir. Əgər sirlərin könlündə 
gizli qalarsa, muradın tez hasil olar. Peyğəmbər əfəndimiz 
bu  dediklərimizi belə  təsdiqləmişdir:  “Hər kim sirrini  sax-
larsa, tezcə muradına yetişər”, – Mövlana Cəlaləddin Rumi 
bunları deyib dayandı. Şəms Təbrizi ona təşəkkür etdikdən 
sonra əlavə etdi: 
–  Bütün  varlıqlar sirli olaraq qalmaqdadır,  sirri çözül-
müşlər artıq varlıq deyil, bu mənada Allah da öz sirrini ya-
ratdıqlarına vermədi. Çözülmüş sirlər isə ancaq Haqqın ira-
dəsi ilə  bizə  əyan  olanlardır.  Allah öz hikmətini  bəndəyə 
damla-damla verər,  hərçənd  bu  damlaların  qopub  gəldiyi 
ümman sonsuzdur. Bizim məqsədimiz “Bir olan”ın sirlərini 
aramaq  deyil,  bu,  heç mümkün  də  deyil,  bizim amalımız 
“Bir olan”la bütövləşmək, Onunla vəhdətdə olmaqdır, – Şə-
ms Təbrizi sözünü  bitirib  qısa fasilə  vermək  üçün  dayan-
mışdı.  O,  yenidən  sözə  başlamaq  niyyətində  idi,  lakin  bu 
zaman azan səsi eşidildi. Onlar durub namaza getməyə ha-
zırlaşdılar... 


Elbəyi CƏLALOĞLU 
82 
X   F Ə S İ L  
Ürək birliyi, ruh dili 
Mövlana Cəlaləddin Rumi səhər tezdən mədrəsəyə mü-
ridlərinə dərs deməyə getmişdi. Şəms Təbrizi isə hələ evdə 
idi.  O,  Mövlana  Cəlaləddinin  arvadı  Kərra  xatun  və  onun 
kiçik oğlu Əlaəddinlə şirin söhbət edirdi. Kimya çay süzüb 
onların qabağına qoyduqdan sonra bir az aralıda düz Şəms 
Təbrizinin allancında oturub onların söhbətinə qulaq asmğa 
başladı. Kərra xatun rəhmətlik qayınatası Sultan Bahaəddin 
Vələdlə bağlı xatirələrini Şəms Təbriziyə nağıl edirdi. Lakin 
Şəms Təbrizinin ara-sıra çox ehtiyatla Kimyaya baxması bu 
təcrübəli xanımın gözündən yayınmadı. Bu hal bir neçə də-
fə təkrarlanandan sonra Kərra xatun ehmalca başını sağ çiy-
ninin  üstündən  çevirib mənalı-mənalı  kənizinə  baxdı. 
Xanımın  baxışlarından  vəsvəsəyə  düşən  Kimya  dərhal  du-
rub o biri otağa keçdi. İndi Şəmslə Kimyanın bir-birini ov-
sunlamasını ailə üzvlərinin hər biri yəqinləmişdi. Hətta bu-
na  görə  Əlaəddin  yaş  hədləri bir-birinə  yaxın  olduğundan 
kiçik vaxtlarında da bir yerdə oynadığı Kimyaya yüngülcə 
xəbərdarlıq da etmişdi və ona, – bilirsən, bacı, nəsə bu qoca 
Şəmsin  baxışları  xoşuma gəlmir,  sən  də  özünü  yığışdır,  – 
demişdi.  Kimya isə  ona,  –  qısqanclığa  bir  səbəb  yoxdur, 
özündən söz çıxartma, – deyə çılğınlıqla cavab vermişdi... 
Kərra  xatunla söhbətləri bitdikdən  sonra  Şəms Təbrizi 
mədrəsəyə yollandı. O, Mövlananın söhbətinə mane olma-
maq  üçün  içəriyə  daxil  olmadı  və  elə  qapının  ağzında  da 
oturdu. Kimyanı gözlərinin qabağına gətirən Şəms Təbrizi, 
– deyəsən bu qız mənim lap ürəyimi fəth etdi, – deyə dü-
şündü. Onun fikrindən Kimya ilə ailə qurmaq keçirdi, lakin 


Eşq dənizləri qovuşanda 
 
83 
bunu əqidə, din və can dostu hesab etdiyi Mövlana Cəlaləd-
dinə necə deyəcəyinin yolunu tapa bilmirdi. Bir ağlına gəldi 
ki, bəlkə bunu Səlahəddin Zərkub ilə məsləhətləşsin, çünki 
o  da  Şəms Təbrizinin  sevdiyi kəslərdən  idi.  Səlahəddinin 
əxlaqı,  tərbiyəsi,  davranışı,  səmimiyyəti  Konyaya gəldiyi 
gündən onun xoşuna gəlmişdi, elə o vaxtdan onunla tez-tez 
həmsöhbət olurdu.  Şəms Təbrizi  bu  düşüncələrdəykən  üç 
nəfər gənc mədrəsəyə yaxınlaşdı. Onlar Şəms Təbrizini ke-
şikçi hesab edərək ona Mövlana Cəlaləddin Rumiylə görüş-
mək istədiklərini  söylədilər.  Şəms Təbrizi üzünü  onlardan 
birinə tutaraq, – Mövlana Cəlaləddini sənə göstərməyimçün 
nə gətirmisən? – dedi. Həmin oğlan bir qədər qeyzlə ona, – 
bəs sən özün nə gətirmisən ki, bizdən də bir şey tələb edir-
sən? – deyərək suala sualla cavab verdi. 
–  Mən  özümü gətirdim,  başımı  onun  yolunda  fəda  et-
dim, – Şəms Təbrizi belə cavab verdi və sözünü bitirən kimi 
onlara  dinləmə  zalının  qapısını  göstərdi  ki,  daxil  olsunlar. 
Gənclər tərəddüdlər içində bir-birinə baxaraq qapıya doğru 
getdilər. Bu zaman Şəms Təbrizi də yerindən durub, onların 
arxasınca getdi... 
Şəms Təbrizi evdən  çıxdıqdan  sonra Kərra  xatun  Kim-
yanı bir otağa çəkib, – qız, baxışlarınız yaman tez-tez toqqu-
şurdu, – deyib sual dolu nəzərlərini ona zillədi. Kimya bu 
gözlənilməz sözdən özünü itirən kimi oldu, onun yanaqları 
və qulaqları sillə vurulmuş kimi qızardı, lakin tez özünü ələ 
alıb,  başını  aşağıya sallayaraq,  –  təsadüfdür,  –  deyə  cavab 
verdi. 
– Yox, Kimya, “təsadüf” bir dəfə olana deyirlər. Bu isə 
təsadüfə oxşamırdı, Cəlaləddin xəbər tutsa, bu, yaxşı nəticə 
verməz.  Deyəsən  Şəmsin  aşiqlik suyundan  sənə  də  sıçradı 
və Haqqın nəzərində o qədər ucaldın ki, Şəmsin Ona olan 
eşqinə belə qalib gəldin, – Kərra xatun bu sözləri deyib da-
yandı və gözlərini ondan çəkmədi. Kimya başını azca qaldı-
raraq yavaş  səslə  kəkələyərək,  –  bunlarla  nəyi  demək istə-
yirsən, anacan? – deyə sual etdi. Kərra xatun bir az da ciddi-
ləşərək dedi: 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə