Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə25/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

Elbəyi CƏLALOĞLU 
78 
I X   F Ə S İ L  
Allahla vəhdətdə olmağın sirri 
Şəms Təbrizi bu səhər sübh namazından sonra qayıdıb 
yenidən yatağında uzanmışdı. Dünənin yol yorğunluğu hə-
lə də onu axıracan tərk etməmişdi. Şəms Təbrizi bu vəziy-
yətdə ötən axşam dostları ilə aralarında olan söhbətləri ya-
dına saldı, sonra da Kimyanın özünü qeyri-adi aparması, bu 
qızın əlindən çay stəkanını salması onun beynində dumanlı 
fikirlərə çevrildi... 
Şəms Təbrizi yatağından  duranda  Günəş  xeyli yüksəl-
mişdi.  O,  həyətdə  bir qədər gəzişmək məqsədilə  otaqdan 
çıxdı. Bir az getmişdi ki, evin tinində Kimya ilə üz-üzə gəl-
di. Bu qarşılaşma təsadüfə daha çox bənzəyirdi, bunu Kim-
yanın ürkək yerişindən də sezmək olurdı. Onlar üz-üzə gə-
lən zaman Kimya sağ tərəfə qanrılıb addımlarını yeyinlətdi. 
Şəms bu qızda özünə qarşı bir pərəstiş hiss etmişdi, hətta bu 
haqda dünən axşam yatağa uzananda da bir qədər fikirləş-
mişdi.  O,  həm  də  götür-qoy etmişdi  ki,  Kimya hər  şeydən 
öncə  Cəlaləddinin  kənizidir  və  Cəlaləddin  onu  doğma öv-
ladlarından  ayırmır,  lakin  taleyin  qisməti var. Bu səhərki 
görüşdə isə bu qız ona daha cazibədar görünmüş, onu özü-
nə daha çox çəkməyə başlamışdı. 
Şəmslə  Kimyanın  bundan  əvvəl  iki  dəfə  göz-gözə  gəl-
məsini Mövlana Cəlaləddin də gözündən qaçırmamış və o 
da  dünən  axşam  bu  barədə  fikirləşmişdi.  Mövlana  düşün-
müşdü ki, Kimya artıq yetkinlik yaşına çatmaqdadır, o ərə 
gedə bilər, Şəmsin yaşı çox olsa da, onların könülləri bir-bi-
rini  tutubsa,  bu  da  lap  yaxşı.  İkinci bir tərəfdən  isə  Şəms 
Təbrizini  Konyaya  bağlayacaq  ən  gözəl vasitə  elə  onun 


Eşq dənizləri qovuşanda 
 
79 
Kimya ilə evlənməsi ola bilər, bununla həm də onlar qohum 
olarlar. Bunlara baxmayaraq, bu təklifi irəli sürmək üçün nə 
Şəms Təbrizi bir addım ata bilirdi, nə də Mövlana Cəlaləd-
din bunu özünə sığışdırırdı, deməli hər şey təbii olaraq alın-
malıydı.  Bunlardan  savayı,  Mövlana  Cəlaləddinin  həm  də 
Kimyaya yazığı gəlirdi, belə ki, bu qız onun yaxın tanışla-
rından birinin yeganə övladı idi. Qəfil bir xəstəlik nəticəsin-
də əvvəlcə anası, sonra da atası dünyasını dəyişdikdən son-
ra Kimyanı özünə övladlığa götürən Mövlana uşaqlarına da 
Kimyanı  bacı  kimi qəbul etmələrini  tapşırmışdı,  lakin  hər 
halda  arada  qan  qohumluğu  olmadığına  görə,  bu  qız  evin 
kənizi hesab edilirdi... 
Şəms Təbrizi Konyaya bu gəlişində həm Cəlaləddin ilə 
məşğul olurdu, həm də ona müridlik eləmək istəyində olan 
bir  qrup  adamlara  dərs keçirdi.  Bu  dəstəyə  daxil  olanların 
arasında Hüsaməddin Çələbi, Səlahəddin Zərkub və Sultan 
Vələd  də  var  idi.  Təbii  ki,  Mövlana  Cəlaləddin  də  həmin 
dəstəyə qoşulub bütün söhbətlərdə iştirak edirdi. Şəms Təb-
rizi  onlarla mədrəsədə  məşğul  olurdu.  Elə  ilk  gündən  o, 
mədrəsənin  qabağına  bu  sözləri yazdırmışdı:  “Eşq  meyxa-
nasının və vəhdət ətrinin nə olduğunu bilməyən kəs buraya 
yol tapa bilməz”. İndi bu cür dərslərdən biri idi. Həmişəki 
kimi möminlər, müridlər sakitcə oturub Mürşidi-kamili din-
ləyirdilər. O isə aramla təfəkkürünün dərin qatlarını onu se-
vənlərə göstərməkdə idi: 
–  Elm  tələb  edənlərə,  yəni  alim  olmaq istəyənlərə  hər 
kəsin gözündə alçaq olmaq, sadə görünmək və tək, kimsə-
siz,  qəribə  qalmaqdan  başqa çarə  yoxdur.  Çünki kim elm 
öyrənmək arzusunda  olsa,  onun  hüznü,  kədəri  çox  olar, 
onu  təhqir  edərlər. Lakin  bundan  sarsılmaq olmaz,  əksinə 
səbir səfərbər olunmalıdır. Çünki bütün çaylara əvvəlcə su 
verib, sonra da ağuşunu açıb onları yenidən qoynuna çəkən 
dənizin çör-çöpü başının üstündə gəzdirməsi təbiidir və bu, 
dənizə əskiklik gətirmır. Ona görə də, insanın dincliyə qo-
vuşması üçün hər cür dərdə, bəlaya mətanətlə sinə gərməsi 
lazımdır. Səbirin olması həyatın mövcudluğunda vacib şərt-


Elbəyi CƏLALOĞLU 
80 
dir.  Ona  hər  addımda,  hər qarışda,  hətta yemək yeyərkən 
də ehtiyac duyulur. Belə ki, səbirsiz yeyilən yemək onu diri-
diri udmaq deməkdir. Yemək çeynənilmədən udulacaqdır-
sa, Allah sənə dişləri niyə verirdi? Onu dişlərin arasında hə-
lim etməsən, sənin qursağını incidər. Yemək elə yeyilməli-
dir ki, sən onu incidəsən, o səni incitməyə. Elə ye ki, ağırlı-
ğını ona yükləyəsən, səbirin olmasa o, ağırlığını sənə yüklə-
yər, – Şəms Təbrizi bu sözləri deyib, boğazını arıtladı və ye-
nidən sözə başladı: 
– Elmli olmaqla Allahla vəhdətdə bulunmağı düşünmək 
sadəlövhlükdür, cünki bu, yalnız eşqlə mümkündür. 
Bu sözləri deyərkən o, üzünü Mövlanaya tutmuşdu, in-
di isə nəzərini digər müridlərinə tutaraq davam edirdi: 
– Eşqi anlamaq üçün hər bir mövcud zərrənin belə gözə-
görünməz bir şəkildə “Bir olan”la – Allahla vəhdətdə oldu-
ğunu  dərk eləmək lazımdır.  Adi  gözlə  görünən  və  görün-
məsi mümkün  olmayan  hər  nə  varsa Allahla irtibatdadır
1

Bu irtibatı mən görə bilirəm, onu sizin də görməniz lazım-
dır, lakin bunu adi gözlə yox, məhz idrakın gözüylə seyr et-
mək olar. İdrak məsələsinə gəldikdə, aşiq olmaq arzusuyla 
yaşayanın fitrətində bütün elmi və dini biliklərlə yanaşı vic-
dan,  mənəvi  azadlıq,  ruhi  sağlamlıq,  eyni  zamanda, 
“mən”ini  öldürmək,  sirrini  saxlamaq və  səbir  nümayiş  et-
dirmək bacarığı olduqca sıx birləşməli və bu bağlılıq onun 
fitri istedadı – helmi ilə işıqlandırılmalıdır. Bax bu, mənəvi 
qurtuluşun, Allahla vəhdətdə olmağın yeganə yoludur! La-
kin  sadaladıqlarımızdan  birinin  olub,  o  birinin  olmadığı 
halda bu barədə düşünməyə belə dəyməz. Çünki yaşamaq 
üçün  hava,  qida,  geyim və  digər  ünsürlərin  lazım  olduğu 
halda, bunlardan biri çatışmazsa, yaşamaqdan söhbət gedə 
bilməz. Bunun  üçün  mümkün  olan  şəraitdə  birinə  qənaət 
etməklə olmayanı da əldə etməyə cəhd etmək gərəkdir. De-
məli, hesabsız, sonunu düşünmədən malını sərf edənlər, ka-
sıb olarlar, lakin hər kim kasıblığa səbir edib, qənaətkar ol-
                                                 
1
 İrtibat – təmas, münasibət, bağlılıq 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə