Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə28/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

Eşq dənizləri qovuşanda 
 
87 
–  Mənim  bayaqkı  cavabım  sənin  bu  sualına  da  yetərli-
dir.  Lakin,  sizin  Şəms Təbrizi haqqında  etdiyiniz  xoşagəl-
məz və  ədalətsiz  çıxarış  onu  sevməməyinizdən  irəli gəlir. 
Əgər onu sevmiş olsaydınız, bu zaman onun varlığında qəl-
binizə  yatmayan  bir  məziyyət,  xoşunuza gəlməyən  bir  hal 
görməzdiniz. Nəyəsə, kiməsə sevgin varsa, bu məhəbbət sə-
ni  kar  və  kor  edər. Bu karlıq  və  korluq sevdiyin  insanın 
umulmayan tərəflərinə olan görməzlik və eşitməzlikdir. Si-
zin Şəmsdə nöqsan axtarmağınız onu sevməməyinizdən irə-
li gəlir. Dünyada bir-birinə bitişik olan acı və şirin iki dəniz 
var, lakin aralarında bir pərdə var ki, onları bir-birinə qarış-
mağa qoymaz. Bu hikmət təkcə dənizlərə yox, hər bir xırda 
hisslərə belə dəlalət edir, xeyirlə şər, yaxşılıqla pislik, saflıq-
la murdarlıq bir-birinə qarışa bilməz. Görmürsünüzmü, şəf-
qətli bir ana sevimli balasının heç nəyindən iyrənməz və çə-
kinməz. O, körpəsinin batırdığı əskini belə sevgiylə yuyub 
təmizləyər. 
Bir gün Ayişə Peyğəmbərə dedi ki, ey Tanrının Rəsulu, 
sən ya aşikar, ya da gizli harada gəldi namaz qılırsan, hal-
buki evdə pis adamlar da dolaşırlar, uşaqlarsa haraya gedir-
lərsə oranı pisləyir, murdarlayırlar. Peyğəmbər ona belə ca-
vab verdi:  “Bunu  bil,  Tanrı  böyüklərə  pis  şeyləri təmiz et-
mişdir. Haqqın lütfü bu üzdən səcdəgahımı göyün yeddinci 
qatına  qədər  arıtdı”,  –  Mövlananın  cavabından  sonra heç 
kəsdən  səs  çıxmadı.  Onun  isə  bu suallardan  qıcıqlandığını 
üzünün cizgilərindən və baxışlarından sezmək elə də çətin 
deyildi.  Mövlana  Cəlaləddin  elə  bu görkəmlə,  həmin  coş-
quyla də yenidən dilləndi: 
–  Gərək hər kəs  öz  işiylə  məşğul  olsun,  bildiyi  şeydən 
danışsın, qərəzli sual verməsin! Zərgərin aləti ayaqqabıçının 
əlində  quma  əkilmiş  toxuma  dönər. Cütçünün  yanında 
ayaqqabıçının aləti köpəyin qarşısında saman, eşşəyin qarşı-
sında sümük kimidir. Əbədi nur alçaq dünyanın arxasında 
olduğu  kimi,  saf  süd  də  qan  çaylarının  ardındadır.  Oraya 
ixtiyarsız  bir  addım  atsan  südün  qarışar,  qan  halına  gələr. 
Minlərlə loxma arasında ağıza kiçicik bir zibil girdimi, diri 


Elbəyi CƏLALOĞLU 
88 
adamın  hissi  onu  duyar,  sezər.  Dünya hissi  bu  dünyanın 
nərdivanıdır, din hissi də göylərin nərdivanı. Bu hissin sağ-
lamlığını təbibdən istəyin, o hissin sağlamlığını Həbibdən – 
Həzrəti Məhəmməd Mustafadan, – Mövlana üzünə salavat 
çevirdikdən  sonra söhbətinə  davam etdi,  –  bu hissin  sağ-
lamlığı bədənin möhkəmliyindəndir, o hissin sağlamlığı bə-
dəni xarab etməklə, Allah yolunda xərcləməklədir. Can yo-
lu mütləq cismi viran edər, onu yıxdıqdan sonra da yenidən 
düzəldər. Nə xoşbəxtdir və nə müqəddəsdir o can ki, məna 
eşqiylə evini, eşiyini, mülkünü, malını bağışlamışdır, əsl qı-
zıl xəzinəsi üçün evini xaraba qoymuşdur. Lakin o, mənəvi 
qızıl xəzinəsini əldə etdikdən sonra evini daha xoş bir hala 
gətirmişdir. İşıq pərvanəyə baxıb özünü məhv etməz, lakin 
pərvanə  nura qovuşmaq  üçün  canından  keçər. Zatən  dün-
yada Günəş kimi misli tapılmaz bir şey yoxdur. Əbədi olan 
can  günəşi  elə  bir günəşdir  ki,  əsla qürub etməz.  Əslində 
kölgə də Günəşin varlığından bir nişan verir, lakin əsl gü-
nəş hər an can nuru bəxş edər. Günəş əslində çöldə təkdir, 
lakin onun mislini təsvir etmək mümkündür. Günəşin varlı-
ğına  dəlil yenə  günəşdir.  Sənə  dəlil lazımsa Günəşdən  üz 
çevirmə.  Bax,  Şəmsəddin  Təbrizi  də  həmin  günəş  kimidir. 
Mənim səsim onun səsidir. Ayın üzündə nöqsan axtarmaq 
cənnətdə tikan toplamağa bənzəyir. Şəms həm də qəlbində 
Allah  sevdası,  düşüncəsində  Tanrı  eşqi  olan  bir  şairdir, 
vəlidir.  Peyğəmbər,  –  məndən  sonra  şairlər gəlir,  – 
söyləmişdir.  Ona  görə  də,  Mürşidi-kamilə  qarşı  çıxmaq 
bunun yüz qat artığı ilə Allah cəzasına düçar olmaq demək-
dir, – Mövlana Cəlaləddin axırıncı cümləni deyərkən üzünü 
bayaq sual verən müridinə tutdu. O, davam edirdi, – dayaz 
dərrakəylə  söz söyləmək qabiliyyəti  insanın  ayıbını  açar, 
qeyb pərdələrini  yırtar.  Ona  görə  də,  atını  sürətlə  çapma, 
yüyəni çək, sirlərinin gizli qalması daha yaxşıdır. 
Eşq  zahirdə  tapılacaq  bir  şey  deyil,  o,  daxildən  gəlir. 
Bunun üçün də, məqsədimiz içimizdə bizi eşqdən sapdıran 
ünsürləri aradan qaldırmaq olmalıdır. Eşqə çatmaq üçün sa-
dəliyi üstün  tutub,  təkəbbürü zərərsizləşdirmək gərəkdir. 


Eşq dənizləri qovuşanda 
 
89 
Özündən  əvvəlkinə  qibtə  et,  özündən  sonrakını  sev!  Mən 
kəlmələri baldan  dadlı  olan  Rumun  öndəriyəm,  lakin  belə 
danışdığım zaman Fəridəddin Əttarın xidmətçisi olduğumu 
düşünürəm. Çünki biz eşq küçəsinin başlanğıcına təzə çat-
mışdıq ki, Əttar o zaman ulu eşqin yeddi şəhərini dolaşmış-
dı. Fəridəddin Əttar bir ruhdur, Sənai onun iki gözüdür və 
mən də bu yolun davamçısıyam. 
Mövlana  Cəlaləddin  Rumi bu cümləni  sona  çatdırana 
yaxın  qapı  açıldı  və  üç  nəfər cavan  oğlanla  Şəms Təbrizi 
davanbasaraq içəriyə daxil oldular. Şəms Təbrizi ilə qapının 
arxasında həmsöhbət olmuş bu üç  gənc  Mövlanaya  ondan 
dərs almaq niyyətində olduqlarını bildirdilər. Mövlana Cə-
laləddin isə onları sınaqdan keçirmək səlahiyyətini Səlahəd-
din Zərkuba tapşırdı. Bundan sonra Şəms Təbrizi Mövlana-
dan dərsini davam etdirməsini xahiş etdi. Mövlana Cəlaləd-
din  isə  elə  səsinin  bayaqkı  avazı  və  ahəngi ilə,  bir  az  da 
mürşidindən  ilhamlanmış  kimi  bu  nəsihatəmiz sözləri  de-
məyə başladı: 
– Şəfqət və mərhəmətdə Günəş kimi ol! Dözümlülükdə 
dəniz kimi ol! Təvazökarlıq və sadəlikdə torpaq kimi ol! Sə-
mimiyyət və xeyirxahlıqda axar su kimi ol! Başqalarının qü-
surunu  örtməkdə  zülmət gecə  kimi  ol!  Hiddət və  əsəbilik 
anında  ölü  kimi  ol!  Əgər  bunları  bacarmırsansa çəkil,  get! 
Əksinə, bacarırsansa, kim olursansa ol, gəl! Ya göründüyün 
kimi ol, ya olduğun kimi görün! Hər kimsənsə – yəhudisən, 
atəşpərəstsən, bütpərəstsən, xaçpərəstsən, müsəlmansan əs-
la fərq etməz, gəl! Lap tövbəni yüz dəfə pozmuş olsan belə, 
yenə də gəl! Çünki bizim qapımız ümid qapısıdır. İnsanı in-
san olduğuna görə sev! Eyni dildə danışanlar yox, eyni duy-
ğunu daşıyanlar bir-birini daha erkən və daha artıq anlayar. 
Nə  qədər eyni  dildə  danışan  türk və  hindli varsa,  o  qədər 
də bir-birinə yad kimi olan türk var. Deməli, məhrəmliyin 
dili tamam başqa dildir. Ürək birliyi dil birliyindən daha üs-
tündür, ruhun dili bütün dillərdən gözəldir! – Mövlana bu 
dağ çayı kimi coşqun və həm də duru söhbətilə müridlərin 
diqqətini  özünə  elə  bağlamışdı  ki,  hətta  onları  yandan-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə