Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə30/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

Eşq dənizləri qovuşanda 
 
93 
X I   F Ə S İ L  
İzdivac 
Səhər açılmışdı. Hər kəs öz işində-gücündə idi. Səlahəd-
din Zərkub hücrəsindən çıxıb fikirli-fikirli evin dörd yanın-
da gəzişirdi. O, qərara gələ bilmirdi ki, sözünü Mövlana Cə-
laləddinə nə cür desin. Fikrindən əvvəlcə Kərra xatunla da-
nışmaq da keçdi, lakin bu fikri də nəsə ona cəfəng görsənir-
di. Sonra da, – bəlkə Kimya xatunun özü ilə danışım? – de-
yə  Səlahəddin  özü  özündən  soruşdu.  Çeşidli  düşüncələr 
onu  rahat buraxmırdı.  İndi  Səlahəddin  Zərkub  dünən  ax-
şam Şəms Təbrizi ilə etdiyi söhbətləri bir daha yadına salır, 
onları götür-qoy edirdi... 
Onlar dünən mədrəsədən qayıtdıqdan sonra Şəms Təb-
rizi Səlahəddinə  şəhəri  onunla birgə  seyr etmək istədiyini 
bildirmişdi. Səlahəddin Zərkub isə heç fikirləşmədən iki at 
gətirdi və onlar at belində bir neçə saatlıq gəzintiyə çıxdılar. 
Şəhəri bir qədər dolaşdıqdan sonra Məram bağlarına üz tut-
dular. 
Meşələrlə  əhatə  olunmuş  Məram  bağlarının  füsünkar 
gözəlliyi  zövq  oxşayırdı.  Şam,  söyüd,  alma,  armud, üzüm, 
ceviz və  digər  ağaclar  bağda  xüsusi bir bəstə  yaratmışdı. 
Meyvə agaclarının budaqlarında düyünlənmiş göy meyvə-
lər diqqət çəkirdi. Yaşıllaşıb sıxlaşmış itburnu və böyürtkən 
kolları da orda-burda nəzərə çarpırdı. Səs-səsə verib ötüşən 
quşlar  ağacların  zıvıllığında  görünmürdülər,  arabir qumru 
quşlarının,  sarıköynəklərin  pırıldayıb  bu  ağacdan  o  ağaca 
şütüməsi istər-istəməz  diqqət çəkirdi,  lakin  onlar yenə  də 
yarpaqların  arasında  gözdən  itirdilər. Bağın  bir  tərəfi ilə 
axan Məram çayının şırıltısı ilahi bir nəğmə kimi səslənirdi. 


Elbəyi CƏLALOĞLU 
94 
Burada – elə bu gözəlliklərin qoynunda Səlahəddin hər iki 
atı çəkib, uzun irəşmə ilə hərəsini bir şam ağacına hörüklə-
di.  Atlar çəmənliyə  qənim  kəsilibmiş  kimi gömgöy otları 
dişləriylə biçirdilər. Şəms Təbrizi ilə Səlahəddin Zərkub ot-
ları tapdalayaraq, kəpənəklərin al-əlvan çiçəklərlə oynama-
sına  mane  ola-ola  xırda  addımlarla,  əlləri  bellərində  tələs-
mədən atlardan bir qədər uzaqlaşdılar. Şəms Təbrizi elə bu-
radaca – bu füsünkar gözəlliklərin qoynunda sirrini dostu-
na açdı və Kimya ilə evlənmək istəyinin münasibətlərə necə 
təsir edəcəyini onunla müzakirə etməyə başladı. Səlahəddin 
Zərkub bir az düşündükdən sonra öz fikrini ona belə izah 
etdi:  “Birincisi,  Kimyanın  evlənmək  vaxtı  çatıb,  ikincisi, 
Mövlana Cəlaləddin səni həm əqidə və can dostu, həm də 
mürşidi kimi çox sevir, hətta sənə öz doğması kimi münasi-
bət bəsləyir. Üçüncüsü isə burada elə də bir dolaşıqlıq gör-
mürəm,  bir  qız  bir  oğlanındır,  yaş  fərqinizin  çox  olmasına 
baxmayaraq Kimya razıdırsa, buna nə söz, o da ev-eşik yi-
yəsi olar”. Səlahəddin Zərkub özlüyündə onu da düşündü 
ki,  bu  izdivac  Şəms Təbrizini  Konyada  saxlamaq  üçün  də 
münasib dəlildir və buna görə də Mövlana Cəlaləddin nəin-
ki etiraz etməz, hətta o, bundan xoşlanar da. Lakin Səlahəd-
din bu fikrini Şəms Təbriziyə demədi, desəydi bu ağ olardı. 
Bütün bu söhbətlərdən sonra Şəms Təbrizi bu öhdəliyi dos-
tuna həvalə etdi və israrla onu da dedi ki, bu iş baş tutmaz-
sa biabırçılıq olar, bundan sonra o, Konyada bir an belə qala 
bilməz. Səlahəddin  Zərkub isə  bir  az  düşündükdən  sonra 
sakit tərzdə ona ürək-dirək verərək, – narahat olma, Ustad, 
inşallah hər şey yerini alar, – dedi... 
Səlahəddin  Fəridun  Zərkub Mövlana  Cəlaləddinlə  çox 
yaxın  dost  idi,  onların  bir-birindən  ayrı  sirləri  də  olmazdı. 
Səlahəddinin savadı zəif olsa da, o, fitri istedada malik idi. 
Şəms Təbrizi Konyadan ayrılıb Şama gedəndən sonra Möv-
lananın  keçirdiyi ruhi  sıxıntılar  vaxtı  onu  öz  mətanət və 
təmkini ilə sakitləşdirməyə nail olan da Səlahəddin olmuş-
du. Onda Səlahəddin, Mövlana Cəlaləddini təlatümlü böh-
randan, burulğandan qurtarmışdı, mətanət aləmindən, təm-


Eşq dənizləri qovuşanda 
 
95 
kin dünyasından ona söhbət açmışdı və bütün uğurların kö-
künün səbirdə olduğunu ona bir daha xatırlatmışdı. Onun 
bu təsirindən sonra Mövlana Cəlaləddin özünü ələ ala bil-
mişdi. Özündə xeyli təmkin tapan Mövlana, eləcə də hər şe-
yin  kökünü  araşdırıb,  mahiyyətinə  varmış,  onun  daxilini 
görməyə  yenidən  can  atmışdı.  Bununla yanaşı  Səlahəddin 
həm də Mövlana Cəlaləddinin  müridi idi. O, mürşidindən 
çox şey öyrənmişdi, öyrənməkdə də davam edirdi. İndi isə 
onlar bu qədər yaxın olsalar da Səlahəddin bu sözü əvvəlcə 
ona yox, məhz Kərra xatuna demək, onunla məsləhətləşmək 
istəyirdi.  Ona  görə  də,  Səlahəddin  bu  qərara gəldi  ki,  bu 
məsələni Hüsaməddin Çələbinin arvadı Fatma xatunun va-
sitəsilə Kərra xatuna çatdırsın. Deməli o, əvvəlcə Hüsaməd-
dinlə  danışmalı  idi.  Səlahəddin  elə  bu məqsədlə  dostunun 
yanına yollandı... 
Fatma xatun gələndə Kərra xatun cəhrədə yun əyirirdi. 
Bu xanım özü düzəltdiyi iplərdən cürbəcür geymələr və co-
rab hörməyi sevərdi. Bu, onun çox sevdiyi məşğuliyyəti idi. 
Kərra  xatun  Fatma  xatunu  görcək  işini  dayandırıb  ona 
tərəf döndü və – Fatma bacı, xoş gəldin! – deyərək qonağı 
salamladı. 
Fatma xatun bu evə tez-tez gələrdi, lakin budəfəki gəli-
şinin məqsədli olduğunu Kərra xatun onun üzünün cizgilə-
rindən  və  baxışından  hiss etmişdi.  Fatma  xatun  məsələnin 
başını  açdıqdan  sonra Kərra  xatun  bir  qədər fikrə  getdi. 
Onun ürəyində bu işə razı olduğu üz-gözündən oxunsa da 
elüzəri,  –  ailədə  məsləhətləşib  bir  söz  deyərik,  –  söylədi. 
Fatma xatun isə ona, – Kərra bacı, biz sizinlə birailəli, birevli 
kimiyik,  səni  özümə  bacı  bilirəmsə,  Kimyanı  da  öz  balam 
kimi qəbul edirəm, ona görə də, bu izdivac baş tutarsa, mə-
nim də ürəyimcə olar, hətta Hüsaməddinlə Səlahəddin qar-
daş da bu işə razıdırlar, – dedi... 
Həmin gün Mövlana Cəlaləddin səma rəqsləri təşkil et-
mişdi. Onun dərslərində olduğu kimi burada da qeyri mil-
lətlərdən  və  dinlərdən  olanlar  az  deyildi.  Şəms Təbrizi bu 
ritualın iştirakçısı idi. O, Mövlananın yeni əqidəsindən, zikr 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə