Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə38/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   34   35   36   37   38   39   40   41   ...   69

Elbəyi CƏLALOĞLU 
118 
dakı  çuvalın  kəndirini  kəsir,  yükü yerə  salır.  Bax,  o  adam 
birdən-birə necə yüngülləşir, yükdən necə qurtulur, canı ne-
cə dincəlirsə, ölüm də insanı eləcə rahatlığa qovuşdurur, – 
Şəms Təbrizi müridinin  sualını  bu  cür cavablandırdıqdan 
sonra iti nəzərlərini ona yönəltdi. Cavabın müridi qane etdi-
yini hiss etdikdən sonra o, söhbətinə davam etdi: 
– Bir pisliyin cəzası eyni ilə bir pisliyə uğramaqdır, su-
çun cəzası o suçun misli qədərdir, sən başqasının arvadına 
tamah salıb  onu  özünə  çəksən,  ondan  da  betər  bir  dəyyus 
olarsan. Kişilik özünütəsdiq alətiylə ölçülsəydi eşşək ən bö-
yük ər olardı. İnsanlıq xəzinəylə ölçülsəydi, var-dövlət uğ-
runda  ədavətlərə  qoşulan,  səltənət üstündə  bir-biriylə  mü-
haribələr aparan hökmdarlar ən böyük ər olardı. Onlar nəf-
sinə hakim ola bilməyənlərdir, dünya malı dünyada qaldı, 
tamahkarlar isə bu dünya zindanından qurtulduqdan sonra 
axirətdə əməllərinin daha betər cəzasına çatdılar. Allah “əl-
Bəqərə” Surəsinin  200-cü ayəsində  buyurur:  “...İnsanların 
bəzisi “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada 
ver!” deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!”. 
Diqqət etdinizmi?  Deməli,  xışmı,  şəhvəti,  hirsi tərk etmək 
ərlikdir.  Başdan  hava və  həvəsi atmaq ululuqdur.  Bunlar 
peyğəmbərlərə məxsus əlamətlərdir. Zina, qətl, oğurluq, ya-
lan  şahidlik,  tamahkarlıq  etmə!  Qonşunu  özün  kimi sev! 
Eyş-işrət, sərxoşluq, əxlaqsızlıq etmə, davakar, şəhvətpərəst 
olma,  havaya,  həsədə  qapılma,  dünya malına  aludə  olma! 
Yoxsa  bunlar səni  Allahdan  uzaq  salar,  bunlarla  axirətin 
bərbad  olar.  Kin  göstərmə  ki,  öc  verəsən! Öz  din  və  əqidə 
qardaşına nifrət edən kəs, tövbə edincəyə qədər qaranlıqda 
olduğunu  bilməlidir,  çünki  o,  kor  kimi hara  getdiyini  bil-
mir. Bil ki, ən böyük ər ürəyini pisliklərdən təmizləyənlər, 
nəfsinə hakim olanlar, şəhvətinə və digər yaramaz əməlləri-
nə  görə  tövbə  edənlər,  bir  sözlə  “mən”ini  öldürüb Allahla 
vəhdətdə olmaq arzusuyla yaşayan fədakarlardır. Peyğəm-
bər  əfəndimiz,  imamlar,  övliyalar,  vəlilər  dünya  durduqca 
öz böyüklüyndə qalacaq, əməlləri onları əskiltməyəcək, ək-
sinə  daha  da  böyüdəcəkdir,  –  bunlar Mürşidi-kamilin  bu 


Eşq dənizləri qovuşanda 
 
119 
günkü söhbətinin son ifadələri oldu. Dərs başa çatsa da, ki-
mi dəftərində elədiyi qeydlərə baxır, kimi şəhadət barmağı-
nı gicgahına dayayıb düşünür, kimi də yoldaşları ilə qızğın 
müzakirəyə girişmişdi. 
Bir azdan  hər kəs  dağılışmaqdaykən,  Şəms Təbrizi ilə 
Mövlana Cəlaləddin isə həmişəki kimi Mövlanagilə yollan-
dılar... 
Onlar evə çatanda Şəms Təbrizi Kimya xatunu görmədi 
və onu Kərra xatundan soruşdu. Kərra xatun Kimyanın qa-
dınlarla Məram bağlarını gəzməyə çıxdığını söylədi. Bu za-
man  Şəms Təbrizinin  gözləri  ani  olaraq  ətrafda  Əlaəddin 
Çələbini aradı, o da yox idi. Son zamanlar Əlaəddini bir ne-
çə  dəfə  öz bədxahlarının  yanında  görən  Şəms Təbrizinin 
qəlbində ona olan kin bir az da güclənmişdi. Lakin o, birmə-
nalı  qarşılanmayacağından  ehtiyat  edərək bunu  qəlbində 
saxlamış,  Cəlaləddinə  deməmişdi.  Həm  də  Şəmsin  Kimya 
xatunu Əlaəddinə qısqandığını Mövlana da sezmişdi və bu-
na ancaq özlüyündə gülmüşdü. 
Şəms Təbrizi Kimyanı evdə tapmadığından əsəbini giz-
lədə bilmədi və keçib bir otaqda təkcə oturdu. Lakin otaqda 
qərar tutmayan Şəms Təbrizi yenidən eşiyə çıxıb təzə yağ-
mış  qarın  üstündə  o  yan-bu yana  var-gəl etməyə  başladı. 
Birdən  onun  gözü yaxınlaşmaqda  olan  üç  nəfərə  sataşdı. 
Bunlar Kimya  xatun,  Əlaəddin  və  Hüsaməddin  Çələbinin 
arvadı Fatma xatun idi. Onlar söhbət edərək yaxınlaşmaq-
da, dişi bağırsağını kəsən Şəms Təbrizi isə “Seyfullah”a çev-
rilməkdə idi. Şəms Təbrizi beynində bu hadisələri yenidən 
əridib-süzür və kimə haqq qazandırmalı olduğunu anlamır-
dı. O, əvvəlcə Əlaəddinin öz ürəyini kin-küdurətdən arındı-
ra bilməməsi,  eləcə  də  onun  tərsliyi,  gerizəkalılığı  barədə 
düşündü,  sonra  da  Kimyanın  ərinin  istəyini,  qısqanclığını 
nəzərə almamasından təəssüf etdi. Bu qarmaqarışıq fikirlər 
onu bir az da qeyzləndirdi. Onun əsəblərinin böhran vəziy-
yətdə olduğunu Kimya xatun da sezmişdi. Ərinin duruşun-
da, davranışında, baxışında heç zaman hiss etmədiyi qeyri-
adi bir nifrət duyan Kimya xatun onun yanına çatanda qəf-


Elbəyi CƏLALOĞLU 
120 
lətən boynunda şiddətli ağrıların baş verdiyini yanındakıla-
ra söylədi  və  həmin  anda  da  keyləşdi,  bədəni  bütünlüklə 
süstləşdi. Kimya xatun indi boynunu döndərə bilmirdi. Fat-
ma xatunla Kərra xatun onu birtəhər evə apardılar və yata-
ğa uzatdılar. Onun halı get-gedə pisləşdi, artıq evdəkilərin 
hamısı  hərəkətsiz  uzanmış  Kimya  xatunun  başına  toplaş-
mışdılar. Seyfullah Şəms Təbrizi isə heç bunun fərqində de-
yilmiş kimi, hirsli-hirsli eşikdəcə gəzişirdi. Qısa bir zaman-
da təbib-loğman dəvət olundu, lakin onlar Kimya xatunun 
iflic olduğunu dedilər. 
Hamınin  təəccübünə  səbəb olmuş  bu  arzuolunmaz  və-
ziyyət  çox  da  uzanmadı.  Ağrı  və  sancılar içində  fəryad 
edən, heç bir məlhəmdən, dərmandan, türkəçarələrdən ya-
rarlana  bilməyən  Kimya  xatun  üç  gündən  sonra faciəli  şə-
kildə dünyasını dəyişdi... 
Bu hadisə  bütünlüklə  ailəni  sarsıtdı,  Mövlana  Cəlaləd-
din Rumi rəhmətlik Kimya xatunun Şəms Təbrizinin qəzə-
binə,  onun  nifrət  qılıncına  tuş  gəldiyini  dedi  və  Əlaəddini 
Şəmslə çiling-ağac oynadığına görə nə ki var tənbehlədi, la-
kin bütün bunların nə fərqi, artıq Kimya xatun Haqqın dər-
gahına qovuşmuşdu... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə