Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə40/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

Elbəyi CƏLALOĞLU 
124 
kəs hansı toxumu əkdiyini bildiyindən, nə əldə edəcəyini də 
gözəl bilir. 
Tanrı insanın sirlərini meydana çıxarır, ona görə də, ma-
dəm  ki,  bitəcək,  pis  toxum  əkmə! Günəşin  istisi və  yağış, 
sirləri torpağın altından çıxarır. Yarpaqların tökülməsindən 
sonra gələn bahar qiyamətin varlığına bir dəlildir. Könlünü 
incidən  hər qəm içdiyin  “şərab”ın  təsiriylədir.  Fəqət hara-
dan biləcəksən ki, o baş ağrısı hansı şərabdan meydana gəl-
di. Baş ağrısının hansı ağacın meyvəsindən olduğunu iti ağ-
lı, doğru fikiri olan anlayar. Bitki toxumdan əmələ gəlsə də
ona  bənzəməz,  insan  da  belədir.  İbadət  də  əbədi  cənnətə 
bənzəməz. Kafirlər peyğəmbərlərin  kilsələrdə  çəkilmiş 
rəsmləriylə kifayətlənərlər. Fəqət o ay parçaları bizim üçün 
apaydın olduğundan rəsmlərinə heç gözucu da baxmarıq, – 
Şəms Təbrizi bu sözləri  dedikdən  sonra  əlini  çaya uzatdı. 
Bu gün susuzluq onu təngə gətirmişdi, tez-tez ya çay, ya da 
su içirdi, o, bilmirdi ki, ondakı bu susuzluq axşam içdiyi nə-
bizin  təsiriylədir,  yoxsa  dünənki hadisəylə  bağlı  əsəbləşdi-
yindən. Bunlara baxmayaraq, Şəms Təbrizi yarımfikirli hal-
da zalda əyləşənlərə göz gəzdirib, söhbətinə davam elədi: 
– Hərkəs hərkəsə bir loğma yemək verə bilər, canlılara 
boğaz bağışlamaq isə ancaq Tanrı işidir. Tanrı öz bəndəsinə 
boğaz verməkdə xəsislik etməyibsə, imkanlı insanın imkan-
sıza çörəyi belə qıymadığının günahının nə böyüklükdə ol-
duğunu təsəvvür etmək çətin deyil. Tanrının lütfü su içib ot 
bitirməsi üçün torpağa, torpaqdan bitən otları yeməsi üçün 
isə  torpaqdan  yaranan  məxluqlara boğaz  ehsan  etmişdir. 
Heyvan da otları yeyib sinirdikdən sonra insana qida olur. 
Fəqət, öz ruhu ilə görüş vaxtı sona çatıb, ondan ayrılanda, 
insanı da torpaq yeyir. Bilin ki, bütün aləm yeyən və yeyi-
ləndən  ibarətdir.  Allahın  yaratdığı  bütün  məxluqata cani-
könüldən lütf etmək Haqqla olmaq deməkdir. Haqqa bağlı 
olanları da Haqqa yönəlmiş və Haqqın məqbulu olmuş bil! 
Buna görə də, zərrə qədər gördüyün iş sənin ədəbini və hə-
yanı artırırsa, eləcə də dostundan zərrə qədər daha ədəbli-
sənsə  bunun  Tanrının  lütfü və  ehsanı  olduğunu  bil!  O  bir 


Eşq dənizləri qovuşanda 
 
125 
zərrə qədər olan fərq sənin qədrini daha da artırar. Kim qo-
xu almazsa burunsuzdur, qoxu da ancaq din qoxusudur. Bir 
qoxu  hiss  edib  onun  şükürünü  əta etməyən  kimsə  küfranı 
nemət etmiş və öz burnunu məhv etmişdir. Həm şükür et, 
həm də şükür edənlərə qul ol! Quranın mənasını ancaq Qu-
randan, yaxud havasını və həvəsini Quran üçün atəşə ver-
miş, ruhu Quran kəsilmiş adamdan soruş! Əgər yağ gülün 
tərkibindədirsə, istər onu gül kimi qoxla, istər yağ kimi, fərq 
etməz. Zamana  bağlı  olan  kəslər  əcələ  qədər yaşayır,  İlahi 
eşqinə  bağlı  olanlar isə  əbədiyyətə  dost,  əzələ  yoldaşdır. 
Unutmaq  olmaz  ki,  uca  Allah  insanın  başını  həyadan, 
burnunu  əmhəbin  ənbərindən,  qulaqlarını  ibrətdən,  dil  və 
dodaqlarını zikrdən, ağzını nurdan, boğazını behiştin balın-
dan, qəlbini vəfa və mərhəmətdən, qollarını qüvvətdən, əl-
lərini  səxadan,  barmaqlarını  səbirdən,  bədənini  cənnətin 
müşkündən, sümüklərini behiştin kafurundan – dəfnə ağa-
cından,  qalibiyyət çələngindən,  qədəmlərini  isə  ibadətdən 
yaratdı. Ona görə də, hər bir yaranmış öz kökünün və mən-
şəyinin aynası olmağı bacarmalıdır. 
İmanın varkən ümidsizliyə qapılmazsan. Qəm dolu dü-
şüncələr, kədər dolu fikirlərin sənin nəşə yolunu kəsdiyini 
düşünmə!  Üzləşdiyin  ifrat çətinliklər həqiqətdə  sənə  yeni 
nəşələr hazırlamaqdadır. O, yeni bir sevincin, yeni bir nəşə-
nin  gəlməsi  üçün  sənin  qəlb evini  möhkəmcə  süpürür,  sa-
ralmış yarpaqları yığıb atır ki, onların yerində yaşıl yarpaq-
lar bitsin.  Tanrının möcüzələri hesaba gəlməzdir. Məsələn, 
torpağı başa vursan baş yarılmaz, su da elə, lakin suyu tor-
pağa qatıb kəsək düzəltsən, o, başı yarar. Bundan daha sirli 
birləşmələr var ki, onu nə qulaq duyar, nə göz görər, – Şəms 
Təbrizi  bir  anlıq  yenə  dayandı,  bir  qurtum çay aldı  və  bu 
sözlərlə söhbətinə ayaq verdi: 
– Deyilən hər söz, atılan hər addım düşünülmüş, ölçülü-
biçili olmalıdır, məntiqsiz və boş-boş deyilən sözlər, əsassız 
fikirlər, yararsız əməllər imansızlıqdan doğar. Ona görə də, 
ya doğru ol, doğruluğunu göstər, ya da sus və mərhəmətə 
yetiş!.. 


Elbəyi CƏLALOĞLU 
126 
Mədrəsədən  çıxarkən  dostları  Şəms Təbrizini  dövrəyə 
almışdılar,  hər kəs  dünən  baş  verənlərə  münasibət bildir-
məyə can atırdı, lakin Şəms Təbrizinin eyni açılmırdı. Təbii 
ki, çox sevdiyi, hələ o qədər də dadını-duzunu ala bilmədiyi 
arvadını itirmişdi, bir tərəfdən də Əlaəddinin ağılasığmaz-
lıqları, üstünə də gəl dünənki hadisə onun qanını qaraltmış-
dı. Bunların hamısı Şəms Təbrizinin beynində ona hücuma 
keçən arı kütləsinə bənzəyirdi. Mövlana Cəlaləddin çox tə-
kid etsə də, Şəms Təbrizi onların evinə getmək istəmədi və 
öz evinə tərəf üz tutdu. Bu zaman Hüsaməddin, Bahaəddin, 
Səlahəddin  ona  qoşuldular və  Şəkərfuruşan  məhəlləsinə 
doğru irəlilədilər. Lakin onlar dünənkindən də betər bir ha-
disəylə üzləşdilər... 
Onlar evin tininə yaxınlaşanda cingiltili səslər eşitdilər. 
Bu səs ancaq itin boğazına bağlanmış zəncirdən gələ bilərdi. 
Doğrudan  da  onlar evə  çatanda  qapının  qıfılına  zəncirlə 
bağlanmış  səfil bir it gördülər. Bu hadisə  hamını  çaşdırdı. 
Şəms Təbrizi fikrə getdi, səbir nümayiş etdirdi və birdən o, 
– deyəsən mənim Konya yolçuluğum sona çatdı, mən get-
məliyəm, – dedi. Heç kəsdən səs çıxmadı. Qonşulardan biri 
bunu bir neçə naməlum gəncin etdiyini söylədi. Sultan Və-
ləd  iti  açıb  buraxdı.  Bundan  sonra  onlar qüssəli halda  evə 
daxil oldular... 
Hamı  xalçanın  üstündə  bardaş  qurub oturmuşdu.  Bir 
qədər sükutdan sonra qızgın müzakirələr, söhbətlər başlan-
dı. Əvvəlcə Səlahəddin Zərkubun səsi eşidildi: 
–  Maraqlıdır,  bu  yaramazlıqların  başında  kim  durur, 
doğrudanmı bu işdə Əlaəddinin suçu var? – bu sözdən son-
ra hamı bir-birini nəzərdən keçirdi, Şəms Təbrizi isə sol əli 
qoynunda, sağ əlini də üzünə dayayıb düşüncələrə qərq ol-
muşdu. Bu zaman Hüsaməddin Çələbi söhbətə qarışdı: 
– İnana bilmirəm ki, Əlaəddin belə bir ağılasığmaz hərə-
kətə  yol versin,  –  bu sözdən  sonra Sultan  Vələd  yerində 
qurcalanaraq: 
– Amma Əlaəddin Kimyanın ölümünə səbəbkar olaraq 
birbaşa Mürşidi-kamili təqsirləndirir. Atam ona hər şeyi an-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə