Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə42/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

Elbəyi CƏLALOĞLU 
130 
X V I   F Ə S İ L  
Getməyin vaxtı 
Konyada mütəmadi olaraq mövləvi dərsləri keçirilir, sə-
ma rəqsləri qurulur, günbəgün Mövlananın və Şəms Təbri-
zinin  müridlərinin  sayı  artırdı.  Mövləvi olmaq istəyənlər 
əsas etibarilə Mövlanaya üz tuturdular. Bu səbəbdən də hər 
iki dahinin qayğıları artmışdı, onlar daha gərgin işləyirdilər. 
Buna baxmayaraq, Şəms Təbrizinin başına gələn macəralar 
bir-birini  əvəz  edir,  bədxahları  onu  rahat buraxmırdılar. 
Onun  barəsində  gəzən  dedi-qodular  demək  olar  ki,  səngi-
mirdi. Son vaxtlar ona “bəddualıdır”, “dili qarğışcıldır” de-
yənlər də vardı, lakin əksəriyyət Şəms Təbrizini dövrün öv-
liyası,  Xəlilullah  –  Allahın  dostu hesab  edib,  “Allah  onun 
dediyini tez eşidir” deyə buna bənzər ifadələrlə özlərini ona 
inandırmışdılar. Xoşagəlməz söz-söhbətlərdən Mövlana Cə-
laləddin daha çox ehtiyat edirdi. Çünki o gecə Şəms Təbrizi-
nin  getmək istədiyini  deməsi Mövlananı  narahat  edirdi  və 
bunun gerçəkləşəcəyi onu qorxudurdu. Ona görə də, Möv-
lana Cəlaləddin bir tərəfdən Şəms Təbriziyə təsəlli verir, di-
gər tərəfdən də onun bədxahlarına ismarıc göndərir, müra-
ciətində və söhbətlərində onlara səhv düşüncədə olduqları-
nı anladırdı. Mövlana Cəlaləddinin özü isə Şəms Təbrizi ilə 
təklikdə oturmaqdan, onu az qala sonzuzluğa qədər dinlə-
məkdən  doymur,  təfəkküründən  daha  çox  faydalanmağa 
çalışır,  eləcə  də,  bütünlüklə  mürşidinə  bənzəməyə,  onun 
kölgəsi olmağa can atır, onun oduyla alışmağa çalışırdı... 
Bütün  bu hadisələr 1248-ci  ilin  dekabrına  qədər sürdü. 
Amma bu zaman Şəms Təbrizini sevməyənlər bir az da fəal-
laşmışdılar. Hətta onlar bir gecə Şəmsin getdiyi yola çəpəki 


Eşq dənizləri qovuşanda 
 
131 
olaraq kəndir  bağlayıb  onu  yıxmışdılar  da.  Lakin  nədənsə 
onlardan  heç  biri  Şəmslə  üz-üzə  gəlməyə  cürət etmirdilər
bəlkə  də  onun  lənətinə  gəlməkdən  qorxurdular.  Əslində, 
Şəms Təbriziyə  kin  bəsləməyə  onun  bədxahlarının  əlində 
heç bir dəlil də yoxuydu. Bu münasibət sadəcə dayazdüşün-
cəlilərin,  gerizəkalıların  əməlində,  dilində  və  beynində  ar-
zuolunmaz bir ənənəyə çevrilmişdi... 
Axşam  düşmüşdü.  Şəms Təbrizi və  yaxın  dostları  bir 
qədər əvvəl mədrəsədən gəlib Mövlanagildə toplaşmışdılar. 
Şəms Təbrizi həmişəki kimi bu gün də heyranları qarşısında 
ağzından dürlər, üzündən nurlar saçmışdı. Onun müridləri 
və  alimlər artıq  ənənə  halını  almış  heyranlıqlarını  gizlədə 
bilməmişdilər. Səlahəddin Zərkub onun ayaqlarına döşənib 
özündən getmişdi. Bu zaman Mövlana Cəlaləddin Rumi də 
bir vaxt özünün eyni halı keçirdiyini xatırlamışdı... 
Cümə  axşamı  günü  olduğundan  onlar Kimya  xatunun 
ruhuna  dualar  oxudular,  övliyaların,  pirlərin,  mürşidlərin 
adlarını andılar və Allahdan cəmi ölənlərə rəhmət dilədilər. 
Axşam namazından sonra söhbətə başladılar.  
Son  zamanlar  baş  verənlərlə  bağlı  Şəms Təbrizidə  ya-
ranmış  ruh  düşkünlüyü hamını  narahat  edirdi.  Ona  qarşı 
edilmiş ağlasığmazlıqları isə nə qədər çalışsalar da, nə məd-
rəsədə, nə də ətrafda yaşayanlardan heç kəs boynuna alma-
mışdı. Müzakirələrin arasında Şəms Təbrizi boğazını arıtla-
yıb, qəmgin halda dilləndi: 
–  Mən  buradan  birdəfəlik yoxa  çıxacağam,  məni  heç 
yerdə tapmayacaqsınız. Sizə nə vermişəmsə halal haqqınız-
dır,  –  onun  bu  sözünə  Mövlana  dözə  bilmədi  və  sarsılmış 
halda dilləndi: 
– Mənim sizə məsləhət verməyim çox ayıbdır, lakin de-
məliyəm ki, dənizin üstündə çör-çöp də gəzər, bundan ona 
xələl gəlməz. Mən özümü sənsiz təsəvvür etmirəm, sən get-
sən mənim halım necə olar, mən səni harada axtaracam? 
– Bu dəfə çöx uzaqlara getməliyəm, amma sizə hamıdan 
yaxın mən olacam. Məni axtarmağa lüzum yoxdur. Bizlərin 
heç qəbri  də  olmaz,  yerimiz  aşiqlərin,  qəbrimiz ariflərin 


Elbəyi CƏLALOĞLU 
132 
könlündədir.  Məni  görmək istəsəniz  öz sözlərinizdə,  dü-
şüncənizdə, əməlinizdə axtarın, onda görəcəksiniz. Allahla 
vəhdətə  nail  olsanız  hər  an  yanınızda  olacam. Cəlaləddin 
mənim  bütün  dediklərimi özünə  əxz  edib,  mən  istəyimə 
nail  olmuşam.  Ona  görə  də,  burada  olub-olmamağımın  o 
qədər də fərqi yoxdur, çünki mən elə ondayam. Mən bütün 
vəlilikləri babam Məlikdaddan və şeyxim Əbu Bəkr Səlləbaf 
Təbrizidən  aldım,  lakin  məndə  şeyximin  və  heç kimsənin 
görmədiyi bir şey vardı. Onu yalnız xudavəndigarım Möv-
lana  Cəlaləddin  gördü.  Mən  yaşca bir igidin  ömrü qədər 
Cəlaləddindən  böyük olsam  da,  biz  qəlbən  həmyaşıq,  o, 
mənim təfəkkür, əqidə, bilik, ruh və mərifət qardaşımdır, – 
bu sözləri  Şəms Təbrizi  dedi.  Hamının  bir  üzündə  heyrət, 
bir  üzündə  narazılıq  ifadə  olunurdu.  Əyləşənlərin  heç  biri 
onun  getməsini  arzulamırdı,  onlar  çox  doğmalaşmışdılar. 
Şəms Təbrizinin  yoxluğunu  Mövlana  özü  üçün  hesabagəl-
məz bir fəlakət sayırdı. 
Söhbətlər vaxtı əjdaha kimi udurdu, gecədən xeyli keç-
mişdi.  Birdən  bayırdan  gözlənilməz bir səs  eşidildi.  Hamı 
bu qəribə səsin Şəms Təbrizini çağırdığını güman etdi. La-
kin əgər beləydisə, bu kim ola bilərdi? Əyləşənlər sual dolu 
baxışlarını bir-birinə zillədilər. Sultan Vələd yerindən durub 
çıxmaq istədi, lakin Mürşidi-kamil onu saxladı və dedi: 
–  Oğlum,  məni  çağırdılar,  getmək  vaxtımdır,  –  o bunu 
deyib üzünü  Mövlanaya çevirərək gülümsünmüş  sözünə 
davam etdi: 
– Məni öldürməyə çağırırlar, vaxtdır, – o, sözünü bitirən 
kimi, Mövlana da eyni təbəssümlə Qurandan sitat gətirdi: 
– Qalx və əmr onundur! – Mövlana nədən belə dediyini 
heç özü də kəsdirmədi, sonra isə, – Allah bilən məsləhətdir, 
– deyərək azca gülümsündü. Lakin məsələnin bu qədər cid-
di olacağı heç kəsin ağlına gəlməmişdi. 
Şəms Təbrizi  durub otaqdan  çıxdı.  Əyləşənlər  onun  az 
sonra qayıdacağını  gözlədilər.  Lakin  çox  keçməmiş  onlar 
fəryada bənzər səs eşitdilər. Hamı ani vaxtda durub bayıra 
çıxdı. Həyətdə Əlaəddin və onun bir neçə dostlarından baş-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə