Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə41/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

Eşq dənizləri qovuşanda 
 
127 
latmağa çalışır, bunun Allahın işi olduğunu, qəza və qədər-
lə bağlı olduğunu ona aşılamağa çalışır, onu danlayır, tən-
behləyir. Əlaəddin isə yalnız susur, bir söz deməyir, sanki 
ruhi sıxıntıdan çıxa bilməyir, ya da çıxmaq istəmir, lakin bir 
həqiqət var ki, qardaşım uşaq vaxtından Kimyaya çox bağ-
lıydı, sanki onunla nəfəs alırdı, – Bahaəddin Vələd danışar-
kən  hamı  onu  diqqətlə  dinlədi,  hətta  onun  dediklərini  təs-
diqləyən Hüsaməddin Çələbinin sözləriylə Səlahəddin Zər-
kub da razılaşdı. Şəms Təbrizi başını qaldıraraq ağır-ağır sö-
zə  başladı,  bu  zaman  onun  alınında  qırışlar səf-səf  düzül-
müşdü, qaşları çatılmışdı: 
– Mənim bir günahım var, əlbəttə ki, əgər bu, günah sa-
yılırsa, bu da Kimya xatunu sevib, onunla evlənməyimdir. 
Qısqanclığıma gəldikdə isə bunu məndə Əlaəddinin ağılsız 
uşaq  kimi etdiyi hərəkətlər və  onun  davranışları  yaratdı. 
Təbii ki, burda zinadan söhbət gedə bilməz, o, Kimya xatu-
nun qardaşıdır, sadəcə mən onu anlaya bilmirdim və bunu 
da  Cəlaləddinə  deməyi özümə  ar bilirdim,  –  Şəms Təbrizi 
bu sözləri deyib bir az ara verdi, saqqalını ovuşdurdu, son-
ra da ayağa durub otaqda gəzə-gəzə belə dedi: 
–  Bu  dəfə  buralardan  elə  getmək istəyirəm  ki,  mənim 
harada olduğumu kimsə bilməsin, – o, bunu deyib bir az da 
duruxdu,  otaqda  yanan  şamlara gözucu  nəzər saldı,  sonra 
da hamının ona tərəf çevrildiyini görüb səsini azca yüksəl-
dərək bir də dilləndi: 
– Bu dəfə elə yoxa çıxacağam ki, bir məxluq da mənim 
izimi-tozumu tapa bilməyəcək,  –  və  bu sözləri  deyərkən 
Sultan Vələdə baxdı. Bu zaman Şəms Təbrizinin dalınca ge-
dib,  onu  xahiş  minnətlə  Şamdan  Konyaya gətirməsi Ba-
haəddinin gözünün qabağından yuxu kimi keçdi... 
Artıq  axşam  düşüb,  hava qaralmışdı.  Mürşidi-kamilin 
sonuncu sözləri hamını  əməlli-başlı  təsirləndirmişdi.  Hərə 
bir fikir yürüdürdü.  Bunu  Əlaəddinlə  olan  münasibətdən 
sui-istifadə  edib  Şəms Təbrizinin  bədxahlarının  törətdiyini 
güman edənlər də var idi. Bu dəfə tez-tez təkrarlanan süku-
tu Hüsaməddin pozdu: 


Elbəyi CƏLALOĞLU 
128 
–  Bəlkə  Əlaəddini  buraya çağıraq,  onunla  ciddi  söhbət 
edək, – Hüsaməddin Çələbi sözünü qurtarar-qurtarmaz qa-
pıya bayır tərəfdən nəyinsə zərblə dəydiyini hamı eşitdi və 
bu,  onları  təşvişə saldı.  Bahaəddin  Vələd  cəld  qapıya tərəf 
yönəldi, o, qapını açan zaman kiminsə tindən tələsik buru-
lub qaçdığını gördü, onu qardaşına bənzətdiyindən “Əlaəd-
din, Əlaəddin!” deyə çağırdı və onun dalınca qaçdı... 
Hamı bayıra çıxmışdı, onlar bir-birinin üzünə baxırdılar. 
Bu naməlum adam həmin iti yenidən qapıya bağlamaq istə-
yibmiş, lakin səhvən qapıya toxunduğundan cəhdi baş tut-
mayıb.  Onlar həyətdə  bayaqkı  itin  zingildəyə-zingildəyə 
getdiyini görəndə bu qərara gəlmişdilər... 
Xeyli vaxtdan  sonra Bahaəddin  geri qayıtdı  və  bu za-
man o, atasının da burada olduğunu gördü. Hamı bu işdən 
əməlli-başlı  təsirlənmişdi,  indi  onlar gözlərini  Bahaəddinə 
zilləyib nə öyrənə bildiyini eşitmək istəyirdilər. Bahaəddin 
işi başa düşüb dilləndi: 
–  Mən  onu  xeyli qovdum,  geyimindən,  boy-buxunun-
dan qardaşıma bənzəyirdi, lakin çata bilmədiyimdən birba-
şa  evə  yollandım,  qardaşımı  evdə  görəndə  isə  təəccüb et-
dim. Naməlum şəxs Əlaəddin deyilmiş, – Sultan Vələd sö-
zünü bitirdikdən sonra Mövlana Cəlaləddin də oğlunu evdə 
qoyub gəldiyini söyləyərək Bahaəddinin dediklərini təsdiq-
lədi və sözünə belə yekun vurdu: 
–  Mənim  oğlum bu cür yaramazlığa  yol  verərsə,  onu 
oğulluqdan birdəfəlik silərəm, çünki o, gözəl bilir ki, Şəms 
Təbrizi atasının ruhu və nəfəsidir... 
Mövlana Cəlaləddin Rumi öz təmkini və müdrikliyi ilə 
söhbəti xeyli yumşaltmışdı. İndi bədxahlar lənətlənir, anla-
şılmazlıqlar bir qədər aradan qalxırdı, lakin Şəms Təbrizinin 
eyni  tam  açılmamışdı.  Onlar səhərə  qədər Şəms Təbriziylə 
bir yerdə qaldılar, söhbətlərini müxtəlif mövzularda davam 
etdirdilər, gecənin ikinci yarısı isə gözlərinin acı yuxusunu 
almaq məqsədilə hərə bir tərəfdə uzandı... 
Ertəsi gün onlar bir yerdə mədrəsəyə yollandılar. Hamı 
Şəms Təbriziyə  mənəvi  dayaq  durmağa  çalışırdı,  lakin  o, 


Eşq dənizləri qovuşanda 
 
129 
çox fikirli və yorgun görsənirdi. Ona görə də, Mövlana Cə-
laləddin qərara almışdı ki, bu gün Şəms Təbrizinin müridlə-
rini  də  öz müridləri ilə  bir zalda  yerləşdirsin  və  dərsi özü 
yola versin... 
Onlar mədrəsəyə yaxınlaşanda əksəriyyətin Şəms Təbri-
zinin müridləri olduğunu gördülər, Mövlananın müridləri-
nin  isə  çoxu  görünmürdü,  gələnlərin  də  üzündəki kədər 
diqqət çəkirdi. Onlar nə baş verdiyini soruşdular. Bu zaman 
müridlərdən biri onların mədrəsə yoldaşlarından birinin sə-
hər yuxudan durmadığını, gecəykən vəfat etdiyini söylədi. 
Vəfat edənin isə Şəms Təbrizinin bədxahlarından biri oldu-
ğu məlum oldu. Hamı təşvişə düşdü, təəccüb hissi keçirdi, 
Mövlana Cəlaləddinin, Hüsaməddin Çələbinin, Səlahəddin 
Zərkubun və Bahaəddin Vələdin nəzəri Şəms Təbriziyə yö-
nəldi. Şəms Təbrizi isə, – təəssüf, heyif ondan, yaşasaydı bir 
vaxt  məni  düzgün  qiymətləndirərdi,  –  deyib Mövlanadan 
müridinin  ruhuna  “Yasin”  oxumasını  xahiş  etdi.  Bundan 
sonra  onlar mərhuma sonuncu borclarını  ödəmək  üçün 
dəfn mərasiminə yollandılar... 
 
 
 
 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə