Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə39/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

Eşq dənizləri qovuşanda 
 
121 
X V   F Ə S İ L  
Sahibsiz suç 
Qışın orta ayı idi. Qara qış öz gücünü təbiətə göstərmək-
də olsa da, günbəgün gecə qısalmaqda, gündüz uzanmaqda 
davam edirdi. Konyalılar isə qışın şıltaqlığını bir atalar sö-
zünə söykənərək belə qiymətləndirirdilər, – qarışqanın ölü-
mü yaxınlaşanda qanad çıxardar. Çünki təbiət həmişəki sal-
qarla bahara doğru irəliləyirdi. 
Həmin vaxt Kimya xatunun qırxı da, əlliikisi də çıxmış-
dı.  Torpağın  üzüsoyuqluğu  həyatda  mərhumənin  yaxınla-
rında özünü büruzə verməkdə idi. Təbii ki, həyat davam et-
məkdə,  hər kəs  öz  işində-gücündə,  sənətkarlar  da  sənət 
fəaliyyətində idi. Lakin baş verən bu cür hadisələr bəzən ki-
minsə qəlbində uzunmüddətli, sarsıdıcı iz də aça bilir. Kim-
yanın vaxtsız ölümü də Əlaəddin Çələbiyə elə bu şəkildə tə-
sir etmişdi. O, Kimyanın Şəms Təbrizinin qəzəbinə tuş gəl-
diyini  atasından  eşitmişdi.  Elə  buna  görə  də,  Əlaəddinin 
qəlbində Şəms Təbriziyə qarşı kəskin nifrət baş qaldırmışdı. 
O, son zamanlar bu hisslərini dostlarına da danışmışdı. Əl-
bəttə  ki,  Şəms Təbrizinin  bədxahları  qismində  bulunanlar 
ələkçinin qıl verəni kimi Əlaəddini daha da qalayır, bir baş-
qaları  isə  ona  bu  fikirdən  yayınmağını  tövsiyə  edirdilər. 
Əlaəddinin  Şəms Təbriziyə  kəskin  nifrət bəsləməsini  onun 
qardaşı  Bahaəddin  Vələd  də  duymuşdu.  Bahaəddin  Vələd 
qardaşını  danlamaqla kifayətlənməyib,  atasını  da  bundan 
xəbərdar etmişdi. Mövlana Cəlaləddin Şəms Təbrizinin kim 
olduğunu,  onun  ictimaiyyət  üçün  nə  qədər yararlılığını 
Əlaəddinə anlatmağa çalışırdı və Kimya xatunun ölümünü 
də qəza və qədərlə bağlayırdı. Lakin Əlaəddin Çələbi atası-


Elbəyi CƏLALOĞLU 
122 
nı susmağı ilə müşaiyət etsə də, nifrətini qəlbindən heç cürə 
çıxara bilmirdi...   
Bir gün Şəms Təbrizi Mövlana ilə mükalimələrini bitir-
dikdən sonra evə qayıdırdı. Hava artıq qaranlıqlaşmışdı. O, 
xeyli getmişdi  ki,  bir  küçədə  dayanmış  qaraltını  aralıdan 
gördü və onu bir qədər seyr etdi. Qaraltı onun yaxınlaşdığı-
nı görüb dərhal tində gözdən itdi. Nədənsə bu qaraltı onu 
şübhələndirmişdi. Şəms Təbrizi həmin yerdən keçəndə heç 
kimi görmədi,  lakin  bir  az  uzaqlaşdıqdan  sonra arxadan 
onu  daşa  tutdular.  O,  bunun  Əlaəddinin  işi  olduğunu  dü-
şündü  və  addımlarını  yeyinlədərək özünü  evə  çatdırdı. 
Daşların heç biri ona toxunmamışdı. Ertəsi gün Şəms Təbri-
zi bu hadisəni Mövlana Cəlaləddinə nağıl etdi və onun kiçik 
oğlundan  şübhələndiyini  dedi.  Mövlana  Cəlaləddin  bunu 
oğlundan soruşsa da, oğlu hadisədən xəbəri olmadığını bil-
dirdi. Mövlana oğlunun dediklərinə tərəddüd etdi və onun 
cavabını birmənalı qarşılamadı. Buna görə də, o, Kərra xa-
tundan oğlu Əlaəddini gözdən qoymamasını xahiş etdi və –   
heç bir kərə də görmədim ki, Əlaəddin yararlı barmağı işə 
yaratsın, – deyə gileyləndi. Bundan sonra hər iki dahi məd-
rəsəyə  yollandılar. Mövlana  Cəlaləddin  Rumi Mürşidi-ka-
mili  dinləmək məqsədilə  öz  dərsini  günün  ikinci yarısına 
salmışdı. İndi onun da iştirak etdiyi dinləmədə Şəms Təbri-
zi dünən baş verənləri unutmağa çalışaraq təsəvvüf söhbət-
ləri etməyə başladı: 
– Dünya axirət ərlərinə, axirət də dünya ərlərinə haram-
dır. Dünya ərləri üçün yaxşılıq sayılan əməllər Tanrıya ya-
xın  adamlar  üçün  günah  sayılar.  Tanrı  qədəhindən  şərab 
içib sərxoş olan kəs heç ədalət və doğruluqdan başqa bir şey 
edərmi?! Bir ulu adamın süfrəsi başında pis zənnə düşmək 
və hərislik etmək küfrdür. İnsanın beyni qonaq evinə, çeşid-
li düşüncələri isə qonaqlara bənzəyir, sən onların arasından 
ən  yaxşısını,  ən  sədaqətlisini  seçməkdə  pərgar olmalısan. 
Bədən  qursağı  insanı  samanlığa,  könül  qursağı  reyhanlığa 
çəkər. Ot və arpa yeyən qurban, Tanrı nuru ilə qidalanan isə 
Quran olar! 


Eşq dənizləri qovuşanda 
 
123 
Könlü yaralı  bir  ana,  yeni  ölmüş  övladının  məzarına 
ürəyini açar, sirrini söylər, cansız torpaq ona diri kimi görü-
nər. Ana oğlunun məzarının torpağına üzünü-gözünü sür-
tər,  gözyaşlarını  tökər,  lakin  o,  diriykən  oğluna  bu  qədər 
can  yanğısı  ilə  üz-gözünü  sürtməmişdir.  Fəqət bu bədbəxt 
hadisədən bir neçə gün keçəndən sonra ananın can yanğısı 
sönür,  çünki ölüyə  qarşı  eşq  əbədi  olmaz! Sən  cana  canlar 
qatan  dirini  sev!  Acı  keçəndən  sonra məzarın  qarşısında 
durmaq yorğunluq və  yuxu  gətirər.  Cansız  bir  şeydən  an-
caq  cansız  bir  şey  doğar.  Atəş  sönsə,  yerində  kül qalar,  – 
Mürşidi-kamil bunları dedikdən sonra qısaca fasilə verərək 
çatılmış  qaşlarının  altından  ətrafa  nəzər saldı.  Lakin  o,  bu 
hikmətli ifadələri  nəyə  görə  bir  qədər  hiddətlə  və 
övkələnmiş işlətdiyini heç özü də bilmədi, onda bir küskün-
lüyün baş verdiyi isə Mövlana  Cəlaləddinin gözündən ya-
yınmırdı. Şəms Təbrizi sözünə davam etdi: 
–  Nuru olmayan  könül  yox  kimidir,  ruhu olmayan  bə-
dən torpaqdır. Çalış, çabala nurdan sərxoş ol ki, sözündən 
Tanrı nuru axsın. Bəhməz içində qaynadılan bir şey bəhməz 
ləzzətini verər. Bilgilərin nura qarışarsa inadcıl və pis adam-
lar bilgindən  nur  alar  və  onun  inadı  sınar.  Pir  saqqalı  ağ 
olan deyil, yüz minlərlə ümidsizin əlindən tutandır, borclu-
nun  borcunu  ödəyəndir.  Zəkat verilməyincə  yağış  buludu 
gəlməz, zinadan dolayı da ətrafa vəba yayılar. İnsan həqiqi 
sevgisinə  qovuşanda  təsəvvür belə  edilməyən,  təsvirə  gəl-
məyən həqiqət meydana çıxar. Ağlın və ağıllının da, sərxo-
şun da əslinin əsli Allahdır. Aşiqlərin şərabı könül qanıdır. 
Ayrılıq aləmində – maddi dünyada eşqin surətlərə düzdü-
yü gözəllik Allahın əksidir. İnanmış adam ona deyərlər ki, 
hər xüsusda kafir belə onun imanına həsəd aparsın. Zahid 
işin sonunu düşünür, sorğu-hesab günü halı necə olacaq de-
yə  qəm çəkir. Ariflər isə  başlanğıcdan,  öndən  xəbərdardır, 
sonu  düşünməkdən  isə  qurtulmuşdur.  Ariflərdə  arif  olun-
caya qədər qorxu da vardı, yalvarış da, lakin Tanrı təqdirni 
bildiyindən,  işin  önündən  xəbərdar  olduğundan  bu  bilgi 
onlarda hər iki əlaməti aradan qaldırmışdır. Yəni arif  olan 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə