Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə47/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

Eşq dənizləri qovuşanda 
 
145 
gözəllik,  həm  də  gözəlliyi seyr  edən.  Mən  yuxudakı  açıq 
göz kimi görünən və görünməyənəm, gül suyundakı qoxu 
kimi həm varam, həm yoxam, kitabdakı yazı kimi söyləyən 
və susanam. 
Bundan  sonra müridləri Mövlana  Cəlaləddinə  Sultan 
Vələdin  yuxusu  –  quyudan  tapılmış  insan  gəmiyi barədə 
danışdılar. Mövlananın canından bir sızıltı keçdi, göz yaşla-
rını saxlaya bilmədi, Şəmslə bağlı olan hər yeni hadisə, hər 
bir xatırlama ona təsir edirdi. Lakin onun gözlərindən axan 
yaşlar qəlbini bir qədər soyutduqdan sonra bunların da Al-
lahın işi olduğunu söylədi və – təsəvvürə gəlməyən həqiqət, 
insan  həqiqi sevgisinə  qovuşanda  meydana  çıxar,  Şəms 
Təbrizinin isə hələ çox məzarları üzə çıxacaq, bundan sonra 
o, kimiyə yuxuda, kimiyə də əyanda görsənəcək, lakin onun 
ürəklərdə dəfn edildiyini ancaq ariflər başa düşəcək, onun 
könüllərə sığındığını ancaq aşiqlər biləcək, – deyə təkid və 
inamla əlavə etdi... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elbəyi CƏLALOĞLU 
146 
X I X   F Ə S İ L  
Eşq və iman 
İkindi  namazının  vaxtı  idi.  Mövlana  Cəlaləddin  Rumi, 
Hüsaməddin  Çələbi,  Səlahəddin  Zərkub və  Sultan  Vələd 
namazı  bir  yerdə  qıldılar.  Allaha  dualar etdilər və  cəmi 
dünyasını  dəyişənlərə  Allahdan  rəhmət  dilədilər.  Bundan 
sonra Səlahəddin  üzünü  Mövlana  Cəlaləddinə  tutaraq,  – 
müridlərin səni dinləmək istəyirlər, xeyli vaxtdır dərslər ke-
çirilmir, Şəms Təbrizinin müridləri də xahiş edirlər ki, onla-
rı öz müridlərinə qatasan, – dedi. Mövlana Cəlaləddin çox 
fikirləşmədi və, – onlara xəbər elə, sabaha hazırlaşıb mədrə-
səyə gəlsinlər, – dedi... 
Sonrakı  gün  mədrəsədə  bütün  müridlərin  üzündə  se-
vinc  hiss olunurdu.  Şəms Təbrizinin  müridləri Mövlana 
Cəlaləddinin  müridlərinə  qatıldığından,  bu  günkü söhbətə 
qoşulanların  sayı  əvvəlkilərlə  müqayisədə  iki  dəfə  böyü-
müşdü.  Hamı  həsrətlə  Mövlana  Cəlaləddin  Ruminin  daxil 
olacağını gözləyirdi... 
Möminləri çox intizarda qoymayan Mövlana Cəlaləddin 
zala daxil oldu. O, əyləşənləri salamladıqdan sonra olub-ke-
çənlər barədə  onlara  qısaca arayış  verdi.  Müridləri maraq-
landıran  bəzi sualları  cavablandırdıqdan  sonra  Mövlana 
söhbətə başladı: 
– Bizim dünyamızda var ikən var olanlar çox azdır, la-
kin var ikən yox olanların sayı-hesabı yoxdur. Mürşidi-ka-
mil bizim dünyamızda var ikən əbədi varlığını qazanmışdı. 
O,  elə  bu  dünyadaykən  Allahla vəhdətdə  idi,  o,  Allahın 
dostudur.  Quranda  şəhadət  xüsusunda  Tanrı  ilə  bərabər 
mələklər və  üləma  da  anılmışdır,  lakin  rəbb  ancaq  daimi 


Eşq dənizləri qovuşanda 
 
147 
olan  Tanrıdır.  Şəms Təbrizi  şəhadətə  yetişmişdir.  Onun 
hikmətləri  bizi  əbədi  nurlara qarışmağa  çağırır,  onun  dü-
şüncəsi bizə varlığın yoxluqda qərar tutduğunu söyləyir, – 
Mövlana Cəlaləddin bu fikirlərin ağır dərk edildiyini bildi-
yindən sözünə fasilə verdi, dinləmədə iştirak edənlərə göz 
gəzdirdi və yenidən söhbətinə davam etdi: 
– Yoxluğu dərk edə bilməyən adam varlığı necə anlaya 
bilər? Varlığın kökü yoxluqda yerləşir, varlıq yoxluqdan qi-
dalanır.  Köksüz  ağacın  əmələ  gəlməsi mümkün  olmadığı 
kimi, kökü ilə əlaqəsi kəsilmiş ağacın da yaşaması mümkün 
deyil. Bu mənada, yoxluqdan əlini üzmüş, varlığını bu dün-
ya yaşamında  görənlər ölüdürlər. Normal  insan  dedikdə, 
özünün elmi, vicdanı və həyatda qazandığı təcrübəyə əsas-
lanaraq  düşdüyü mühitdə  və  ya cəmiyyətdə  yerini  müəy-
yənləşdirmiş adamlar nəzərdə tutulur. Lakin normal insan 
“yoxluq”  dediyimiz varlığı  dərk etmək  əzmindədirsə,  bu-
nun  üçün  o,  əvvəlcə  ağlın  ağlını  oyatmalı,  ürəyindən  bəd 
niyyətləri, nəfsinin  afətlərini  bir  dəfəlik  çıxarmalı  və nəha-
yət, idrakının qapısını açmalıdır. Bunu bacaran kəs Mərifətə 
çatmışdır. O, könlündə Allahın təcəllasını bulmuşdur. Çün-
ki Mərifətə çatana Həqiqətin qapısını göstərərlər! 
Bu  dünyanın  nemətlərinə  nifrətlə  baxıb,  öz  “mən”ini 
tərksilah  edib,  yoxluğu  dərk etməyə  çalışanlar  əbədi  nura 
qovuşacaqlar. Çünki bu, eşqdir. Eşq kimi başqa bir mürşid 
yoxdur! Eşq yalnız əbədi olan bir varlığa yönəlməlidir, əgər 
o,  faniliklə  sonuclanan  bir  şeyə  yönələrsə,  mənasını  itirər. 
Eşq Allaha yönəlməlidir. Ondan başqasına aşiq olmaq keçi-
ci haldır.  Çünki keçici  eşq  qızılla,  ləl-cavahiratla bəzənmiş 
bir gözəllikdir. Onun görünüşü nur, içi isə dumandır. Nur 
çəkiləndə duman meydana çıxır və keçici eşq dərhal soru-
lur, donur. Buna misal olaraq baxın, körpə uşaq valideynin-
dən həm qorxur, həm də onu sevir. Onun qorxusu öldürül-
mək qorxusu yox, cəzalandırılmaq qorxusudur. Uşağın sev-
gisi isə onun valideyninin ayrılmaz bir hissəsi olduğundan 
gəlir və bu sevgi insanda ölənə qədər davam edir. Artıq bu-
rada fanilik özünü büruzə verir, yəni insan öləndə onun ca-


Elbəyi CƏLALOĞLU 
148 
nındakı bütün hisslər kimi sevgi hissi də ölür. İlahi eşq isə 
ölmür, çünki o, könülə – ruha aiddir, ruh isə Tanrıya bağlı-
dır, Tanrının övladıdır. Deməli, Tanrını dərk etmək istəyən-
lər  əvvəlcə,  özünün  təkcə  bədəndən  yox,  həm  də  ruhdan 
ibarət oluğunu  dərk etməli və  ruhun  birbaşa  bağlı  olduğu 
Tanrıya inam gətirməlidir. Bu inam insandan iç şüurun oya-
dılmasını,  ədəbin  və  vicdanın  olmasını  tələb  edir.  Dediyi-
miz gedişi uğurla başa vuranlar maddi dünyanın faniliyinə 
yetkinliklə əmin olar və bu zaman onda Allah eşqinə düş-
məyin ilkin yatabı başlayar. Beləliklə, o, həm də anlayar ki, 
maddi dünyanın əvvəli olduğu kimi, sonu da var, İlahi eş-
qin isə sonu yoxdur, bu eşq əbədidir, – Mövlana söhbətinə 
ara verdi, ətrafına göz gəzdirdi, qarşısındakı kitabları nəzər-
dən keçirdi, rəhildəki Quran kitabını aramla vərəqlədi, son-
ra da qaşlarına sığal çəkərək sağ əlini üzüylə aşağı sürüşdü-
rüb saqqalını sıxışdırdı. O, bir qədər yorğun görünürdü, nə-
hayət fikirli halda  qaşlarını  dartdı,  əlini  bir  daha  üzündə 
gəzdirdi, sonra da təkrar saqqalını və boğazını ovuşduraraq 
söhbətinə davam etdi: 
–  Cismani  dünyamızda  hər  nə  varsa,  mənəvi  dünyada 
olanların təsviridir, bir sözlə, bu dünya o dünyaya qismən 
güzgü tutmaqdadır. Lakin könül sahibi olmayanlar mənəvi 
varlığı  da  elə  cismanilikdə  axtarır  və  buna  özlərini  inanıl-
maz  dərəcədə  məhkum  edirlər. Məsələn,  məscid  Allahın 
evidir,  deyirsiniz.  Bunu  cismani  mənada  işlətmək Allahı 
təhqir etməkdir, çünki siz həm də Qurandan sitat gətirərək 
“Allah laməkandır  –  məkansızdır”  deyirsiniz.  Bu  fikirlər 
bir-birinə ziddir. Allahın nə arvad-uşağı, nə var-dövləti, nə 
ev-eşiyi, nə yeyib-içməyi, nə də həlası – ayaqyolusu var. Bu 
aldadıcı,  ötəri  ünsürlər  insanlara  aiddir.  Allah isə  insanlıq 
fövqünün  yeddi  qat  fövqündə  dayanan  bir  varlıqır.  Əgər 
Allah bütün  görüb-görmədiklərimizi,  zərrədən  tutmuş  nə-
həng səyyarələrə qədər mövcud olan hər şeyi, ucsuz-bucaq-
sız əzəmətli dünyanı yoxdan yaradıbsa, Onun özü sizin an-
ladığınız  varlıqda  necə  yerləşə  bilər,  deməli Allah  da  yox-
luqda  yerləşir.  O,  boş  göylərdə  deyil,  orada  axtarmayın 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə