Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə43/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

Eşq dənizləri qovuşanda 
 
133 
qa heç kəsi görmədilər. Onlar Əlaəddindən soruşduqda, o, 
Şəms Təbrizinin öz evinə tərəf getdiyini, səsin isə bu biri tə-
rəfdən gəldiyini söylədi. Onlarda bir qədər arxayınçılıq ya-
randı.  Bundan  sonra Səlahəddin  Çələbi və  Hüsaməddin 
Zərkub da evlərinə yollandılar. Həmin gecə Şəms Təbrizi ilə 
olan xoşagəlməz söhbətlərin təsirindən Mövlana Cəlaləddin 
yata bilmirdi. O, mürşidinin onu tərk etməsinə heç cür inan-
maq istəmirdi.  İndi  Mövlana  Cəlaləddin  yatağında  uzana-
raq, uzun müddət Şəms Təbrizi ilə olan mükalimələrini və 
hətta uşaq olarkən Larəndədə olan görüşlərini xatırladı. Bir-
dən son vaxtlar Şəms Təbrizi ilə bağlı baş verən hadisələri o, 
yenidən  yaşamağa  başladı.  Ona  elə  gəldi  ki,  övladı  kimi 
sevdiyi Kimya hələ də sağdır, onlar yenə də Şəms Təbrizi ilə 
bir-birini Xızır peyğəmbərin verdiyi buta kimi, Haqq aşiqlə-
ri kimi sevirlər. Bu cür dürlü düşüncələr get-gedə Mövlana 
Cəlaləddinin beynində qəribə xülyaların yaranmasına səbəb 
olurdu. Nədənsə Kimya xatun dümag parçadan biçilib, ya-
xasi, boynu və qolları tüllə qırçınlanmış dəbdəbəli paltar ge-
yinmiş, əllərində isə ağ göyərçinlər tutmuşdu. O, göyərçin-
ləri uçurtdu  və  birdən  özü  də  göy qanadlı  mələyə  dönüb 
Haqqa doğru uçmağa başladı. Lakin Kimya gözdən itər-it-
məz dayanıb geri boylandı, bu zaman Şəms Təbrizi də qa-
nad çaldı, o da Kimyanın dalınca uçmağa başladı. Mövlana 
Cəlaləddin heyrətlə onları seyr edir və bunun nəylə nəticə-
lənəcəyini gözləyirdi. Elə bu dəm azan səsi Mövlana Cəla-
ləddini yuxudan oyatdı. Sübh namazının vaxtı idi... 
 
 
 
 
 
 
 
 
 
 


Elbəyi CƏLALOĞLU 
134 
X V I I   F Ə S İ L  
Hal və məqam 
Həmin günün sabahısı həftənin cümə günü idi. Mövla-
na Cəlaləddin səhər yeməyindən sonra birbaşa Şəms Təbri-
zinin dərs dediyi mədrəsəyə yollandı. Yol uzunu o, dünən 
axşam  olan  söhbətləri,  gecə  baş  verən  qeyri-adi  hadisələri 
xatırladı. Mövlana Cəlaləddin mədrəsəyə çatanda müridlər, 
möminlər bayırda mürşidlərini gözləyirdilər. Dərs vaxtının 
başlanmasından xeyli keçmişdi, lakin heç vaxt gecikmədiyi 
halda,  nədənsə  Şəms Təbrizi  bu  gün  hələ  də  gəlməmişdi. 
Mövlana  Cəlaləddin  Sultan  Vələdi  mürşidinin  evinə  gön-
dərdi  ki,  ondan  bir  xəbər bilsin.  Sultan  Vələd  qayıdanda 
Şəms Təbrizinin  evinin  qapısından  qıfılın  asılı  olduğunu 
söylədi. Mövlana Cəlaləddini təşviş bürüdü, deyəsən onun 
ötən gecə gördüyü yuxusu gerçəkləşmişdi. O, Şəms Təbrizi-
ni axtarmaq üçün bütün müridlərinin və dostlarının hərəsi-
ni bir səmtə göndərdi, ancaq qayıdanların içində “onu gör-
düm” deyən olmadı... 
Günortadan keçirdi, narahatçılıq əcaib qara quş kimi qa-
nadlarını Mövlananın üstünə gərmişdi, elə bil onun əl-aya-
ğını,  gözlərini  qapamışdı,  nəfəsi çatmırdı.  O,  fikirli halda 
evə qayıtdı, nə edəcəyini bilmirdi. Mövlana Cəlaləddin bir 
hücrəyə çəkilib, əli belində var-gəl edirdi. O, özü özünə sual 
verirdi  ki,  Şəmsin  dünənmi başına  bir  iş  gəldi,  yoxsa bu 
günmü  özü  dediyi kimi birdəfəlik yoxa  çıxdı?  Mövlana 
bunları fikirləşərkən axşam Şəms Təbrizinin çağırılamasını, 
sonra eşitdikləri fəryad səsini xatırladı. O, Əlaəddini çağırıb 
bir  daha sorğu-suala tutdu,  amma  bir  şey  hasil olmadı. 
Mövlana yavaş-yavaş bədbinliyə qapılaraq Şəms Təbrizidən 


Eşq dənizləri qovuşanda 
 
135 
əlini üzməkdəydi. Onu qəhər boğurdu, lakin səbirini basıb, 
ümidini üzmək istəmirdi. İndi o, gözlərini bir nöqtəyə zillə-
yib, Şəms Təbrizinin dünən mədərəsədəki söhbətini bütün-
lüklə xatırlayırdı... 
Zal elə  dolmuşdu  ki,  iynə  atsan  yerə  düşməzdi.  Şəms 
Təbrizi həmişəki kimi qaməti  düz,  üzü  nurlu  idi.  O,  zalda 
əyləşənlərin  qarşısında  dayanıb  əvvəlcə  mələk gözləriylə 
onları  diqqətlə  nəzərdən  keçirdi,  sonra isə  müdrikcəsinə 
söhbətinə başladı: 
–  İnsanın  qəlbində  hər  an  bir  cürə  hal  baş  qaldırır.  O, 
gah  şeytanlaşır,  gah  mələkləşir,  gah  tələyə  dönür,  gah  da 
yırtıcı heyvana. Əgər oğrusansa könüldən lətif bir inci oğur-
la, əgər hambalsansa uca bir könül yükü ilə yüklən! Hiylə 
edənin görəcəyi və tapacağı yalnız hiylədən ibarətdir. Hiss 
nuru adamı yerə çəkər, Haqq nuru Kövsər çayına. Duyğu-
larda dərk edilən aləm alçaq bir aləmdir. Tanrı nuru dəniz-
dir, duyğu isə bir çöp dənəsi. Duyğu nurunu görə bilməyən 
bir kəs din nurunu necə görə bilər?! Hiss və duyğu nurunu 
bəzəyən  Tanrı  nurudur.  Tanrı  nuru  duyğu  nuruna  hakim 
kəsildikdən sonra can Tanrıya rəğbət etmişdir. Duyğu gözü 
atdır, minici isə Haqq nuru. Minici olmadıqda at heç bir işə 
yaramaz.  Əgər hicabsız  nurları  dərk etməyə  istedadın  çat-
mırsa, əvvəlcə nur kimi sözlərin hərflərdə gizlənmiş hikmə-
tini duy, onları anla! Bundan sonra o hicabsız nuru da dərk 
etməyə  istedad  qazanarsan,  gizli  nuru hicabsız  olaraq gö-
rərsən.  Beləliklə  də,  yoxluqdan  varlığa  gələrsən.  Bu  ağılı 
tərk  et,  həqiqi  ağıla  çat,  bu  qulağı  tıxa,  həqiqi qulağını  aç! 
Comərd ol! Bu cahan bir ağaca bənzər, biz isə bu ağacdakı 
yarısı hələ də kal, yarısı isə dəymiş meyvələrə. Kal meyvə-
lər ağacdan möhkəm yapışmışlar, çünki onlar nə köşkdə sa-
tışa,  nə  də  sarayda  süfrəyə  yaramırlar. Lakin  dəymiş  və 
dadlanmış meyvələr ağacdan möhkəm yapışmazlar, budaq-
dan qopub düşərlər. 
Comərdlik  –  şəhvətləri,  ləzzətləri tərk etməkdir.  Co-
mərdlik cənnət adlı sərv ağacının bir budağıdır. Bu budağı 
əlindən buraxanlara yazıqlar olsun! Bu hava və həvəsi bu-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə