Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə45/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   41   42   43   44   45   46   47   48   ...   69

Eşq dənizləri qovuşanda 
 
139 
sə,  bu  ixtiyardır.  Birinci bütünlüklə  Allahın  ixtiyarındadır, 
yəni  cəbrdir,  ikinci  də  Allahın  ixtiyarındadır,  lakin  burada 
Allah rəqs etməkdə olan insanın bir neçə məhdud hərəkət-
ləri etməsi  ixtiyarını  rəqqasın  öz  istəyinə  bağlamışdır.  Bu 
dediklərimiz ağılla edilən bəhsdir. Ağılla onun bəhsi, təsir-
lənmiş ilə səbəbkar və ya yazılmış əsərlə onu doğuran səbəb 
kimidir.  Lakin  can  bəhsi  də  var.  Can  bəhsi  başqa bir mə-
qamdır, can şərabının başqa bir sıxlığı, özəl bir qəlizliyi var-
dır. İnsan avam, əbləh, lakin hiss və ağıl baxımından kamil 
ola bilər və  ya  əksinə  qavramlı,  iti  şüurlu,  lakin  hissiyyatı 
zəif, savadı kasad da ola bilər. Bu nisbət can bəhsi adlanır, – 
Mürşidi-kamil bu sözləri  demişdi  ki,  Səlahəddin  Zərkub 
onun  ayaqlarına  döşənib  özündən  getdi.  Bu  zaman  Hüsa-
məddin  Çələbi yerindən  durub ona  yaxınlaşdı,  lakin  Şəms 
Təbrizi əli ilə ona dayanmasını işarə etdi. Mövlana Cəlaləd-
din isə Səlahəddinin bir azdan özünə gələcəyini Hüsaməd-
dinə  anlatdı.  Qalan  heç  kəs yerindən  tərpənmədi,  onlar 
Şəms Təbrizinin  müdrik sözlərinin  təsirindən  buzlaq 
pinqvinləri kimi səssizcə dayanmışdılar. Şəms Təbrizi əylə-
şənləri öz hikmətləriylə  yetərincə  yüklədiyini  bildiyindən, 
danışdıqları ilə kifayətlənmək qərarına gəldi... 
Mövlana Cəlaləddin yuxudan oyanırmış kimi, üz-gözü-
nü ovuşdurub, başını qaldırdı. Sultan Vələd onun qarşısın-
da müsəlləh əsgər kimi dayanmışdı. 
– Oğlum, nə vaxt gəldin? – Mövlana Cəlaləddin belə so-
ruşduqda o, – bayaqdan burdayam, ata, – dedi və kövrəlmiş 
halda, – Mürşidi-kamil sanki qərib quş imiş, uçub gedib, – 
deyə  əlavə  etdi.  Bu  zaman  Mövlana  dizlərini  qucaqlayıb, 
başını aşağı saldı və uzun-uzadı xəyallara daldı... 
 
 
 
 
 
 
 


Elbəyi CƏLALOĞLU 
140 
X V I I I   F Ə S İ L  
Ariflərin könlündə dəfn 
Şəms Təbrizinin qeyb olmasından bir-neçə gün keçmiş-
di. Lakin axtarışlar davam etdirilsə də, ondan bir xəbər yox 
idi.  Mövlana  Cəlaləddin  Rumi çəkdiyi  sıxıntı  ucbatından 
heç mədərəsəyə  də  getmirdi.  O,  gecə-gündüz  Leylisindən 
ayrı düşmüş Məcnun kimi divanəlik edirdi. Onun göz yaş-
ları qurumurdu. Bu arada Sultan Vələdlə birlikdə Səlahəd-
din Zərkub və Hüsaməddin Çələbi də ona qoşulmuşdu. On-
lar mürşidlərini tək buraxmırdılar, hər an ona mənəvi dəs-
tək olmağa  çalışırdılar. Müridlər və  möminlər arasında  da 
hüzn yaşanırdı. Şəhərdə bu hadisəylə bağlı cürbəcür şayiə-
lər dolaşırdı. Biri deyir, – Şəms Təbrizini öldürüb gizlədib-
lər, – digəri deyir, – Şəms Təbrizi yoxa çıxıb, – bir başqası 
onun başqa şəhərə getdiyini söyləyirdi. Bu arada Şəms Təb-
rizini mələklərin apardığına da özünü inandıranlar var idi. 
Arada gəzən bu cür söz-söhbətlər, müxtəlif şayiələr Mövla-
na Cəlaləddinin könül ocağını bir az da qorlandırırdı... 
Səhər tezdən idi, Səlahəddinlə Hüsaməddin eyni qayda 
ilə  mürşidlərinin  yanında  əyləşmişdilər. Mövlananın  göz 
yaşları  dayanmaq bilmirdi.  Hüsaməddin  ondan  bir  qədər 
təmkin  nümayiş  etdirməsini  xahiş  etdi.  O,  isə  belə  cavab 
verdi: 
–  Səbirimin  olmasına  varlığım  şahiddir.  Lakin  səhər 
vaxtı tökülən sədaqətli və səmimi gözyaşları qəlbə həyat ve-
rən yaz yağışına bənzəyir. Özü də, bir halda ki, bu Mürşidi-
kamilin həsrətindən yaranır. Daha çox ağlayanların ürəkləri 
daha diri, qəlbləri daha duru olar! – Mövlana Cəlaləddin bu 
sözləri dedikdən sonra gözlərinin yaşı ilə islanmış saqqalını 


Eşq dənizləri qovuşanda 
 
141 
əlləri ilə ovuşdurdu və yenidən dilləndi: 
– Qəza günəşi örtən bir buluddur. Onun əlindən aslan-
lar da, əjdahalar da fəryad edərlər. Lakin qəza buludu çəki-
lincə günəş nurlarını yenidən saçar. Qəza səni gecə kimi sa-
rarsa,  bədbinliyə  qapılmağa  dəyməz,  çünki  sonda  yenə  də 
sənin  əlindən  tutan,  işıqlı  sabaha  çıxaran  o  olacaqdır.  Yüz 
kərə canına qəsd edərsə, yenə sənə can verən, dərdinə dər-
man olan qəza olacaqdır. Səni əminlik mülkünə götürməsi 
üçün onun bu qorxutmasını inayət bil! Lakin Şəms Təbrizi 
ölməzdir, ozü demişkən, o, hər zaman bizimlədir. İndi cis-
mən aramızda olmaması, onun qeybə çəkilməsi isə qəlbimi-
zi narahat edir, bizə iztirab verir. Şəmsin nəfəsi Həzrəti İsa-
nın  nəfəsi qədər mübarək olduğundan,  o,  insanları  nəfsin 
əsarətindən  xilas  edə  bilirdi.  Kimya elmində  onun  bənzəri 
yoxuydu,  Riyaziyatda,  yəni  sufi çiləçiliyində  əvəzsiz  idi. 
Eləcə  də,  dini  bilgilərdən  bəhs  edən  İlahiyatda,  hikmət və 
müdriklik aləmindən  danışan  Hikemiyatda,  ulduzlardan 
gələcəyi oxumaqla Nücumda, fikir mübadiləsi və qarşılıqlı 
görüş  öyrədən  Məntiq və  Xilafiyatda,  gözəgörünmələr və 
xəyali təsvirlərdən  bəhs  edən  Narincatda,  qərəzsiz,  bitərəf 
və tədbirli təşəbbüskarlıqdan söhbət açan Afaq və Ənfüsdə 
onun fəth etdiyi ucalığa heç kəs çata bilməmişdi. Lakin Tan-
rı ərlərinin söhbətinə çatdıqdan sonra Şəms Təbrizi bunların 
hamısını  könül  dəftərindən  sildi,  əqli və  nəqli elmlərdən 
sıyrılıb çıxdı. Bununla da o, yaşadığı aləmin faniliyini dərk 
etdiyindən Təcrid aləmini seçdi, Tanrıya yönəldi, mücərrəd-
ləşdi.  Sonra  isə  Təfrit  aləminə,  vəhdəti-mövcud  yatabına 
qədəm  basmaqla,  hər  şeyi  Tanrı  varlığında  gördü. 
Nəhayətdə  isə  o,  Tövhid  aləminə,  yaxud,  vəhdəti-vücud 
yatabına  yüksəlməklə, Allahda yoxolmaya nail oldu. Şəms 
Təbrizinin məqsədi batini hacılığı qazanmaq və Canlar Ca-
nına  qovuşmaq  olub.  Mürşidi-kamil bu ən  uca  məqama 
yüksələ bilən nadir ərənlərdən oldu... 
Günlər bir-birini  əvəz  edirdi.  Mövlana  Cəlaləddin  hələ 
də Şəms Təbrizinin sağ olduğunu güman edir, ondan ümi-
dini üzmək istəmirdi. Bu arada da aldadıcı xəbərlərin, dedi-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə