Eşq dənizləri qovuşanda
145
gözəllik, həm də gözəlliyi seyr edən. Mən yuxudakı açıq
göz kimi görünən və görünməyənəm, gül suyundakı qoxu
kimi həm varam, həm yoxam, kitabdakı yazı kimi söyləyən
və susanam.
Bundan sonra müridləri Mövlana Cəlaləddinə Sultan
Vələdin yuxusu – quyudan tapılmış insan gəmiyi barədə
danışdılar. Mövlananın canından bir sızıltı keçdi, göz yaşla-
rını saxlaya bilmədi, Şəmslə bağlı olan hər yeni hadisə, hər
bir xatırlama ona təsir edirdi. Lakin onun gözlərindən axan
yaşlar qəlbini bir qədər soyutduqdan sonra bunların da Al-
lahın işi olduğunu söylədi və – təsəvvürə gəlməyən həqiqət,
insan həqiqi sevgisinə qovuşanda meydana çıxar, Şəms
Təbrizinin isə hələ çox məzarları üzə çıxacaq, bundan sonra
o, kimiyə yuxuda, kimiyə də əyanda görsənəcək, lakin onun
ürəklərdə dəfn edildiyini ancaq ariflər başa düşəcək, onun
könüllərə sığındığını ancaq aşiqlər biləcək, – deyə təkid və
inamla əlavə etdi...
Elbəyi CƏLALOĞLU
146
X I X F Ə S İ L
Eşq və iman
İkindi namazının vaxtı idi. Mövlana Cəlaləddin Rumi,
Hüsaməddin Çələbi, Səlahəddin Zərkub və Sultan Vələd
namazı bir yerdə qıldılar. Allaha dualar etdilər və cəmi
dünyasını dəyişənlərə Allahdan rəhmət dilədilər. Bundan
sonra Səlahəddin üzünü Mövlana Cəlaləddinə tutaraq, –
müridlərin səni dinləmək istəyirlər, xeyli vaxtdır dərslər ke-
çirilmir, Şəms Təbrizinin müridləri də xahiş edirlər ki, onla-
rı öz müridlərinə qatasan, – dedi. Mövlana Cəlaləddin çox
fikirləşmədi və, – onlara xəbər elə, sabaha hazırlaşıb mədrə-
səyə gəlsinlər, – dedi...
Sonrakı gün mədrəsədə bütün müridlərin üzündə se-
vinc hiss olunurdu. Şəms Təbrizinin müridləri Mövlana
Cəlaləddinin müridlərinə qatıldığından, bu günkü söhbətə
qoşulanların sayı əvvəlkilərlə müqayisədə iki dəfə böyü-
müşdü. Hamı həsrətlə Mövlana Cəlaləddin Ruminin daxil
olacağını gözləyirdi...
Möminləri çox intizarda qoymayan Mövlana Cəlaləddin
zala daxil oldu. O, əyləşənləri salamladıqdan sonra olub-ke-
çənlər barədə onlara qısaca arayış verdi. Müridləri maraq-
landıran bəzi sualları cavablandırdıqdan sonra Mövlana
söhbətə başladı:
– Bizim dünyamızda var ikən var olanlar çox azdır, la-
kin var ikən yox olanların sayı-hesabı yoxdur. Mürşidi-ka-
mil bizim dünyamızda var ikən əbədi varlığını qazanmışdı.
O, elə bu dünyadaykən Allahla vəhdətdə idi, o, Allahın
dostudur. Quranda şəhadət xüsusunda Tanrı ilə bərabər
mələklər və üləma da anılmışdır, lakin rəbb ancaq daimi
Eşq dənizləri qovuşanda
147
olan Tanrıdır. Şəms Təbrizi şəhadətə yetişmişdir. Onun
hikmətləri bizi əbədi nurlara qarışmağa çağırır, onun dü-
şüncəsi bizə varlığın yoxluqda qərar tutduğunu söyləyir, –
Mövlana Cəlaləddin bu fikirlərin ağır dərk edildiyini bildi-
yindən sözünə fasilə verdi, dinləmədə iştirak edənlərə göz
gəzdirdi və yenidən söhbətinə davam etdi:
– Yoxluğu dərk edə bilməyən adam varlığı necə anlaya
bilər? Varlığın kökü yoxluqda yerləşir, varlıq yoxluqdan qi-
dalanır. Köksüz ağacın əmələ gəlməsi mümkün olmadığı
kimi, kökü ilə əlaqəsi kəsilmiş ağacın da yaşaması mümkün
deyil. Bu mənada, yoxluqdan əlini üzmüş, varlığını bu dün-
ya yaşamında görənlər ölüdürlər. Normal insan dedikdə,
özünün elmi, vicdanı və həyatda qazandığı təcrübəyə əsas-
lanaraq düşdüyü mühitdə və ya cəmiyyətdə yerini müəy-
yənləşdirmiş adamlar nəzərdə tutulur. Lakin normal insan
“yoxluq” dediyimiz varlığı dərk etmək əzmindədirsə, bu-
nun üçün o, əvvəlcə ağlın ağlını oyatmalı, ürəyindən bəd
niyyətləri, nəfsinin afətlərini bir dəfəlik çıxarmalı və nəha-
yət, idrakının qapısını açmalıdır. Bunu bacaran kəs Mərifətə
çatmışdır. O, könlündə Allahın təcəllasını bulmuşdur. Çün-
ki Mərifətə çatana Həqiqətin qapısını göstərərlər!
Bu dünyanın nemətlərinə nifrətlə baxıb, öz “mən”ini
tərksilah edib, yoxluğu dərk etməyə çalışanlar əbədi nura
qovuşacaqlar. Çünki bu, eşqdir. Eşq kimi başqa bir mürşid
yoxdur! Eşq yalnız əbədi olan bir varlığa yönəlməlidir, əgər
o, faniliklə sonuclanan bir şeyə yönələrsə, mənasını itirər.
Eşq Allaha yönəlməlidir. Ondan başqasına aşiq olmaq keçi-
ci haldır. Çünki keçici eşq qızılla, ləl-cavahiratla bəzənmiş
bir gözəllikdir. Onun görünüşü nur, içi isə dumandır. Nur
çəkiləndə duman meydana çıxır və keçici eşq dərhal soru-
lur, donur. Buna misal olaraq baxın, körpə uşaq valideynin-
dən həm qorxur, həm də onu sevir. Onun qorxusu öldürül-
mək qorxusu yox, cəzalandırılmaq qorxusudur. Uşağın sev-
gisi isə onun valideyninin ayrılmaz bir hissəsi olduğundan
gəlir və bu sevgi insanda ölənə qədər davam edir. Artıq bu-
rada fanilik özünü büruzə verir, yəni insan öləndə onun ca-
Elbəyi CƏLALOĞLU
148
nındakı bütün hisslər kimi sevgi hissi də ölür. İlahi eşq isə
ölmür, çünki o, könülə – ruha aiddir, ruh isə Tanrıya bağlı-
dır, Tanrının övladıdır. Deməli, Tanrını dərk etmək istəyən-
lər əvvəlcə, özünün təkcə bədəndən yox, həm də ruhdan
ibarət oluğunu dərk etməli və ruhun birbaşa bağlı olduğu
Tanrıya inam gətirməlidir. Bu inam insandan iç şüurun oya-
dılmasını, ədəbin və vicdanın olmasını tələb edir. Dediyi-
miz gedişi uğurla başa vuranlar maddi dünyanın faniliyinə
yetkinliklə əmin olar və bu zaman onda Allah eşqinə düş-
məyin ilkin yatabı başlayar. Beləliklə, o, həm də anlayar ki,
maddi dünyanın əvvəli olduğu kimi, sonu da var, İlahi eş-
qin isə sonu yoxdur, bu eşq əbədidir, – Mövlana söhbətinə
ara verdi, ətrafına göz gəzdirdi, qarşısındakı kitabları nəzər-
dən keçirdi, rəhildəki Quran kitabını aramla vərəqlədi, son-
ra da qaşlarına sığal çəkərək sağ əlini üzüylə aşağı sürüşdü-
rüb saqqalını sıxışdırdı. O, bir qədər yorğun görünürdü, nə-
hayət fikirli halda qaşlarını dartdı, əlini bir daha üzündə
gəzdirdi, sonra da təkrar saqqalını və boğazını ovuşduraraq
söhbətinə davam etdi:
– Cismani dünyamızda hər nə varsa, mənəvi dünyada
olanların təsviridir, bir sözlə, bu dünya o dünyaya qismən
güzgü tutmaqdadır. Lakin könül sahibi olmayanlar mənəvi
varlığı da elə cismanilikdə axtarır və buna özlərini inanıl-
maz dərəcədə məhkum edirlər. Məsələn, məscid Allahın
evidir, deyirsiniz. Bunu cismani mənada işlətmək Allahı
təhqir etməkdir, çünki siz həm də Qurandan sitat gətirərək
“Allah laməkandır – məkansızdır” deyirsiniz. Bu fikirlər
bir-birinə ziddir. Allahın nə arvad-uşağı, nə var-dövləti, nə
ev-eşiyi, nə yeyib-içməyi, nə də həlası – ayaqyolusu var. Bu
aldadıcı, ötəri ünsürlər insanlara aiddir. Allah isə insanlıq
fövqünün yeddi qat fövqündə dayanan bir varlıqır. Əgər
Allah bütün görüb-görmədiklərimizi, zərrədən tutmuş nə-
həng səyyarələrə qədər mövcud olan hər şeyi, ucsuz-bucaq-
sız əzəmətli dünyanı yoxdan yaradıbsa, Onun özü sizin an-
ladığınız varlıqda necə yerləşə bilər, deməli Allah da yox-
luqda yerləşir. O, boş göylərdə deyil, orada axtarmayın
Dostları ilə paylaş: |