Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə50/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

Eşq dənizləri qovuşanda 
 
155 
X X   F Ə S İ L  
Aşiqlər sultanı və xəlifə 
Yağış yenicə kəsmişdi. Mövlana Cəlaləddin Rumi evdən 
bayıra  çıxdı.  O,  Allahın  nuruyla zinətlənmiş  göylərə  nəzər 
saldı. Birdən şərq tərəfdən ucları az qala yerə dəyəcək göy 
qurşağını  görən  Mövlananın  üzündə  qeyri-ixtiyari təbəs-
süm əmələ gəldi. O, gözünü çəkmədən göy qurşağının yed-
di  rənginin  hər birini  heyranlıqla seyr etdi.  Mövlana  İlahi-
nin  bu  möcüzəsindən  uzun  müddət gözlərini  çəkəmmədi. 
O, gözoxşayan bu mənzərənin sehrindəykən gözlərinə kiçik 
bir nöqtə görünməyə başladı. Göy qurşağının içindən görü-
nən  həmin  nöqtə  get-gedə  yaxınlaşır,  yaxınlaşdıqca  da  ay-
dınlaşırdı. Bu görüntünü diqqətlə izləyən Mövlana Cəlaləd-
dinin sifəti birdənbirə ciddiləşdi, qaşları çatıldı. Buna səbəb 
yaxınlaşmaqda olan naməlum nəsnənin artıq göy rəngli qa-
nadlarının görünməsi idi. İndi Mövlana bu varlığın Allahın 
mələklərindən  biri olduğunu  güman  edirdi.  Lakin  o,  uçub 
gələn mələyin Şəms Təbrizi olduğunu görəndə sevincindən 
ağladı. Mürşidi-kamil yerə enərək, düz onun qarşısında da-
yandı. Mövlana Cəlaləddin onu qucaqlamaq istədi, lakin o, 
heç yerindən tərpənə də bilmədi. Bu hikməti anlamaq belə 
onun  üçün  müşkülə  çevrilmişdi.  Şəms Təbrizi  ona  çox  da 
yaxınlaşmayıb, bir qədər aralıdan dedi: 
– Ey Aşiqlər sultanı, mən sənə harada olacağımı demiş-
dim, sənsə məni yer üzündə aradın – Şamda, Hələbdə, Təb-
rizdə, Xoyda. Bil və agah ol, harda aşiq gördün, bil ki, mən 
ordayam. Məni öz könlündə axtar, mən səndəyəm. Üzümü 
görmək istəsən Səlahəddin Zərkuba bax, onun üzü mənim 
üzümdür!  –  Şəms Təbrizi sözünə  ara verəndə  Mövlana 


Elbəyi CƏLALOĞLU 
156 
onun ayaqlarına döşənmək istədi. Lakin Mürşidi-kamil ona 
mane oldu və – sübh namazının vaxtıdır, indi azan oxuna-
caq, – deyib, birdən-birə qeyb oldu. Bu zaman Mövlana ala-
sərsəm vəziyyətdə yuxudan oyandı, yastığının gözyaşların-
dan islanmış yeri üzünə dəyəndə o, başını qaldırdı. Doğru-
dan  da  məsciddə  azan  oxunurdu.  O,  Şəms Təbrizinin  ona 
“ey Aşiqlər sultanı!” deyə etdiyi müraciəti xatırladı və yata-
ğından durub, fikirli-fikirli dəstəmaz almağa getdi... 
Mövlana Cəlaləddin sübh namazını qıldıqdan sonra ota-
ğına çəkilib bu yuxunu uzun-uzadı xatırlamağa və onu yoz-
mağa çalışdı. Sonra isə durub mədrəsəyə yollandı... 
Bütün bunlar 1249-cu ildə baş verirdi. Sultan Vələd ata-
sının evdən erkən çıxdığını bildiyindən o da mədrəsəyə tə-
ləsdi. Bir azdan onlar görüşdülər. Sultan Vələd atasıyla üz-
üzə oturub, ondan nə baş verdiyini, onun nədən belə qayğı-
lı görsəndiyinin səbəbini soruşdu. Atası ona yuxusunu na-
ğıl  etdi  və  sonra  da,  –  Şəms Təbrizi  doğrudan  da  Allahın 
mələklərindən idi, – deyə əlavə etdi... 
Müridlər yığışmışdı, hamı zalda olsa da, nədənsə Hüsa-
məddin  Çələbi burada  yox  idi.  Mövlana  Cəlaləddin  onun 
gecikdiyini zənn etdi və söhbətini belə bir bildirişlə başladı: 
– Ey möminlər, Allah insanı hər nəfəsdə yenidən yara-
dır!  Şəms Təbrizi,  Konyalı  zərgər Səlahəddin  Fəridun  Zər-
kubun simasında dünyaya yenidən gəlib. Onu sevin, onun 
nuruna Şəms Təbrizi nuru kimi baxın! Bu gündən Səlahəd-
dini müridlərin başçısı və mənim xəlifəm elan edirəm! 
Mövlananın  bu  bəyanatına  yerlərdən  narazılıqlar  baş 
qaldırdı,  müridlər savadsız  hesab etdikləri Səlahəddini  bu 
yüksəklikdə  görmək istəmirdilər. Lakin  bu  dəfə  Mövlana 
yuxuda gördüklərini onlara danışaraq təşəbbüsündə inadlı 
olduğunu bildirdi. Etirazların davam etdiyi bir vaxtda Hü-
saməddin  Çələbi qapını  açıb  içəriyə  daxil  oldu  və  o,  sanki 
qeybdən mürşidinin köməyinə çatdı. Hüsaməddin gecikdi-
yinə görə üzr istədikdən sonra danışmaq üçün Mövlanadan 
icazə istədi. O, razılıq aldıqdan sonra nəfəsini dərib əvvəlcə 
gecəni yata bilmədiyini dedi. Lakin sübh namazından sonra 


Eşq dənizləri qovuşanda 
 
157 
qatı  yuxu  onun  başının  üstünü  kəsdiribmiş.  Hüsaməddin 
Çələbi yuxudaykən Şəms Təbrizinin söhbətində iştirak etdi-
yini  dedi  və  Mürşidi-kamilin  orada  Mövlanaya müraciətlə 
dediyi bu sözləri təkrar etdi: “Ey Aşiqlər sultanı, sən Səla-
həddin  Zərkubun  mənə  bənzədiyindən  xəbərdarsanmı?”. 
Bu zaman  Mövlana  Cəlaləddin  “əlbəttə”  deyə  ona  bağır 
basmışdı. Hüsaməddinin yuxuda gördüklərindən agah olan 
Mövlana üzünü zalda əyləşənlərə tutaraq səsini bir az ucalt-
dı və bu dəfə fikrini daha sərt ifadə etdi: 
– Buna nə sözünüz? Əgər etirazlarınız dayanmazsa, elə-
cə  də  Səlahəddinin  başına  bir  iş  gələrsə,  mən  birdəfəlik 
Konyanı tərk edəcəm! Bilin və agah olun, Səlahəddinin elmi 
bir qədər zəif olsa da, onun helmi var! – Mövlana Cəlaləd-
din bir az fasilə verdi, sonra isə bir qədər sakit tərzdə sözü-
nə  davam etdi,  –  Mən  hələ  yuxuda  Mürşidi-kamilin  mənə 
“Aşiqlər sultanı”  deyə  müraciət etdiyini  sizə  söyləməmiş-
dim,  bunun  birmənalı  qarşılanmayacağını  yəqinləyib fik-
rimdən vaz keçmişdim. Lakin Hüsaməddin Çələbi mənimlə 
eyni  yuxunu  gördüyünü  söylədi,  –  Mövlananın  bu  sözün-
dən sonra məclisə elə bil ki, su ələndi. Müridlər arasında bir 
qədər mübahisəli xısınlaşmalar getsə də, sonda hamı yekdil 
olaraq Mürşidlə razılaşdılar. Aşiqlər sultanı – Mövlana Cə-
laləddin onlara təşəkkür etdikdən sonra söhbətinə başladı: 
– Bu dünya qəflət, ağıl isə onun qəfləti üçün fəlakətdir. 
Çünki  ağıl  qəfləti  parçalayıb  dünyanı  oyandırar.  Ağıllılıq 
nurlar saçan günəş, ehtiras isə od püskürən ifritdir. Ağıllılıq 
su, dünya isə çirkdir. Dünyada ehtiras və həsəd kükrəməsin 
deyə, ağıllılıq o aləmdən çox ahəstə, sızaraq gəlir. Ağıl qeyb 
aləmindən çox sızarsa dünyada nə hünər qalar, nə ayıb; mi-
zan  pozular,  tərəzi  işə  yaramaz;  insanların  vəhdəti olmaz, 
pərəni  pozular.  Ağıl  sızaraq gələndə  onu  bir  beyin  qəbul 
edər, özündə bişirər, sonra da o biri beyinlərə ötürər. Lakin 
o, sel halında gəlsə, onu heç bir baş qəbul edə bilməz, ağıl 
seli su seli kimi dünyanı fəlakətə uğradar, su da sızaraq gə-
ldikdə təbiət ondan yararlanar. Dünyada sudan saf və təmiz 
bir şeyin olmadığı bəllidir. Lakin içilməsə susuzluqdan, çox 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə