Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə49/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

Elbəyi CƏLALOĞLU 
152 
atır,  böyük günah  qazanır,  bununla  da  öz  axirətini  nəinki 
bərbad, hətta darmadağın edirsən. Rüşvət almağa qərar ve-
rən qazi zalımı məzlumdan neca ayıra bilər? Ey rüşvət alan, 
sən fil balası yeməkdəsən! Fil onun balasını yeyən düşmən-
dən  qisas  alar,  onu  öldürər.  Fil balalarının  anaları  qan  gü-
dər. Ey rüşvət alan, sənə düşmən olan fil sənin kökünü qa-
zar, səni məhv edər! Fillər balasının qoxusunu bilirlər. Hiy-
lələrə uyanı qoxu rüsvay edər. Haqq qoxusunu Yəməndən 
duyan  ulu  Tanrı  məndəki batıl  qoxunu  necə  duymaya bi-
lər?! Mustafa da uzaq yoldan qoxu hiss edər və ağzımızdakı 
gözəl qoxunu necə almaz?! O, bunu duyar, amma üzümüzə 
vurmaz, örtər. Yaxşı qoxu da göylərə çıxar, pis qoxu da. Sən 
yatıb durarsan, o haram qoxu isə bu yaşıl səmaya qalxıb da-
yanar. Sənin çirkin nəfəslərinə yoldaş olub fələk də qoxuları 
alanlara qədər gedər. Qürur, ehtiras, şəhvət qoxusu söz söy-
ləyərkən sarımsaq kimi iy verər. Bu cür qoxu üzündən dua-
lar rədd edilər. O pis ürək, sözlə özünü göstərər. O duaya 
“Səsinizi kəsin!” cavabı gələr. Azğının cəzası onu qovan çu-
buqdur. Hər bir cəza və ya mükafat edilən əməllərə görə ve-
rilir, çünki eşşəyə olduğundan artıq dəyər verərsən, özünü 
yarış  atı  zənn  edər. Lakin  sözün  əyri,  özün  doğru  olsan  o 
söz  əyriliyi  də  Tanrıya məqbuldur.  Ehtirasla  dolu alçaqlar 
və haram yeyənlər məhşər günü donuz şəklində, zina edən-
lərin məlum yerləri qoparaq, şəraba aludə olanların ağızları 
iylənərək diriləcəklər. Özünə gəl! Tövbə et! Allahına qayıt! 
Üzün qırmızı olması insanın rifah və səadətindən xəbər ve-
rir, sarı üz isə insanın məşəqqət və bəla içində olduğunu bil-
dirir,  bunları  bir-birindən  ayıra  bil!  İnsanları  sev,  onlara 
mərhəmət  et,  dara  düşənlərə  yardımçı  ol,  yolunu  azanlara 
tövbə etməyi təlqin et! Halal qazancdan əldə edilən loğma 
nuru və kamalı artırar. Elm və hikmət də, eşq də halal loğ-
madan  doğar!  –  Mövlana  bununla  da  bu  günkü söhbətinə 
son  qoydu  və  nəfəsini  dərdikdən  sonra  iştirakçılara sabah 
Səma rəqslərinin  təşkil olunacağı  barədə  elan  verdi.  Lakin 
bu  dəm  ona  bir  namə  uzatdılar. Naməni  zalda  əyləşənlər-
dən biri imzasız olaraq yazmışdı. O, ölümdən qorxduğunu 


Eşq dənizləri qovuşanda 
 
153 
və  bu barədə  söhbət  düşəndə  canına  vəlvələ  düşdüyünü 
qeyd  edirdi.  Namənin  sahibi artıq  yaşlandığını  yazaraq, 
ölümdən  qorxmaması  üçün  ona  bir  şeylərin  öyrədilməsini 
rica  edirdi.  Mövlana  Cəlaləddin  namədə  onu  yazanın  adı-
nın  göstərilmədiyinə  görə  əvvəlcə  gülümsündü  və  bu za-
man  zaldakılardan  biri  onun  diqqətini  özünə  çəkdi.  Lakin 
Mövlana  üstünü  vurmadan  üzünü  ümumi  əyləşənlərə  tu-
tub danışmağa başladı: 
– Siz ölümsüzlük qaynağından gəlirsiniz, ölüm sizə to-
xunmaz. Siz Allahın  yer  üzündəki  taxtısınız.  Ölüm  ruhun 
başqa bir aləmə doğuş hadisəsinin sancısıdır. Yəni bu, fani 
dünya üçün adi ölüm olsa da, baqi və əbədi olan aləm üçün 
adi doğumdur! Həllacı Mənsur buyurmuşdur ki, ölüm ger-
çək  deyil,  bu  bir  dəyişmədir,  bir  görünüşdür,  ona  görə  də 
insanın  yaşamı  ölümündə,  ölümü yaşamındadır.  İnsanın 
bədəni buğda dənəsi kimidir. Buğdanın toxumu yerə düşüb 
ölməzsə o, yalnız qalar, fəqət ölərsə, yəni torpağa basdırılar-
sa  çox  məhsul verər. Canını  ölümdən  qorumaqla sevənlər 
əksinə onu zay etmiş olarlar, bu dünyada canına nifrət edən 
kəslər onu əbədi həyat üçün saxlayanlardır. 
Amma  unutmayın  ki,  insan  haranı  abad  edirsə,  orada 
qalmaq istəyər.  İnsan  haranı  bərbad  edirsə  oradan  qorxar. 
Əgər sən ailəni pis vəziyyətə salmısansa, oraya getməkdən 
çəkinirsən,  çünki ailəndə  hamı  sənin  üzərinə  qalxacaq,  ya-
xınların arasında hörmətini, nüfuzunu itirdiyini biləcəksən. 
İşini və ya iş yerini bərbad edənlər isə eyni ilə iş yerindən 
qorxar, oradakı çəkişmələr onu dinc qalmağa həsrət qoyar. 
İnsan bərbad elədiyi yerə getmək istəməz. Axirətini bərbad 
edənlər  də  beləcə  ölümdən  qorxar.  Ölümdən  qorxursansa, 
deməli axirətin barəsində düşünməmisən, onun abadlığına 
gümanın  yoxdur.  Qarşıda  sirat körpüsünün  olduğunu 
unutmusan. Bu, qıldan nazik, qılıncdan iti elə bir körpüdür 
ki,  onun  üstünə  ayaq basanda  axirətinin  abadlığına  zərrə 
qədər tərəddüd  etməməlisən,  yoxsa ayağın  büdrəyər və 
qorxunc  bir  faciə  ilə  üzləşərsən.  Sirat körpüsünün  altında 
qaynar qır qazanının olduğunu unutmaq olmaz! Bax, buna 


Elbəyi CƏLALOĞLU 
154 
görə  də,  ölümü sevmək gərəkdir,  bu  məqsədlə  axirətini 
abad etməlisən. Bunun da yolu hər cür imkanını Allah yo-
lunda  sərf etməkdən  keçir. Allah yolunda  bir  şeyini  sərf 
edirsənsə,  onun  mükafatını  qat-qat artığı  ilə  alacaqsan.  Bu 
dünya  axirətin  əkin  yeridir,  burada  nə  əkdinsə,  orada  onu 
biçəcəksən. Bil ki, canı verən və alan Allahdır! Ölüm Tanrı 
qulları üçün şəkər kimi dadlıdır. Tanrı qulları eşq yolçuları-
dır.  Eşq  yolunda  ancaq  şam  kimi əriyənlər ənbər kimi ətir 
saçar! Buna görə də, ölərkən gülməyən kimsəni şama bən-
zətmə! Ölümü qorxunc göstərən və onu çətinləşdirən vücud 
qəfəsidir.  Vücudu  bir  sədəf kimi  qırdığın  zaman,  ölümün 
bir inciyə bənzədiyini sən də görəcəksən! – Mövlana bu söz-
ləri dedikdən sonra çox sərt bir yay götürüb, onu öndə əylə-
şənlərdən birinə verdi və ondan yayı dartmasını xahiş etdi. 
Yayı götürən mürid nə qədər əlləşsə də onun kəndirini dar-
ta bilmədi. Bu zaman Mövlana Cəlaləddin bunu zaldakılara 
nümayiş etdirərək sözünə davam etdi: 
–  Bu yaya  Xarəzm yayı  deyərlər.  Çox  sərt və  möhkəm 
yaydır, amma ən uzaq məsafəyə ox atmaq üçün məhz gör-
düyünüz yaydan istifadə edirlər. Bu yayı çəkmək hər igidin 
hünəri deyil. Sən Xarəzm yayını çəkmək üçün gərək neçə-
neçə adi yayı sındırasan ki, qolunda güc, dizində taqət, ürə-
yində təpər əmələ gələ. Birdən-birə bu yayı çəkmək müm-
kün deyil. Ölüm də eynilə bu gördüyünüz Xarəzm yayı ki-
midir. Ölüm də belədir! Ondan qorxmamaq üçün gərək axi-
rətini  düşünəsən,  onu  qətrə-qətrə  qazanasan.  Bunun  üçün 
Allahı  sevərək  Onun  yaratdıqlarına  mərhəmət göstərəsən, 
insanlarla xoş davranasan, əl tutasan, dada yetəsən. Gərək-
dir ki, könlünə mərhəmət, xeyirxahlıq duyğusu hakim ola, 
qəlbində  kin  qalmaya,  şeytana  lənət  deyəsən.  O  zaman 
ölüm sənin üçün vahiməli və qorxunc olmaz, çünki axirətdə 
cəzan  olmayacağına  əmin  olacaqsan!  –  Mövlana  Cəlaləd-
dinin bu günkü söhbəti bununla başa çatdı. Müridlərsə san-
ki həsrət çəkmişdilər, mürşidlərindən ayrılmaq istəmirdilər. 
Amma son sözü yenə də vaxt dedi... 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə