Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə44/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

Elbəyi CƏLALOĞLU 
136 
raxma, o, səni göylərə çəkəcək sağlam bir ipdir! 
Hüzurda  görünən  biədəb  insan  görünməyəndən  daha 
xoşdur, çünki xalq ona əyri gözlə baxsa da, o artıq qapımız-
dadır, o, könül hovuzunun kənarında gəzib dolaşır. Biz onu 
bu hovuza dəvət etməli, onu bu saflaşmaya sövq etməliyik. 
Könül bədən  hovuzunda  çamıra bulaşar,  bədən  isə  könül 
hovuzunda  arınar,  saflaşar.  Bədən  dənizi ilə  könül  dənizi 
bir-birinə bitişikdir, lakin aralarında bir boğaz var ki, onları 
qarışmağa qoymaz. İstər doğru ol, istər əyri, o könül hovu-
zuna doğru gəl, gələnlərdən geri qalma! 
Bilginin  iki  qanadı  var,  şübhəninsə  tək. Zənn  etdiyin, 
şübhə  ilə  yanaşdığın  şey  nöqsandır,  o,  təkqanadlıdır,  ona 
görə  də  uça bilməz.  Elə  ki,  şübhələrdən  qurtardın,  bu  za-
man bəxtin açılar və yuvana doğru rahat uçarsan. Bəxtin ye-
ni bir uşaq doğmadıqca qanın şirin süd halına gəlməz! 
Özünü  ustadı  ilə  eyni  görən  mürid  əxlaqdan  və  ədəb-
dən uzaqdır. Əxlaq və ədəb – insanı heyvandan fərqləndi-
rən  əlamətdir.  Hüzurunda  gizli və  aşkarı  eyni  olan  bütün 
aləmlərin Ustadıdır. Ustası ilə özünü bir tutan insan isə ka-
firlərin  quludur.  Yaradılmışlara  Tanrı  nuruyla  deyil,  Tanrı 
atəşiylə  baxanlar  yaxşılıqdan  qafil  olar,  pislikdə  qalarlar. 
Yaxşılığı  pislikdən  ayıra bilməyənlər,  yaxşılıqdan  da  qafil 
olarlar,  pislikdən  də. Nəfs  –  daş  ürəkli acgöz kafirdir,  o, 
yeddi dənizi içər, yenə də coşğunluğu azalmaz, gözü doy-
maz. Nəfsinə hakim ola bilməyənlər başını o yerdə qaldırar 
ki,  övladları  susuzluqdan  yanıb  yaxılır,  atəşə  çevrilir və 
onun özünü yandırırlar. Bil ki, budaqlar, yarpaqlar torpağın 
həbsindən  qurtulan  kimi  başlarını  yüksəldir,  Yaradanın 
dostu və yoldaşı olurlar, sən də Allahın  dostu olmağa can 
at, çaba göstər, mömin ol! Peyğəmbər buyurub ki, möminlər 
bir-birinin aynasıdırlar, – Şəms Təbrizi bu an bir az dayan-
dı,  nəfəsini  dərdi,  bur  qurtum su aldı  və  bu zaman  onun 
söhbətlərindən  təsirlənmiş  müridlərindən  biri sual vermək 
üçün izin aldı: 
– Ey Mürşidi-kamil, mən sizi özümdə tapmaq istəyirəm, 
mən  sizə  tapınmaq arzusundayam,  bunun  üçün  nələri bil-


Eşq dənizləri qovuşanda 
 
137 
məyim vacibdir? – Müridini sonacan dinləyən Şəms Təbri-
zinin  çöhrəsində  məmnunluq ifadə  olundu  və  üzünü  ona 
tutaraq sualı cavablandırdı: 
– Bədənini burax və gəl, çünki qul ilə Tanrı arasındakı 
pərdə  bədəndir.  Bədən  dörd  şeydir:  boğaz,  tənasül aləti, 
mal və mövqe. Bunlar həm də nəfs və dünya həvəsi demək-
dir. Ariflərin isə əlaməti üçdür, bunlar qəlbin fikirlə, bədə-
nin xidmətlə, gözün yaxınlıqla məşğul olmasıdır. Arifin nə-
zərində dünyanın əhəmiyyəti, axirətin əsəri, Tanrının əvəzi 
olmaz.  Elm  də  üç  şeydir,  zikr  edən,  yəni  Allahı  anan  dil, 
şükür edən ürək, səbir edən bədən. Elmi olmayan bir bədən 
susuz bir şəhərdir. Elmin faydalı, əməlin sağlam, sözün də 
öyüdverici olması  lazımdır.  Elmi  asanlıqla  axtaran  zəhmət 
çəkər. Bilgində və ya məlumatında da üç xüsusiyyət olmalı-
dır:  yumşaqlıq,  başqasının  malında  gözü olmamaqlıq,  çə-
kinməklik. Bütün əlamətlərin ən böyüyü isə iki şeydir, biri 
elm,  o  birisi helmdir.  Bu  sadaladıqlarımız  bir  hikmətdir. 
Hikmət də üç cürədir, birincisi söz, ikincisi ibadət, üçüncü-
sü gözdür.  Söz  hikməti alimlərin,  ibadət hikməti  mömin-
lərin, göz hikməti isə ariflərindir. Bax, bu dediklərimi dərk 
etsən  həm  mənə,  həm  də  Allahın  Hz.Məhəmməd  eşqinə 
yaratdığı yeddi dəryadan biri olan fağır dəryasına tapınmış 
olarsan,  –  Şəms Təbrizi fikir bildirdikdən  sonra müridinin 
cavabdan  razı  qaldığına  onun  üz  cizgilərindən  əmin  oldu. 
O, bundan sonra söhbətinə davam etdi: 
– Ey başqasının üzündə pis bir “mən” görən insan, gör-
düyün sənin öz mənliyinin əksidir, ona nifrət etmə! Qoyu-
nun qurddan qaçması təəccüb doğurmaz, insanı heyrətə gə-
tirən qoyunun qurda könül verməsidir. Torpaq kamil ada-
mın  əlində  altuna  çevrilər,  naqis  adamın  əlində  isə  altun 
toz-torpağa dönər. Kamil adamın əli Tanrı əlidir, naqis ada-
mın  əli  şeytan,  ifrit  əlidir.  Kamilə  görə  bilgisizlikdə  də  bir 
bilgi var, naqisin bildiyi isə bilgisizlikdir. Fərasət sahibləri-
nin iştahası səbirdir, fərasətsizlər halva sevərlər. Dəyərli söz 
söyləmək istəyirsənsə, səbir et! Səbir edənlər göylərə yüksə-
lər,  halva yeyənlər toz-torpağın  içindən  onları  seyr  edər. 


Elbəyi CƏLALOĞLU 
138 
Sağlamlığı  qorumaq  sağlamlıq  axtarmaqdan,  günahlardan 
qorunmaq tövbənin  qəbul  olunmasını  istəməkdən  daha 
asandır! 
Dünyada  ayrı-ayrılıqda  çirkin  olan  heç  bir  şey  yoxdur. 
Küfr belə çirkin deyil, amma o, iman ilə qarşılaşanda çirkin 
olur. İman Allah sevgisi deməkdir. Sevgidən acı şirinə, mis 
qızıla çevrilir,  bulanlıq  sular  durulaşır,  dərdlər  şəfa tapır. 
Sevgisi olmayan bədənin ölüdən nə fərqi?! Sevgidən ölü di-
rilir.  Sevgidən  padşah  Tanrıya  qul  olur,  Allahın  köləsinə 
çevrilir, Haqqa gəlir. Nöqsanı olan bilgi eşq doğura bilməz, 
doğursa da bu, eşqə bənzər cansız, bayağı bir şey olar. Nöq-
sanlı bilgi sahibi, dilədiyi bir şeyin rəngini görəndə, fit sə-
sində sevgilisinin səsini duyurmuş kimi olur, o, şimşəyi gü-
nəş sanır. Ani bir vaxtda vəfasızcasına parlayıb sönən, keçi-
ci bir şeyi əbədi olanla necə qarışdırmaq olar?! Şimşək onun 
nuruna  könül  bağlayana  gülər. Şimşək gözün  nurunu  alır, 
əbədi nur isə gözlərə yardımçıdır. Tanrı nuru tükənməzdir. 
Bu üzdən də Peyğəmbər əfəndimiz ağlında nöqsanı olanla-
ra “məlun” dedi, onları lənətlədi. Tanrıdan uzaq düşənlərin 
kafirliyi ağıl nöqsanından irəli gəlmişdir. Zira nöqsanlı ağıl-
ları  tamamlamaq mümkündür.  Ehtiras  üzündən  aqibəti 
görməmək, öz könlünə, öz ağlına gülməkdir. Ağlın xassəsi 
işin sonunu görməkdir. Aqibəti görməyən ağıla nəfs hakim-
dir. Nəfsə məğlub olan ağıl, nəfs halına gələr! 
Hal və  məqam  da  mövcuddur.  Bunlar  nədir?  Anlam 
üçün deyim ki, hal gözəl bir gəlinin cilvəsidir, məqam isə o 
gəlinlə xəlvətdə olub, onun vüsalına çatmaqdır. Gəlinin cil-
vəsini onun çevrəsində olan istər padşah olsun, istərsə kölə, 
hər kəs görür, lakin onun vüsalı yalnız bir nəfərə məxsus-
dur. Eyni ilə sufilər içində də hal əhli çoxdur, amma onların 
arasında məqama çatanlar çox az saydadır. 
Cəbrlə ixtiyarı bir-birindən ayıra bil! İnsan xəstəliyi qar-
şılığında canındakı hərarətdən əlləri titrəyirsə, burada titrə-
yən əl və titrədən əl var. Bu titrəmə onun öz ixtiyarında de-
yil, deməli bu cəbrdir. Əgər insan rəqs edirsə və əllərini tit-
rədib-titrətməməsi onun öz ixtiyarındadırsa, öz istəyilədir-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə