Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə37/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

Eşq dənizləri qovuşanda 
 
115 
olur.  Əvvəlinə  əvvəl olmayan  bir  zamandan  bəri  insanlar 
bir-birinin  eynidir,  birdir  onlar.  Ey  hikmət sahibi,  sənin 
inandığın, lakin imkanın xaricində olan bir şeyi oğlun edə-
cəkdir!  Onun  etdiyi sənin  etdiyindir!  Bu  dünyadan  gedən 
kişilər  yox  olmamışlar,  onlar  Tanrı  sifətinə  bürünmüşlər. 
Onların sifəti Haqqın sifəti qarşısında Günəşin qarşısındakı 
ulduzlar kimidir.  Bu,  Quranda  belə  sübut  edilir:  “Onların 
hamısı hüzurumuzdadır!” 
Peyğəmbər buyurmuşdur ki, Allah və Onun ümməti zə-
manə  tufanına  gəmi kimidir,  kim  o  gəmiyə  mindisə  xilas 
olundu,  qurtuldu.  Demək,  İslamı  qəbul etməyənlər,  Tanrı 
nurları ilə şölələnməyənlər, Allah eşqi ilə yaşamayanlar zə-
manə tufanında yox olacaqlar. Allah eşqi ilə yaşamayanla-
rın ağzından yaxşı söz çıxmaz. Kiçik bir alov böyük bir me-
şəni  yandırdığı  kimi,  ağızdan  çıxan  nalayiq  söz  də  böyük 
bir insan kütləsinin qəlbini ağrıdar, ürəyini yandırar. 
Balığın  bilinən  tərəfi  onun  suda  yaşamasıdır.  Əgər hər 
hansı bir heyvanın sudan qaçdığını, su qorxusu ilə öldüyü-
nü görsən, demək, o, balıq deyil. Ey möminlər, bilin ki, Tan-
rı nurunun imama qədər səf-səf dayanan yeddi yüz pərdəsi 
var! Hər pərdənin  arxasında  bir  qövm  dayanır.  Bir  sözlə, 
Allah istədiyini istədiyi vaxt qəfildən yaradır, – Şəms Təbri-
zi bunları deyib sözünə ara verdi. Bu zaman dinləyənlərdən 
biri onun sonuncu sözünün təsdiqi üçün bu qış günündə bir 
dəstə təzə qızılgül görmək istədiyini dedi. Elə sözgəlişi dilə 
gətirilmiş bu istəyi eşidən kimi Şəms Təbrizi qalxıb otaqdan 
çıxdı  və  dərhal  da  geriyə  qayıtdı.  Əlində  gətirdiyi  qızılgül 
dəmətini isə həmin adamın qarşısına qoydu. Hamının təəc-
cübdən çaşdığını görən Şəms Təbrizi, – yox, bu, kəramət de-
yil,  dostların  diliylə,  niyyətiylə  oldu.  Uca  Tanrı  arzunuzu 
yerinə  yetirməkçün  qaibdən  bu  gül  dəmətini  göndərdi,  – 
dedi. Bu hadisədən əksəriyyət heyrətlənsə də, bunu sırf tə-
sadüf  və  əvvəlcədən  hazırlanmış  qurğu  kimi qiymətləndi-
rənlər də tapıldı. Bu zaman alimlərdən biri ayağa duraraq, – 
mən ancaq ağlabatan möcüzəni möcüzə hesab edirəm, – de-
di. Şəms Təbrizi onun sözünü də cavabsız qoymadı və – o 


Elbəyi CƏLALOĞLU 
116 
sənin dediyin şey möcüzə deyil, möcüzə ağlın dərk etmək-
də  aciz qaldığı  şeydir,  –  dedi.  Bu  fikirdən  sonra  zalda  bu 
səpkidə xısınlaşmalar, pıçıldaşmalar oldu, lakin söz-söhbətə 
məhəl qoymayan Mürşidi-kamil “mənasız söz su üstünə ya-
zılan yazıdır, o qələmin ucundan qopan kimi yoxluğa düçar 
olar” deyib nəfəsini dərdi və yenidən söhbətinə davam etdi: 
– Səbiri olanlar imanı ilə baş tacı olarlar, səbiri olmaya-
nın  imanı  da  yoxdur.  Tanrı  şükür  edənin  nemətini  çoxalt-
mağı vəd etmişdir. Necə ki, səcdənin qarşılığı Tanrıya yaxın 
olmaqdır. Səbirin nə qədər geniş olsa, nurun da o qədər çox 
və parlaq olar. Zahirdə nur olmadıqda rənglərin görünməsi 
də mümkün deyil, düşüncənin, xəyalın rəngi də belədir. Za-
hirdəki rənglər günəşin  nuru ilə  görünür,  daxilin  rəngləri 
isə  uca  nurların  əksiylə,  baqi Günəşin  şəfəqləriylə  sayrışır. 
Göz  nuru  da  könül  nurundan  əmələ  gəlir.  Adi  halda  göz, 
bir ayna kimi daşın, ağacın, gülün, dənizin əksini göstərir. 
Gözün könüldən gələn nurları isə yaranmışların uca Tanrıy-
la əlaqəsinə sirayət edir. Allaha sidq ürəkdən bağlı olmaq, 
gözə  könül  nurlarının  cəlb  olunması  deməkdir.  Qulaq  da 
belədir, bir var ki, o, adi səsləri eşidir, bir də var ki, bununla 
yanaşı həm də səsin ruhunu duyur. 
Çəkdiyimiz misallardan da aydın olur ki, adi halda bu 
aləm də daim məhvə uğrayıb dayanır, bu aləmdəkilər də. O 
aləmlə o aləmə gedənlərsə daimi və əbədidir. Lakin dünya 
həzzinə  aludə  olanlar  könül  nurlarından  uzaqdadırlar. 
Dünya  həzzini  su  ilə  müqayisə  etsək,  ortaya  belə  bir 
anlatma  çıxar:  Suyun  gəminin  içinə  dolması  onun  batması 
deməkdir,  altındakı  su  isə  onun  hərəkətinə  yardımçıdır. 
Burada  su  ilə  müqayisə  etdiyimiz  dünya ləzzətini  içində 
gəzdirənlər batan  gəmiyə  bənzəyirlər,  onun  üzərində  gə-
zənlər isə daim diri və durudurlar. Bu aləmin də sonu yox-
dur, bu aləmə aşiq olanların da. O aləmin əhli olanlar əbədi 
və saf bir aradadır. Kərəm ona deyərlər ki, insan özünə onu 
əbədi  edəcək  abı-həyatı  versin!  Dünyaya gəlmək  Tanrıdan 
qafil olmaqdır. Ona görə də, dünya qazancı üçün yollar ax-
tarmaq  boş  bir  şeydir.  Buradan  nəticə  çıxartsaq,  caiz  olan 


Eşq dənizləri qovuşanda 
 
117 
şey - dünyanı tərk etmək üçün çarələrə baş vurmaqdır. Hiy-
lə və çarə zindanı dəlib çıxmağa deyirlər. Unutmayın ki, bu 
dünya  zindandır,  biz  də  məhbuslarıq.  Zindanı  dəl,  özünü 
qurtar! Könlünü oyaq tut! Gözləri açıq olsa da, lakin könlü 
yuxuda olan nə qədər adamlar var, zatən su və torpaq əhli 
olanın gözü nə görə bilər? Fəqət könlü oyanıqlı olanın gözü 
yatsa belə,  könlündə  yüzlərcə  göz  açılar. Peyğəmbər  “gö-
züm yatar,  amma qəlbim  necə  yata bilər,  buna  imkanmı 
var?!” dedi, – Şəms Təbrizi bu sözləri dedikdən sonra əlləri-
ni  ovuşduraraq  əyləşənlərə  nəzər saldı.  Elə  bu vaxt  dinlə-
mədə əyləşənlərdən biri sual vermək istədiyini bildirdi. O, 
mürşidinin razılığını aldıqdan sonra dedi: 
– Siz insanlara kütləvi şəkildə ölməyimi məsləhət bilirsi-
niz? – onun bu rişxəndlə əhatələnmiş sualına Şəms Təbrizi 
acı-acı gülümsədi və müridinin gerizəkalılığına heyfsləndi-
yini başını bulamaqla ifadə edərək dedi: 
–  Mənim təlqin  elədiyim ölmək  deyil,  əksinə  dirilmək-
dir,  “ölüm”  adlandırdığımız  əbədi  dünyaya getmək  üçün 
sınaqlarla üzləşdiyimiz müvəqqəti ömrümüzü  diri yaşa-
maqdır. Bunun üçün dünyanın aldadıcı gözəlliyinə, naz-ne-
mətinə  uymamaq,  var-dövlətə  könül  verməmək və  özünü 
Allahla bütövləşməyə  sərf etmək gərəkdir.  Əks  halda,  biz 
əsl ölüyük. Belə  isə  Allahın  verdiyi cismani  ömrə  qəsd  et-
məyə heç kəsin ixtiyarı yoxdur, ağılsız, şüursuz surətdə bə-
dəni tərk etmək heç də Allaha qovuşmaq deyil, əksinə Yara-
danın iradəsinə zidd çıxmaqdır. Lakin bu ömür ruhun əbə-
diyyətə kamil olaraq qovuşmasına xidmət etməlidir. Çünki 
insan Haqq dünyasındakı yerini məhz bu dünyada öz əməl-
ləriylə  müəyyən  edir.  Müəyyən  etmədiyin  yerə  necə  gedə 
bilərsən? Beləliklə, biz insanlara ölməyi deyil, “mən”ini öl-
dürməyi,  nəfsinə  hakim kəsilməyi,  ölməkdən  öncə  axirəti 
qazanmağı  təlqin  edirik.  Ölümə  gəldikdə  isə  ondan  qorx-
maq lazım  deyil. Bilirsinizmi,  ölüm  nəyə  bənzəyir? Təsəv-
vür edin ki, bir adamın kürəyinə ağır bir şey yükləyirlər və 
onu ya dağa dırmandırır, ya da bataqlığa çəkirlər. Min cür 
zülmlə dırmanmağa çalışdığı vaxt birisi gəlib onun arxasın-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə