Elbəyi CƏLALOĞLU
112
Səma rəqsləri başa çatdıqdan sonra Şəms Təbrizi ilə
Mövlana Cəlaləddin birbaşa evə gəldilər. Bir tərəfdən yor-
ğunluq, bir tərəfdən də qısqanclıq hissləri Şəms Təbriziyə
əməlli-başlı təsir etmişdi. Onun bu halı Mövlana Cəlaləddi-
nin gözündən qaçmadı. Lakin Mövlanaya Əlaəddinlə bağlı
bir şey deməyi Şəms Təbrizi özünə sığışdırmadı...
Şəms Təbrizi ayrıca bir otağa çəkilib fikirli halda otur-
muşdu. Kimya xatun isə qadınlarla bağı seyr etməyə çıxdı-
ğından ərinin gəldiyindən xəbərsiz idi. Mürşidindən hali ol-
maq istəyən Mövlana Cəlaləddin onun yanına gəldi və
mürşidinin həddən ziyadə fikirli, eyni zamanda gərgin ol-
duğunu gördü. Bu zaman o, çıxıb qadınlardan təcili Kimya
xatunu tapmalarını xahiş etdi və – Şəms qanıqaradır, Kimya
xatun gələrsə, mürşidi ovundurar, – deyə əlavə etdi. Mövla-
na sözü deyib mürşidini tək qoymamaq üçün onun yanına
qayıtdı. Lakin o, içəri daxil olanda gördüklərinə mat qaldı,
təəccübdən gözləri böyüdü. Mövlananın Kimya xatunun ar-
dınca göndərdiyi qadınlar heç bu tapşırığı yerinə yetirməyə
macal tapmamış Kimya xatun hardansa peyda olub otaqda
Şəmslə yanaşı oturmuşdu. Şəmsin də eyni açılmışdı, xanı-
mıyla deyib-gülürdü. Mane olmamaq üçün Mövlana otaq-
dan çıxdı və ətrafda fikirli-fikirli var-gəl etməyə başladı. Bu
zaman Mövlana Cəlaləddin, Şəms Təbrizinin onu çağırdığı-
nı eşidib yenidən otağa daxil oldu. O, Şəms Təbrizini tək
görüncə heyrətini gizlədə bilmədi və ondan “Bəs Kimya xa-
tun hara getdi?” deyə soruşdu. Şəms Təbrizi gülümsünürək
“Tanrı məni o qədər sevir ki, istədiyim qiyafədə yanıma gə-
lir. Sən görən anda O, Kimya xatunun surətində gəlmişdi”,
– dedi. O vaxtdan Şəms Təbrizinin bu möcüzəsini Mövlana
Cəlaləddin tez-tez xatırlayacaq və onu yeri gəldikcə mürid-
lərinə nağıl edəcəkdi...
Eşq dənizləri qovuşanda
113
X I V F Ə S İ L
Seyfullahın qüdrəti
1246-cı ilin dekabr ayı idi. Qış fəsli yenicə girmiş olsa da,
dümağ qanadlarını təbiətin üstünə elə gərmişdi ki, sanki
onu yırtıcılardan qoruyurdu. Evlərdə qalanmış qızdırıcı
odun sobasının borusundan tüstü qarışıq çıxan qurumlar
yaxın ətraflarda qarın üstünə qapqara ləkələr salırdı. Dəstə-
dəstə qarın üstünə qonan sərçələr dimdikləriylə axtardıqla-
rını tapa bilmədiklərindən cikkildəşərək sanki bir-birinə şi-
kayət edirdilər. Mədrəsədə isə dərs vaxtı idi. Mürşidi-kamil
Şəms Təbrizi möminlərin, müridlərin qarşısında yenə də
dürlər saçırdı:
– “Sultan – Tanrı kölgəsidir” deyirlər. Amma Tanrının
aləmi nur içində nur, ləzzət içində ləzzətdir. O aləm qüdrət
içində qüdrət, kərəm içində kərəmdir. Sultan və ya padşah
qismində görünən kölgə aləmi isə pislik, çirkinlik, fanilik və
zövqsüzlük aləmidir. O, necə olur ki, Tanrı kölgəsi olur?
Əgər ortada bir şah varsa və onda şahlığın mənası parlayır-
sa, bu, çox yaxşı bir şeydir. Lakin şah öz mövqeyindən yal-
nız şəxsi mənafeyi üçün istifadə edirsə, həmin mövqedə
nəfsinin qurbanına çevrilirsə, bu, artıq şahlıq deyil, iblisin
qulu, ifritin köləsi olmaqdır. Sultanlıq, şahlıq möhtərəmli-
yin və məhrəmliyin aynası olmalıdır. Ağaca olan maraq və
sevgi onun meyvəsi üçündür. Meyvəsiz ağac yandırılmaq-
dan başqa heç nəyə yaramaz!
Tanrı möhnət və iztirabla peyğəmbərləri yaratdı ki, hə-
səd meydana gəlsin, çünki kimsə Tanrıya həsəd aparmaz.
Xalq isə peyğəmbəri özü kimi insan bildiyindən əvvəlcə ona
həsəd apardı, lakin peyğəmbərin böyüklüyünə əmin olduq-
Elbəyi CƏLALOĞLU
114
dan sonra heç kəs ona həsəd aparmadı, əksinə inam gətirdi-
lər. Bir sözlə, həsəddən inam doğdu. Beləliklə, Allah həsədi
inamla sonuclanması üçün yaratdı. Allahın yaratdığı bütün
hisslər saflığa istiqamətlənmək, paklığa yönlənmək üçün-
dür, lakin bu ünsürləri çirkin məqsədlərə yönləndirməyin
axirət cəzası da özü dəyərindədir.
Peyğəmbərə olan həsədin inamla əvəz olunmasından və
ya insanların peyğəmbərləri özlərinin fövqündə görmə-
sindən, Allahın elçisi olduğunu qəbul etməsindən sonra ye-
ni bir həsəd yarandı. Bu həsəd nəticəsində hər dövrdə pey-
ğəmbər yerinə bir vəli yarandı və bu hal qiyamətə qədər da-
vam edəcəkdir. Vəli – diri və fəal imamdır. O, nura bənzə-
yər, ağıl isə onun cəbrailidir.
Biz həqiqi meynəyik, ulu Tanrı isə bağbandır. O, bizdə
olub meyvə verməyən budaqları qoparır, meyvə verən hər
bir budağı isə daha çox versin deyə budayır. Bu mənada
peyğəmbərlər daha artıq əziyyətlərə, zəhmətlərə uğradılar.
Onların çəkdiyi məşəqqət dünyada yaşayan bütün xalqların
çəkdiyi məşəqqətdən dəfələrlə böyükdür, çünki peyğəm-
bərlərin canı bütün canlardan daha böyük, daha üstündür.
Ona görə də, onların uğradığı bəlalarla başqa bir tayfa üz-
ləşmədi. Bütün böyük nailiyyətlər əziyyətdən, zəhmətdən
keçir, necə ki, körpənin doğuşu doqquz aylıq zəhmətdən
sonra şiddətli sancılarla baş verir.
İnsanlar sayılıdır, çoxdur, amma iman birdir, yəni cisim-
ləri çox, canları təkdir. Can dedikdə isə bütün diri bədənlər-
də olan ruhların bağlı olduğu, bu ruhların fövqündə duran
daha böyük Ruh nəzərdə tutulur. “Allah” dediyimiz o bö-
yük Ruh da maddi dünyamızdakı Günəş kimidir. Günəş
birdir, lakin onun sayı bilinməyən şəfəqləri bütün kainata
yetərlidir. Günəşi Allahla, onun şəfəqlərini isə diri bədəndə-
ki ruhlarla müqayisə etmək olar. Şəfəqlər varsa, onları saçan
günəş də var; İlahi nurlar varsa, baqi Günəş də var; ruhlar
varsa, Allah da var!
Göydəki tək günəşin nurları evlərə dolunca yüzlərlə nur
olur, lakin divarları qaldırdınmı, yenə də nur bir və bütöv
Dostları ilə paylaş: |