Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə33/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
93 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
DRAMATURGİYA 
  
 
QAÇAQ QOCALAR 
 
İki hissəli pyes 
 
 
  
Mən bu pyesdəki qocalara bənzər insanlara bir neçə əsərdə, rəsmdə, kinoda rast gəlmişəm. 
Həmişə də onları kiməsə oxşatmışam. Son dəfə isə onlara Azərbaycan tamaşaçısına az tanış 
olan Aldo Nikolayinin adını unutduğum bir pyesində rast gəldim. Və nəhayət, onları 
tapdım. Onlar «Nərimanov» metrosunun çıxacağındakı parkda oturmuşdular, mənim 
həmkəndlilərim idilər və erməni əsirliyində olan kəndləri, itmiş uşaqlıqları ilə bağlı nostalji 
hisslərə qapılmışdılar, vətənsizliyin acısını çəkirdilər, ara-sıra mübahisə edirdilər. Bu 
qocalar müxtəlif zamanlarda və məkanlarda doğulublar, çoxdilli və çoxmillətlidirlər, 
ruhibirdilər. Ona görə də hardasa - küçədəmi, kitabdamı, jurnaldamı onlara bənzər 
insanları görsəniz təəccüblənməyin... 
 
Müəllif 
 
Birinci hissə 
 
Pərdə açılmazdan öncə atəş səsləri eşidilir. İlk baxışdan atəş səslərinin əsərə dəxli yoxdur. Bu, 
rəmzi xarakter daşıyır və hadisələrin gedişində, eləcə də dramın sonluğunda mahiyyəti bəlli 
olur. 
Pərdə açılır. Səhnədə iri hərflərlə «Yüz il keçsə də, Qarabağ bizimdir!» şüarı asılıb. Həmin şüar 
pyesin sonuna qədər dəyişməz qalır. 
Hadisələr yazda baş verir. Yeni tikilmiş binaların arasında xırda park var. Parkda tək-tük ağac 
və bir skamya. Skamyanın bir ayağı yoxdur. Məhəmməd adlı qoca bir kişi gəlib skamyada 
oturur. O, skamyanın bir ayağının qırıq olduğunu bildiyinə görə, ehtiyatla və qırıq olmayan 
tərəfdə oturur. Onun əlində jurnal var və jurnalın üzqabığına diqqətlə baxır. Təxminən onunla 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
94 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
yaşıd, Yusif adlı bir qoca da skamyaya yaxınlaşır. Görünür, o, parka birinci dəfə gəlir, 
skamyanın qırıq olduğundan xəbərsizdir və o biri başda - qırıq olan tərəfdə oturur. 
Məhəmməd təzə qonşusuna təəccüblə baxır. Yusifə elə gəlir ki, Məhəmməd onun burada 
oturmasından narazıdır. Əslində isə Məhəmməd skamyanın aşacağından ehtiyat edir. 
 
Yusif - Sabahınız xeyir. 
Məhəmməd - (narazı şəkildə üz-gözünü turşudur). Olsun da (üzünü o tərəfə çevirir və yanpörtü 
oturur). 
 
Uzun sürən pauza. 
 
Yusif - Bu yekəlikdə parkda bircə skamya var. 
(özünü təmizə çıxarmaq, yəni, Məhəmmədə mane olmaq istəmədiyini bildirmək üçün). 
Məhəmməd dinmir və gözünün qırağı ilə Yusifə baxır. Ona elə gəlir ki, skamya indicə aşacaq. 
Yusif oğrun-oğrun jurnala baxır və özü də bilmədən yavaş-yavaş Məhəmmədə tərəf sürüşür. 
Məhəmməd ondan uzaqlaşmağa çalışır... 
Yusif - Allah saxlasın. 
Məhəmməd - Kimi? 
Yusif - (jurnala işarəylə). Onu. 
Məhəmməd - (narazı). Saxladı-saxlamadı, ondan bizə nə? 
Yusif - Necə, yəni, bizə nə!? Sizinkilərdən deyil? 
Məhəmməd - (Yusifə tərəf dönür). Bizimkilərdən? Yəni, bizimkilər belə soyunur!? 
Yusif - İndi zəmanə dəyişib. Adam özü soyunmayanda zorla soyundururlar. 
Məhəmməd - Şükür allaha ki, bizimkiləri yox. Çünki bu bizimkilərdən deyil. Bizimkilər 
üzüyoladır (üzünü o tərəfə döndərir). 
Yusif - Bəs kimdir? 
Məhəmməd - (üzünü Yusifə tərəf döndərir və tərs-tərs ona baxır). Mən nə bilim!? Bəlkə də 
oxuyandır. Bəlkə də aktrisa. Bəlkə də küçə qadını...Yox, bizimkilərə oxşamır. 
Yusif - Ancaq qəşəngdir. Bir otuz il əvvəl olsaydı... 
Məhəmməd - (onu başdan ayağa təəccüblə süzür). Otuz il əvvəl!? Əlli il desən, bəlkə də inanmaq 
olardı. 
Yusif - (xəyalpərvərliklə). Səhər yuxudan oyanasan, görəsən ki, bir gözəl mələk böyründə 
soyunub uzanıb. 
Məhəmməd - Ay soyundu ha! Sənin özünü soyundurmaq lazımdır. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
95 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Yusif - Mən də elə onu deyirəm də. Deyirəm ki, soyunub böyrümdə uzansaydı. Əvvəllər olsaydı, 
özüm soyundurardım. Amma indi mənim özümü soyundurmaq lazımdır. 
Məhəmməd - Əvvəllər çox şey vardı... 
Yusif - Bunu kimin soyundurduğunu bilmirəm, amma qəşəngdir. Görürəm ki, sən də gözünü 
ondan çəkmirsən. 
Məhəmməd - (narazı). Mən ona baxmıram. 
Yusif - Bəs kimə baxırsan? 
Məhəmməd - Kimə yox, nəyə. Mən o ağaca baxıram. 
Yusif - Hanı, burda ağac var? 
Məhəmməd - O dey, orda. (jurnalın üz qabığına işarə edir). 
Yusif - O ağac deyil. Qızın ayağıdır (Gülür). 
Məhəmməd - Ağcaqayın deyil!? 
Yusif - Yox bir, ağcabaldırdır. Əlbəttə ki, ağac deyil. Ağac olsaydı, indi onu çoxdan çıxarıb 
aparmışdılar. 
Məhəmməd - Mənim gözümdə katarakt var. Öz aramızdır, şikəst adama gülməzlər. Özü də bu 
jurnal mənim deyil. 
Yusif - Bəs kimindir? 
Məhəmməd - (hirsli). Bura bax görüm e! Sən prokuror-zadsan ki, məni sorğu-suala tutursan? 
İnişil biri vardı, məni o qədər silist elədi ki, axırda özünün əsəbləri tab gətirmədi, başına qan 
sızdı.  
Yusif - Allah eləməsin. Elə belə soruşuram, maraq üçün. Bu yaşda, özü də belə qəşəng qızlara 
həvəslə baxasan... 
 
Pauza. 
 
Məhəmməd - Nəvəmdir. 
Yusif - Nəvəndir? Bəs bayaqdan deyirsən ki, tanımıram. 
Məhəmməd - (az qala fınxırır). Kimi?  
Məhəmməd hirslə ayağa qalxır, skamya Yusiflə birgə aşır. Məhəmməd nə edəcəyini bilmir
sonra Yusifə yaxınlaşır, əlini ona uzadır. 
Məhəmməd - Qalx görək, qalx. Oturmazdan əvvəl bu andıra yaxşı-yaxşı baxmalıydın və 
bilməliydin ki, sınıqdır. 
Yusif - (ayağa qalxa-qalxa və zarıya-zarıya). Mən birinci dəfədir ki, bura gəlirəm. Təzə 
köçmüşük. Sənsə mənə deməmisən.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə