Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə32/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
90 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Yolun buzu açılmışdı, arabir çıxan günəş dağlardakı qarın suyunu çıxarıb yollara axıtmışdı. Yol 
sürüşkəniydi, yerimək get-gedə çətinləşirdi. Amma geriyə yol yox idi, hər şeyin cavabı 
irəlidəydi.  
O, bir neçə saat yol gedəndən sonra dayandı. Arxadan hənirti hiss elədi. Sanki kimsə onu 
izləyirdi. Arxaya dönüb baxdı, amma heç kimi görmədi... 
Nəhayət, yolayrıcına çatdı. Dinqo demişdi ki, dağ başındakı yolayrıcından üç tərəfə yol gedir: 
cığırlardan biri İraqa, biri İrana, düz yol isə Şırnaka aparır. Üçüncü yolu deməsəydi də bilirdi. 
Çünki həmin yolla bura gəlmişdilər.  
Məhəmməd yolayrıcında dayanıb, hara gedəcəyi barədə düşünürdü, amma qərar qəbul edə 
bilmirdi. Birdən kiminsə onun izlədiyini gördü. Uzaqdan qaraltı gəlirdi. Kimsə onun izinə 
düşmüşdü. Bəlkə də bu qarabasmaydı. Gözlərini ovuşdurdu, qaraltı bir anlığa yoxa çıxdı, amma 
yenidən ağacların arasında göründü. Məhəmməd qaçmağa başladı. O, arxaya baxmadan qaçırdı, 
hara getdiyini bilmirdi...  
Məhəmməd qaçırdı. Mən onu görürdüm. O, qan-tər içindəydi, ağzı köpüklənmişdi. Ətraf 
uçurum, qarşıdakı dərələr qapqaranlıq idi. Bel çantasını da yerə atmışdı. İrəlidə Məhəmmədin 
bəlkə də tanımadığı, görmədiyi məmləkətlər vardı. O, özünün olmadığı, günahlarının 
bağışlandığı yerə çatmağa can atırdı. Amma o yer uzaqlardaydı, bəlkə də yox idi... 
 
* * * 
 
Hadisənin bu yerində qapı döyüldü. Əvvəlcə fikir vermədim, hadisələrin axarından çıxmaq mənə 
sərf eləmirdi. Geri qayıtmaq elə də asan olmayacaqdı. Çünki hər çıxışa təzədən dönmək olmur. 
Amma qapı aramsız döyülməyə başlamışdı. Qapının o üzündəki adamın əl çəkmək fikri 
yoxuydu.  
Nəhayət, düşüncələrimi yarımçıq kəsməyə məcbur oldum, zatən o düşüncələri qapı taqqıltısı 
çoxdan özü ilə aparmışdı... 
Qapını açdım. Çöldə heç kim yox idi. "Hürriyyət+" qəzetindən başqa. Götürüb baxdım. Bu, 
xüsusi nömrəydi. 
Birinci səhifədə Züleyxa Göyçəyin şəkli verilmişdi, altında isə belə bir xəbər yerləşdirilmişdi: 
"Bir ay öncə qətlə yetirildiyi güman olunan Züleyxa Göyçəyi Kanar adalarında görüblər. 
Deyilənə görə, qətlə yetirilən Züleyxa Göyçəyin bənzəriymiş, o, özü isə Amerikanın agentiymiş. 
Züleyxa böyük fitnələr ustası hesab olunur. Adamın inanmağı gəlmir. Şayiələr həmişə 
maraqlıdır". 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
91 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Həmin səhifənin lap aşağısında, qəzet dililə desək, "podvalında" isə iri planda dalğalanan 
Amerika bayrağı verilmişdi, bayrağın altında İtaliya mafiozilərinə bənzər, qara eynəkli bir adam 
dayanmışdı və kiməsə göz vururdu. Bu gözbasmanı mən öz ünvanıma qəbul elədim və 
gülümsündüm. Mənə elə gəldi ki, mən Böyük Xocanı gördüm...  
Gözlərimi yumub keçmişi düşünməyə başladım. Boğaziçində ağ yelkənli gəmilər üzürdü. Onlar 
günəşin işığında əsrarəngiz görünürdülər. Günəşin, sanki, yelkəni varıydı... 
Züleyxa gəminin burnunda dayanıb, “Titanik” filminin qadın qəhrəmanı kimi, qollarını geniş 
açmışdı və elə bil günəşi qucaqlamaq istəyirdi. 
Məhəmməd ağ suların dalğasında xalasına tərəf qaçırdı... Amma qarşıda gəmi əvəzinə uçurum 
və qapqaranlıq dərə vardı. 
 
Son 
 
Oktyabr 2009 - mart 2010 
 
P.S. Romanda yazmadıqlarım: 
 
Qeyd 1.  
 
Boğaziçində günəşin qürub elədiyi bir zaman Züleyxa qəfil ciddiləşdi: 
- Mən Quran oxumaq istəyirəm, - dedi və üzümə baxdı. 
- Elə burda, - mən təəccübləndim. 
- O mənada yox, Quranı öyrənmək üçün oxumaq istəyirəm.  
- Günahlarını yumaq istəyirsən? - deyə onu sancdım. 
- Günahsız insan yoxdur. Sadəcə, mənə elə gəlir ki, adamlar müqəddəs kitablardan ayrı 
düşməsələr yaxşıdır. Həm də ki... - Sözünün dalını gətirmədi, susdu, sonra nə güman elədisə, - 
bilirsən, mən Quranı oxumaqla onların yanına (yəqin, baba və nənəsini nəzərdə tuturdu) təmiz 
getmək istəyirəm... Bəlkə hələ oruc da tutdum, namaz da qıldım... 
Sonra güldü. Güldü, güldü və yenə də qəfil ciddiləşdi. 
- Bilirsən, niyə gülürəm? Çünki heç kim, elə sən də dediklərimə inanmırsınız. Bəlkə ölüm 
yaxınlaşır?! 
- Xəstəliyin-zadın var ki? 
- Yox, tam sağlamam, - dedi və ayağa qalxdı. - Dediklərimə fikir vermə. Hərdən olur belə 
şeylər... 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
92 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
O, çantasını sallaya-sallaya getdi. Mən bir müddət onun arxasınca baxdım, sonra yerimdən 
durub, müti qullar kimi onun dalına düşdüm... 
 
Qeyd 2. 
 
- Siz onun gözəlliyini görmürsünüz? - deyə Züleyxanın yarıçılpaq şəkillərinə işarəylə soruşdum. 
- Siz buna gözəllik deyirsiniz?! - deyə Fatimə xanım sualıma sualla cavab verdi. Onun sifətində 
şəklə və mənə qarşı bir ikrah vardı. 
- Təkcə mən yox. Onu sevənlər yüzlərlə, minlərlədir. Züleyxa onları bu gözəllikdən məhrum 
eləmək istəmirdi. Əgər siz də bədənnüma güzgünün qabağında dayanıb özünüzə baxsanız, 
bədəninizdən xoşunuz gələr. 
- Küfr danışmayın. Bu günahdır. 
- Amma siz Züleyxaya oxşayırsınız, sanki bir almanı iki bölüblər. Məgər, gözəl qadın öz 
bədəniylə, fiqurasıyla öyünmür? Təkliyə düşəndə güzgünün qabağında anadangəlmə durub öz 
bədənindən həzz almır? 
- Həddinizi aşırsınız, - deyə Fatimə xanım əsəbiliklə qışqırdı. 
- Amma yerinizə olsaydım, hərdən belə edərdim. Çünki çox gözəlsiniz... 
O, susdu, deyəsən, yumşalmışdı və mən fürsətdən istifadə edib, növbəti sualımı verdim... 
 
İyul 2010. 
 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=1694  
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə