Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə40/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
115 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Uşaqlar hələ balacaydı, ancaq onlar da atılıb-düşürdülər, bacın da sevinirdi, evdəkini deyirəm 
e…  
 
Hə, yaxşı bir qonaqlıq düzəltdim. Yox, restoranda yox, ona gücüm çatmazdı, eləcə evdə, 
xudmani.  
 
Mən də içmiyən adam, o qədər vurdum ki, elə paltarlı yıxılıb yatdım, ancaq duranda xəcalət 
çəkdim. Yaxşı ki, təyyarənin uçmasına hələ çox vardı. Bircə dəfə elə onda təyyarəyə 
minmişəm… 
 
Aeroportdan Kaktobelə avtobusla gəldik.  
 
Özü də bizim avtobuslardan yox e, qəşəng, səliqəli, tər-təmiz. Uşaqlar, bizimkiləri deyirəm e, – 
deyə o, köhnə iş yoldaşlarının adlarını sadaladı, – yaman bicəngəydilər, az qala hər il ora 
gedirdilər.  
 
Mənsə birinci dəfəydi. Otaq yoldaşım bir xaxoluydu, işi-gücü səhərdən axşama kimi içmək, bir 
də qızlarla kef eləmək idi. Mən yox, mən yox, qardaşcanı mən yox. Özü də o vaxt mənim xeyli 
yaşım vardı, qırxı çoxdan adlamışdım. 
 
– Mən də oralarda olmuşam, tələbə vaxtı, –cavan yaşlı həmkarını ürəkləndirmək üçün dedi, – 
gözəl yerlərdir. Ağ maya qızlar, meşəlik… 
 
– Hə, sənə olar, o zaman, yəqin, sən cavan sütül oğlanmışsan. 
 
– Yox, mən də yox, – cavan yaşlı həmkarının qəlbinə dəymək istəmədi, – elə-belə aralıdan-
aralıya. 
 
– Dəniz tər-təmiz, adamlar da ki, nəzakətli. Sahil ləpələri ağ qırçınlı, qadın köynəyi kimi. Qızlar 
da ki, dənizdən çıxmır, çıxanda da uzanıb özlərini günə verirlər, ona-buna sataşırlar, ən çox da 
qarabalalara.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
116 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Onlar da ki, himə bənddilər, bizimkiləri tanımırsan?… Yox, mən yox, qardaşcanı mən yox. Heç 
bir dəfə də çimmədim…Bədənimdən utanırdım, arıq-çəlimsizin biriydim, qol-qılçam da başdan-
ayağa qapqara tük. Düzdü, mənə də baxanlar vardı…amma… 
 
– Bizim rus müəlliməmiz deyirdi ki, qadınlar qıllı kişiləri çox sevir, çünki tük onların yaraşığıdır, 
– deyə cavan həmkarının sözünü ağzında qoydu. 
 
– Doğrudan, heç bilməmişəm e…– yaşlı kişi, astadan, sanki öz-özünə peşimançılıqla pıçıldadı. 
 
Bir qədər getdikdən sonra yenə də yaşlı kişi söhbəti davam etdirdi. 
 
– Mən eləcə otağımda otururdum, xəlvətə salanda çıxıb meşəni gəzirdim, dənizdən qaçırdım, 
çünki cavan uşaqlar çimmək istəməməyimi başa düşmürdülər…  
 
Dənizin qırağında bir qayalıq vardı, ürəyimdən keçirdi ki, ora çıxıb gözəl bir mənzərə çəkəm, 
ancaq adamlar ordan yığışmırdılar.  
 
O vaxt yaxşıydım e, indiyə baxma, şəkil çəkmək həvəsim aşıb-daşırdı, pis də çəkmirdim…  
 
Bir gün Allah üzümə baxdı, külək əsdi, sahil bombalamboş qaldı. Mən də fürsəti fövtə 
vermədim, malbertimi qoltuğuma vurub, qayalığın üstünə çıxdım. 
 
– Malbert "a" ilə yazılır, yoxsa "o" ilə? –Cavanın danışığında dolaq işartıları açıq-aydın hiss 
olunurdu, ancaq o, bunu qəsdən eləmirdi, sadəcə, yaşlı həmkarının sadəlövhlüyünə acığı tuturdu.  
 
– "A" ilə deyilir, ancaq "o" ilə yazılır, –yaşlı kişi həvəslə cavab verdi. – Hə, malbertimi 
qoltuğuma vurub, qayalığın üstünə çıxdım.  
 
Ətraf kimsəsiz, mənzərə gözəl.  
 
Fikirləşirdim ki, sahili belə çılpaq yox, adamlarnan birgə çəkim, çünki o qızlar ki vardı, ağca 
maya, sahili onlarsız təsvir eləməyə adamın ürəyi gəlmir.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
117 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Əsil fürsət idi. Çünki adamların yanında işləyə bilmirəm, sanki onlar mənim çılpaq bədənimə 
baxırlar.  
 
Bir az işləmişdim ki, birdən, külək, bax beləcənə malberti götürüb atdı dənizə.  
 
Tüklərim biz-biz oldu. Onda yadıma düşdü ki, külək məni də malbert kimi dənizin ortasına ata 
bilər. Mən də elə indiki kimi, 52 kilo.  
 
Ondan bəri dəyişməmişəm ki… Qorxumdan yerə uzandım, qayalıqdan tuta-tuta, iməkləyə-
iməkləyə sahilə düşdüm.  
 
Dəniz malberti çoxdan udmuşdu, halbuki qızları təzəcə çəkməyə başlamışdım, çox gözəl 
alınmışdı, ağappaq baldırlar… 
 
– Səndə də az yoxdu ha! 
 
– Yox, qardaşcanı, o mənada yox… Oturub ağladım.  
 
Darıxdım. Bütün bu gözəlliklər mənə yad idi. Mən burdaydım, ancaq əlim onlara çatmırdı. Heç 
gəldiyim bir hətfə deyildi e…  
 
Yığışıb birbaş aeroporta, ordan da Bakıya gəldim. Hamı təəccübləndi… 
 
Gözəl yerlər idi. Ətraf meşəlik, ləpələnən, qırçınlı dəniz, əsl rəsm çəkmək üçün sıldırım qayalıq 
və ağappaq, ağcamaya gözəllər… 
 
Aprel, 2006 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
118 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
"Sular Günəşə nəğmə oxuyanda" 
 
(Hekayə) 
 
Mən indi inəyəm. Əvvəllər adam idim. Bilmirəm niyə inək oldum. Bəlkə, yaddaşımı itirdiyimə 
görə? 
 
Yaddaşım qəfil özümə qayıtdı.  
 
Çayın qırağında durub su içirdim. Arxdan çaya tökülən suyun damcıları məni tanıdı. Damcılar 
atılıb-düşürdülər, məni görəndə gülməyə başladıılar.  
 
Mən də onları tanıdım. Tanıdığıma görə də yaddaşım özümə qayıtdı.  
 
Bəlkə də əksimi suda görüb özümə güldüyümə görə, yaddaşım dirildi.  
 
Adam olanda gözlərim gülürdü, ancaq indi sudan mənə bir cüt qəmli ala göz baxırdı. Elə bil 
gözlərim qəfil açılmışdı.  
 
Ola bilsin, Səma quşunu görəndə nəyisə xatırladım Bəlkə, əvvəlki həyatımda su olduğum, ya elə 
balıq olduğum üçün yaddaşım özümə qayıtdı.  
 
Su olanda gözəl idim , yəqin. Gecələr ay işığının altında ipək gəbə kimi parıldayırdım, ay 
batanda qara rəngli keçəyə oxşayırdım.  
 
Yəqin, suyu sevdiyimə görə balıq olmuşam, uçmağı xoşladığıma görə Səma quşu.  
 
Bəlkə, mən əzan səsini eşidəndə ayılmışam. Xatırlamram. Bircə onu bilirəm ki, yaddaşım özümə 
qayıdanda sular günəşə nəğmə oxuyurdu.  
 
Günəşin rəngi ağarmışdı. Məni görən kimi güldü: 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə