Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə43/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
126 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
 
 
"Dezodorant qız" 
 
(Hekayə) 
 
 
O şəkli, yəqin, çoxları görüb. Metroda qatarların divarlarını bəzəyir. 
 
Qızla oğlan «Caldion» firmasının dezodorantlarını reklam edir: «So him, So her» . 
 
Hər səhər işə gedəndə metroda onlara baxıram.  
 
Cütlüyün üzündə o qədər sevgi və ehtiras var ki, adam gözlərini onlardan çəkə bilmir.  
 
Şübhəsiz, kişilər hamısı, mən qarışıq, qıza baxır. 
 
Qız o qədər gözəldir ki, dərisi, sanki, ipəkdəndir.  
 
Əynində atlas ağ dekolte var, elə bil indicə sürüşüb yerə düşəcək və qız lüt qalacaq.  
 
Düşünürəm ki, yəqin o da Züskindin qəhrəmanı kimi kimyagərdi.  
 
Alman yazıçısının qəhrəmanı ətir düzəldə-düzəldə özü də ətirə çevrilib. Qız da ehtirasından 
seksual manekenə dönüb.  
 
Oğlan qıza məftunluqla baxır. Qız oğlanın ehtraslı, bir az da sırtıq baxışlarından utanır, onun 
gözlərinin oduna dözmür və başını azca yana əyir… 
 
Qızın fındıq burnu, ehtiraslı dodaqları var, gözlərindən məsumluq və sevgi tökülür.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
127 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Günah kompleksi ona yaddır. Qız, sanki, utandığından ehtiras predmetinə, yəni oğlana yox 
(onun yerində mən də ola bilərdim), kənara baxır.  
 
Sevən qadının birinci gözlərinə baxmaq lazımdır. Bunu mən yox, klassiklərimiz deyib, o gözləri 
vəsf eləyib.  
 
Sevən qadının (elə kişinin də) gözləri parıldayır, bəbəkləri genəlir, ağzı azca aralanır, dodaqları 
ürəyindən qalxan sevgi buxarından yaşlanır, məmələrinin gilələri dikəlir, qanı o qədər durulur ki, 
yanaqları allanır… 
 
Ona vurulmamaq mümkün deyil. Vurulmaq öz yerində, bəs görən yataqda necədir? Yəqin 
səhərlər qar altından təzəcə çıxmış novruzgülünə bənzəyir.  
 
Yuxulu gözlərini ovuşdurur, alabəzək yuxusunu xatırlayır.  
 
Və bir gün, bax beləcə həmin şəklə baxırdım, daha doğrusu, gözümü qızın ehtiras tökülən 
dodaqlarına və ağappaq yumru çiyninə dikmişdim.  
 
Birdən kimsə qolumdan yavaşca çəkdi. Fikir vermədim.  
 
Həmin hərəkət təkrar olundu, ürəyimdə şeytana lənət oxuya-oxuya qanrılıb baxdım.  
 
Köhnə tanışım böyrümdə dayanmışdı. Təəccübləndim.  
 
Çünki o, metroya minməzdi, cavanlıqda atasının xidməti maşınında, böyüyəndən sonra isə öz 
maşınında işə gedib-gələrdi.  
 
Tanışım hündürboylu, idmançı görkəmli və yaraşıqlıdır. Nəinki qadınların, hətta kişilərin də ona 
tamahı düşür. 
 
- Yolları elə töküb-dağıdıblar ki, maşınla işə getməyə hövsələm çatmır. Ona görə mən də 
metroyla gedib-gəlirəm,-deyə o şikayətləndi. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
128 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Mən başımla onun dediklərini təsdiqlədim və nədənsə metroya möhtac qalmış tanışıma yazığım 
gəldi.  
 
Peşəsi vəkillikdir. Dil qabiliyyəti olmadığına görə, proseslərə çıxmır, bir vəkil kontoru açıb, 
oranı idarə edir.  
 
Pis məşğuliyyət deyil, özü demiş, beş-on manat qazana bilir. 
 
Bir-birimizlə hal -əhval tutduqdan sonra yenidən şəklə baxmağa başladım və fikir verdim ki, 
tanışımın bir gözü şəkildə, bir gözü də məndədir. 
 
O: 
 
- Gözəl qızdır, eləmi?-deyə qulağıma pıçıldadı. 
 
- Çox gözəldir,-dedim. 
 
- Bilirsən, onun gözəlliyi nədədir?-Mən dinmədim, çünki onun sualına hazır cavabım yoxuydu,-
sirdə, onun gözəlliyi sirdədir,-özü mənim əvəzimdən cavab verdi. 
 
- Ola bilər, -dedim və yenidən şəklə baxmağa başladım.  
 
Bu dəfə qızın ehtiraslı dodaqlarının arasından azca görünən sədəf dişlərinə baxırdım.  
 
Yerişini, duruşunu təsvir eliyirdim. «Bu qədər ehtiras və gözəllik onda hardanıdı?»-öz-özümə 
soruşurdum. 
 
Tanışım: 
 
-Mən onu tanıyıram,-deyə yenidən qulağıma pıçıldadı. 
 
Mən bu dəfə köhnə tanışıma tərəf dönüb diqqət və təəccüblə onun üzünə baxdım. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
129 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Bilirəm, buna inanmaq çətindir, sən desən, mən də inanmazdım. Amma doğrudan da mən o qızı 
tanıyıram,-tanışım çox inamlı danışırdı və əlavə elədi,-özü də Moskvada yaşayır.  
 
Biz bir müddət susduq, mənə elə gəldi ki, tanışım, nəsə demək istəyir, ancaq çəkinir.  
 
- Onu hardan tanıyırsan ki? 
 
- Sən hardan tanıyırsan, mən də ordan. 
 
- Mən onu tanımıram,-dedim. 
 
- Tanımaq nəyə deyirsən ki? Şəklini görürsən, deməli, tanıyırsan, gecə yuxularında da onu görə 
bilərsən, deməli, tanıyırsan, sadəcə adını bilmirsən, amma o səni tanımır, bu, başqa məsələ, 
çünki səni görmür.  
 
Tanışlıq təkcə kiminsə adını bilməklə ölçülmür ki… 
 
İndi köhnə tanışıma rast gəldiyimə peşiman olmuşdum, çünki təxminən yarım saat ala biləcəyim 
zövqdən məni məhrum eləmək istəyirdi. 
 
- Bilirəm, nə fikirləşirsən, deyirsən, haqq-hesaba basır, tanıyıb eləmir, amma tanıyıram. Çox sirli 
qadındır. Bu şəklin arxasında hansı sirlər gizləndiyini bilsəydin, ona bu qədər baxmazdın. 
 
- Nə sirr? 
 
- Uzun söhbətdir, amma sənin üçün maraqlı olar, yazıçı adamsan, nə bilmək olar, birdən götürüb 
yazarsan da, amma mənim adımı çəkmə. 
 
- Gedək bizim otağa, orda danış,-dedim. 
 
- Yaxşısı budur, bizim ofisə gedək. Qızlar, yəqin, bizə çay da verərlər.  
 
Mənim prinsipim belədir, işə gələnə kimi çay hazır olmalıdır, özü də bizim ofis yertənidir, 
sizinki kimi quş damında deyil. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə