Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə42/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
123 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Kişilərdən fərqli olaraq arvad hər yerdə arvaddı. Adam olsun, inək olsun, fərq eləməz. Qəribədir, 
eləmi? Yəqin texnika inkişaf etdiyinə görə belədi, virtual seks və s.  
 
Bütün bunlar haqqında mən radiodan eşitmişəm. İmran radioya qulaq asmağı sevir. Düzdü, indi 
radiolar çoxdan dəbdən düşüb. Ancaq İmran köhnə fikirlidir.  
 
Mən adam olanda çox fikirləşməyi sevirdim, fikirlərdən yorulandan sonra mitinqlərə, piketlərə 
cumurdum. Saatalarla diş həkminin növbəsinə dururdum. Lap yorulub əldən düşəndə isə 
arvadımın nəvazişləri altında yuxuya gedirdim.  
 
Gözəl arvadım vardı. Adam olan zaman arvadımı tərifləyə bilməmişəm, ayıbdı.  
 
Kişi atını, bir də arvadını təifləməz. Ancaq indi tərifləmək istəyirəm.  
 
Doğurdan gözəl idi. Məni çox istəyirdi. Ancaq hərdən elə əsəbiləşdirirdi ki, az qalırdım, onu 
boğub öldürəm.  
 
Bunları elə belə dedim. Bunlar əsas deyil. Əsas adamlar idi. Mən onlardan bezirdim.  
 
Boş, mənasız iddialarından, bir-birilərini bəyənməmələrindən, bir-birilərinə nifrətlərindən. 
Halbuki görüləsi işlər çox idi. İndi fikirləşirəm ki, niyə analar doğduğu, uşaqlığından sevdiyi 
adamcıqlar sonradan dönüb polis, qatil olurlar.  
 
Bəlkə onlara qarşı uşaqlıqdan sosial ədalət prinspini pozurdular. İndi siz bu "sosial ədalət 
prinsipi" deilən şeyi qanmazsınız. Bu o zamanlar dəbdəydi. Hər halda mən adamların 
qeybətindən yoruldum. Yəqin ona görə də inək oldum. 
 
Adam olanda sarı ayaqqabım vardı. Qara bağlarını açıb-bağlamaqdan yorulmurdum Üzüm 
tüklənəndə qırxırdım. İndi, yəqin sizin üzünüzdə tük yoxdu. Başa düşürəm texnika əsridli. Üz 
qırxanım evimizin pəncərəsinin qabağındaydı.  
 
İndi XXI əsrin ortasıdı, ancaq inəklər yenə də adamların karına gəlir.. Əslində biz indi çoxdan 
arxivə atılmalıydıq.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
124 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
İmran məni təbii üsulla saxlayıb, yekəldib. Onun dediyinə görə, indi heç kim inəyi yemləmir
mənim kimi inəkləri üç həftəyə böyüdürlər, sonra da kəsirlər. Bu kəsilmək sözündən yaman 
acığım gəlir. Ancaq neyləmək olar mənim də taleyim belədi. 
 
Hə, harda qalmışdım? Bax o Sem adlı birisi bizdən əl çəkmir. Hər gün böyrümə bir təpik 
ilişdirir. Deyir ki, «inəklə necə davranmağı özüm bilərəm. Çünki inək mənimdir.»  
 
Bax, onda inək olmaqdan bezirəm. Az qalıram ki, ona bir təpik ilişdirəm. Hərdən buynuzumla 
onu qovuram da…İmran and-aman eləyir ki, yavaş-yavaş borcunu qaytaracaq, uşaqları acından 
öldürə bilməz, axı…Bir çətən külfəti var. Həm də deyir ki, borcunu çoxdan verib.  
 
Həmin o sırtıq Sem də dirənib ki, bu inək nə qədər var, sahibim ona borcludur. Mən 
xatırlamıram, ancaq İmranın dediyinə görə, mənim südümdən qonşuların hamısına pay çatıb.  
 
Bu Semin isə yamyaşıl gözləri doymur. İndi də sabah gün çıxana kimi vaxt qoyub ki, pulu 
verməsə, məni aparacaq, deyir ki, məni kəsəcək, beş-altı yerə pay qoyacaq.  
 
O, belə deyəində bıçağın soyuq tiyəsini boğazımda, öz qanımın tamını burnumda hiss edirəm.  
 
Qanım mis dadı verir. Uşaq vaxtı burnum qanayanda bunu hiss eləmişəm. İndi mən səhəri 
gözləyirəm, neyləmək olar. İstəsə gəlib aparacaq. 
 
Günəşi çox sevirəm. Ürəyimdə yalvarıram ki, təki o gəlməmiş günəş çıxaydı və mən onu 
görəydim. Adam olanda günəşə doyunca baxa bilməmişəm, vaxtım olmayıb.  
 
Ancaq indi adamlar məni eşitsəydilər, onlara ürəyimdəkiləri deyərdim. Deyərdim ki, səhərlər 
yuxudan ayılan kimi günəşə baxmağın özü xoşbəxtlikdir. Mən bunları başa düşməmişəm. İndi 
isə artıq gecdir.  
 
Əgər o zaman ağlım olsaydı, mışıl-mışıl yatan arvadım yuxudan duran kimi onun toppuş, ağ 
qulaqlarına pıçıltı ilə «səni sevirəm» deyərdim. Uşaqlarımı boynumdan yerə qoymazdım, onların 
hər bir arzusunu yerinə yetirərdim.  
 
Səhərlər süd iyi verən nəfəslərini qoxuyardım. Dostlarıma hər səhər salam göndərərdim.  


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
125 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Onlarla söhbətdən doymazdımi. Düşmənlərimə "darıxmayın, döyüş qabaqdadır" deyərdim. Qoca 
anamı doyunca sevərdim, nökər kimi hüzurunda durardım, cavabını qaytarmazdım.  
 
Adam olanda anamı doyunca sevə bilməmişəm. Sonra dağları, bağları gəzərdim, gülləri, 
çiçəkləri, daşları sevərdim. İndi siz məni eşidirsinizisə, olduğunuz yerlərin hər qarışını gəzin, 
dağını, daşını, gülünü, çiçəyini tanıyın.  
 
Onları görəndən sonra düşünməyə başlayacaqsınız, düşünəndən sonra tanıyacaqsınız, tanıyandan 
sonra sevəcəksiniz… 
 
Aha, eşitdiniz, xoruz banladı!? Bir azdan Günəş çıxacaq. Günəşin adını hər yerdə böyük hərflə 
yazın!  
 
Günəş çıxan kimi mən ona baxıb sevinəcəm. Əgər Sem gəlsə, mən onu görməyəcəm, ancaq 
xatırlayacam və düşünəndə ki, Günəş arxda axan suda çiməcək, su ona nəğmə oxuyacaq, atılıb-
düşən damcılar sevincindən çırtlayacaq, bax onda təsəlli tapıram.  
 
Ona görə də Günəş hələ çıxmamış arzularımı suya deyəcəm… 
 
Nə bilmək olar, bəlkə nə zamansa, dönüb yenidən adam olacam…Günəşi, anamı, vətənimi və 
hamını-hamını doyunca sevmək üçün… 
 
Ey, eşidirsiniz? Sular Günəşə nəğmə oxuyur! Vətənin nəğməsini! 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə